Nurəddin Ədiloğlu - Danışan tabutlar
12.05.15

Rusiyada qətlə yetirilən həmvətənlərimizun xa­ti­rə­si­nə

 

... Ya­yın ilk gü­nü mə­nim üçün şad xə­bər­lə də baş­la­ya bi­lər­di. Lap elə zəng edib de­yər­di­lər ki,  böyük bacının oğlu Cey­hu­nun to­yu­dur, dur­ma gəl! Ya da gö­zün ay­dın ol­sun, ortancıl bacının oğlu Qa­ra­şı  azad­lı­ğa bu­ra­xıb­lar!.. Am­ma üzü­dö­nük­lük­də və za­lım­lıq­da ad çı­xar­mış çər­xi fə­lək mə­nim­lə çox­dan kəc düş­müş­dü, elə öz say­dı­ğı­nı sa­yır­dı. Ona gö­rə də bəd xə­bər­lə­rə da­ha öy­rən­cə­liy­dim. Ürə­yi­mə dam­mış­dı ki, on il­dən çox Ru­si­ya­da ya­şa­yan ba­cım oğ­lu Cey­hun da bə­zi də­li­qan­lı ya­şıd­la­rı ki­mi öz əcə­li ilə öl­mək üçün do­ğul­ma­yıb!

Quş tə­ki qa­nad açıb uzaq­la­ra ge­dən belə gənc­lər elə bil can­la­rı­nı Tan­rı­nın ölüm mə­lək­lə­ri­nə hə­diy­yə  etməkçün apar­mış­dı­lar. Ona gö­rə də ta­but­la­rı göy üzüy­lə dö­nür­dü qür­bət­dən və­tə­nə. İl­lah da ki, Cey­hun boy-bu­xu­nun­da, gör­kə­min­də olan­la­rı mə­lək­lər əziz-gi­ra­mi ba­la­sı tə­ki se­vib əzizləyir­di­lər. Düz­dür, Mə­lək­lə­rin öv­la­dı ol­mur. Bəl­kə elə ona gö­rə də  övlad  kimi  əziz­lə­yib ox­şa­dıq­la­rı Cey­hu­nu doğ­ma ana­sın­dan  belə erkən ayı­rdılar;  quş tək ağuş­la­rı­na alıb  göyə -Tan­rı­nın dər­ga­hı­na tapar­dı­lar. Gö­rə­sən öz və­zi­fə bor­cu­nu vax­tın­dan qa­baq ye­ri­nə ye­ti­rən ölüm mə­lə­yi Tan­rı­nın han­sı mü­ka­fa­tı­na la­yiq gö­rü­lür? Axı, öm­rü ya­rım­çıq qa­lan bu gənc­lə­rin ata-ana­la­rı­nı, ba­cı-qar­daş­la­rı­nı, sev­gi­li­si­ni gö­zü yaş­lı qo­yan ölüm mə­lə­yi­nin nə­yi­nə gə­rək­di  belə  mü­ka­fat?

Qəl­bi­mi ağır nis­gil bü­rü­müş­dü. İn­san hə­ya­tı­nın fa­ni­li­yi ba­rə­də dü­şün­cə­lə­rim içi­mə pes­si­mizm ab-ha­va­sı dol­dur­muş­du. Göy üzün­də bu­lud­la­rın da rən­gi ağar­mış­dı.  Qürub günəşi  üfüqə ağ bayraq  kimi cancılmı.dı… Cey­hu­nun ta­bu­tu­nu gə­ti­rən təy­ya­rə içi­nə qüs­sə çök­müş doğ­ma və­tən sə­ma­sın­dan pə­ri­şan­lıq­la ye­rə enir­di. Göz­lə­mə za­lın­da doğ­ma­la­rı­nı qar­şı­la­ma­ğa gə­lən­lə­rin əlin­də gül-çi­çək dəs­tə­lə­ri ötən ba­har ça­ğı­nın in­san­la­ra bəxş et­di­yi tü­kən­məz sev­gi­dən, ar­zu-is­tək­lər­dən so­raq ve­rir­di. Bu­ra­da elə o gül-çi­çək rəng­li cib yay­lıq­la­rı ilə göz­lə­ri­nin ya­şı­nı si­lən­lər də az de­yil­di. Bu, se­vinc yaş­la­rı­na bən­zə­mir­di. Gö­rü­nür ta­but qar­şı­la­ma­ğa gə­lən tək­cə biz de­yil­dik. Təy­ya­rə­dən en­di­ri­lən iki ta­bu­tu yük an­ba­rı­na apar­dı­lar. Am­ma an­ba­rın hə­yə­tin­də baş­qa ta­but­lar da var­dı, on­la­rı şi­mal is­ti­qa­mə­tin­dən Ba­kı­ya gə­lən təy­ya­rə­lər gə­tir­miş­di. Mən Cey­hu­nun ta­bu­tu­na ba­xa-ba­xa ba­cı­mı dü­şü­nür­düm. Oğ­lu­nun ölü­mün­dən xə­bər­siz olan ba­cım in­di yə­qin ki, əkib-be­cər­di­yi bos­ta­nı su­la­yır­dı. Ne­çə vaxt idi ki, Cey­hun­la Coş­qu­na ye­miş-qar­pız pa­yı ayı­rıb, həs­rət­lə yol­la­rı­nı göz­lə­yir­di. Bəl­kə də ba­cım gü­nün bu və­də­si ən çox da Cey­hu­nu qı­na­yır­dı: "Ay saq­qa­lı ağar­mış, har­da qal­dın gəl çıx də! Axı, sə­nin toy-dü­yü­nün ola­caq..."

Fi­kir­lər ürə­yi­mi yun ki­mi di­dir­di. İn­di Cey­hu­nun ölüm xə­bə­ri­ni ba­cı­ma ne­cə ve­rim...

Yük an­ba­rı­nın iş­çi­lə­rin­dən bi­ri mə­nim bərk köv­rəl­di­yi­mi gö­rüb, baş­qa bir ta­bu­tu gös­tə­rib dil­lən­di:

- Üçün­cü gün­dür ki, bur­da­dır, hə­lə də da­lın­ca gə­lən yox­dur!..

Bəl­kə dü­şü­nür­dü ki, bu söz­lər mə­nə tə­səl­li ola­caq, ək­si­nə, da­ha da köv­rə­lib ağ­la­dım. Mə­nə bir an­lıq elə gəl­di ki, unu­dul­muş ta­but söh­bə­tin onun haq­qın­da get­di­yi­ni du­yub dil­lə­nə­cək. Bu­ra­da nə­yə gö­rə yu­ban­ma­ğı­nın sə­bə­bi­ni de­yə­sən, yal­nız özü bi­lir­di. Ta­bu­tun üs­tün­də so­ya­dı və gön­də­ril­di­yi ün­van ya­zıl­mış­dı. Oxu­ma­ğa ma­cal tap­ma­mış kim­sə əli­ni çiy­ni­mə qo­yub xı­rıl­tı­lı səs­lə de­di:

- Ba­şın sağ ol­sun, adaş! - Bu söz­lə­ri de­yən hün­dür­boy­lu, sap­sağ­lam vü­cud­lu ki­şi­nin əl­lə­ri də ta­but qə­dər ağır idi. O, Cey­hu­nun ta­bu­tu ilə bir­lik­də gə­ti­ri­lən tə­zə ta­but­da­kı ca­van ada­mın əmi­si ol­du­ğu­nu bil­dir­di:

- Mən qar­da­şım oğ­lu­nun qa­ti­li­ni ta­nı­yı­ram. Əs­li­miz Göy­çay­dan ol­sa da, onu bu­ra­da Zab­rat­da dəfn edib, qa­yı­da­ca­ğam öl­dü­rül­dü­yü o Xa­ba­rovsk xa­ra­ba qal­mı­şa, qi­sa­sı­nı al­ma­mış ge­ri qa­yıt­ma­ya­ca­ğam!..

O, su­al ya­ğan göz­lə­ri­ni mə­nə zil­lə­di. Elə bil uzaq Xa­ba­rovs­kdan Azər­bay­ca­na növ­bə­ti ta­but gön­dər­mək üçün özü­nə or­taq ax­ta­rır­dı. Mən an­ba­rın hə­yə­tin­də­ki ta­but­la­rı bir-bir ona gös­tə­rib de­dim:

- Bəl­kə bu ca­van­la­rın qa­til­lə­ri heç o qə­dər də uzaq­da de­yil. Mə­nə adaş de­yən ki­şi çaş­dı, de­yə­sən nə de­mək is­tə­di­yi­mi an­la­ma­mış­dı. Axı, on­lar öl­mək üçün de­yil, ca­van yaş­la­rın­da in­san ki­mi ya­şa­ma­ğa get­miş­di­lər ora, - de­dim.

H­ava li­ma­nın­da ta­but da­şı­ma­ğa vər­diş elə­miş tə­ci­li yar­dım ma­şın­la­rı­nın sü­rü­cü­lə­ri hər iki­mi­zə müş­tə­ri gö­zü ilə ba­xıb, qı­mı­şır­dı­lar. Son­ra or­ta­ya qə­ri­bə sa­kit­lik çök­dü. An­caq mə­nə elə gə­lir­di ki, o səs­siz­lik­də tək­cə ta­but­lar da­nı­şır­dı:

    "Kim­sə bu­ra­da qa­til­lər­dən söz sal­dı. Hə, hə, əs­lin­də bi­zim qa­til­lə­ri­miz bu­ra­da - və­tən, xalq, əda­lət de­yə-de­yə və­zi­fə kür­sü­sü­nə dır­ma­şan­lar­dı" - de­yə ta­but­lar­dan bi­ri tə­əs­süf­lə bil­di­rir­di, - vax­ti­lə bi­zim ki­mi gənc­lə­rin iş­lə­di­yi fab­rik, za­vod­la­rı hər­ra­ca qo­yub da­ğı­dan­lar­dı mə­nim qa­ti­lim!.. Axı mən Qa­ra­ba­ğa göz di­kən düş­mən­lə dö­yüş­lər­də ağır ya­ra­lan­mış­dım. Atəş­kəs­dən son­ra iş üçün ağız aç­ma­dı­ğım ida­rə, təş­ki­lat qal­ma­mış­dı. İn­gi­lis, ame­ri­kan, türk, fran­sız mil­lət­lə­rin­dən olan daş qəlb­li pat­ron­lar öz doğ­ma və­tə­nim­də mə­nə iş ver­mə­di­lər. Özü­mü­zün­kü­lər­sə vic­dan­la­rı ilə al­ver edir­di­lər. Neft daş­la­rın­da sı­ra­vi fəh­lə iş­lə­mək üçün mən­dən 1500 dol­lar is­tə­di­lər. O 1500 dol­la­rı qa­zan­maq üçün Ru­si­ya­ya üz tut­dum. Axı­rım da be­lə ol­du... Axı mən bu­ra­da özü­mü do­lan­dır­ma­ğa bir iş tap­say­dım, Ru­si­ya­nın o uc­qar şə­hə­rin­də nə ölüm ax­ta­rır­dım?!

İKİNCİ TABUT:"Siz bu dün­ya­nın ən bəx­tə­vər ölü­sü­sü­nüz, xoş ol­sun o bi­ri dün­ya­da­kı ha­lı­nı­za! Si­zi heç ol­ma­sa tor­pa­ğa tap­şır­maq üçü­ın apar­ma­ğa gə­lib­lər. Am­ma üç gün­dür ki, bur­da­yam. Mə­ni iyir­mi gün əv­vəl qə­dim bir rus şə­hə­ri­nin ba­za­rın­da ba­şı­qır­xıq, gö­zü­qız­mış ye­ni fa­şist ruh­lu ca­van­lar öl­dür­dü­lər.Kən­di­mi­zə te­leq­ram da gön­də­ri­lib. Ai­lə­miz­də ye­ga­nə iş­lə­yən, pul qa­za­nan mən idim. Qət­lə ye­ti­ril­di­yim şə­hər­də biz azə­ri­lə­rin sa­yı yer­li əha­li­nin sa­yı­nı ötüb-ke­çir­di. Odur ki, şə­hə­rin qu­ber­na­to­ru qə­rar ver­miş­di ki, bi­zi fab­rik-za­vod­lar­da işə qə­bul et­mə­sin­lər. Mən də al­ver elə­mə­yə baş­la­dım. Qa­zan­cı­ma o qə­dər şə­rik çı­xan­lar ta­pı­lır­dı ki, heç son za­man­lar evə əməl­li-baş­lı pul da yo­la sa­la bil­mir­dim".

ÜÇÜNCÜ TABUT; "Eh rəh­mət­lik, bəs sən bil­mir­sən ki, in­di hər ye­rin öz Mö­hür xanı var? Mən də bur­da öz doğ­ma Mö­hür­ xanəmıza  pul ver­mək­dən bo­ğa­za yı­ğıl­mış­dım. Düzü, mən si­zin ki­mi Qa­ra­bağ­da vu­ruş­ma­mı­şam. An­caq ağ­lım kə­sən­dən bi­lir­dim ki, düş­mən de­yi­lən tayfanın adam­la­rı dün­ya­nın hər gu­şə­sin­də Dağ­lıq Qa­ra­bağ uğ­run­da əda­lət­siz də ol­sa sa­vaş apa­rır. Düşün­düm ki, dün­ya­ya sə­pə­lə­nən hər beş-on azə­r övladı bir er­mə­ni­ dəğasını za­va­la gə­tir­sə, on­da tor­paq­la­rı­mı­za ta­mah sa­lan düş­mə­nin to­xu­mu kə­si­lər ki... Mən də elə­mə­dim tən­bəl­lik, bir-iki ter­ror­çu daş­na­kın qu­la­ğı­nı çər­tib, cə­za­lan­dır­dım. Am­ma nə fay­da­sı, ey mə­nim axi­rət yol­daş­la­rım. Yad mil­lə­tin qa­nun ke­şik­çi­si mə­nə aman ver­di. Dedi sə­nin bu ci­na­yət əmə­lin daşnak cəl­lad­la­rı­nın Xo­ca­lı­da tö­rət­di­yi or­ta əsr vəh­şi­li­yi­nin ya­nın­da nə­dir ki?!. Get ya­şa!..  Əcəb yaşadım! Vay özü­mü­zün­kü­lə­rin əlin­dən - ax­ta­rış ve­rib mə­ni tap­dı­lar. Mə­nə de­di­lər ki, bə­yəm sən Al­la­hın ba­cı­sı oğ­lu­san? Ni­yə  Rusiya bazarlarında eldiyin bu qəh­rə­man­lı­ğı ge­dib Qa­ra­bağ­da gös­tər­mə­din? Dedim əs­təğ­fu­rul­lah, mən Al­la­hın ba­cı­sı oğ­lu de­yi­ləm, hə­lə üs­tə­lik nə na­zir oğ­lu­yam, nə də de­pu­tat-zad qo­hu­mum var. H­eç məm­lə­kə­ti­mi­zin hər­ra­ca qo­yu­lan əm­la­kın­dan nəs­li­mi­zə bir ti­kə də pay düş­mə­yib. Bir hal­da ki, və­tə­nin sər­və­ti­ni ye­yib şi­şən na­zir­lə­rin oğ­lu Qa­ra­ba­ğın yo­lu­nu ta­nı­mır, mənim  mü­ha­ri­bəmin kimə, nəyə  xeyri olacaq ki? Müharibədə yurdun, daşı da, göydə uçan quşu da savaşmasa, kasıbı canıyla, varlısi malıyla-puluyla vuruşmasa… ondan  nə qələbə ummaq  olar?  Dedi­lər, mə­sə­lə bu­ra­sın­da­dır ki, sən də ne­çə il­dir, Ru­si­ya­da pul qa­za­nır­san, ver, ca­nı­nı qur­tar! Bax, be­lə­cə qar­daş­lar, düz on il mən öz doğ­ma öl­kə­min və­tən­da­şı ol­ma­ğa ça­lış­dım. Bir ətək pul ve­rib al­dı­ğım pas­por­tun mö­hü­rünün mürəkkəbi  qu­ru­ma­mış, gör ba­şı­ma nə iş gəl­di. H­eç ol­ma­sa, sə­nəd­siz-fi­lan­sız dü­zü-dün­ya­nı gə­zib, do­la­şır­dım. Sən de­mə sə­nəd ada­mın ün­va­nı­nı ölü­mə ni­şan ve­rən  tə­lədən savayı bir .ey deyil­miş... H­eyif ver­di­yim o pul­la­ra... hə­lə ver­di­yim qo­naq­lı­ğın ləz­zə­ti Mö­hür  xanın qur­sa­ğın­dan çə­kil­mə­yib! O pul­la­rı özü­mə toy elə­mək üçün yığ­mış­dım... Gö­rü­nür, bu öl­kə­də Mö­hür­ xan ki­mi na­dü­rüst­lə­rin qur­sa­ğı dol­sun de­yə hə­lə bi­zim ki­mi çox oğul­la­rın ana­sı ağ­lar qal­ma­lı­dır".

Son­ra ta­but­lar bir-bi­ri­lə vi­da­laş­dı "O dün­ya­da gö­rü­şə­nə­dək!" - de­di­lər. Ta­but­la­rı apa­ran tə­ci­li yar­dım ma­şın­la­rı ha­va li­ma­nın­dan uzaq­laş­dı­lar.

                                                                        ***

   Cey­hu­nun ta­bu­tu­nu apa­ran ma­şı­nın pən­cə­rə­sin­dən dal­ğa­la­rı şa­hə qal­xan də­niz gö­rü­nür­dü. Şü­şə­ni dö­yəc­lə­yən Ba­kı kü­lə­yi elə bil Kər­bə­la çö­lün­də şə­hid olan­la­ra həsr edil­miş qəm­li bir mər­si­yə­ni pı­çıl­da­yır­dı.

... Uşaq vax­tı Cey­hun be­şi­yi xoş­la­maz­dı. Ba­cı­sı Gü­nəş, qar­da­şı Rus­lan kör­pə ikən xəs­tə­lik­dən öl­müş­dü­lər. Cey­hun da ba­la­ca be­şi­yi ölən kör­pə­lə­rin mə­za­rı­na ox­şat­mış­dı. H­əmi­şə ana­sı­nın qu­ca­ğın­da yu­xu­ya ge­dər­di. Be­şi­yə qo­yan ki­mi oya­na­ıb, ağ­la­yar­dı... Dil­li-di­la­vər Cey­hun in­di ta­bu­tun için­də lal-din­məz uzan­mış­dı. Yol­lar ma­şı­nı da, ma­şı­nın içə­ri­sin­də­ki ta­bu­tu da be­şik ki­mi yır­ğa­la­yır­dı. Mən ta­bu­tu­na ba­xa-ba­xa, onun ayaq­ya­lın is­ti qum­la­rın üs­tün­də hə­yət-ba­ca­da oy­na­dı­ğı gün­lə­ri xa­tır­la­yır­dım. Cey­hun o qum­la­rın üs­tün­də oy­na­ya-oy­na­ya bo­ya-ba­şa ça­tıb, pəh­lə­van cüs­sə­li gənc ol­muş­du. O qum­lar san­ki onun ayaq­la­rı­na ya­pı­şıb, bü­tün dün­ya­nı gə­zib do­laş­mış­dı. Bəl­kə o qum­lar in­di ta­bu­tun için­də, əbə­di yu­xu­ya get­miş Cey­hu­nun ayaq­la­rın­dan qop­ma­mış­dı­lar. Qu­la­ğı­ma Cey­hu­nun sə­si gəl­di:

 

Ye­rim Qum­lu Ba­zı­dı,

H­aq­dan gə­lən ya­zı­dı,

Dün­ya­ya gə­lən gün­dən,

Fə­lək, qəb­rim qa­zı­dı...

 

Qum­lu Ba­zı kən­di­miz­də­ki qə­bi­ris­tan­lı­ğın  köhnə adı­dır. Qə­dim za­man­lar­da də­ni­zin lə­pə­dö­yə­ni hün­dür tə­pə­lik olub. İki əsr­dən çox idi ölü­lər Qum­lu Ba­zı­da tor­pa­ğa tap­şı­rı­lır­dı. Son on il­də Ba­zı­da ca­van mə­zar­la­rı xey­li art­mış­dı. Ana­lar ca­van oğul­la­rı­nın mə­zar­la­rı­nı qır­mı­zı par­ça­la­ra bü­rü­yür­dü­lər. O al­qır­mı­zı par­ça­la­rı oğul­la­rı­nın bəy otaq­la­rı­nı bə­zə­mək üçün toy xonçasında  sax­la­mış­dı ana­lar... Qumlu Bazıda qür­bət­də qət­lə ye­ti­ri­lən­lə­rin  məzarlarının sa­yı və­tən uğ­run­da şə­hid olan gənc­lərim məzarın­dan iki də­fə çox idi. Hələ qürbətdə ömünü başa vurub, kəfənsiz –qusulsuz ölənləri demirəm. Qübətdə şah olsalar da onların məzarlaı ana-bacılarının acı göz yaçları ilə islanmamışdı.

Ana­sı­nı oğul to­yu­na həs­rət qo­yan Cey­hu­nun na­kam ta­le­yi­nə isə san­ki göy­də mə­lək­lər də yas sax­la­mış­dı. Ta­bu­tu üs­tü göz yaş­la­rın­dan is­lan­mış­dı. H­ər­dən mə­nə elə gə­lir­di ki, o hə­lə də adı­na QÜR­BƏT de­yi­lən uzaq yer­də­dir, nə vaxt­sa sağ-salamat  ge­ri dö­nə­cək! An­caq Ay­dın əmi­nin te­le­fon zən­gi mə­nim gü­ma­nı­mı par­ça-par­ça et­di: "İn­di har­da­sı­nız? Biz ha­zır­lı­ğı­mı­zı gö­rüb qur­tar­mı­şıq. (Yə­ni Ceyhunun qə­birini qaz­mı­şıq)... Si­zi göz­lə­yi­rik".

Dəh­şət idi. Yol mə­nə uzun gö­rü­nür­dü, yox­sa pəh­lə­van Cey­hu­nun ta­bu­tu­nu apa­ran ma­şı­nın gü­cü tü­kən­miş­di. Əmim­lə da­nı­şan­da mə­nə elə gəl­di ki, əli­mi uzat­sam kən­də ça­tar. Toy toğ­lu­su­nun bur­ma buy­nu­zu ki­mi qıv­rı­lan il­ğım­lı yol­lar­sa uzan­dıq­ca uza­nır­dı. Dümyanın ən uzun qürub çağıydı o gün! Ba­cım­gi­lin hə­yət-ba­ca­sı göz­lə­rim­də can­lan­dı: İla­hi, ora qür­bət­də  cavan oğ­lu, əri, qar­da­şı öl­ən  nə çox məsum-çarəsiz    çöhrələri yaslı qarapaltarlı qa­dın­ yı­ğı­şıb!

Mə­nim Ar­zu ba­cım in­di hər şey­dən agah idi. Dönüb bos­tan­da Cey­hu­nun adı­na sax­la­dı­ğı ye­miş­lə­rə ba­xıb, na­lə çə­kir­di:

 

Bos­tan­da ta­ğım ağ­lar,

Su­suz yar­pa­ğım ağ­lar,

Sa­ğam özüm ağ­la­ram,

Öl­ləm tor­pa­ğım ağ­lar.

 

... Son­ra uğul­tu­lu bu­ğa­naq qalx­dı. Kü­lək çöl-ba­yı­rın ba­rı­nı-bə­rə­kə­ti­ni san­ki gö­yə so­vu­ra­caq­dı. Kənd yo­lun­dan qum də­nə­cik­lə­ri ha­va­ya qal­xıb, Qum­lu Ba­zı­ya sa­rı ge­dir­di. O qum­lar kü­lək tox­ta­dıq­ca tə­zə qa­zıl­mış mə­za­ra dü­şür­dü. O qum də­nə­cik­lə­ri hər gə­li­şin­də Cey­hu­nun aya­ğı­na dö­şə­nər­di­lər. O qum də­nə­cik­lə­ri uşaq vax­tın­dan Cey­hu­nun ayaq iz­lə­ri­ni öpüb-ox­şa­mış­dı­lar. İn­di san­ki ölüm xə­bə­ri­ni eşi­dib öz­lə­ri­ni Cey­hun­dan qa­baq dəfn elə­yir­di­lər.

... Yol­da bə­zək­li-dü­zək­li gə­lin ma­şın­la­rı gö­rü­nür­dü. Toy ha­va­sı üs­tün­də kök­lən­miş adam­lar tə­ci­li yar­dım ma­şı­nın­da­kı ta­but­dan xə­bər­siz idi­lər. O ta­but­da­kı ca­va­nın da bir yay ax­şa­mı to­yu ola­caq­dı. Gə­lin apa­ran o bə­zək­li-dü­zək­li ma­şın­lar­dan bi­ri də Ar­zu ba­cı­mın hə­yə­ti­nə dö­nə­cək­di... "Bəy ota­ğı gör­mə­yən Cey­hu­num lay-lay". Ba­cı­mın sə­si uzaq­dan qu­la­ğı­ma düş­müş­dü. O səs mə­nim ki­mi Cey­hu­nu da təş­vi­şə sal­mış­dı san­ki.

"Dayı, anam­dan mu­ğa­yat olun!.." - de­yə dil­lən­di ta­but­dan.

Mən bu an nə edə­cə­yi­mi dü­şü­nür­düm. Yo­lun kə­na­rın­da­kı ya­rım­çıq bi­çil­miş zə­mi­nin için­də sı­nıb, xa­rab ol­muş kom­bay­nın sa­hi­bi də qaş­qa­ba­ğı­nı tök­müş­dü. İn­di bəl­kə o da özü­nü dün­ya­nın ən bəd­bəxt ada­mı sa­nır­dı. O, bəlkə də bil­mir­di ki, dün­ya­da ən ağır iş ana­sı­nın üs­tü­nə ca­van oğ­lu­nun ta­bu­tu­nu apar­maq­dı. Kən­din gi­rə­cə­yin­də tən­ha bir qo­ca əl ağa­cı­na söy­kə­nib ya­xın­lı­ğın­da əy­lə­nib-gü­lən ca­van­la­ra ba­xır­dı. İn­di öz cavanlıq çağını xatırlayan  o  əldən düşmüş qoca da yəqin ölüm ba­rə­də heç dü­şün­mür­dü.

                                                                ***

…Ba­cım­gi­lin hüzn­lə do­lu  hə­yə­ti­ndə izdihamı gö­rən­də tə­ci­li yar­dım ma­şı­nı­nın sü­rü­cü­sü hə­yə­can­lan­dı:

 - Mü­əl­lim ma­şın tə­zə­dir, bə­zən dərd in­san­la­rı həd­din­dən çı­xa­rır, ələl­xü­sus da qa­dın­la­rı. Qə­zəb­lə­ri­ni ta­but gə­ti­rən ma­şı­na tö­kür­lər. H­ət­ta özü­mü də bir də­fə möh­kəm əziş­di­rib­lər. Deyi­rəm, ne­cə ol­sa, si­zi eşi­dər­lər!..

- Na­ra­hat ol­ma! - de­dim. An­caq onun ke­çir­di­yi tə­laş his­si ötüb-keç­mə­di.

"Dayı, anam­dan eh­ti­yat­lı ol, özü­nü ma­şı­nın al­tı­na atar!.."

Cey­hun son də­fə ta­bu­tun için­dən dil­lən­di.

- Cey­hun gə­lir, Cey­hun gə­lir! - xə­bər ge­dib kən­din hər gu­şə­si­nə çat­mış­dı. Hər dəfə Ceyhundan şax rus pulu göy ABŞ dolları rüşfət alan Mö­hür  xan  da ida­rə­də otu­rub əl­lə­ri­ni ovuş­du­rur­du:

- Ay can, ay can, bu il­ki ku­rort pu­lum da dü­zəl­di. Qoy zəng edib bir cüt put­yov­ka si­fa­riş edim... Birini özümə, birini də cananıma…

- İş­ta­hı­na qoz hal­va­sı! Ay əb­lə­hin bi­ri əb­ləh, bu də­fə Ceyhunun  özü yox e, ta­bu­tu gə­lir!.. Bu­nu de­yən hər kim idi­sə Mö­hür xanın ba­şı­na çırt­ma vur­du. Mö­hür xan əsəbləşıb de­di:

- Eh, bəd­bəxt adam­san, heç vaxt mə­mur­lu­ğun, mö­hü­rün ləz­zə­ti­ni bil­mə­yib­sən. Ona gö­rə ağ­zı­nı qo­yub­san kön­də­lən yer­də. Nə ol­sun ki, ölü­sü gə­lir? Ru­si­ya­dan gə­lən ölü­lə­rin bi­ri sə­nin ki­mi bur­da­kı yüz di­ri­yə bə­ra­bər­dir. Sən bur­dan-bu­ra seç­ki­yə gəl­mə­yən­də on­lar gə­lir, həm də biz is­tə­yən na­mi­zə­də səs ve­rir­lər. H­ələ baş­qa haqq-he­sab­la­rı­mı­zı de­mi­rəm...

... Ceyhungilin həyətindən ucalan vay-şi­vən sə­si onun söz­lə­ri­ni eşi­dil­məz et­di. Yay gü­nə­şi qü­ru­ba enir­di. Cey­hu­nun bal­zam­laş­dı­rıl­mış me­yi­di­ni ta­but­dan çı­xa­rıb, yu­yu­cu­xa­na­ya apar­dı­lar. Kim­sə hey­rət­lə:

- Elə bil in­di hə­rə­kə­tə gə­lib, əməl­li-baş­lı da­nı­şa­caq!-de­di. Ölü­yu­yan­lar­dan ən yaş­lı­sı onun sö­zü­nə güc ver­di:

- Hə, elə bil heç öl­mə­yib. Dərin yu­xu­ya ge­dib, bə­də­ni də gül ki­mi, tər-tə­miz­dir. Bircə başının arxasında güllənin açdığı kiçik dəlik var…

Son­ra hə­yət-ba­ca­ya sığ­ma­yan ağ­laş­ma sə­sin­dən Cey­hun da san­ki yu­xu­dan oyan­dı:

"- Hə, in­di­cə aya­ğa qal­xa­ca­ğam. Axı mə­nim ta­bu­tu­ma heç ki­min gü­cü çat­maz. Özüm  öz çiy­ni­mə gö­tü­rüb, mə­za­rı­ma apa­ra­ca­ğam..."

Cey­hu­nun  xəyalı get-ge­də uəriyib  is­ti yay ax­şa­mı­na qa­rış­dı.

…Mol­la­nın oxu­du­ğu "Ər­rəh­man" su­rə­si­nin sə­da­la­rı al­tın­da ta­but yır­ğa­la­na-yır­ğa­la­na ge­cəy­lə Qum­lu Ba­zı­ya sa­rı yol al­dı.

 22.06.2004.                                         

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.