Serbiya səfiri Tərcümə Mərkəzində
19.02.15

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç və onun müşaviri Milorad Srevar fevralın 18-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüblər. Görüş zamanı A.Məsud səfirə Mərkəz və onun gördüyü işlər barədə məlumat verərək, ölkədə tərcümə işinin qurulmasına dair fikirlərini bölüşüb: “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi prezident cənab İlham Əliyevin 2014-cü il 16 may tarixli Fərmanı ilə yaradılıb. Mərkəz ölkənin aparıcı tərcümə qurumudur.  Fəaliyyətə 2014-cü ilin avqust ayının 16-dan başlasa da, qurum qısa müddət ərzində dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, tərcümə sənətinə marağın artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəxəssis hazırlığı, beynəlxalq aləmlə ədəbi-mədəni mübadilələrin təşkili istiqamətində əhəmiyyətli işlər görüb. Lakin əsas işimiz qarşıdadır. Biz, hazırda ölkə üzrə fəaliyyətdə olan tərcüməçi kadrların kvalifikasiyası ilə bağlı müəyyən tədbirlər hazırlayırıq”.

Direktor, həmçinin, bədii tərcümə istiqamətində görülən işlər barədə də səfiri məlumatlandıraraq serb ədəbiyyatından tərcümə olunan əsərlərdən danışıb: “Fəaliyyət göstərdiyimiz 25 il ərzində tərcümə etdiyimiz yüzlərlə dünya ədəbiyyatı inciləri sırasında serb ədəbiyyatı nümunələri də yer alır. Görkəmli serb yazıçısı Milorad Paviçin əsərləri dilimizə tərcümə olunaraq nəşr edilib. Hazırda Mərkəzin sifarişi ilə məşhur serb yazıçısı, Nobel mükafatı laureatı İvo Andriçin əsərləri tərcümə edilir. Əsərləri dilimizə Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev tərcümə edir”.

Daha sonra N.Rodiç dəvətə görə Mərkəz rəhbərliyinə öz təşəkkürünü bildirib: “Dəvət etdiyinizə görə sizə səmimi təşəkkürümü çatdırıram. Mən bu binaya təkcə dövlət rəsmisi kimi yox, həm də bir tələbə kimi gəlirəm. Çünki burada Azərbaycan dilini öyrənirəm. Yadımdadır, bir sıra səfirlər Bakıya gələndə “Azərbaycan dilini harada öyrənə bilərik” deyə sual qarşısında qalırdılar. Diplomatik nümayəndələr tez-tez bu problemlə qarşılaşırlar. Azərbaycan dili türk dilləri ailəsinə aiddir və 120 milyona yaxın insan bu dildə danışır. Hələ Cənubi Azərbaycanda yaşayan azərbaycanlıları da bu siyahıya əlavə etdikdə əhəmiyyətli dərəcədə böyük rəqəm alınır. Çox istərdik ki, Mərkəzinizdə təşkil olunan kursların reklamı daha əhatəli olsun və dilə yiyələnmək arzusunda olan hər kəs bu kurslarda iştirak edə bilsin. Şəxsən mən Mərkəzin təşkil etdiyi kursda Azərbaycan dili öyrənirəm və bu şəraiti yaratdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki, insan nə qədər çox dil bilirsə, bir o qədər də varlıdır. O, təkcə ölkədə yox, bütün SSRİ miqyasında bu dilə diqqət göstərilməsinə çalışırdı”.

Daha sonra cənab səfir Serbiyada tərcümə sahəsiylə bağlı fikirlərini bölüşüb: “Serbiyada Tərcüməçilər Birliyi mövcuddur və bu sahəylə həmin bu qurum məşğul olur. Tərcümə işlərinin həyata keçirilməsinə Tərcüməçilər Birliyi icazə verir. Ayrı-ayrı şəxslərin müraciəti ilə də hər hansı bir əsər tərcümə oluna bilər, bu zaman Tərcüməçilər Birliyi bu məsələyə baxır. Yəni bizdə notariusla təsdiqlənmə mövcuddur, lakin bu məsələlərin tərcümə tərəfi Tərcüməçilər Birliyinin hüquqları çərçivəsində həyata keçirilir. Mən tərcümə işiylə məşğul olan insanları cərraha bənzədirəm. Hər iki iş eyni dərəcədə incəlik və məsuliyyət tələb edir”.
Görüşün sonunda Afaq Məsud Mərkəzin yenicə nəşr etdiyi “Serbcə-azərbaycanca lüğət” kitabını və H.Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıda qonaq olmuş Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçin Bakı haqqında yazdığı “Xəzər dənizinin sahillərində” kitabını qonağa hədiyyə edib.

Artpress.az

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.