"Qanun" nəşrlər evində yeni kitablar çap olundu
13.03.15

Knut Hamsun - VİKTORİYA

Romanın süjetini faciəvi məhəbbət mövzusu təşkil edir. Əsərdə yalnız dəlicəsinə sevənlərin labüd məhvə məhkum olması deyil, onların qarşısında keçilməsi çətin sədlər qoyan silki bərabərsizlik motivi də səslənir. «Viktoriya»da məhəbbət dramının sosial səbəbləri yeni məzmunda canlanır.

Bakı, Qanun Nəşriyyatı, 2015, 164 səhifə. 
Tərcümə:        Nadir Qocabəyli
Redaktor:       Əziz Rzazadə






Knut Hamsun - PAN

Yunan əsatirinə görə, Pan meşə, tarla və mal-qara tanrısı Hermesin oğludur. Panın barıtqabının üzərindəki kiçik fiquru ovçu Qlanın onun təsiri altında olduğuna işa­rə­dir. Qlan, demək olar ki, qadınlar üzərində sonsuz haki­miy­yə­tə malik olmasıyla Pana bənzəyir. Buna baxmayaraq, bu bənzəyişin onun xarakterindəki əsas xüsusiyyətə dəxli yox­­dur. Qlan öz arzu və istəklərini hər şeydən üstün tutan müa­sir «əsəbi insan»dır. Cəmiyyətdəki ruhsuzluq onu tən­ha qalaraq öz «mən»inin sirlərini çözə biləcəyi meşəyə sı­ğın­mağa məcbur edir. İnsanlardan uzaqlaşan qəh­rə­man öz azadlığına qovuşur.

Bakı, Qanun Nəşriyyatı, 2015, 196 səhifə. 1000 tiraj
Tərcümə: Nadir Qocabəyli
Redaktor: Xeybər Göyyallı




Knut Hamsun - NAĞILLAR DİYARINDA

1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər etmiş, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzmişdir. 1903-cü ildə səfər təəssüratlarından bəhs edən «Nağıllar diyarında» adlı yol qeydlərini qələmə alan yazıçı bu ölkələr və şəhərlərlə bağlı müəyyən məqamlara toxunmuş, regionumuzda yaşayan xalqlar, xüsusən də ermənilər haqqında olduqca maraqlı fikirlər ­söyləmişdir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 276 səhifə. 1000 tiraj
Tərcümə:       Nadir Qocabəyli 
Redaktor:      Təhminə Bədəlova

 




Napoleon Hill  -  ZƏNGİNLİYİN AÇARI

Siz yalnız pulla əldə edilən maddi rifaha can atırsınız. Çünki öz istedad və bacarığınızdan faydalanaraq həyatın təqdim etdiyi naz-nemətlərdən maksimum dərəcədə həzz almaq istəyirsiniz. Bu, zənginliyə doğru uzanan yollardan yalnız biridir və ona, son məqsədə ancaq bircə şərtlə nail olmaq mümkündür – siz zənginliyə doğru aparan yolun açarını tapmalısınız. 
Napoleon Hill zənginliyin əldə edilməsi üçün universal açarı təqdim edir. Bu açarı o özü kəşf edib. Onun fövqəladə mexanizmi cazibədar dünya qarşısındakı qapıları üzünüzə taybatay açacaq. Bu kitabı oxumaqla həmin sehrli açarı əldə edəcəksiniz. 

Bakı, Qanun Nəşriyyatı, 2015, 296 səhifə, 1000 tiraj
Tərcümə:             Seymur Şahbazov
Redaktor:            Əziz Rzazadə 




Seyfulla Aslanov - İstintaq sirri

Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlan­mışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfiden­siallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respub­likasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir.
Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində inform­asiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və tex­nolo­giyalarının rolunun art­ması informasiya təhlükəsizliyi məsələ­lərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyə­sindən asılı olur.
Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfi­densiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbi­qinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaş­larının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklə­rinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır. 

Bakı, Qanun nəşriyyatı, 2015, 240 səh., 500 tiraj.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.