Rövşən Yerfi - 88 yaşlı yazıçı

05.01.15

Yanvarın 5-də görkəmli yazıçımızın 88 yaşı tamam olur.
                                           Qocaman nasir və şairimiz
      Hələ orta məktəb illərində ən çox sevdiyim kitablardan biri də  “Vicdan susanda” romanı idi. Əsərin adı “Vicdan susanda” adlansa da əsərin baş qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekoloji cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin qara qüvvələr hər bir vasitə ilə bu kəşfə mane olmağa, həyata keçməməsinə  çalışır. Romandakı hadisələr də bu mübarizə üstündə qurulub. Əsərin ideyası, süjeti, dili o qədər maraqlı və yapışıqlı idi ki, oxuyub qurtardıqdan sonra da kitabdan ayrılmaq istəmirdim. Aspirant Vüqar Rəhimzadə surətinin yaratdığı rəğbət mənə onun müəllifinin – Vidadi Babanlının digər əsərlərini də oxumağa həvəsləndirmişdi.
       Vidadi Babanlı ədəbi fəaliyyətinə 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Anam sən oldun” şeiri ilə başlamışdır. “Dönüş” və “Təbrizdə bir gecə” adlı poemaları məhz onun şeir yaradıcılığının ilk məhsullarındandır. Şairin şeirləri oxucunu düşündürməyə bilmir:

                            Həsrət çəkmək daim bizə iş - peşə,
                            Heç zaman, heç nədən qalmırıq razı.
                            Qubarlı könlümüz qalır həmişə
                            Yayda qışa, qışda yaya tamarzı.

      Moskvada Maksim Qorki adına Ədəbiyyat institutuna təhsil almağa göndərilən gənc şair aspiranturaya daxil olsa da səhhətində baş verən problemlər üzündən Bakıya qayıtmalı olmuşdur. Gözəl poeziya nümunələri yaratmasına baxmayaraq Vidadi Babanlı 1954-cü ildə yazdığı “Gəlin” povesti ilə nəzmdən nəsrə keçmişdir. İlk povesti həm oxucular, həm də ədəbi tənqid tərəfindən rəğbətlə qarşılandığı üçün bu dövrdən başlayaraq əsasən nəsr əsərləri – hekayə, oçerk, povest, roman, kinossenari və publisistik məqalələr yazmışdır. Yazıçı “Ömürlük cəza”, “Qəribə məhəbbət”, “Ana intiqamı”, “İnsaf nənə”, “Gizlinlər”, “Bulanıq dünya” adlı əsərləri, müxtəlif mövzularda qələmə aldığı hekayələri və publisistik məqalələri ilə daim oxucuların diqqətini qazanmışdır.

     “Müqəddəs ocaq”, “Vicdan susanda” romanları və “Həyat bizi sınayır” povesti ilə, o, sənətinin yüksək zirvəsinə çatmışdır desəm yanılmaram. Xüsusilə “Vicdan susanda” romanı öz aktuallığına və sənətkarlıqla yazılmasına görə nəinki olkəmizdə, xarici ölkələrdə də böyük oxucu marağına səbəb olmuşdur. Çoxlu sayda xarici dillərə tərcümə edilən bu roman üç dəfə Moskvada, beş dəfə Bakıda kütləvi tirajla çap olunmuşdur. “Həyat bizi sınayır” povesti əsasında yazdığı ssenariyə eyni adlı bədii film də çəkilmışdir.

      Vidadi Babanlı müxtəlif illərdə “Azərbaycan müəllimi”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan” jurnalı redaksiyalarında, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Yazıçı” nəşriyyatında işləməklə yanaşı bəzən yaradıcılıq zərurətindən Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi müəllim, tədqiqat institutunda kitabxanaçı işlərində də işləmişdir.

     Otuz beş illik fasilədən sonra, 1989-cu ildən Vidadi Babanlı yenidən şeirlər, poemalar yazmağını davam etdirmişdir. Bu dövrdən başlayaraq, o, həm nəsrdə, həm də nəzmdə bir-birindən maraqlı sənət nümunələri yaratmışdır. Çox keçməmiş, digər kitabları ilə yanaşı iki şeir kitabının da nəşrinə nail olmuşdur.

                                   Ah, İlahi, kərəm eylə bəndənə,
                                  Qaytar geri, bir də cavan olum mən.
                                  Var-dövlətə iştahım yox bir dənə,
                                  Qoy çörəyi elə yavan olum mən.

     Son on ildə “Kişilik haqqında himn” şeirlər toplusu (2002), “Dərd məni dilləndirir” publisistik əsərlər toplusu və “Mənim gizlinlərim” (2003) avtobioqrafik romanı çap olunmuşdur. Bunlardan əlavə “Öz evimdə qonaq” (2003) pyesi tamaşaya qoyulmuşdur.

      Yaradıcılığı ilə birgə, o, tərcümə işi ilə də məşğul olmuş, rus yazıçısı Valentin Rasputinin əsərlərindən ibarət etdiyi tərcümələrini iki kitab şəklində nəşr etdirmişdir. Ümumilikdə yazıçının iyirmidən çox kitabı çap olunmuşdur.

   Səksən səkkiz yaşlı nasirimiz və şairimiz Vidadi Babanlı ədəbiyyatdakı xidmətlərinə görə iyirmi doqquz il bundan əvvəl – 1986-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

  Nasir, şair və tərcüməçi Vidadi Babanlı üçün ömrü boyu yüksək səlahiyyətlərdən, fəxri adlardan, mükafatlardan ən önəmlisi sənəti ilə xalqın məhəbbətini qazanmaq olub. Və qazanıb da. Sənətinə, elinə, haqqa tapınması ilə:

                                 Babanlı dəryatək çalxanır müdam,
                                 Anlamaq istəmir onu hər adam.
                                 Paxılın, bədxahın ağzına qadam,
                                 Ulu həqiqəti sən haqda axtar...
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.