Türkan Mehraliyeva - Zaman gözləmir
19.02.15


         Həyat bizi istəmədiyimiz yerlərə aparır. Dayanıb geri qayıda bilmədiyimiz o yerlərdə hər şeyi zamanın üstünə yıxırıq, zamanla geri qayıdacayıq deyirik. Amma bəzən zaman bizi geri qaytarmaq istəmir əlimizi buraxıb öz bildiyini edir biz isə yenədə gözləyirik.  
     
        Həqiqəti bilir, görürük ama yenə də tərpənmək, hərəkət etmək istəmirik zaman gəlsin bizi qaldırsın deyirik, özümüz özümüzü aldadırıq. Bu aldanış uzun çəkir yeni ünvanlara gedirik amma gəldiyimiz o yere heç vaxt qayıtmırıq. 
    

           Olduğun yerin əslində olmaq istəmədiyin bir yer olduğunu hiss edəndə hər şeyə və hər kəsə qarşı bir soyuqluq yaranar, heç nə səni sevindirməz, ürəyini açmaz. Bu yoldan geri qayıtmaq kimi bir şansın da yoxdu, yox olub getmək kimi seçimin də olmaz. Xərclədiyin zamanı boş yerə xərcləmiş olmaq və onu zibil qutusuna atmaq elə ağır gələr ki, insana. Məcbur davam edərsən həyata, məcbur gülümsəmələr, məcbur danışmalar. Məcbur olduğun bu qədər şey var ikən gedə bilmirsən amma xəyalların başqa yerdə olar.
    
           Bəzən ən sadə şeylər üçün belə “sabah” ilə başlayan cümlə qurduğumda içimdə ruhumun incidiyini hiss edirəm. Hər dəfə “sabah” deməyim içimdə bir üzüntüyə çevrilir. Bu həyat insana çox şey öyrədir sabahın olmama ehtimalını, hər günün belə keçməyəcəyini, yıxılmağı və ən sonda ölümü öyrədir.
    
            İnsan üçün ən çətin olan etdiklərindən peşman olmaqdan əlavə etmədiklərinə peşman olmaqdır. Amma yaşamaq davam etdikçə heç nə üçün gec deyil, əgər həyat səni bir yerə, həm də gözəl bir yerə gətiribsə onun davamı da gələcək. Elə bir zaman gələr ki, həyat insanı xəyalını belə qurmadığı bir yerə aparar, elə bir yerə ki  ruhunda  sakitlik hiss edər bu sakitlik bu günə qədər heç hiss etmədiyin bir istilikdir. İçində həm də bir üzüntü olar bu zamana qədər tamam fərqli xəyallar quraraq bu xəyalı heç qurmamaq, gedən zaman içində bu rahatlığı heç bir yerdə hiss etməmə üzüntüsü.
    
            Bəzən insanlar həyatı ancaq ağ rəng varmış kimi yaşayırlar qara rəngin olduğunu unudurlar qara rənglə qarşılaşdıqlarında günəşli bir gündən fırtınaya düşmüş kimi olarlar, ömürləri boyu isinə bilməzlər günəş onlar üçün doğmaz.
 Yaşamaq deyirik, onun mənasını ömür boyu anlamırıq, həyatın ancaq ağ rəngdə olmasını, zamanın ancaq bizə işləməsini, ölümün heç vaxt gəlməməyini istəyirik. Sabah həmişə olacaq, bu gün də var demək sabah da olacaq deyirik. Bir şeyi unuduruq sabahlar olacaq amma bizim olmağımız dəqiq deyil. İnsanın həmişə bir ümidi var və o ümid həmişə arzularda gizlidi. Sabaha aid arzular olmasa ümiddə olmaz, amma o arzuların olma ehtimalı yoxdusa insan yuxuda yaşamış olar və yuxuda ikən də bu dünyadan gedər. 
    
             Bir dünya fikirləşin ancaq ağ rəngdə olan... Nə qədər maraqsız nə qədər sıxıcı olar.  Bu həyat çətinliklərlə, gözləmədiyimiz anda gələn hadisələrlə gözəl.  Həyat zamanla bir yerdədi, biz isə onları var edən insanlar.
    
              Zaman bizi gözləmir yanımızda durmur, çalışaq zamanı özümüzə bağlayaq, sabah var deyib yaşamayaq bu gün var deyib arzularımızı reallaşdıraq. 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.