Feyziyyə "Mesaj"ını imzalayıb
30.03.15

"Kitabevim.az" mağazasında şairə Feyziyyənin "Mesaj" kitabının İmza günü olub. "Adiloğlu" nəşriyyatında çap olunan kitab xanım yazarın ilk kitabıdır. Kitabda onun şeirləri, esseləri və hekayələri toplanıb.

Tədbiri giriş sözü ilə açan tədqiqatçı, sənətşünas Ənvər Börüsoy bildirib ki, Feyziyyənin şeirləri bədii yaradıcılıq baxımından yeni ədəbi düşüncə prosesi deməkdir: "Çağdaş dünyada mədəniyyət və eləcə də həyatımızın bütün sahələri fəlsəfənin sinergetikası üzərində köklənib. Yəni, bədii estetik baxışların sosiallaşması prosesində şəxsiyyətlərin deyil, ideyaların sinergetik anlamı ən üstün səviyyədədir. Müasir Azərbaycan ədəbiyyatında bunun izlərini görmək olar. Xüsusilə də gənc yazarların əsərlərindən bunları duymaq çətin deyil. Biz çağdaş ədəbiyyatımızın bədii estetik dəyərlərini təəssüf ki, dərindən araşdırmırıq.

Yeni ədəbiyyatın dəyərini incələmirik. Buna görə də sanki yaşadığımız zamanın ruhunu ictimailəşdirmək yönündə geri qalırıq. Feyziyyə xanımın yaradıcılığını yaxından izləyən bir oxucu kimi deyə bilərəm ki, onun şeirlərinin, hekayələrinin və esselərinin məzmunu bədii yaradıcılıq baxımından yeni ədəbi düşüncə prosesi deməkdir. Feyziyyə xanım ruhunu sözə çevirmək, ya da sözün ruhunu yaratmaq kimi istedada malik olan şair və yazardır. O, hadisə ədəbiyyatı deyil, daha çox hadisələrin təsiri sayəsində və duyğularında yaranmış mövzuların ruhunu yazır. "Mesaj" kitabını oxuyanda məndə yeni qənaətlər yarandı. Feyziyyə xanımın şeirlərində motivlər deyil, onun bədii deyim formasının və üslubunun imkanları valehedicidir.

Ənənəvi ritorikadan, təsvir və ifadə formalarından tamamilə uzaq, çağdaş zəmanəmizin baxışlarında yer alan sürətin axarını görürük. Kimsəni indi nəyə görəsə heyran etmək bir qədər çətin görünür. Hər kəsin adicə internet resursları vasitəsi ilə dünyaya çıxış imkanı var. Məhz zamanın sürətini görməklə onu durdurmaq deyil, zamanın ruhuna insan duyğularının rəngini qatmaq çox çətindir. Çağdaş ədəbi prosesin və gəncliyin zamanın ahənginə uyğun tərzdə yazıb-yaratmaları, yeni ədəbi örnəkləri ortaya qoya bilmək bacarıqları onların həm də uğurları deməkdir. Feyziyyə xanım bu kitabı ilə öz istedadının ümmanın sınırlarını aşa biləcək qədər nümayiş etdirə bilib".

Daha sonra gənc yazar Sevinc Mürvətqızı, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və başqaları çıxış edib. Çıxışlarda müəllifin yaradıcılığına, onun sözə, şeiriyyata yanaşma tərzinə müxtəlif rakurslardan yanaşmalar olub.

Ardınca müəllif söz alaraq gələnlərə təşəkkürünü bildirib. İmza günü keçirilən kitabdan, onun dörd il əvvəl çap edilməsinə baxmayaraq indi təqdim edilməsinin səbəblərindən, gələcək planlarından danışıb: "Əslində "Mesaj" 4 il əvvəl, 2011-ci ildə çap edilib. Amma çap ediləndən sonra lazımi diqqəti göstərmədim. Çapdan, kitab evlərinə paylanandan iki il sonra taleyilə maraqlandım. Zaman keçdikcə insanın düşüncə tərzi, həyata baxışı, adamlara yanaşması dəyişir. Bu səbəbdən illər sonra anladım ki, "Mesaj" rəflərdə tozlanacaq kitab deyil. Onu oxuculara tanıtmaq lazımdır".

Müəllif qeyd edib ki, hər kitabın öz taleyi var: "Kitablar da insanlar kimidir. Onlar da doğulurlar, müəyyən məqsədə, amala xidmət edirlər, etdikləri işin qarşılığını gözləyirlər. Müəyyən bir taleyi yaşayırlar. Həyatda bizim qismətimizi hansısa fövqəlgüc idarə edirsə, kitabların da taleyini müəyyən mənada müəllif təyin edir.
Kitabların da öz haqları var, onların haqqını tapdamaq olmaz. İnsan bəzən verdiyi qərardan peşman olur, yazdığı yazılardan məyusluq duyur. Buna görə də bəlli bir zaman konteksti lazım gəldi. Və anladım ki, bu kitab həqiqətən dəyərlidir. Onu dostlarımın, müəllimlərimin, oxucularımın ələ almasından, oxumasından utanmayacağam. Gec də olsa çalışdım ki, "Mesaj"ın haqqını qaytarım, layiq olduğu dəyəri alması üçün nələrsə etdim. Hər başladığım işdə özümə güvənirəm. İmza gününə hazırlaşanda zəng edən, əlaqə saxlayan dostlara dedim ki, öz işlərindən qalıb, narahat olmasınlar. Yəni, özəl olaraq heç kəsi dəvət etməmişəm. Ədəbi və digər dairələrdə kifayət qədər samballı adamları dəvət edə bilərdim, amma istəmədim".

Xanım yazar planlarından da söz açıb: "Mənim özümdən başqa maneəm yoxdur. Məni kiminsə çap edib-etməməsindən narahat deyiləm. Hazırda "Mesaj" ruscaya tərcümə olunur. Türkcə və ingiliscəyə tərcümə edilməsi üçün təkliflər almışam. Bundan başqa bölgələrdə imza günləri təşkil olunacaq. Rusca tərcümə hazır olandan sonra isə Rusiyada təqdimat planlayıram. Əlavə olaraq yeni kitablar üzərində işləyirəm, yaxın vaxtlarda hekayə və esselər kitabı işıq üzü görəcək. İçimdə tükənməz bir enerji olduğunu hiss edirəm. İstəyirəm ki, insanlar, insanlıq üçün nələrsə edim".

Sonda şairə oxucuları maraqlandıran sualları cavablandırıb, onlar üçün kitab imzalayıb. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.