İlqar Əlfioğlu - 60 yaşlı həmişəcavan bəy
09.04.15


Bu günlərdə tanınmış jurnalist və tərcüməçi İlqar Əlfioğlunun 60 yaşı tamam olub.
Bu münasibətlə gənc yazarlar onu təbrik edib. Artpress.az həmin təbrikləri təqdim edir.












Mübariz Örən:


İlqar Əlfioğlu bütün dünyanın fəxarətlə özünə vətəndaş hesab edə biləcəyi əsl azərbaycanlıdır!

Adama elə gəlir ki, bu cür zəngin, keşməkeşli həyat yoluna sahib insanlar hansısa romanlardan gəlib; bir insanın taleyi bu qədər sərt, enişli-yoxuşlu, döngələrlə dolu ola bilməz; bu qədər sınaqlara, əsassız basqılara insan oğlu tab gətirə bilməz! O, həyatın uzun, dolaşıq “labirintində” Minotavrlarla tək döyüşüb, hər dəfə də bu savaşdan alnıaçıq, qalib çıxıb. Çünki onun “Ariadna sapı” öz həqiqətidi və bu “həqiqət yumağını” heç vaxt əldən verməyib, itirməyib, - ən çətin məqamlarda döşünü irəli verib, düz sözünü mərdi-mərdanə üzə deyib!

İlqar müəllimdən bu altmış yaşında bircə xahişim var: öz zəngin, rəngarəng həyat yolunu, bu yolda keçirdiyi hissləri, hadisələri, təbəddülatları bir yerə yığıb - daşları toparlamaq vaxtıdı! - roman eləsin; bəlkə nə vaxtsa bu romandan da zəngin biliyə, erudisiyaya malik, seçdiyi hər hansı peşənin əsl peşəkarı olan, eyzən zövqlü, cavan, təzə olub sadə qalmağı bacaran ilqarəlfioğlular çıxa!





Kənan Hacı:

İlqar Əlfioğlu efirə çıxanda ölkədə yenicə azadlıq yelləri əsməyə başlayırdı. Onun verilişi azad sözün ən güclü "Dalğa"sına çevrildi. Sonra gələn dalğalar məhz o "Dalğa"nın gətirdiyi dalğalar idi. İlqar Əlfioğlu öz işini görüb kənara çəkildi. Amma tamaşaçı onu heç vaxt unutmadı, ekranda həmişə gözü onu axtardı. Azərbaycan teleməkanında bu veriliş bir nəfəslik açmışdı, stereotipləri dağıtmışdı. Ona görə oxucu efirə yeni nəfəs gətirmiş o oğlanı həmişə axtarırdı. Mən də o axtaranlardan biriydim. İlqar Əlfioğlu imzasına sonralar mətbuatda rast gəldim, yazılarını oxudum. 90-cı illərdə onun "Bu gün" qəzetində yazıları dərc olunurdu. Sonra ayrıca qəzet nəşr etdi. Sonra lent.az-da yazdı. Daha sonra APA TV və nəhayət, Tərcümə Mərkəzi. Səksəninci illərin sonunda "Dalğa"nın hər verilişini böyük maraqla izləyən o yeniyetmənin heç ağlına gəlməzdi ki, bir gün bu dəyərli insanla birlikdə çalışacaq.

İlqar Əlfioğlu ağayana adamdır, onun insanlarla rəftarında bir əsilzadəlik var. Bu da onun böyüyüb yetişdiyi mühitdən gələn bir tərbiyədir. O, yazıçı ailəsində doğulub, bizim üçün əfsanəyə çevrilmiş insanlarla canlı ünsiyyətdə olub. Sözün əsl mənasında görüb-götürmüş insandır. Daxilən çox zəngin bir insandır, beş-on dəqiqəlik söhbətdə ondan nə qədər şeylər öyrənmək olar. Onun tərcüməçilik fəaliyyəti xüsusi qeyd olunmalıdır. Jose Saramaqonun "İsanın İncili" romanı onun mükəmməl tərcüməsində Azərbaycan oxusucuna çatdırıldı. Bu xidmətinə görə hər bir azərbaycanlının İlqar Əlfioğluna bir təşəkkür borcu var!

Mən İlqar müəllimi ürəkdən təbrik edirəm! Ona həmişə belə cavan qalmağı arzulayıram!





Fərid Huseyn:


İlqar Əlfi (İlqar müəllim)  mənim daim şifahi söhbətinə diqqət kəsildiyim az adamlardan biridir. Hökmənhahökmən bilirəm ki, danışanda maraqlı nəsə deyəcək və o deyən həmin maraqlı fikirsə mütləq yadda qalacaq. Elə bilirəm bu savadda, istedadda və intellektual səviyyədə az adam var.

Ən müxtəlif əsərləri dilimizə peşəkar çevirən İlqar müəllimi həm də xoşbəxt tərcüməçi hesab edirəm. Bəxtinə düşən və ya öz seçimi, yüksək zövqü nəticəsində bir neçə bəşəri əsəri dilimizə çevirmək xoşbəxtliyi ona nəsib olub. 60-ında – yaşının indisində arzu edirəm ki, sağlam və sevincli olsun, Tanrı ona ürəyi istəyən kimi ömür nəsib eləsin.





Səxavət Sahil:

İlqar müəllimi 60 yaşlı təssəvvür edə bilmirəm. Onun televiziya ekranlarından izləyəndə mən yeniyetmə idim. Daha dəqiq desəm uşaq idim. Lakin onun verilişlərinə böyük kimi baxırdım. Çün ki, ekran qarşısından yayınmaq mümkün deyildi. İndi yadıma düşəndə mənə aydın olur ki, bu peşəkarlıqdan və sənətkarlıqdan irəli gəlirmiş.

İlqar Əlifioğlunun mənə tərcüməçi kimi daha doğma, daha qiymətlidir. Müəllifindən və üslubundan asılı olmayaraq İlqar müəllim istənilən yazıçını tərcümə edib, Azərbaycan oxucusuna təqdim edir. Lakin hər bir yazıçını öz “dilində”, öz “səsində” saxlayır. Məncə tərcüməçilikdə bu önəmli və zəhmətli işdir.

Ən çox sevdiyim əsər olan, Jose Saramaqonun “İsanın incili” romanını İlqar müəllimin tərcüməsində oxuyub, sevmişəm. Elə bilirəm ki, bu romanı Saramaqo Azərbaycan dilində yazıb.

İlqar Əlifioğlunu hər dəfə görəndə, Qarabağ tarixindən oxuyub, tanıdığım bəyləri, əsilzadələri xatırlayıram. İlqar müəllimi, 60 yaşınız mübarək, təbrik edirəm. Bəyin qocası olmur, bəy həmişə cavan olur!

Artpress.az

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.