Əcnəbi rejissor "Əli və Nino" filmini İçərişəhərdə çəkəcək
09.01.15
Fevralın sonunda Bakıda "Əli və Nino" filminin çəkilişlərinə başlanılacaq. Filmi Böyük Britaniya vətəndaşı, milliyyətcə hind olan Asif Kapadia adlı rejissor ekranlaşdıracaq.
İngiltərənin KFTV internet kanalı xəbər verir ki, filmin prodüsseri Kris Tikerdir. Baş rolu İsraildən olan kinoaktyor Adam Bakri ifa edəcək.
Filmin rejissoru Asif Kapadia ən nüfuzlu kino müsabiqələrində dəfələrlə qalib olub.
"Əli və Nino" adlı film Qurban Səidin eyniadlı romanının motivləri əsasında ekranlaşdırılır. Filmin ssenarisini Kristofer Hempton yazıb. Kristofer Hempton "Əli və Nino" romanının 1937-ci ildə Almaniyada nəşr edilən variantını oxuyub və romanın mövzusu onun xoşuna gəlib. Filmin əsas kadrları İşərişəhərdə çəkiləcək. /report.az/
|