"Qanun nəşrlər evi" yeni kitablar çap edib
05.01.15

"Qanun nəşrlər evi" yeni kitablar çap edib. Avanqard.net həmin kitablar haqqında məlumatları təqdime edir.



MİXAİL BULQAKOV - MASTER VƏ MARQARİTA

Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir...

Tərcümə edən: Saday Budaqlı
Bakı, Qanun Nəşriyyatı, 2014, 408 səh.



OSHO - TALE, AZADLIQ VƏ RUH , HƏYATIN MƏNASI NƏDİR?


“Mən özlüyümdə bir sualam. Kim olduğumu bilmirəm, nə etdiyimi, haraya getdiyimi”. OSHO
OSHO Həyatın Əsasları seriası fərdin həyatındakı ən vacib suallara diqqət yetirir. Hər bir kitab zamana meydan oxuyan, müasir araşdırmalar və daxili həyatımıza, varlığımızın təbiətinə aid olan suallara köklənir, şəxsi məna və məqsəd axtarışında həyatın mənası ilə əlaqədar sualları əhatə edir.
“Tale, Azadlıq və Ruh: Həyatın mənası nədir?” kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır: Ruh varmı? Əgər varsa o nədir? Karma anlayışı nədir? Tale nədir? Azadlıq Nədir? Həyatımızın müəyyən mənası və ya məqsədi varmı?
“Gələcəkdə insanlığın gedişatının çox fərqli formalarda müəyyənləşdiyini görəcəyik. Ən böyük fəlakət nüvə müharibəsi deyil. Bu müharibə insanlığı sadəcə yox edə bilər. Əsl fəlakət psixologiya elmindən gələcək. Bir insanın tamamilə necə idarə edilə bildiyini öyrənəcəklər. Şüurlu olmadığımız üçün əvvəlcədən müəyyən olunm8uş formada davranmağa yönəldilə bilərik”.
“Sən azadsan, amma azad hərəkət məsuliyyət gətirir – bu sənin əsarətindir. Buna istəyirsən əsarət de, gözəl bir kəlimə deyil, istəyirsənsə də məsuliyyət de. Mən elə deyirəm. Müəyyən bir hərəkəti seçirsən, bu sənin azadlığındır. Bu hərəkətin nəticəsi isə sənin məsuliyyətin olacaq.”

Bakı, Qanun Nəşriyyatı, 2014, 228 səhifə.
İngiliscədən tərcümə:       Xəyyam Namazov




ROBİN ŞARMA - FERRARİSİNİ SATMIŞ, RAHİBLƏ ÖZ,  TALEYİNİ ÖYRƏN

Bu kitab mənim arayıcı həmkarlarıma, kütlədən xaric olmaq üçün lazım olan cəsarəti göstərmiş və həqiqət adlandırılan məkana, yəni evə dönüş yolunu tapmış insanlara həsr edilir.
Qoy sizin oyanmaq və həqiqi qüvvə ilə yaşamaq əzminiz heç vaxt itməsin. Qoy sizin öyrənməli olduğunuz dərslər sizə zərif tərzdə yetişsin. Qoy sizin ruhunuzun zülmət gecələri az və nadir olsun. Qoy sizin işığınız elə parlaq olsun ki, həyatınızın sonunda insanlar ayaq saxlayaraq desinlər: “Ah, bu öz həyatını dolu-dolu və tam yaşamış insandır”.

Bakı, Qanun Nəşriyyatı, 2014, 324 səhifə.
İngiliscədən tərcümə:      Elşad Əliyev


 

NEGEL KAVTERN - TİRANLAR   
   

Diktatorların və onların bəşəriyyətə qarşı törətdiyi cinayətlərin tükürpərdən xronikası olan Tiranlar: Tarixin 100 Ən Dəhşətli Despot və Diktatorları talesiz xalqlarının üzərində ağalıq edən yüz ən qaniçən qadın və kişi hökmdarları təqdim edir.
Bu kitab, körpə İsanın təqibçisi Böyük İroddan tutmuş, bəşər tarixində ən dağıdıcı müharibənin səbəbkarı və kütləvi insan qatili Adolf Hitlerə qədər tarixin ən qəddar despotlarını tədqiq edir və onların yaşadığı həyat, hakimiyyətə gəlişləri və özlərindən sonra qoyub getdikləri fəlakətlər və ağrı-acılar barədə dəqiq və ətraflı söhbət açır.
Dünyanın ən amansız istibdadlarının özlərindən sonra qoyub getdiyi dəhşətli və qorxulu əhvalatları aşkara çıxararaq onlar barədə ətraflı məlumat verməkdən çəkinməyən Tiranlar, siyasətin və hakimiyyətin qaranlıq tərəflərinin dəlil-sübutlu portretidir.
 

Bakı, Qanun Nəşriyyatı, 2014, 432 səhifə.    
İngiliscədən tərcümə:            Günel Təhməzzadə

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.