Marc Levy - BİZİM BİR-BİRİMİZƏ DEMƏDİYİMİZ SÖZLƏRCuliyanın toyuna iki gün qalmış onun atası Entoni Uolşun katibi zəng
etdi. Bacarıqlı biznesmen, lakin son dərəcə eqoist olan atası, Culiyanın
düşündüyü kimi, mərasimdə iştirak etməyəcək. Düzdür, bu dəfə Entoninin,
həqiqətən də, qeyd-şərtsiz bir bəhanəsi var: o ölüb. Culiya təsadüfən
baş verən hadisənin tragikomik cəhətini müşahidə edir: atası onun
həyatına soxularaq, planlarını alt-üst etmək kimi xüsusi bir istedada
malik idi. Gözlənilən ziyafət bir göz qırpımında dəfn mərasiminə
çevrildi. Lakin bu, sən demə, atasının Culiyaya hazırladığı heç də son
sürprizi deyilmiş…
Ruscadan tərcümə: Ruhiyyə Məmmədova
Nəşriyyat redaktoru: Elsevər Muradov
Bakı, Qanun Nəşriyyatı, 2012, 340 səh.
OSHO - KİŞİLƏRİN KİTABIBu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün
ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir
adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda “İnsanın
qurtuluşu” mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar
sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oshonun
saysız-hesabsız fikirlərini bir kitab şəklinə salmaq mümkün deyil.
Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək
üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq,
siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.
Bu prototiplər konkret
xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər
birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların,
həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.
Osho
reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə
edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu
personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının
quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan
kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.
Bakı, Qanun Nəşriyyatı, 2014, 248 səhifə.
Ruscadan tərcümə: Aysel Əlizadə
Redaktor: Kəmalə Abıyeva
ROBERT QRİN - HAKİMİYYƏTİN 48 QANUNU İnsan psixologiyasının mahir bilicisi, Robert Qrin lətafətləndirmək və
hökmranlıq etmək, özünə sevgi cəlb etmək və başqalarının düşüncələrini
və əhvali-ruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə
sizə kömək edəcək. Bu kitabda toplanmış məsləhətlərə riayət etməklə,
siz hər bir təbəssümü, hər bir jesti, hər bir sözü dağıdıcı silaha
çevirə biləcək, rəhbərlərinizin, iş üzrə həmkarlarınızın sonsuz
etimadına və hörmətinə nail ola biləcəksiniz. Siz hər bir qadını (və ya
kişini) məftun edə, eləcə də özünə inamlı, gur, uğurlu şəxsiyyət ola
biləcəksiniz.
Bakı, Qanun Nəşriyyatı, 2014, 264 səh.,
Ruscadan tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Elsevər Muradov
Astrid Lindqren - BALACA VƏ KARLSONStokholm şәһәrinin әn adi küçәsinin әn adi evindә Svanteson soyadlı çox adi bir İsveç ailәsi yaşayırdı. Bu ailә әn adi atadan, әn adi anadan və onların әn adi üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi.
Balaca һәmişә deyirdi:
– Mәn һeç dә әn adi balaca deyilәm.
Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә һeç şübһәniz olmasın: Balaca әn adi oğlan idi...
Антуан Де Сент-Экзюпери - Маленький принцПрошу детей простить меня за то, что я посвятил эту книжку взрослому. Скажу в оправдание: этот взрослый — мой самый лучший друг. И еще: он понимает все на свете, даже детские книжки. И, наконец, он живет во Франции, а там сейчас голодно и холодно. И он очень нуждается в утешении. Если же все это меня не оправдывает, я посвящу эту книжку тому мальчику, каким был когда то мой взрослый друг. Ведь все взрослые сначала были детьми, только мало кто из них об этом помнит.
Итак, я исправляю посвящение: Леону Верту, когда он был маленьким
N.Andreyeva, O.Vasilyeva - Azərbaycan, rus, ingilis, alman və fransız dillərində
danışmağı öyrənənlər üçün illüstrasiyalı lüğət
Bu, xarici dilləri yeni öyrənməyə başlayanlar üçün Azərbaycan, rus, ingilis, alman və fransız dillərində olan illüstrasiyalı lüğətdir. O, məktəbəqədər və orta məktəbin ilk siniflərində təhsil alan uşaqların işini xeyli asanlaşdıra bilər. Nəşrdəki rəngli illüstrələr sözləri həm anlamağa, həm də yadda saxlamağa imkan verir. Kitabda mövzular bölmələr üzrə yerləşdiyindən, lazımi sözləri asanlıqla tapmaq imkanı yaranır.
Bu kitab vasitəsilə azyaşlı oxucular eyni vaxtda bir neçə xarici dilə dair xeyli söz ehtiyatına malik olmaq imkanı qazanır.
Balaca oxucular üçün - SEHRLİ NAĞILLARBiri var idi, biri yox idi, bir kasıb odunçu var idi. Odunçu və arvadının pulu yox idi ki, uşaqlarını doyunca yedizdirsinlər. Bu səbəbdən də onlar qərara gəldilər ki, uşaqları meşənin ən uzaq və dərin yerinə aparıb azdırsınlar. Uşaqlardan ən kiçiyi olan Cırtdan Oğlan valideynlərinin öz aralarında nədən danışdıqlarını eşitdi...