Firuz Mustafanın yeni kitabı nəşr edilib
30.03.15
Firuz Mustafanın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən 40-dan çox bədii və elmi kitabı nəşr olunmuş, dövlət teatrlarında onlarla pyesinə quruluş verilmişdir.
“MBM” nəşriyyatı yazıçının “Hekayələr” adlı kitabını məşr etmişdir. Buraya Firuz Mustafanın müxtəlif illərdə və müxtəif nəşriyyatlarda çap edilmiş (“Göyəm kolları” (“Gənclik” nəşriyyatı, 1985), “Dünyanın rəngi” (“Gənclik” nəşriyyatı, 1989), “13 hekayə” (“MBM” nəşriyyarı, 2009), “Monohekayələr” (MBM” nəşriyyarı, 2009), “Ölü dildə sevgi məktubları” (“Zero” nəşriyyatı, 2014) kitablarına daxil olunmuş hekayələri toplanmışdır.
Beləliklə, vaxtilə beş kitabda nəşr edilmiş hekayələr indi bir cilddə oxucuların “qonağıdır”.
Bu hekayələrin qəhrəmanları yaşadıqları mühit, formasiya və zamandan asılı olmayaraq ağrı-acılarla yaşayan, sevinən, darıxan, sevilən, sevən, nifrət edən, əzən, əzilən... insanlardır.
Yeni kiraba daxil edilən birinci və sonuncu hekayə arasındakı zaman məsafəsi təxminən qırx ildir. Birinci kitabın çap olunduğu vaxtdansa otuz il keçir. Və əslində bu kitabın əsas qəhrəmanlarından biri elə vaxtdır.
Kitabda tənqidçi-ədəbiyyarşünas Vaqif Yusiflinin “Firuz Mustafanın hekayələri” adlı sözardı da yer almışdır
Firuz Mustafanın hekayələri bir çox dillərə tərcümə olunmuş, bir sıra mükafatlara layiq görülmüşdür.
Artpress.az
|