“Dünya ədəbiyyatı”nın bu il üçün ilk sayı çapdan çıxıb
12.05.15

Azərbaycan Yazıçılar Biriyinin təşəbbüsüylə nəşr olunan “Dünya ədəbiyyatı” dərgisinin bu özəl sayı bütünlüklə rus ədəbiyyatına həsr edilib.

Bununla biz nəsrimizə, dramaturgiyamıza səmərəli təsir göstərmiş böyük bir ədəbiyyat qarşısında mənəvi borcumuzu ödəmək, həm də Azərbaycan oxucularını zəngin rus ədəbiyyatının ən səciyyəvi çağdaş örnəklərinin bir qismiylə tanış etmək məqsədi güdmüşük...” - Bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayındakı təqdimat yazısında yer alıb.

Xalq yazıçısı Anar tamamilə doğru olaraq qeyd edir ki, XX əsr rus ədəbiyyatının bütün genişliyini dərginin bir sayında əhatə etmək mümkün deyil: “Bu sayın əsas ağırlığını altmışıncılar ədəbi nəsli və onlardan sonra gələnlər daşıyır... Bir sözlə, XX əsrin ikinci yarısı və XXI əsrin başlanğıcını əhatə edən geniş bir panoram. İki mühüm sənəd - Aleksandr Soljenitsının Yazıçılar Qurultayına müraciəti və Aleksandr Fadeyevin intihar məktubu dövrün simasını aydınlaşdırmaq və yazarın cəmiyyətdə yerini müəyyənləşdirmək baxımından xüsusilə önəmlidir”.

“Dünya ədəbiyyatı”nın baş redaktoru, tərcüməçi və esseist Seyfəddin Hüseynlinin sözlərinə görə, dərginın 2015-ci il üçün ilk sayının məhz rus ədəbiyyatına həsr olunması ilin əvvəlindən nəzərdə tutulubmuş və mövcud imkanlar hesabına müəyyən iş görülübmüş.  Ancaq Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu ilə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi  İdarə Heyətinin sədri Namiq Şahpələngovun aprelin 4-də keçirilən görüşü, imzaladıqları əməkdaşlıq memorandumu dərgi üzərində iş üçün önəmli təkan olub. Nəticədə, “Dünya ədəbiyyatı” dərgisinin yeni sayının həcmcə daha geniş (320 səhifə) və daha əhatəli (50-yə yaxın müəllif) alınmasına , xüsusən rus ədəbiyyatının ən yeni dövrünə aid nümunələri də ehtiva etməsinə imkan yaranıb.

Baş redaktor S.Hüseynli bildirib ki, “Dünya ədəbiyyatı” dərgisinin bugünlərdə çapdan çıxmış sayı rus ədəbiyyatının 1950-ci illərdən günümüzə qədər olan mühüm bir dövrünü əhatə edir. Yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin seçmə əsərləri - hekayələr, şeirlər, xatirələr, məktublar, çıxışlar, məruzə, müsahibə - dərginin yeni sayında öz əksini tapıb.
 
Bu ədiblər Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Varlam Şalamov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin, İlya Erenburq, Aleksandr Fadeyev, Fazil İskəndər, Viktoriya Tokareva, Sergey Dovlatov, Viktor Pelevin, Roman Sençin, Zaxar Prilepin, Yuz Aleşkovski, Yuri Kazakov, Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Robert Rojdestvenski, İosif Brodski, Yevgeni Reyn, Vladimir Vısotski, Bulat Okucava, Bella Axmadulina, Rimma Kazakova, , Vladimir Sokolov, Nikolay Rubtsov, Vasili Kazantsev, Gennadi Aygi, Dmitri Priqov, Timur Kibirov, Mixail Sinelnikov, Sergey Qandlevski, Lev Rubinşteyn, Sergey Qlovyuk, Mixail Qronas, Polina Andrukoviç, Andrey Monastırski, Mariya Stepanova, Vsevolod Nekrasov, Nikolay Baytov və digərləridir. Bu müəlliflər arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunanlar da az deyil. Dövrün ədəbi mənzərəsi barədə dərgidə iki analitik yazı, müəlliflərin bioqrafiyası barədə müfəssəl məlumat verilib. “Dünya ədəbiyyatı”nın bu sayında əhatə edilən dövrə aid illüstrativ materiallar - rəsm əsərləri, film və tamaşalardan fotokadrlar da var.

Rus ədiblərinin əsərləri Xalq yazıçısı Anar, Xalq şairi Xəlil Rza, Səyavuş Məmmədzadə, Aslan Qəhrəmanlı, Hüseynbala Mirələmov, Asif Hacıyev, Səlim Babullaoğlu, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Qoca Xalid, Azad Yaşar, Seyfəddin Hüseynli, Qismət, Rəbiqə Nazimqızı, Mətanət Vahid, Nəcibə Bağırova, Şəfiqə Şəfa, Könül Həsənqulu, Günel Şamilqızı və Könül Nəhmətovanın tərcüməsində çap olunub.

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayının - rus ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimat mərasiminin mayın 20-də saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilməsi nəzərdə tutulub. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.