Heydər Əliyev Mərkəzində M.Y.Lermontovun 200 illik yubileyinə həsr olunan tədbir keçirilib
23.12.14

Heydər Əliyev Mərkəzində “M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir böyük rus şairinin 200 illik yubileyinə həsr olunub.

“Dəyirmi masa” birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açaraq iştirakçıları salamlayıb.

O, Heydər Əliyev Fondunun çox böyük iş gördüyünü vurğulayıb. Məsələn, qeyd edilib ki, fond 400-dən çox orta məktəb, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 40 müəssisə tikdirib, xaricdə mədəniyyət sahəsində xeyli layihə həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiya Federasiyasının ərazisində geniş fəaliyyət göstərir, onun rəhbərliyi altında uşaq tərbiyə müəssisələri yenidən qurulur, Həştərxanda müqəddəs Vladimirin abidəsi ucaldılıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Rusiyada mədəniyyət ilinə yekun vurulur. Mədəniyyət ili çərçivəsində dünya ədəbiyyatı tarixində ən gənc klassiklərdən birinin – taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi Mixail Yuryeviç Lermontovun anadan olmasının 200 illiyi geniş qeyd edilir. Lakin b müddətdə Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi yazıçılar sırasına daxil olmaq hüququ verib.

Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanda Rusiya ilə mədəni əlaqələr nəinki qorunub saxlanır, həmçinin daha da inkişaf etdirilir. Orta və ali məktəblərdə rus dili öyrənilir, rus teatrları fəaliyyət göstərir, rus dili və ədəbiyyatı üzrə müsabiqələr keçirilir. Nazir M.Y.Lermontovun bu sözlərini xatırladıb ki, fransız dili Avropada nə qədər əhəmiyyət kəsb edirsə, Azərbaycan dili də Qafqazda o qədər əhəmiyyətlidir.

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı “M.Y.Lermontov və Azərbaycan: mədəniyyətlərin qavranılmasından qarşılıqlı nüfuz etməsinə doğru” adlı məruzəsində qeyd edib ki, Azərbaycanda dahi rus şairini xatırlayır və sevirlər. Şairin 200 illiyinin yüksək səviyyədə bayram edilməsi haqqında Prezidentin Fərmanı da bunu təsdiqləyir. Bir çox Azərbaycan yazıçıları və şairləri onun şeirlərini tərcümə ediblər. M.Y.Lermontovu Azərbaycanda ən sevimli rus yazıçılarından biri adlandırmaq olar. Onun yaradıcılığı Qafqaz xalqlarının ədəbiyyatlarına güclü təsir göstərib. Ədəbi irsindən başqa, M.Y.Lermontovun bioqrafiyasından unudulmaz faktlar da onun Azərbaycanla sıx bağlılığını göstərir.

O, dəfələrlə Qafqazda və Azərbaycanda olub. Bu səyahətlər şairin Qafqaz xalqlarının həyatı, zəngin folkloru ilə daha yaxından tanış olmasına kömək edib. Qafqaz ziyalıları, buraya sürgün olunmuş dekabristlərlə görüşlərin M.Y.Lermontov yaradıcılığı üçün xüsusi əhəmiyyəti olub. Qafqaz mövzusu Lermontovun yaradıcılığında mühüm yer tutub. Onun ən böyük əsərləri – “İsmayıl bəy”, “Mtsıri”, “Demon”, “Valerik”, “Zəmanəmizin qəhrəmanı”, “Terekin sovqatı”, “Qaçqın”, “Görüş” və başqa əsərləri bu mövzu ilə bağlıdır.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA-nın Rus Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru Vsevolod Baqno, Dövlət Ədəbiyyat Muzeyinin direktoru, professor Dmitri Bak, M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova dəvətə görə Heydər Əliyev Fonduna təşəkkür edərək bildiriblər ki, cari ildə Rusiyada M.Y.Lermontovla bağlı tədbirlər keçirilir. Yeni sərgi, tədqiqat, nəşriyyat layihələri klassikin bioqrafiyasının məlum olmayan faktlarına həsr edilib. Tarxanıda, Peterburqda, Pyatiqorskda geniş yubiley ekspozisiyaları açılıb.

Moskvada M.Y.Lermontovun pansionda olduğu və Moskva Universitetində təhsil aldığı zaman Malaya Molçanovkada yaşadığı ev üç illik bərpa işlərindən sonra yenidən açılıb.

M.Y.Lermontovun Malaya Molçanovkadakı ev-muzeyinin direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev muzeyinə valeh olduğunu bildirib. O deyib: “Bu, dünyanın ən müasir muzeylərindən biridir. Muzeylər müasir, köhnə dəbli ola bilər, amma cansıxıcı olmamalıdır. Bu muzey həm müasirdir, həm də maraqlıdır. Muzey işinin mütəxəssisi kimi qeyd etmək istəyirəm ki, burada ən yeni texniki vasitələrdən ustalıqla istifadə olunub. Bu muzey bizi heyran edib, Heydər Əliyevin sənədlərinin əsli böyük maraq doğurub. Hamı dayanıb baxır, müzakirələr edir, heç kəs buradan getmək istəmirdi. Əsl muzey belə olar!”.

Mixail Lermontovun anadan olmasının 200 illiyi hər yerdə qeyd edilib. Peterburqda, Pyatiqorskda, Moskvada, Penza vilayətində şənliklər keçirilib. Çıxış edənlərin hamısı şairin yaradıcılığının bu gün də aktual olmasından danışıb.

Lermontovlar nəslinin ağsaqqalı, “Lermontov irsi” Assosiasiyasının prezidenti, RF İctimai Palatasının Mədəniyyət, incəsənət, yaradıcılıq və mədəni-tarixi irs üzrə komissiyası sədrinin birinci müavini, Moskva İctimai Palatasının Mədəniyyət Komissiyasının rəhbəri Mixail Yuryeviç Lermontov “Lermontovlar: şotland mənşəli rus nəsli” adlı məruzəsində şairin ata-babalarının və sonrakı nəslinin nümayəndələrinin həyatından maraqlı faktlar gətirilib, şəcərəsi barədə məlumat verib.

Sonra diskussiyalar olub. Diskussiyalarda millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Ümumiyyətlə, demək olar ki, M.Y.Lermontov təkcə öz zəmanəsinin deyil, həm də bizim zəmanəmizin, hər bir zəmanənin qəhrəmanıdır.

Rus cəmiyyətinin mənəvi həyatının ən mühüm tələblərinə cavab verən vətəndaş motivlərinin, fəlsəfi və şəxsi motivlərin uğurla birləşdiyi Lermontov yaradıcılığı rus ədəbiyyatının yeni yüksəlişi olub, XIX və XX əsrlərin görkəmli rus yazıçı və şairlərinə böyük təsir göstərib. M.Y.Lermontovun əsərləri rəssamlıq, teatr və kinematoqraf sahəsində geniş əks etdirilib, poeziyası opera və romans yaradıcılığı üçün əsl dəryadır, şeirlərinin bir çoxu xalq mahnılarına çevrilib. /AzərTAc/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.