“Ulduz” jurnalının fevral sayı işıq üzü görüb
02.03.15

Bugünlərdə “Ulduz” jurnalının fevral sayı işıq üzü görüb. Dərgi tənqidçi Elnarə Akimovanın “Ulduz”a gələn və Ondan başlanan yollar” adlı ekspert yazısı ilə açılır.
 
Tənqidçi “Ulduz”un ekspertiza təşəbbüsünə jurnalın yalnız ədəbi materialı dəyərləndirmə cəhdi kimi deyil, həmçinin onun özünün əməyinin, ortaya qoyduğu işin tənqidə açıqlığı, onun kənar gözlə analiz olunma cəsarəti kimi yanaşdığını qeyd edib Jurnalda gənc yazar Azər Fəraqinin qəzəlləri Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin təqdimatında oxucuların ixtiyarına verilib.

“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan “Variasiya”da bu dəfə türk yazıçısı Orxan Kamalın “İki buçuk” hekayəsinin tərcüməsi üzrə müsabiqə elan edilib.

“Tərcümə saatı” rubrikasında Aleksandr Blokun şeirləri orijinalı ilə yanaşı Əlizadə Nurinin tərcüməsində verilib.

“Ulduz”un budəfəki şeir vaxtında Kəmaləddin Qədim, Müşfiq Cəbiyev, Rafiq Yusifoğlu, Rizvan Nəsiboğlu, Sabir Zamanlı və  Nurlanın şeirləri, həmçinin Vüqar Rahinin qəzəlləri də  yer alıb.

“Anım” bölümündə Vaqif Bəhmənlinin təqdimatında bu yaxınlarda dünyasını dəyişmiş Xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsi “Mən burdayam, İlahi” yazısı ilə anılıb.

“Ulduz”un fevral nömrəsində Sevinc Mürvətqızının “...Məktublar” silsiləsindən “Sənin mifin dağıldı, Apollon” essesi dərc edilib.

Laura Cəbrayıllının “Oyaq yuxular” silsiləsindən “Kəllə pəncərə” və “Torağay təpəsi” hekayələri də dərginin bu sayında işıq üzü görüb.

Aydın Dadaşovun “Cənnət xanımın “III Riçard”ı” yazısı jurnalın “Sənət” bölümündə öz əksini tapıb.

Məti Osmanoğlunun təqdimatında  poststrukturalist nəzəriyyənin görkəmli nümayəndəsi Yuliya Krsitevanın “Gənc yazarlar üçün nəzəriyyə dərsi” verilib.

Jurnalda Əlisəfa, Rəşid Faxralının nəsr əsərləri, Hicran Hüseynovanın “O böyük xoşbəxtlik” pritçası, Qəşəm Nəcəfzadənin Mirfəridin şeirləri haqqında yazdığı “Səni şeirdə görməyimə şadam” yazısı dərc olunub.

Dərginin “Tribuna” bölümündə Xanım Mehdixanlı “Çiçəklərin çəkir gözü intizar” adlı yazısında Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılıq yolundan söz açıb.

Fərqanə Mehdiyevanın moderatorluğu ilə aparılan ənənəvi “Diskussiya klubu”nda Məhsəti Musa, Ramilə Qardaşxanqızı, Elçin Aslangil, Nilufər, Təranə Turan Rəhimli, Günel Rüstəmli müzakirəyə qoşulub.

Jurnalın “Dərgidə kitab” layihəsinin budəfəki qonağı Şəfiqə Şəfadır. Layihədə onun tərcümələri verilib.

Artıq satışda olan jurnalın üstündə oxucular həmçinin “Leyli və Məcnun” operasının diskini və “Aforizmin iki zirvəsi” kitabını hədiyyə kimi əldə edə bilərlər. /525.az/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.