Sayman Aruz - Anar belə dedi...
24.12.14

Anar: “Mən nə tənqidi, nə də tərifi sevirəm. Mənim üçün mətnin təhlili daha əhəmiyyətlidir”
 
Ötən gün Anar müəllimin “Göz muncuğu “ kitabının təqdimat mərasimində bu sözləri Anar müəllimin dilindən eşidəndən sonra hədsiz dərəcədə sevinib, bu yazını yazmaq qərarına gəldim. Mən həmişə Azərbaycan ədəbi mühitində tənqid məsələsinin doğru anlaşılmadığını hiss etmişəm. Tənqid bir çox hallarda müəllifin şəxsi tərifinə çevrilərək təhlil əvəzinə  məddahlıq səviyyəsinə endirilir.  Ona görə də mən “tənqid” sözünün deyil, “təhlil” sözünün tərəfdarı kimi, ədəbi ictimaiyyətimizə  “ədəbi tənqid” söz birləşməsinin yerinə “ədəbi təhlil” ittifaqının işlənməsini təklif edirəm.

“Göz muncuğu” əsəri öz oxucusunu yarada bilən əsərlər sırasındadır. Bu əsəri oxuyan oxucu irfan dünyası ilə tanışlığı olmasa, yolun harasındasa ilişib qalacaq. Başqa sözlə desək, əsər təkcə yaradıcılığın məhsulu deyil, bəlkə, Mövlanə Cəlaləddin demişkən, fikir və təxəyyül “yaradanına” çevrilərək oxucunun əlindən tutub məqsədə tərəf aparır. Məqsəd isə məqsədsizlik və bir növ, mənəvi təvilin daxilində itkin düşmüş kiçik bir işıq nöqtəsidir. Əsəri oxumağa başlayarkən  Mövlanə Cəlaləddinin  “Quranül əcəm” sayılan möhtəşəm “Məsnəvi-e-mənəvi” əsərini tərcümə edirdim. Bir tərəfdən, Anarın oxucusu, başqa tərəfdən isə Mövlanənin tərcüməçisi kimi bu iki müəllif arasında bədii bir dostluğu qurmağa çalışırdım. “Göz muncuğu” əsəri “olum” rəvayətidir. Əsər boyu “var olmaq” və bu fəlsəfənin ətrafında  baş verən “ölüm”  faciəsi müxtəlif geyimlərdə sərgilənir. Mən bu yazıda əsərin iki töhfəsindən danışmaq niyyətindəyəm.

 
1. Olum, yoxsa ölüm?

“Doğulmaq”, Əttar Neyşaburi demişkən, insan və “doğmaq” Tanrının yaradıcılığıdır. Və insan, yəni bu tanrıcıq, daxilindəki özünü müxtəlif irfani-cismi yollarla doğmağa çalışır ki, bəlkə, az da olsa,  “mütləq” Tanrıya yaxınlaşa və oxşaya bilsin. Dünyanın bütün dinlərində, o cümlədən, “Azərbaycanın Urmu şəhərində doğulan “Zərdüşt” peyğəmbərin “Usta” və ya Sasanilər dövründə deyildiyi kimi, “Ustağ”  kitabında da dünyanın xilaskarından danışılıb. Bütün dinlərdə bu “xilaskar”,  bir növ, insanın ölməzliyini təmin etməyə çalışsa da, həqiqət budur ki, insan deyilən varlığın ölümdən olan qorxusunu təsvirə çəkir.  “Hardan gəlmişik, niyə gəlmişik və hara gedəcəyik”  sualları tarix boyu dünya filosoflarının beynini  məşğul edib. Elə şair Xəyyamın da bütün rübiləri bu fəlsəfənin təhlili və bu yaranın dərman etməsinə xidmət edir. Fars şairəsi, Foruğ Fərroxzad deyir ki, “xilaskar qəbirdə yatıb”! Foruğun bu sözü Anarın qəhrəmanının hekayəsinə oxşar bir tale yaşayır. Ancaq məsələ burdadır ki, Sokratdan tutmuş Nitsşeyə qədər bu üç sual təkrarlansa da, yalnız bir cavab tapıla bilib, o da ölümdən sonrakı həyatı deyil, anadan doğulandan ölümə qədər olan həyat prosesinin daxilində cərəyan edən kiçik olum-ölümləri nümunə götürərək əldə etdiyimiz cavabdır. Yəni “vücud” fəlsəfəsi.

Quranda deyilir ki, “xələqəl insanə men ələq”. Yəni “insanı adi bir qan laxtasından yaratdıq”. Ancaq sual olunur ki, bəs insan yaranandan sonra nə baş verir. Yəni insan, məsələnin surəti kimi yaranıb açıqlansa da, onun mahiyyəti və yaranmasının səbəbi açıqlanmır.  Mövlanə bu ayənin davamında deyir ki, “Dəhəd notfe ra surəti çon pəri, ke kərdəst bər ab surətgəri”. Tərcüməsi belə olur ki, “Tanrı adi bir suya mələk şəkli verə bilir, söyləyin başqa kim suyun üstündə rəssamlıq edə bilər?” Və ya başqa bir yerdə deyir ki, “Girəm ke ze xak xuşe xizəd, dər qalebe surətəş ke rizəd”. Tərcüməsi belə olur ki, “tutaq ki, torpaqdan buğda göyərir, onun buğdalığın kim ona verir?” Əsas məsələ Mövlanə demişkən, yaratmaq deyil, bəlkə, xilqətin mahiyyəti və niyəliyinə əl tapmaqdır. Allah yaradır, amma yaranan məxluqa  mahiyyət bağışlayan olumla ölüm arasında baş verən hadisələrdir. Yəni Anar “Göz muncuğu”nda yazdığı kimi, insan “özü özünü yaradır”.

“Göz muncuğu”nun qəhrəmanı qəbirdən, yəni indiyə kimi ölüm məkanı və mənası kimi xarakterizə edilən yerdə yenidən doğulur. “Ölüm”dən “olum” doğur və “heç kim” sayıla bilən keçmiş varlıq fəlsəfi bir inqilabdan sonra “kimsə”yə çevrilərək öz içində axtarışa başlayır. Əsas dərs də elə buradadır. Əttar deir: “sən tanrının nurunu öz daxilində yerləşdirə bilibsən, qəbirdə yerləşə bilməzsən, ey insan!” Bu, mənim fikrimcə, yeganə fəlsəfədir ki, ölümsüzlüyü  izah edə, həyata məna verə bilir. Açılımı da budur ki, kainatda hətta adi bir milçək belə o mütləq vücudun bir hissəsidirsə, biz də insan olaraq o mərkəzə, yəni mütləqə bağlıyıq. “Olumumuz” mütləqin olumu və “ölümümüz” mütləqin ölümüdür. Ona görə də ölmürük. Ölmürük ona görə ki, mütləqin varlığında ölümün mənası yoxdur. Əgər olsaydı, müləq ola bilməzdi. Əfsanələrdə deyilir ki, Tanrı eşq badəsindən içərkən bir damla o badədən yer üzündəki torpağa tökülür. Və torpaq o zamandandır ki, məst olaraq yaratmağa və ya insanların təbiri ilə desək, “ana” olmağa başlayıb. Yoxsa qara, soyuq və cansız torpaqda şüur hardadır ki, milyonlarla canlı yarada və onlara məna ver bilsin. Anar yazır: “O dünya dedikləri buymuş – dardan dar, rütubətli, kif qoxuyan, nəm, soyuq, hənirsiz-səssiz...” Torpaq Nərgiz gülü ilə Qərənfil gülünün arasında olan fərqi necə başa düşə bilərdi əgər o eşq badəsindən içməsəydi. Bu badə həmin badədir ki, klassik ədəbiyyatda “cavdanəlik” və ya “ölməzlik” rəmzi kimi istifadə edilib. Məsələn, Hafiz Şirazı deyir ki ,”bede saqi meye baqi ke dər cənnət nəkhahi yaft”. Yəni “ ey saqi, cavdanəlik şərabından mənə ver ki, cənnətdə belə o badədən yoxdur”. Anar da Hafiz Şirazi kimi, o ölməzlik meyini elə burada, bu torpağın altı və üstündə axtarır.

Anarın əsərindəki qəhrəman da torpaqda həmin badədən içərək irfanın üçüncü pilləsinə, yəni “mərifət” dünyasına qədəm qoyur. İrfanın birinci pilləsi “tələb”dir. Bu əsərdəki qəhrəman tələbkardır. Tələbkar olmasaydı, nə yaşaya, nə ölə və nə də dirilmək ehtirasına bürünmədi. O bürünür və torpaqla birləşərək eşq badəsindən, yəni birlik və vəhdət eşqinin badəsindən içərək mərifət dünyasına ayaq basır. Onun cismi deyil, bəlkə, ruhu dirilir. Yenidən dünyaya gəlmir, bəlkə, onun “bəsirət gözü” həqiqətlərə doğru açılmağa başlayır. Mövlanə Məsnəvinin dördüncü dəftərinin ilk beytində belə deyir: “moddəti in məsnəvi təxir şod, mohləti bayest ta khun shir shod”. Tərcüməsi budur ki, “bir müddət bu məsnəvinin yazmasında təxir etdim, bir müddət lazımdır ki, insan bədənində qan südə çevrilsin”. Əslində, əsərdə olan “qəbir”, həmin o qan və “torpaq” həmin o cismin rolunu oynamağa çalışır. Mövlanə deyir: “ta cənini kar khunashami ast”. Tərcüməsi budur ki “nə qədər ki, ana bətnindəsən, işin qan içməkdir”. Yəni dünyada baş verən bu cinayətlər, danışılan bu yalanların kökü ondadır ki, insan elə bilir, doğulub, amma həqiqət budur ki, o, hələ doğulmayıb. Sadəcə, çəkdiyi ağrı və acılar onu doğulmağa tərəf aparır. Şahidi isə südə, yəni ana və torpağın bəxş etdiyi can və ölməzliyə çevrilməməsidir.

Əslində, insan, “həyat” deyilən cərəyanı öz xəyalında təsəvvür edir. Onun həyatdan olan təsəvvürü isə “qan”ın, yəni xamlığın, yalanın və cinayətlərin məhsuludur. Bəlkə, elə buna görədir ki, Nikelson, Şəms Təbriziyə “ölməzlik fabriki” adını verir. Deyir ki, “Şəms Təbrizi gördüyü cinayətləri, eşitdiyi yalanları, duyduğu əyrilikləri, eşqə, həyata və gözəlliyə çevirən bir “fabrika”dır. Nəticə alırıq ki, Şəms, Anarın qəhrəmanı kimi ikinci dəfə, bəlkə də, mininci dəfə doğularaq əsl ölməzliyi, yəni həqiqətin “süd”ünü əldə edə bilmişdi. Deyirlər, “məst” o adamdır ki, özü “yoxdur”. “Məstin” vücudu tamamilə badədə, yəni məşuqun həqiqətində əriyərək əzəliləşir. “Məstin” salamı, “məstanəliyin”  özüdür və salamı da “O”nun qoxusunu saçır.  Bütün təbiət, bu ağaclar, bu daşlar və hətta insanın özü də “O”nun salamıdır.

Əsər,  “Ağrı... dəhşətli, dözülməz ağrı...”  cümləsilə başlayır. Ağrı – “doğmaq” deməkdir. İstər cismani, istərsə də ruhsal baxımından bütün “doğuşlar” ağrı ilə başlayır və ağrı ilə də həyatına davam edir. Əslində, Əttar demişkən, “ağrı” insan yaranışının ilk səbəbidir. Deyirlər, Tanrı insanı yaratmadan öncə onu “xəyal” elədi. Bu “xəyal”dan sonra onun bədənini ləzzətli bir ağrı bürüdü və həmin ağrının nəticəsində isə insan yarandı. Biz hamımız hansısa bir ləzzət və ağrının məxluqlarıyıq. Anarın qəhrəmanı da ağrıyır. Ənvər Məmmədxanlının həyatı kimi bütün əsər boyu ağrı çəkir və sonunda isə oxucunun ruhunda doğulmağa çalışır. Yeni doğulanın mahiyyəti isə Anar demişkən, “Əhriməndir” yoxsa “Hörmüzd”,  oxucunun içində yarana və cərəyan edə bilir.

 2. Allah kimdir?

 Əsərdə Əhlimanın Diri Babayla görüşündə Diri Baba ona deyir:

“İnsan özü özünü yaradır, istəsə, özünü Hörmüzd kimi, istəsə, Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi var – Hörmüzd də, Əhriman da...”.

Bu cümlələri oxuyanda dahi rus yazar Tolstoyun “Allahın gülüşü” əsərini xatırladım. Tolstoy Allahın harada və necə olduğunu kiçik bir hekayədə göstərməyə çalışıb. Sübut edir ki, Allah insanların daxilində yaşayan məhəbbətli gülüşlərdir. Hər bir gülüş, bir allah və hər bir insan bir xeyirlə şər arasında olan körpüdür. Deyirlər, Tanrı üç növ varlıq yaradıb. Birincisi, mələklərdilər ki, xeyirin simvolu sayılırlar və onların nə yaranışında, nə də mahiyyətində şər olmayıb. İkincisi, şeytan və pis qüvvələrdir ki, onların yaranışı və mahiyyətində xeyir deyilən keyfiyyət yoxdur və olmayıb. Üçüncüsü isə insanlardılar. İslam dini insanlara “mömin”lər deyə müraciət edir.  “Mömin” xeyirlə şər arasında daim və həmişəlik mübarizədə olan insandır. Hansı ki, bəzən özü özünə ilham mələyi Cəbrayıla, bəzən nemət və məhəbbət mələyi olan Mikayilə, bəzən isə özü öz Əzrailinə çevrilir.  Mövlanə deyir: “qoft ey ensan to nure kameli”. Yəni “ey insan sənin içində mütləq bir nur var” və insan bu nuru saça ya da boğa bilər. Quranda şər qüvvələr barəsində belə bir cümlə var, “estəinə belkezb!” Yəni “şər qüvvələr  xeyirdən deyil, bəlkə, şərdən kömək istəyirlər”. Əsas məsələ də elə burdadır, önəmli olan budur ki, insan məqsədə çatmaq üçün nədən və necə istifadə edir. Seçdiyi pillələr mənəvi və ilahidirsə, mərifətə, zahiri və maddidirsə, ölümə aparıb çıxaracaqdır. Anarın qəhrəmanı birinci yolu, yəni ilahi yolu seçir, yenidən doğulur və xeyirə çevrilir.

İrfanın yeddi pilləsinin dördüncü pilləsi “istiğna”dır. “İstiğna” ruhun gözütox olmasıdır. Bu pillədə insan cismdən əl çəkir və ruh qidalanmağa başlayır. Peyğəmbərdən soruşurlar ki: “bəs mələklər nə ilə qidalanır”? Cavab verir ki, “Allahın cəmalından!” Tanrı, “istiğna” pilləsinə çıxmış varlıqların ruhsəl qidasıdır. “istiğna”ya çatan adam ana bətnindən və ya Anar demişkən, qəbirdən doğula bilən və qan içməkdən əl çəkib, əsl ruh qidası olan tanrının “süd”ünü içir. Bu pillədən sonra “tohid” pilləsi başlayır ki, birmənalı şəkildə Allahın varlığını qəbul etmək deməkdir. Yəni sən hətta əgər Allahı inkar belə etmək istəsən, birinci gərək onun varlığını sübut edə biləsən. Allahın varlığını isə sübut edəndən sonra onu inkar etmək mümkünsüzdür.

Deyirlər, Tanrı insanı yaradıb ki, özünü görə bilsin. Qurandan insanı “əcula” və “həlua” adlandırır. İnsan etiraz edir ki, “ey Tanrı, sən ki bizə o alçaldıcı sözləri deyibsən, bizim nəyimizi sevirsən?” Tanrı cavab verir ki,  “səni yaratdım ki, özünü islah edəsən ki, səni sevə bilim”. Deyir, Tanrı insana deyir ki: “yə ibni adəm, xələqtül əşya leəclek, və xələqtokə leəcni” Yəni “hər şeyi sənə görə və səni özümə görə yaratdım!”  “İnsan Tanrının güzgüsüdür” deyə bilərik. Hər şeyin vücuda ehtiyacı var. Allah da varlıqdır deyə, vücud fəlsəfəsinə ehtiyacı var. Mövlanə demişkən, hər şey və hər kəs, hətta allah vücud dilənir. Molla Sədra demişkən, “istiğna” vücuddur.  Allahı “mustəğnidir”, ona görə də o, sonsuz bir vücuddur.  Allah həm vücudun dilənçisi, həm də vücudu pay verən bir lavücuddur.

Anar, Zərdüştün “Qat”larını yaxşı başa düşüb və bu əsərdə onları tam yerində işlədə bilib. Məsələ buradadır ki, “Göz muncuğu” əsəri “Avesta” deyilən “Ustağ” kitabın quruluşu kimi tərtib edilibdir. Yəni “Qat”ları aça-aça, bəzən də ingilis yazarı Con Variya yaratdığı kimi “Hate man”i yarada-yarada Diri Babanın axtarışına düşür. Qəbirdən Əshabi-Kəhfə qədər özü və “Diri Babası” ilə raz və niyaz edə-edə “çılpaq görüş”ə və “ay rəqsi”nə gedib çıxır. Sonda isə “gecə tamaşası”nda bu nəticəyə çatır ki, “Bunu sən etdin, – dedi, – sən öldürdün onu... Otağına yenə də yuxulu gəlmişdi. Getmək istəyəndə sən də yuxulu-yuxulu bağırdın: amandı, getmə. O, artıq karnizin üstündəydi, qışqırığa oyandı və elə o andaca həyətə uçdu. Yaxşıdı, yazıq əziyyət çəkmədi, ani oldu ölümü.” Yəni əsəri ölümdən oluma və daha sonra yenidən olumdan ölümə, yəni “fəna”ya gətirib çıxarır. Anar, əslində, hətta ariflərin aça bilmədiyi “Qat”ları açmağa cəhd edib. Filosofların yol tapa bilmədiyi keçidlərə keçid verməyə çalışıb. Zərdüştün “Qat”ları on yeddi fəsildən ibarətdir. Əgər “Göz muncuğu” əsərinin birinci fəslini, yəni qəhrəmanın dəfni və yenidən doğuluşunu nəzərə almasaq, “Göz muncuğu” da on yeddi fəsil olur. On yeddi fəsildə yeddi irfan pilləsini oxucu ilə bərabər qalxır və onu bu hisslərlə başbaşa qoyur. Anarın təsvir etdiyi bütün bu hadisələr bir növ, irfan və təriqətin məzhəbi kimi pillə-pillə bizi tanrıya tərəf aparır. “Göz muncuğu”nda deyilir ki, “xeyir də, şər də əbədidir”. Bu əbədilik Zərdüştün “niyayiş”lərində dəfələrlə təkrarlanıb.

Əhrimənla Hörmüzdün “Göz-gözə” gəlməsi irfanın altıncı pilləsi, yəni “heyrət” pilləsidir. Mövlanə və Şəms də “Göz-gözə” və üz-üzə gələndən sonra üç gün susurlar. Heyrət edirlər. Allah insanı yaradanda heyrət elədi. “Fə təbarükəllahu əhsənülxaliqin” dedi. İnsan kimi gözəl və sirli varlığı yaratdığı üçün özünü təbrik elədi.  Anar, bu pillədə “heyrət”ə gəlir. Susur və sükuta bürünür. Danışır, amma səsi çıxmır. Yaşayır, amma yaşamır və irfanın sonuncu mərhələsi, yəni “fəna” və “yoxluğun” əsas mərhələsinə qədəm qoymağa çalışır. Əsərdə isə belə sonlanır: “Bunları deyə-deyə Əhliman mənə yaxınlaşırdı, onun niyyətini bilirdim. Açıq qapıdan eyvana çıxdı. Aşağı baxırdı. Arxası mənə tərəf idi. Ani tərəddüddən sonra qəfil həmləylə var gücümlə onu itələdim, eyvanın məhəccərindən aşıb aşağı uçdu. Bir an sonra Ay qızının yanında onun da cəsədi sərələnmişdi”.

Anarın “fənası” oxucuda baş verir. O , oxucunu sonuncu pillənin tam başına qədər gətirir, amma son qərarda oxucunu bir növ itələyir. Yəni daxilən təkan verir və ona “oyan” əmri verir. /kult.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.