"Qanun" "Babək" və "Tufan"ı nəşr edib
09.02.15
"Qanun" nəşrlər evi Ənvər Məmmədxanlının "Babək" romanını və Andre Moruanın "Tufan" kitabını nəşr edib.
Ənvər Məmmədxanlı - BABƏK
Mərhum yazıçımız Ənvər Məmmədxanlının uzun illər boyu üzərində işlədiyi “Babək” romanı Azərbaycanın xalq qəhrəmanı Babək haqqında yazılmış bədii əsərlər içərisində öz orijinallığı və tarixi həqiqətə yaxınlığı ilə seçilir.
Roman yazıçının sağlığında işıq üzü görməmişdir.
Bakı, Qanun Nəşriyyatı, 2015, 352 səhifə. 1000 tiraj
ANDRE MORUA - TUFAN
New York. Birja. Fransız mənşəli qürbətçi Amerikada qazandıqlarının
hamısını bir gündə itirir. Bundan xəbər tutan arvadı – rəhmsiz və
təkəbbürlü qadın ərini dərhal tərk edir. İndi Jan Monyenin cəmi iki aya
bəs edəcək 600 dolları qalıb. Bəs sonra necə olacaq? Onu hansı aqibət
gözləyir? Bir gün o, məktublar arasında reklam məzmunlu bir naməyə
rast gəlir. Məktubu yollayan şirkət qəribə bir fəaliyyətlə məşğuldur.
Təklif çox gözlənilməz və inanılmazdır – şirkət insanların rahat şəkildə
dünyadan köçməsini təmin edir. Həm də heç bir qanunu tapdamadan.
Üstəlik, “su qiymətinə” – cəmi 300 dollara. Bu kitabda Andre
Moruanın “Tonatos mehmanxanası”, “Fəslin çiçəkləri”, “Tufan” və digər
hekayələri toplanıb. Hekayə janrının ustası olan Moruanın Jan Monyenin
taleyindən bəhs edən hekayəsi kimi digər əsərləri də ilk sözündən son
nöqtəsinədək oxucunu cazibəsində saxlayır.
Bakı, Qanun Nəşriyyatı, 2015, 216 səhifə. 1000 tiraj Fransızcadan tərcümə: Hamlet Qocayev
|