Mərakeş Krallığının Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub
29.05.15

Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Hami Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyəti, qısa müddət ərzində gördüyü işlər, beynəlxalq aləmdə qurduğu əlaqələr barədə qısa məlumat verərək, ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışıb: “Son aylar Mərkəzin nümayəndə heyəti Londonda, Budapeştdə, Çexiya Mədəniyyət Nazirliyinin rəsmi dəvəti ilə Praqada, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Vaqif Sadıqovun dəvəti ilə Turində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etdi. Bu ölkələrin hər birində Mərkəz, Azərbaycan həqiqətlərinə, həmçinin ölkədə gedən sürətli inkişaf proseslərinə dair kitab, buklet və məcmuələrin sərgidə iştirak edən xarici nəşriyyat və mətbu qurumları arasında yayılması ilə yanaşı, qarşılıqlı ədəbiyyatların tərcüməsi və nəşri, Azərbaycan dilinin tədrisinin bu ölkələrdə təşkili, Azərbaycanın qədim əraziləri, əlifbası və mədəniyyəti ilə bağlı kitabxanalarda saxlanılan sənəd və materialların, xəritə və atlasların surətinin əldə edilməsi ilə bağlı danışıqlar aparıldı, müqavilələr bağlandı. Bu istiqamətdə ərəb ölkələri ilə də sıx əməkdaşlıq yaratmaq niyyətindəyik. Ərəb dünyası bizim üçün, ilk növbədə, müqəddəs Məhəmməd peyğəmbərin dünyası, ərəb dili Quran dilidir. Müasir ərəb ədiblərinin, yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatını ərəb dilinə tərcümə edib ərəb dünyasına tanıtmaq, Mərkəzin həyata keçirməyi nəzərdə tutduğu əhəmiyyətli layihələr sırasındadır. Bununla bağlı biz ölkəmizdə fəaliyyət göstərən səfirlərlə görüşür, müxtəlif formatlı layihələri müzakirə edirik. Sizinlə isə, həm də bir yazıçı kimi, xüsusən Azərbaycan və azərbaycanlılar barədə yazıb-yaradan ədib kimi görüşməyi vacib hesab etdik”.

Həsən Hami: “Dəvətinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqları, ölkələri bir-birinə tanıdıb yaxınlaşdıran, dost və qardaşlıq münasibətlərini bərqərar edən bütün növ əlaqələrdən ən önəmlisi ədəbiyyatdır. Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Burada işlədiyim müddətdə diplomatik fəaliyyətimlə bərabər, həm də yaradıcılıqla məşğul oluram. Mən dünyanın dörd kontinentində işləmişəm, lakin Azərbaycan, ən çox əsər yazdığım ölkədir. Bakı, İçərişəhər, Azərbaycan qadınları barədə ingilis, fransız və ərəb dilində yazdığım əsərlər dünyanın bir çox ölkələrində nəşr olunub. Azərbaycanın gözəl ənənələri var və bu ənənələr xalqı dərindən tanımağa imkan yaradır. Ədəbiyyat da belədir. Xalqlar bir-birini yalnız ədəbiyyat vasitəsi ilə dərk edə və sevə bilər. Azərbaycan ədəbiyyatının ərəb dünyasına tanıdılmasını vacib addım hesab edirəm və bu işdə, poeziya nümunələrinin ərəb dilinə tərcüməsi və ərəb dünyasında tanıdılması ilə bağlı sizə öz köməyimizi əsirgəməyəcəyik”.  
 
Görüşün sonunda səfir Mərkəzi, bu ilin oktyabr ayında Mərakeşdə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət etdi. 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.