Firəngiz Əlizadənin əsəri daxil olan albom “Grammy” mükafatına layiq görülüb
10.02.15
Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb.
“Grammy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los Angelesdə keçirilib.
Bu sevinci jurnalistlərlə bölüşən Firəngiz Əlizadə bunu bütövlükdə Azərbaycan musiqinin uğuru kimi dəyərləndirərək deyib: “Çox sevinirəm ki, mənim əsərim də Hillari Hanın ifasında “Grammy” mükafatı aldı”.
|