Kamal Abdulladan böyük layihə
05.06.15

Yeni tərtib olunmuş layihəyə görə, Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaq.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu layihə ilə bağlı əsas məqamları danışıb:
 
“Layihənin ideya müəllifi Dövlət müşaviri, akademik Kamal Abdullayevdir. Kamal müəllim bizimlə söhbətlərində tez-tez vurğulayırdı ki, yazıçı öz kitabını satmaq problemi ilə qarşılaşmamalıdır; yazıçı əsərini yazmalı, onun nəşri və satışını nəşriyyatlar öz üzərinə götürməlidir. Təəssüf ki, bizdə hələ bu sistem tam oturuşmayıb. Ona görə də belə qərara gəldik ki, geniş oxucu kütləsi olan, sevilən yazarların kitablarını özümüz alaq və onların yayılmasını təşkil edək. Kamal müəllimin bir fikrini də xatırlatmaq yerinə düşər: "Əsas oxucunu formalaşdırmaqdır, yazıçını yox". Məhz bu məntiqdən çıxış edərək, həyata keçirəcəyimiz layihə ilə həm yazıçıların kitablarını alacağıq, həm də bu kitabların gənclər, məktəblilər arasında oxunmasına, ev kitabxanalarının zənginləşdirilməsinə çalışacağıq. Bir sözlə, məqsədimiz yazarların kitablarının satılmasına, daxildə və xaricdə yayılmasına, oxunmasına və bu yolla ev kitabxanalarının yaradılmasına nail olmaqdır.
 
Layihə çərçivəsində ədəbiyyatın təbliği, oxu vərdişlərinin aşılanması, yazarların tanınması, oxucu ilə müəllif təmaslarının qurulması, kitab bayramlarının, sərgilərinin keçirilməsi, əsərlərin xaricdə təqdimatı kimi müxtəlif işlər həyata keçirəcəyik. Kitablar Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdırılacaq.
 
Bu qurumlar Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır.
 
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi də var. Öncə bu layihədə iştirak edən məktəblilərin ev kitabxanalarını yaradacağıq. Həmin kitablar onlara hədiyyə olunacaq və mütəmadi olaraq, ev kitabxanalarının monitorinqi keçiriləcək. Bununla yanaşı, yazarların bölgələrdə görüşləri təşkil olunacaq. Elmlə maraqlananlara daha çox elmi, fəlsəfə ilə maraqlananlara fəlsəfi, şeirlə maraqlananlara şeir kitabları veriləcək. Gördüyümüz iş mətbuat tərəfindən nə qədər geniş təbliğ olunsa, cəmiyyətin maariflənməsi prosesi bir o qədər yüksək sürət götürər. Biz məhz uşaqlara məxsus kitabxanalar yaratmaq istəyirik. Kitab toplamaq hər bir yeniyetmənin, məktəblinin hobbisinə çevrilməlidir”. /axar.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.