Bell Hooks - FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜRBell Hooksun “Feminizm Hər Kəs Üçündür” əsəri media və yayğın kültürdə
feminizmlə bağlı ortaya qoyulan yanlış tərifləri hədəf alır. Feminizmi
“kişi düşmənliyi” olaraq tanıtmağa, bu fikri toplumlara aşılamağa cəhd
edənlərin iddialarının nə qədər əsassız olduğunu vurğulamaq istəyir. O,
feminizmin, “cinsi ayrı seçkiliyə, cinsiyyətçi istismar və basqıya son
verdirməyə çalışan bir hərəkat” olduğunu xatırladır. Bell Hooks bütün
insanları cinsi ayrı seçkiliklə mübarizəyə dəvət edir. O, feminizmi irq,
sinif və etnik kontekstdə yenidən incələməyi təklif edir.
Bakı, Qanun Nəşriyyatı, 2015,204 səhifə,
Tərcümə: Türkan Urmulu
Redaktor: Güntay Gəncalp
Ceyms Hedli Çeyz - EHTİYATLI QATİL Törətmədiyi cinayətə görə mühakimə olunmaq təhlükəsindən qorxaraq,
Amerika ordusundan qaçıb İtaliyada gizlənən Devid Çizholm pasportu və
pulu olmadığından ölkəsinə qayıda bilmir. O təsadüfən gözəl Laura ilə
tanış olur və ona vurulur. Sən demə, Laura çox varlı, ancaq avtomobil
qəzası nəticəsində tamamilə iflic olan Fançininin arvadıdır. Lauranın
bir sözüylə Devidi onun evində işə götürürlər. Vəsiyyətnamədə isə evdəki
xidmətçilərin hər birinə böyük məbləğ vəd olunur. Ancaq Laura xəbər
verir ki, o, dul qalsa, Devid altı yüz min lirəlik var-dövlətə sahib
olacaq, bunun üçün Fançinini və onun qızını öldürmək lazımdır...
Bakı, Qanun Nəşriyyatı, 2015, 228 səhifə, 1000 tiraj
Rus dilindən çevirən: Nadir Qocabəyli
Redaktor: Əziz Rzazadə