Kənan Hacı - Tabutdan qalxıb yaşayan adam
24.04.15

Son bir ayı Herman Melvilin “Mobi-Dik” əsəriylə baş-başa keçirdim. “Mobi-Dik” dünyanın on ən çətin oxunan əsərindən biridir. Əsəri dilimizə Kamran Nəzirli çevirib. Çox qəribədir ki, dünya ədəbiyyatının şedevrlərindən sayılan bu əsər XIX əsrin sonlarında yazılmağına baxmayaraq sovet dövründə bizim dilə tərcümə olunmayıb. Kifayət qədər ağır və çətin həzm olunan əsərdir. Bu romanın başıbəlalı tarixçəsi var. Əsər yazıçının sağlığında diqqətdən kənarda qalıb, onu Allahsızlıqda ittiham ediblər. Halbuki Mervil ateist deyildi və romanın ideyası da tamam başqadır. Bortuna Amerika bayrağı sancılmış balinaovlayan gəmidə nəhəng ağ balina uğrunda mübarizə aparan insanların faciəsi soyuqqanlı şəkildə təsvir edilir. Əsər Amerikanın dünəni və gələcəyi haqqındadır.

Melvilin ölümündən sonra bu əsərə maraq artıb. Bu barədə çox düşündüm, necə ola bilər ki, söz sənətinin bu nəhəng abidəsi yazıçının sağlığında diqqətdən kənarda qalsın? Yazıçı özü də əsəri yazarkən onun taleyindən nigaran imiş. Romanda da bu nigarançılıq özünü göstərir, bir yerdə o yazır ki, “görəsən mənim taleyim necə olacaq, spermasetli balina haqqında yazan müəllif necə olacaq?” Daha sonra yazıçı qeyd edir ki, “böyük kitab yaratmaq üçün böyük mövzu seçmək lazımdır! Dünyada buna cəhd edən adamlar olsa belə, birədən heç bir böyük və ölməz əsər yazıla bilməz”. Əsərin strukturu və süjet xətti olduqca mürəkkəbdir, saysız-hesabsız elmi-dini ədəbiyyatdan istifadə olunub. İnformasiya bolluğu oxucuya göz açmağa imkan vermir, beyin bu qədər informasiyanı həzm edə bilmir. Bu əsəri qeydlərsiz oxumaq sadəcə, mümkün deyil. “Mobi-Dik” ensiklopediya tipli bir romandır. Gəmi kapitanı, bir ayağını balina udmuş Ahab bu əsərin ən maraqlı personajlarından biridir. Onun həyatının məqsədi ağ balinadan ayağının qisasını almaqdır. Dülgər ona balinanın sümüklərindən ayaq düzəldir və o, okenda ağ balinanın axtarışına çıxır, sonda gəmiylə birlikdə sulara qərq olur.

Melvilin əsərinin mahiyyəti o dövrün tənqidçiləri tərəfindən təhrif olunub. Əsərin məğzini, ideyasını anlamayan insanlar tərəfindən gülünc ittihamlarla üzləşib. Əsəri Melvilin Allaha qarşı savaş açması, ağ balina obrazını Allahın simvolu kimi anlayanlar çoxluq təşkil edib. Bu mənada Melvilin bəxti gətirməyib. Onu zamanında düzgün anlamayıblar, o, haqq etmədiyi bir imtahanla üz-üzə qalıb. Amma o mənada bəxti gətirmiş yazıçıdır ki, zamanın imtahanından keçə bilib. “Mobi-Dik”in yazılmasından 160 ildən çox vaxt keçib, bu gün biz bu əsəri oxuyuruq.

Əsərdə hadisələr İsmail adlı bir şəxs tərəfindən nəql olunur. Tranko adasının kral onu öz villasına dəvət edir, ona adadakı spermasetli balinanın skeletini göstərir, İsmail bu nəhəng skeletin içinə girir, içəridəki sümük sütunları, qabırğaları ölçmək istəyir, bu məqamda kəllə bacasındakı kahinlər hay-küy qoparırlar: Sən nə cürətlə bizim allahımızı ölçürsən? –deyə ona mane olmağa çalışırlar. Melvil bu səhnəni çox böyük ustalıqla təsvir edib. Bu tipli simvolik səciyyə daşıyan təsvirlər əsərdə çoxluq təşkil edir, yazıçının ötürdüyü mesajı anlamaq üçün əsəri bütöv halda oxumaq lazım gəlir. Balina ovuna çıxmış gəmi bəşəriyyəti simvolizə edir, bu gəmidə Xeyir də, Şər də yan-yana üzür.

Melvil bir ömürdə bir neçə ömür yaşamış yazıçıdır, “Mobi-Dik” əsərindən sonra ömrünün son 25 ilini heç nə yazmadan yaşayıb. “Mobi-Dik” oxunması vacib olan əsərlərdəndir.

Bir neçə il bundan öncə kənddə tək yaşadığım bir vaxtda qəfildən xəstələndim. Qışın sərt keçdiyi vaxtlar idi, soyuq otaqda qızdırma içində yanırdım, vəziyyət getdikcə ağırlaşırdı, artıq yerimdən qalxa bilmirdim, qızdırmanın şiddətindən sayıqlama həddinə çatmışdım. Hayıma yetəcək bir kimsə yox idi. Bu dəqiqələrdə yerimin içində uzanın gözlərimi beton tavana zillədim və düşündüm ki, hələ nə qədər görüləcək işlərim var, yazılacaq yazılar var. Mən bu işləri başa çatdırmamış ölə bilmərəm. Uzun müddət bu barədə düşündüm və birdən hiss elədim ki, bir az yaxşılaşmışam. Hətta o dərəcədə yaxşılaşdım ki, qalxıb özümə zoğallı çay süzdüm. Səhər yuxudan ayılanda özümü gümrah hiss elədim, qalxıb yuyundum və işə getdim.

Kvikeqin ölümcül vəziyyətə düşməsi səhnəsini oxuyanda başıma gələn o hadisəni xatırladım. Fövqəladə dərəcədə gücə və enerjiyə malik olan Kviker bir gün xəstələnir, gəmidəki ağır iş rejimi onun qüvvəsini tükədir və ölümcül vəziyyətdə yatağa düşür. Dülgər ona tabut hazırlayır, tabutu göyərəyə gətirirlər ki, görsünlər Kvikeqin boy ölçüsünə uyğun gəlir ya yox. Kvikeq xahiş edir ki, onu tabutunun içinə uzatsınlar. Deyir yaxşıdır, yarıyar. Sonra yenidən çarpayısına uzadırlar və onun ölümünü gözləyirlər. Kvikeq isə çarpayısında uzanıb gələcək haqqında, görəcəyi işlər haqqında düşünür və hesab edir ki, bu işləri görüb qurtarmasa ölə bilməz. Ona deyirlər ki, məgər ölmək, ya yaşamaq insanın öz əlindədir? Cavab verir ki, hə, əgər insan yaşamağa qərar versə, adi xəstəlik onu öldürə bilməz.

Beləcə, Kvikeq sağalıb ayağa qalxır və onun üçün hazırlanmış tabutdan isə özü üçün matros sandığı kimi istifadə edir.

“Mobi-Dik” əsəri də belə bir tale yaşayıb. Dövrün tənqidçiləri onu tabuta qoymaq istəsələr də əsər ordan qalxıb yaşadı, bu gün də yaşayır. Bu, bir təsadüf idimi? /Qafqazinfo.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.