"Qanun"da yeni kitablar çap olundu 
05.02.15

"Qanun"da yeni kitablar çap olundu. 
"Qanun" nəşrlər evi yeni kitablar çap edib. Artpress.az həmin kitablar haqqında məlumatı təqdim edir.

ЭЛ Джеймс 

«Пятьдесят оттенков свободы» – третья книга трилогии Э Л Джеймс «Пятьдесят оттенков», которая стала бестселлером № 1 в мире, покорив читателей откровенностью и чувственностью. Чем закончится история Анастейши и Кристиана? Удастся ли им сохранить свою любовь?









ЭЛ Джеймс 

«Пятьдесят оттенков свободы» – третья книга трилогии Э Л Джеймс «Пятьдесят оттенков», которая стала бестселлером № 1 в мире, покорив читателей откровенностью и чувственностью. Чем закончится история Анастейши и Кристиана? Удастся ли им сохранить свою любовь?





 



                                       Elbrus Ərud - Anne annem 

Tanınmış jurnalist, “Qafqazinfo” portalının rəhbəri Elbrus Ərudun bu kitabında son illərdə qələmə aldığı köşə yazıları və hekayələri toplanıb. Yazılar ayrı-ayrı vaxtlarda ərsəyə gəlsə də, onlar bütöv bir əsərin parçaları kimi oxunur, sözün ictimai rolunu, cəmiyyətdəki gücünü, enerjisini göstərir.

 Kitabdakı yazılar bütövlükdə bir obraz yaradır – jurnalist obrazı.  Bu obraz öz həyatının ən vacib məqamlarını oxuculara təqdim edir, eyni zamanda cəmiyyətdəki proseslərə anındaca reaksiya verir, tənqidçi, bir az da çılğın ruhuyla baş verənləri incələməyə çalışır.
Kitabda jurnalist peşəsinin çətinlikləri – hücumlar, tən­qidlər, təhdidlər, qorxu, həyəcan, eləcə də uğur, sözün qalib olması və sair məqamlar ayrı-ayrı detallar şəklində oxucuya çatdırılır. Eyni zamanda, kənd həyatı, yoxsul, biçarə insanların həyat tərzi, torpaqların işğal olunmasıyla qaçqın düşənlərin dəhşətli taleyi barədə vacib ştrixlər verilir.
 
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab mət­buat sahəsində çalışanlara, xüsusilə jurnalistika fakültə­lərinin tələbələrinə tövsiyə olunur.

Bakı, Qanun Nəşriyyatı, 2015, 284 səh., 
Tərtibatçı: Günel Əbilova
Redaktor: Elçin Zahiroğlu

                


 
Fyodor  Dostoyevski -YAZIÇININ GÜNDƏLİYİ
 
Bu kitabda Dostoyevskinin ədəbiyyat və ayrı-ayrı yazıçılar, o dövrün yaradıcı mühiti, insanları, eləcə də bilavasitə iştirakçısı və şahidi olduğu hadisələr haqqında yazıları toplanmışdır. 

“Yazıçının gündəliyi” Dostoyevskinin yalnız nəhəng və əvəzolunmaz yazıçı deyil, həm də böyük bir publisist olmasını sübut edir. 
 “Yazıçının gündəliyi” dilimizə ilk dəfə tərcümə olunur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 236 səh. 
Ruscadan tərcümə:       prof. Məmməd Qocayev
Redaktor:                    Xeybər Göyyallı



 
 
ÇAK PALANİK - GÜNDƏLİK

Kitabda süjet istedadlı gənc rəssam Misti Uilmotun ətrafında inkişaf edir. O, içki aludəçisidir və mehmanxanada ofisiant işləyir. Onun əri Piter podratçıdır və intihar cəhdindən sonra komaya düşüb. Piterin müştəriləri onun təmir elədiyi evlərin divarlarına yazıb gizlətdiyi müraciətnamələri bəhanə gətirərək Mistini məhkəməyə verəcəkləri ilə təhdid edirlər. Qəflətən Mistinin rəssamlıq qabiliyyəti özünə qayıdır. İlhama gəlmiş rəssam qadın tezliklə başa düşür ki, yüzlərlə insanın həyatına təhlükə törədən böyük bir sui-qəsdin təşkilatçılarının əlində, sadəcə, oyuncaqdır. “Gündəliklər”in müəllifi psixoloji fəndlərə və qara yumora üstünlük verərək, oxucunu onu oxumağa vadar edir.

Bakı, Qanun Nəşriyyatı, 2014, 292 səhifə, 
Ruscadan tərcümə:     Kifayət Haqverdiyeva
Redaktor:                     Seymur Şahbazov




 
VİTOLD QOMBROVİÇ - FERDİDURKA 

“Ferdidurka” – maraqlı, ancaq yüngül qiraət deyil. Bu, hər şeyin ucdantutma qarşısıalınmaz tərəqqiyə məruz qaldığı bir əsrdə insan ruhunun, demək olar ki, yeganə etibarlı intellektual müdafiə vasitəsi olan sarkazm və özünə istehza ilə dolu həm fəlsəfi povest, həm qrotesk, həm ədəbi esse, həm də lirik etirafdır. Və əlbəttə ki, “Ferdidurka” – hər şeydən əvvəl, əsl ədəbiyyatdır.

“Mən çalışırdım göstərim ki, insan üçün ən son nöqtə hər hansı bir mütləq dəyər deyil, insandır və mən cəhd edirdim ki, bizim qeyri-rəsmi, hətta gizlində olan mifologiyamızın yaradıldığı bu özünəvurğun kallığın ən qarışıq aləmini fəth edim. Mən insanlıqda gizlənən repressiv gücün qüdrətini və aşağıdakının özündən üstün olana zorakılığının poeziyasını qabartdım”. 

Bakı, Qanun Nəşriyyatı, 2015, 396 səhifə, 
Ruscadan tərcümə:        Vaqif Azəryar
Redaktor:                         Müqəddəs Şahbazov




 
ERİX MARİA REMARK - ZƏFƏR TAĞI
 
Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır. 
Yazıçı öz qəhrəmanlarının mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə qarşı dərin nifrət hissi oyadır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 560 səh. 
Almancadan tərcümə:         Vilayət Hacıyev

 
 
ÇARLZ DİKKENS - OLİVER TVİSTİN MACƏRALARI

Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad adamların qapılarını dolaşaraq sonda Londona gəlib çıxır. Təsadüf onu azyaşlı cinayətkarlardan ibarət bir dəstəyə gətirir. Həyatın dibindəki bu amansız mühitdə Oliver hər cür sınaqlardan keçməli olur. Saysız-hesabsız macəralar sonda yeniyetməni xeyirxah insanlarla üzləşdirir.

Çarlz Dikkensin “Oliver Tvistin macəraları” kitabı müəllifin sosial romanlarından biridir. O, ədalətli olaraq dünya ədəbiyyatının şedevrləri siyahısına daxil edilib.

Bakı, Qanun Nəşriyyatı, 2015, 672 səhifə. 
Tərcümə edən:              Əkbər Ağayev

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.