İsveç səfirliyinin müvəkkili: “İsveçdə tərcümə sahəsi ciddi dövlət  nəzarətindədir.”
22.01.15

İsveç səfirliyinin İşlər üzrə müvəkkili cənab Tomas Danestad Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Qonağı Mərkəzin direktoru Afaq Məsud salamlayaraq, qurumun fəaliyyəti barədə qısa məlumat verib, Mərkəzin bu vaxta qədər İsveç ədəbiyyatından tərcümə etdiyi nümunələrdən söz açıb: “İsveç ədəbiyyatından biz Pyer Lagerkvistin, Nobel mükafatı laureatları Selma Lagerlöfün və Tomas Tranströrmerin, həmçinin, Marqaret Ekströmün əsərlərini tərcümə və nəşr etmişik. Bu il məşhur içveç nasiri Avqust Strindberqin və istedadlı rejissor İnqmar Berqmanın əsərlərini, həmçinin, Berqmanın rejissor peşəsinin incəliklərindən bəhs edən və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi üçün əhəmiyyətli olacaq “Berqman Berqman haqqında” kitabını tərcümə və nəşr etməyi planlaşdırırıq”. Sonra A.Məsud ötən ilin sentyabr ayında İsveçin Höteborq şəhərində keçirilən Beynəlxalq Kitab sərgisində iştirakı və təəssüratlarından danışıb: “Bu səfərdə qarşılaşdığım bir çox yaddaqalan hadisələrlə yanaşı, məni bir yazıçı kimi təsirləndirən, isveçlilərin dilinə, ədəbiyyatlarına münasibəti oldu. İsveçlilər üçün milli ədəbiyyatları, sanki, bir sitayiş məbədidir. Ədəbiyyata olan bu sakral münasibət ölkənin hər küncündə – “quyruq”larında İsveç yazıçı və şairlərinin şəkilləri ilə dünya ölkələrinə uçan təyyarələrindən başlamış, aeroport, küçə və xiyabanların divarlarına qədər ədəbiyyat muzeyini andıran bu məmləkətin hər tərəfində duyulur. Bu, ilk növbədə İsveç xalqının mənəvi zənginliyindən, yüksək maarifçiliyindən xəbər verən heyrətamiz ədəbiyyat sevgisidir ki, buna dünyanın hər ökəsində rast gəlinmir”.
Mərkəzin direktoru daha sonra İsveç dilinin Azərbaycan universitetlərində tədrisi məsələsinə toxunub: “Biz isveç dilinin ölkəmizdə tədris edilməsində maraqlıyıq. Bu, dövlət və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ədəbi-mədəni mübadilələrin qurulması üçün çox böyük əhəmiyyət daşıyır. Çox istərdik ki, İsveçin ədəbi mühiti Azərbaycanı və onun qiymətli söz xəzinəsini yaxından tanısın. Düşünürəm bu işin, yəni isveç dilinin tədrisinin təşkili ilə bağlı hamımız – İsveç səfirliyi, Azərbaycan Dillər Universiteti və ADA universitetləri birgə çalışmalıyıq. Bu layihənin maliyyə mənbələrini tapmalı, ümumi konsepsiya və tədris proqramları hazırlamalıyıq”.   
Cənab Tomas Danestad öz növbəsində dəvətə görə minnətdarlığını bildirərək, ölkədə tərcümə işinin vəziyyəti və ölkə tərcüməçilərinin hansı normativ hüquqlar əsasında fəaliyyət göstərməsi ilə maraqlanıb: “İsveçdə tərcümə sahəsi ciddi dövlət nəzarətindədir. Bu işlə Tərcümə Palatası adlanan xüsusi dövlət qurumu məşğul olur. İsveçdə tərcümə işiylə məşğul olmaq üçün Tərcümə Palatası tərəfindən xüsusi lisenziya verilir”.
Qurum İsveçdə fəaliyyət göstərən tərcüməçilərin hansı dil və sahələr üzrə tərcümə xidməti göstərməsinə dair xüsusi razılıq – yəni müddəti bir ildən çox olmayan lisenziya verir. Bu lisenziyalar tərcüməçilərə yalnız bir dildən o biri dilə tərcüməyə görə verilir. Məsələn, isveç dilindən ingilisə, yaxud, alman dilindən isveç dilinə. Bizdə heç zaman bir tərcüməçiyə dil qarşılıqlılığı üzrə, yəni eyni zamanda həm isveçdən ingilisə, həm ingilisdən isveçə tərcüməyə görə lisenziya verilmir. 2005-ci ildə İsveç parlamenti tərəfindən İsveç dilinin özünəməxsusluğunun qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı xüsusi proqram qəbul olunub. İngilis dilinin ölkədə təsirinin günbəgün artması fonunda bu proqramın qəbulu mühüm əhəmiyyət kəsb edir. İsveçə çoxsaylı xalqların axını bu dillərin daşıyıcılarının İsveçin dil mühitinə təsirini artırır. Bu səbəbdən dillə bağlı məqsədyönlü siyasətin aparılması mühüm əhəmiyyət kəsb edir. Burada əsas məsələ İsveç dilinin ölkənin aparıcı dövlət dili kimi qorunub saxlanılmasının təmin edilməsidir.
Daha sonra İsveç rəsmisi İsveç səfirliyinin dil, tərcümə və tədris məsələləri üzrə Mərkəzlə əməkdaşlığından, bu sahədə birgə həyata keçirə biləcəkləri perspektiv layihələrdən söz açaraq deyib: “İsveçin Tərcümə Palatası, Dil Şurası, eləcə də dil və tərcümə məsələləri üzrə digər əlaqədar qurumlar ölkənizdə tərcümə işinin qurulmasında, həmçinin, ana dilinizin kultivasiyası istiqamətində sizə böyük köməklik göstərə bilərlər. Düşünürəm, Mərkəzlə birgə əməkdaşlığımız hər iki ölkənin mədəni həyatına öz töhfələrini verəcək”.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.