Nizami Cəfərov: "İndiki cavanlarda olan fələsəfi düşüncə 60, 70-ci illərdə ədəbiyyata gələn yazıçıların fəlsəfi düşüncəsindən güclüdür"

02.06.15

“Avanqard” ədəbiyyat və mədəniyyət jurnalının suallarını Milli Məclisin Mədəniyyət komitəsinin sədri, dilçi alim, prefossor Nizami Cəfərov cavablandırır.

- Nizami müəllim, ölkənin mədəni həyatında aparılan işləri qənaətbəxş saymaq olarmı?


- Azərbaycanda müstəqilliyin ilk illərindən mükəmməl bir mədəniyyət siyasəti yürüdülür. Bu siyasətin yaradıcısı Heydər Əliyev olub. Siyasətin məğzi mənim fikrimcə, üç əsas prinsipə söykənir. Birincisi, Azərbaycan xalqının tarixən yaratmış olduğu mədəniyyətin qorunması, Azərbaycan xalqına, dünyaya çatdırılması, yəni bizim indiyə qədərki mədəniyyətimizin ən böyük hadisələrinin unudulmaqdan xilas olunması. Özü də bu siyasət əvvələr də olub, Heydər Əliyevin Azərbaycana rəhbərlik elədiyi 70-ci illərdə bu siyasət bir az da güclənib. Azərbaycanın böyük mədəniyyət, incəsənət xadimlərinə abidələrin qoyulması, onların yubileylərinin keçirilməsi, əsərlərinin çap olunması müstəqillik dövründə daha inamla həyata keçirilib. 

Dədə Qorqud eposunun 1300 illik yubileyi keçirildi. Dədə Qorqud eposu Azərbaycan xalqının pasportudur Çox nəhəng bir hadisə idi, özü də yubiley bir neçə il davam elədi. Buna çox böyük etiyac var idi. Çünki Dədə Qorqudu bir vaxtlar, hakimiyyət qadağan eləmişdi. Amma sonradan bu işə xüsusi diqqət yetirilməsi və çox möhtəşəm bir yubiley keçirilməsi o demək idi ki, Azərbaycan bu gün artıq müstəqil və güclü bir dövlətdir və bu, dövlətin Dədə Qorqud eposuna münasibətidir. Burda bir məqam da var idi, 60-cı illərin ortalarından sonra Dədə Qorquda bəraət verildi. Bu bəraət akademik təfəkkürün, elmi təfəkkürün, mədəni təfəkkürün bəraəti idi. Amma siyasi təfəkkürün bəraəti deyildi. Dövlətçilik səviyyəsində Dədə Qorquda bəraət verilməsi böyük hadisə idi. Bir neçə il ərzində o vaxta qədər Dədə Qorqud haqqında Azərbaycanda çap olunan kitabdan artıq kitab, çap olundu. “Dədə Qorqud ensklopediyası”  nəşr edildi.

Mədəniyyət siyasətində iki mühüm  prinsip var, bunlardan biri yaradıcı şəxslərə xüsusi diqqətin ayrılmasıdır. 70-ci illərdən başlayaraq, sonra da müstəqilik dövründə elə bir ciddi mədəniyyət, incəsənət xadimi olmayıb ki, o, dövlət qayğısından kənarda qalsın. Ədəbiyyatı, mədəniyyəti xüsusi istedadlar yaradır. Ona görə də bu istedadlar həmişə xüsusi qayğı ilə əhatə olunub.

Və nəhayət bir mühüm prinsip də var, bildiyiniz kimi,  müstəqilik dövründə ictimai həyat dəyişdi. Sovet dövründə ədəbiyyat, mədəniyyət xüsusi qayda-qanunlarla idarə olunurdu. Bəlkə də ədəbiyyata, incəsənətə maliyyə ayrılması daha güclü idi və burda da yazçıdan, incəsənət xadimindən tələb olunurdu ki, sovet dövlətinin əsgəri olsun. Bu, ümumi bir göstəriş idi, amma müstəqilik dövründə ədəbiyyat, incəsənət də müstəqil oldu, müasir şəraitdə, bazar şəraitində yaşamaq məsələsi ortaya çıxdı.

- Mədəniyyət sahəsi azgəlirli olduğundan dövlət bu sahəni öz himayəsinə götürüb dəstəkləyə bilərmi?

- Mədəniyyət, ədəbiyyat, incəsənət, həm də gəlir gətirməlidir. Yəni Azərbaycan yazıçısının, rəssamının, musiqçisinin əsəri istehlak olunmalıdır, satılmalıdır. Həm Azərbaycanın özündə, həm də dünyada. Çünki dünyada elə bir ölkə yoxdur ki, dövlət bütövlükdə, ədəbiyyata, incəsənətə tam miqyasda dəstək ola, bu, mümkün deyil. Həm də bu, artıq ədəbiyyata, incəsənətə  təzyiq kimi görünə bilərdi.

Doğrudur, bu sahədə bizim problemlərimiz var, yəni bunu da aradan qaldırmaqdan ötəri müxtəlif üsullar, formalar axtarmaq lazımdır. Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəiyyəti dünyaya çıxır, müəyyən  güzəştlər də var, müəyyən  maliyyə dəstəyi də var. Məsələn, Yazıçılar Birliyi, Rəssamlar İttfaqı, Bəstəkarlar İttifaqı fəalyyət göstərir. Yazıçlar Birliyinin orqanları dövlətin maliyyəsi hesabına nəşr olunur. Amma yenə fikirləşmək lazımdır. Düzdür, burda dövlət axıra qədər maliyyə ayıra bilməz və ayırmamalıdır. Dünya praktikasında da var, bizim dövlətin siyasətində də var ki, incəsənət xadimlərimiznin yubileyləri  keçirilir, onlar prezident təqaüdü ilə təmin olunur, əsərlərinin çap olunması üçün müəyyən işlər görülür. Minimum olsa da vəsait ayrılır. Bizim incəsənət, ədəbiyyat xadimlərmiz düşünməlidirlər ki, onların əsərləri satılmalıdır.

Kino sahəsi daha çox müzakirə  olunduğu üçün deyim ki, kino sənətinə dövlət vəsait ayırır. Bu vəsait əlbət də, yüksək dəyərə malik filmlər çəkilməsi üçün yetərli deyil. Bunun üçün milyonlar tələb olunur. Eyni zamanda dünyanın kino müəssisələri ilə əlaqələrin genişləndirilməsi üçün şərait var, həm də onlar müasir texnologiyalarla təmin olunurlar. Kinolarımız çəkilir, amma elə olmalıdır ki, kino gəlir gətirsin. 

- Gənc yazarların həyat şəraiti, yaradıcılıqla məşğul olması çətindir. Bunun üçün hansı işlər görülə bilər? Ümumi halda deyirlər ki, dəstək var. Lakin konkretlyə gələndə nəticəsi olmur.

 - Burda məsələ mənə elə gəlir, təzadlıdır. Biz bu məsələni çox müzakirə edirik. Mədəniyyət Komitəsində də, Yazıçılar Birliyində də, öz aramızda da tez-tez müzakirə edirirk. Məsələn, gənc musiqiçinin, gənc rəssamın istedadı dərhal etiraf olunur. Təbii ki, təqaüdlər verilir, köməkliklər edilir. Amma bunu yazıçıya tətbiq eləmək olmur. Ona görə ki, siz də bilərsiniz, belə bir məşhur söz var, Heminquey yazıçını belə təsəvvür edirdi ki, bu yazıçı əgər müharibə görməyibsə, ölümün nə olduğunu görməyibsə, onun həyatı keşməkeşli olmayıbsa, onun yazmağı heç vaxt effektli ola bilməz. Cavan bir uşaq haqda necə demək olar ki, bu filosof olacaq, onu qoruyaq? Yazıçı da elədir. Yazıçıya texniki olaraq nəyisə tətbiq eləmək olmaz. Belə bir üsul var, əgər bilməyəndə ki, böyük bir mütəfəkkir ən mükəmməl əsərini nə vaxt yazıb, avtomatik düşünürük ki, 40-50 yaş arasında yazıb, 30 yaş deməyə çətinlik çəkirik. Çünki bu o dediyim yaşda formalaşmalı, yazmalıdır. Ayrı-ayrı istdadlı yazıçını seçib dərhal qiymətləndirmək çox çətindir.

Qanunvercilik məsələlərində, müzakirəsində buna tez-tez rast gəlirirk, düşünürük ki, biz malliyəni bu sahəyə hansı formada ayırmalıyıq? Çalşırıq ki, bu sahəyə ayrılan vəsait  mümkün qədər artıq olsun. Dövlətin də onu kəsmək marağı yoxdur, amma bu elə olmalıdır ki, təyinatı üzrə xərclənsin. Bir təhlükə də var, məsələn, maliyyə arta bilər, amma ədəbiyyata xidmət etməyə bilər. Bu məsələlər də var. Ona görə də burda mümkün qədər çalışılır ki, o təyinatı üzrə xərclənsin.

İnid ədəbi jurnallar, dərgilər çıxır, amma burda da qonorar azdır,  çalışmaq lazımdır ki, qonorar get-gedə artsın. Dövlətin bunu azaltmaq marağı yoxdur.

- Müstəqil ədəbi nəşrlər var, internet portalları var ki, onların maliyyə dəstəyi yoxdur. Peşəkar və ciddi olanlara hansı dəstək, hansı kömək göstərilə bilər? Axı onlar da ədəbiyyata, mədəniyyətə xidmət edir.

- Burda dövlət dəstəyi həmişə olacaq. Az olacaq, çox olacaq, amma olacaq. Dövlətin ən mühüm göstəricilərindən biri, dəstək göstərəcəyi sahələrdən biri mənəviyyatdırsa, mənəviyyatın əsas göstəricisi mədəniyyətdir. Orda ən fəal görünən ədəbiyyat və incəsənətdir. Heç bir dövlət istəməz k, onun xalqının mədəniyyəti aşağı olsun.

Bir var dövlət birbaşa vəsait ayırır, bir də var şərait yaradır. Ədəbi düşüncə də təbii ki, aktiv olmalıdır. Ən müxtəlif formalarda, qanunla qadağan olunmayan formalarda vəsait tapıla bilər. Bunun üçün də fondlar var, sponsorlar var. Yəni ədəbiyyat adamı da çəkinmədən onlarla işləməlidir.  Tarixə baxsaq, görərik ki, Nizami Gəncəvi əsərləri üçün həm sifariş qəbul edib, həm də dövlətdən lazimi vəsaiti alıb. Eləcə də Füzuli, eləcə də Vaqif. Bunlar hamısı təmin olunublar. Hüseyn Cavidin yazdığı hər bir əsər dərhal tamaşaya qoyulub.

Məhəmməd Füzulinin arada bir maaşını kəsmişdilər, elə bir əsər yazdı ki, tarix boyu qaldı. Yazıçı, sənətkar layiq olduğu haqqını almayanda narazı qalacaq. Bu narazılıq da tarixə düşəcək. (gülür)

Bununla yanaşı, müasir dövrün prinsipləri var ki, o prinsplərə də əməl eləmək lazımdır. Elə olmalıdır ki, əsərlər dünyaya çıxmaq üçün tərcümə olunsun, nəşr olunaraq yayılısın. İndi bu jurnallar şəklində də, saytlar şəklində də ola bilər. Ədəbiyyat pul gətirməsə də buna impuls kimi, yaradıcılıq aktı kimi, mənəviyyat kimi yanaşmaq lazımdır. Məsələn, sən müğənniyə pul verməsən də o, oxuyacaq. Amma bizim xalqımızın bir çəhəti var ki, biz toyumuzu eləyirik, müğənnimizə də pul veririk.

Bir məsələ də var ki, qəzet, jurnal, sayt həddindən artıq çoxalıb. Təbii ki, burda rəqabət olmalıdır. Birinci növbədə ədəbiyyatı yaratmaq lazımdır. Ədəbiyyat yaradandan o özü özünü müdafiə edəcək. Ciddi ədəbiyyat özünə yol tapacaq, öz yerini tutacaq, buna əmin olun.

 - Nizami müəllim, son on ildə yaranan ədəbi əsərlərin dilindən razısınızmı?

- Çox maraqlı bir məsələdir, təbii ki izləyirəm, amma sona qədər izləmək imkanım olmur. Hər halda, bizim tanınmış, məşhur yazıçılarımızın əsərlərini mütləq oxuyuram. Bizim yazıçılarımızın dili Nəsiminin, ondan qabaq Dədə Qorqudun, Fizulinin, Vaqifin, Səməd Vurğunun dili əsasında yaranıb. Bu gün də əslində belə olmalıdır. Azərbaycan dilinin əsas inkişaf edən sahəsi bizim ədəbi-bədii dilimiz olub. Mən düşünürəm ki, bu gün o qədər də belə deyil. Bu gün Azərbaycan dilinin ən çox inkişaf elədiyi sahə publisistikadır. Yəni radionun, televiziyanın, kütləvi mətbuatın dilidir. Buna da təbii baxmaq lazımdır, çünki publisistika elə bir sahədir ki, orda bütün cəmiyyətin təfəkkürü ehtiva olunur. Yazıçının, alimin dili professional təfəkkürdür. Burda peşəkarlar işləyirlər və burda üslublar həddindən artıq qabarıqıdr. Amma publisistika elədir ki, burda ümumi milli təfəkkürün üslubu var, universal bir üslub var. Ona görə də dil burda daha çox inkişaf eləməlidir və eləyir. Bir vaxtlar bizim 5-10 qəzetimiz vardısa, bu gün yüzlərlə qəzetimiz var. Hələ mən televiziyaları demirəm. Əgər məsələn, bir vaxtlar biz televiziya-radioda çıxış eləyəndə əvvəl yazıb o mətni ifa edirdiksə, bu gün əksinədir. Bu gün hər yerdə şifahi nitq var. TV-lərdə, radiolarda  yazılı çıxış tələb olunmur. Kütləvi İnforimasiya Vasitələrinə diqqət yetirsək, görərik ki, danışıq dili fəaldır, çünki reportaj texnologiyasıdır, informasiya şifahi eşidlilir və dərhal yazıya alınır, çox zaman onun üzərində işləmək olmur. Ona görə də bizim mətbuatın dilndə şifahi nitq xüsusiyyətləri çox qabarıqdır. Və beləliklə nəticə belə olur ki, dilimiz ən çox Kütləvi İnformasiya Vasitələrində inkişaf edir. Ən çox nöqsanlar, qüsurlar, problemlər də ordadır. Və elə nöqsanlı, qüsurlu, problemli şəkildə də inkişaf edir. Amma yazıçı peşəkardır, yazıçı səhv eləmir, yazıçının dilində normalar pozula bilməz, elm adamlarının dilində normalar pozula bilməz. Hər halda mən belə fikirləşirəm ki, Kütləvi İnformasiya Vasitələrinin dili daha öndədir, burda daha çox inkişaf gedir.

- Hazırkı Azərbaycan ədəbiyatının istiqamətini, yönünü necə görürsünüz?


- Azərbaycan ədəbiyyatı haqqında, müasir ədəbi proses haqqında düşünəndə bir neçə məsələ ortaya çıxır. Onlardan konkret olaraq, birincisi ondan ibarətdir ki, bu gün Azərbaycan ədəbiyyatının ən çox diqqəti cəlb edən, ən maraqlı hadisələrini yenə də, ədəbiyata 50-ci, 60-cı illərdə gələnlər yaradır. Anar, Elçin, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı bu gün də yazıb-yaradırlar. Mən mərhum yazıçımız İsa Hüseynovun, böyük şairimiz Vaqif Səmədoğlunun da adını çəkmək istəyirəm, onlar da ömürlərinin sonunadək yaradıcılıqla məşğul oldular.

Əgər bu sualı, məsələn, mənə yox, ədəbiyyata məndən çox sonra gələn adamlara versəydiniz, onlar bu suala başqa cür cavab verərdilər. Kimsə deyə bilər ki, onlar hadisə deyil. Amma mənim üçün onlar hadisədir. Mənim ədəbi düşüncəm, ədəbi təfəkkürüm daha çox o ədəbiyyat əsasında formalaşıb və o ədəbiyyatın uğuru və qüsurlu cəhətlərini mən deyə bilərəm. Yeni gələn nəsli, ədəbiyyata 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində gələn nəsli demək olmaz ki, izləmirəm, o ədəbiyyatı mən yaxşı oxumamışam. Müəyyən adlar saya bilərərm, müəyyən əsərləri qeyd edə  bilərəm. Xüsusən də poeziyada müəyyən irəliləyişlər var.

- Hansı imzalar diqqətinizi çəkib?

- Məsələn deyək ki, nəsrdə Yunis Oğuzun tarixi romanları mənim üçün maraqlıdır. Sonra Qan Turalının yazılarında klassik xüsusiyyətləri saxlamaqla yazdığı o müəyyən modernist əhval-ruhiyyə mənim üçün maraqlıdır. Deyək ki, İlqar Fəhminin əsərləri, həm publisistik, həm də bədii, əsərləri, xüsusilə dram əsərləri mənim üçün maraqlıdır. Onların əsərlərində müəyyən axtarışlar var. Həmid Herisçinin fikirləri polemik olsa da, maraqlıdır. Poeziyada müəyyən hadisələr var. Orda da gənclər üslublar şəkilində yox, bir üslub şəklində görünürlər, bir-birlərinə çox oxşayırlar. Ona görə də deyək ki, gənc bir şarin adını çəksəm, o saat fikirləşirəm ki, o biri şairlər də təxminən elədirlər. Üslub differensiyası yoxdur. Amma deməzdim zəifdir. Əsəd Cahangir gənclik haqqında müəyyən təhlillər aparır. Sonra Nərgiz Cabbarlı, Elnarə Akimova, İradə Musayeva təhlillər aparırlar, son zamanlar mən, bəlkə də tənbəlliyimdən ola bilər ədəbiyyatın özündən çox tənqidi mətnləri oxuyuram görüm bunlar barəsində nə düşünürlər. Bir də mənim üçün maraqlı olan hallardan biri gənc ədəbiyyatın, nəsrin, şeirin, dramaturgiyanın özü haqqında tənqidi fikirləridir, mülahizələridir. Burda mən onu hiss edirəm ki, bu gənclər daha çox tənqidçidirlər, filosofdurlar, amma bədii əsər də yazırlar. Elmi-nəzəri tənqidi fikirlərini görəndə görürəm ki, kifayət qədər ciddi görünürlər, zəif görünmürlər. Bircə təhlükə ondan ibarətdir ki, bu, bəzən dünya ədəbiyyatının nə vaxtsa unutduğu, yaşayan, tarixdə qalan və unudulan düşüncəni bir də canlandırmaq marağı ilə meydana gəlir. Burda bir məqamı da  vurğulamaq istəyirəm, çox yaxşı haldır ki, bizim gənclərimiz fəlsəfi düşünürlər. Yəni ədəbi-bədii düşüncədən daha çox fəlsəfi düşünürlər. Hətta çoxlarının nəsr əsərində, şeirlərində mən görürəm ki, fəlsəfiliyə maraq var. Onlar bəlkə də normal fəlsəfi əsərlər, məqalələr yazsalar, daha çox tanınarlar. Təsadüfi deyil ki, son zamanlar esseyə meyl həddindən artıq çoxdur. Hətta bədii əsər də esse kimi yazılır. Fikirləşirəm ki, gənclərin bu esse marağı nədən qaynaqlanır? Uzun illər bizim ziylalrımız mümkün qədər fəlsəfədən uzaq durublar, fəlsəfi fikir qadağan olunub, bu, məhz həmin enerjidir ki, qayıdır və üzə çıxır. Bu mənada hətta demək, bizim gənclərin o fəlsəfi təfəkkürə meyli, bizim məşhur yazıçılarımızdan çox zaman güclü olub. Sərbəstlik məsələsi də var burda. Onlar çox asanlıqla ölümün, həyatın, dövlətçiliyin fəlsəfəsini də düşünürlər, ona görə ki, onlar bu müstəvidə azad və çevikdirlər. İndiki cavanlarda olan fəlsəfi təfəkkür, fələsəfi düşüncə 60, 70-ci ilərdə ədəbiyyata gələn yazıçıların fəlsəfi düşüncəsindən güclüdür. Məsələn, onlar ekzistensial fəlsəfə tipinə üstünlük verirsə, bunu qısqanmaq lazım deyil. Bu günün insan fəlsəfəsi bu əsərlərdə öz əksini tapır. Bax, bunun üzərində çox düşünürlər və hətta o qədər maraqlı düşünürlər ki, bu gün onlar peşəkar olan filosoflardan, elmlər doktoru olan bizim alimlərdən də irəli gedirlər, gənc ədəbi nəslin fəlsəfi düşüncə çevrəsi kifayət qədər genişdir və zəngindir, eyni zamanda təsirlidir. Gənclərin bu üstünlıüyü var, amma onların ədəbiyyat hadisəsi kimi meydana çıxması hesab edirəm ki, lazimi səviyyədə deyil. Bu cür düşünən, zəngin təfəkkür sahibi olan yazıçının bir fəlsəfi romanını mən oxumamışam. Halbuki buna imkan var, onların istinad elədiyi mənbələr buna imkan verir. 20-cı əsr dünya ədəbiyyatında olan filosoflar, yazıçılar ki, var, gənclər onların şöhrətini qazanmaq iddiasındadırlar, onların həyatını yaşamaq istəyirlər, amma iddiları ilə imkanları üst-üstə düşmür.

Müsahibəni hazırladı: Kənan Hacı, Səxavət Sahil

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.