Con Qolsuorsi - Yapon heyvası
12.03.15

Artpress.az Həmid Piriyevin tərcüməsində ingilis yazıçı və dramaturq ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Qolsuorsinin "Yapon heyvası" hekayəsini təqdim edir.

Sitidə yaxşı tanınan centlmen, mister Nilson Kempden Hilldəki vanna otağının pəncərəsini açanda boğazına dolmuş nəsə şirin həyəcan və beşinci qabırğasının altında qəribə boşluq hiss etdi. Pəncərədən baxanda Skver-Qarden parkındakı balaca ağacın çiçəklədiyini gördü, termometrin altmış dərəcə göstərdiyi də nəzərindən qaçmadı. “Gözəl səhərdir, - fikirləşdi,- nəhayət ki, bahar gəldi!”
Tintorettonun rəsmlərinin qiymətləri haqda düşünə-düşünə qırağı fil sümüyündən hazırlanmış əl güzgüsünü götürüb diqqətlə üzünə baxmağa başladı. Yumru, çəhrayı yanaqları, səliqəylə qırxılmış qara bığları və aydın boz gözləri sağlamlığın sübutu idi. Qara sürtukunu geyinib aşağı düşdü.
Yemək otağındakı bufetdə səhər qəzeti vardı. Mister Nilson onu götürməyə macal tapmamış həmin qəribə hiss yenə onu bürüdü. Bir az narahat halda şüşə qapıdan çıxıb dairəvi pilləkanla küçəyə düşdü. Quşlu saat səkkizi vurdu.
“Səhər yeməyinə yarım saat qalıb, - düşündü, - parkda gəzişim”.
Parkda heç kim yox idi, o qəzeti dalında çarpazladığı əlində tutub dairəvi yolda addımlamağa başladı. O, yolu iki dəfə fırlanandan sonra bu hissin onu nəinki tərk etmədiyinə, hətta gücləndiyinə əmin oldu. Arvadını müalicə edən həkimin məsləhətini xatırlayıb bir neçə dəfə dərindən nəfəs aldı, amma bu da kömək etmədi. O, ürəyinin titrəyişini və eynən içki içəndən sonra olduğu kimi qanında şirin nəyinsə fırlandığını hiss edirdi. Dünən gecəki yeməkləri yadına saldı, amma qeyri-adi heç nə olmadığı üçün düşündü ki, ola bilsin ona hansısa bitkinin iyi bu cür təsir edir. Amma günəş şüalarının düşdüyü çiçəkləyən kollardan incə, şirintəhər, nəinki pis, hətta xoşagələn limon iyi gəlirdi. O gəzintisinə davam etmək istəyəndə hardasa yaxınlıqda qaratoyuq səsi gəldi. Mister Nilson yuxarı baxıb yoldan təxminən beş yard aralıdakı balaca ağacın yarpaqların arasındakı quşu gördü. Mister Nilson heyrətlə ağaca baxırdı, bu vanna otağının pəncərəsindən gördüyü ağac idi. Onun tünd-yaşıl yarpaqları, ağ-çəhrayı gülləri vardı, yarpaqlarda və çiçəklərdə günəş şüası parıldayırdı. Mister Nilson gülümsədi: ağac elə canlı və gözəl idi ki.
O, gəzintini unudub dayanmışdı və gülümsəyirdi...
“Nəgözəl səhərdir! – düşündü. Parkda da təkəm... Ancaq mən hiss edib gəldim və...” Fikrini tamamlamamış yanındakı eyni onun kimi əllərini dalında çarpazlayıb dayanan və ağaca baxıb gülümsəyən adamı gördü. Pərt olan mister Nilson gülümsəməyi kəsib tanımadığı adama yanakı baxmağa başladı. Bu onun qonşusu, Sitidə yaxşı tanınan mister Tandram idi. O, burada beş ildi yaşayırdı. Mister Nilson o saat vəziyyətin naqolaylığını anladı: onlar hər ikisi evli idi və indiyəcən ikilikdə qalıb söhbət etmək imkanları olmamışdı. Hərəkətinin düzgünlüyündən şübhələnsə də mister Nilson: “Gözəl səhərdir!” deyə mızıldandı. Mister Tandram da: “Bəli, bəli, ilin bu vaxtı üçün möhtəşəmdir!” dedi. Mister Nilson qonşusunun səsində bir az həyəcan hiss edib ona dik baxmağa başladı. Mister Tandramla təxminən eyni boydaydılar. Onun da yumru, çəhrayı yanaqları, səliqəylə qırxılmış qara bığları və aydın, boz gözləri vardı. O da qara geyimdə idi. Mister Nilson qonşusunun da əlində səhər qəzetini tutduğunu gördü. Və hərəkətini izah etməyin labüdlüyünü hiss edib soruşdu:
- E... Bilmirsiniz, bu hansı ağacdır?
Mister Tandram cavab verdi:
- Elə mən də sizdən bunu soruşmaq istəyirdim.
O, ağaca yaxınlaşdı. Mister Nilson da həmçinin.
- Bəlkə üstündə yazılıb, - mister Nilson dedi.
Bayaq qaratoyuğun oturduğu yerin yaxınlığında asılmış yazını birinci Mister Tandram gördü və bərkdən oxudu:
- Yapon heyvası.
- A! – mister Nilson dedi. – Belə də düşünürdüm. Nə tez çiçəkləyir!
- Hə, çox tez, - mister Tandram da razılaşıb əlavə etdi, - Elə bil bu gün havada nəsə var.
Mister Nilson dedi:
- Qaratoyuq oxuyurdu.
- Hə, - mister Tandram dedi, - mənə onların görünüşü daha çox xoş gəlir. Oxumaqlarında zil səslər çoxdur.
Və o mister Nilsona dostyana nəzər saldı.
- Tamamilə düzdür. – mister Nilson mızıldandı. – Bu ekzotik ağacların heç bir xeyri yoxdur, amma gözəl çiçəkləri var! – Və o, “Qonşu pis adama oxşamır, o mənim xoşuma gəlir” düşünüb yenə ağaca baxdı.
Mister Tandram da çiçəkləyən heyvaya baxırdı. Ağacsa elə bil onların diqqətindən cuşa gəlib titrəyir, çiçəklərini silkələyirdi. Hardasa uzaqda yenə qaratoyuq oxudu. Mister Nilson gözlərini yayındırdı. Birdən ağlına gəldi ki, mister Tandram bir az axmaq təsiri bağışlayır; onun simasında özünü görübmüş kimi tez dedi:
- Yaxşı, evə getməliyəm. Sağlıqla qalın!
Mister Nilsonda nəsə görübmüş kimi mister Tandramın da üzündən kölgə keçdi.
- Görüşənədək, - deyə cavab verdi. Və qəzetləri dallarında tutmağa davam edərək ayrıldılar.
Mister Nlson qonşusundan dala qalmağa çalışaraq yavaş-yavaş evə getdi. O, mister Tandramın öz evinin dairəvi dəmir pilləkanıyla necə çıxdığını gördü. Mister Nilson öz evinə çıxmağa başladı. Yuxarı pillədə dayandı.
Budaqlardakı çiçəklərin üstünə düşən bahar günəşinin şüaları yapon heyvasını canlı kimi göstərirdi. Qaratoyuq əvvəlki yerinə qayıdıb yenə oxuyurdu.
Mister Nilson udqundu; yenə boğazında düyünlənən həmin həyəcanı hiss etdi.
Nəsə bir səs – nə öskürək idi, nə də köks ötürmə - onun diqqətini çəkdi. Şüşə qapının dalında mister Tandram dayanmışdı və o da parka, çiçəkləyən heyvaya baxırdı. Nədənsə qəmlənən mister Nilson tez otağa girdi və səhər qəzetini açdı.

"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.