Murad Köhnəqala - YUXULARIMKitabdakı
hekayələri “Yuxularım” adlandırsam da, təsvir olunan hadisələrin heç
birini yuxuda görməmişəm. Mətnlərin yazılışında yuxugörmədən, sadəcə,
bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan
iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı.
Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hədəfində
insan iradəsinin necə aciz olduğunu görəcəksiniz.
Bakı, Qanun Nəşriyyatı, 2015, 88 səh., 300 tiraj
Redaktor: Şəlalə Göytürk
Mümin Sekman - DAVAMLI ÖYRƏNHəyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı?
Kitabın
müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə
araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz
təcrübəsindən istifadə edərək öyrədir. İlk olaraq “Fərdi İnkişaf
mütəxəssisi” titulunu qazanan müəllif bütün kitablarını insanların
həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır.
M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını
göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə
yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.
Bu kitab daha çox
gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün
nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini
dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.
Bakı, Qanun Nəşriyyatı, 2015, 184 səh., 1000 tiraj
Türkcədən tərcümə: Həcər Abbaslı
Nəşriyyat redaktoru: Anar Mahmudoğlu
Artpress.az