“Şərqin Borxesi” Eko ilə görüşündən danışdı - FOTO
22.12.14

Bakı Slavyan Universitetinin akt zalında Yaradıcılıq fakültəsi tələbələri ilə növbəti dərsində yazıçı Kamal Abdulla İtaliyaya səfəri çərçivəsində dünya şöhrətli yazar Umberto Eko ilə görüşü barədə məlumat verib.

Ziyalıların, tənqidçi və jurnalistlərin də iştirak etdiyi açıq dərsdə Kamal Abdulla Roma səfəri, minlərlə oxucunun həqiqi bir bayram ovqatı ilə axışdığı inanılmaz kitab sərgisi, həmçinin “Yarımçıq əlyazma” əsərini oxuyandan sonra onu evinə qonaq dəvət edən Umberto Eko ilə görüşündən danışıb.

Ekonun yarımqapalı bir həyat tərzi yaşadığını, ona görə də onunla görüşün bir çoxları üçün xəyal olaraq qaldığını nəzərə çatdıran K.Abdulla dünya şöhrətli yazarın onu evinə dəvət etməsini böyük məmnuniyyətlə qəbul etdiyini və bu görüşə məxsusi önəm verdiyini deyib

“Əsərləri ilə dünyanın hər yerindən görünən Eko İtaliyada az qala Roma Papası qədər məşhur simadır. Yarımqapalı həyat yaşadığından, onun bir şəxsi evinə qonaq dəvət etməsi nadir hallarda baş verir”.

Qısa, rəsmi, bir az da diplomatik görüş gözlədiyi halda saat yarımlıq həddən artıq səmimi görüşün keçdiyini xatırladan Kamal Abdulla Ekonun öz böyük kitabxanası ilə onu tanış etdiyini bildirib:

“Minlərlər kitabın cəmləşdiyi böyük kitabxanası var və bu kitabxanadakı nadir əlyazmalarla da məni tanış etdi. “Yarımçıq əlyazma” barədə danışdı. Əsər haqda fikrini dedi və sonra keçdi “Dədə Qorqud”da. Dedi, sizin əsər məftunedicidi, amma çətindi, əlbəttə, onu çimərlikdə oxumaq olmaz. Mən özüm dəfələrlə əvvəlki səhifələrə qayıdırdım”.

"Yarımçıq əlyazma" əsərinə 3 müqqədimə yazmaq ideyasının "Qızıgülün adı"ında olan “Son söz”dən  yarandığını Ekonun nəzərinə çatdırdığını deyən Kamal Abdulla yazarın, “məndən soruşan kimi, sizdən də sizdəki axmaqlar soruşdularmı ki, bu əlyazma həqiqətən var,  ya yoxdur?” deyə güldüyünü və müsbət cavab alarkən, “elə də bilirdim” dediyini söyləyib:

“Kitabxananı gəzərkən Coysun əsərlərinin yığıldığı bölmədə dayandıq və Coysdan danışdıq. Mənə zarafatla bir söz də dedi: “Coys hətta sizdən də çətin yazır”.

Umberto Ekonu Azərbaycana dəvət etdiyini və bu dəvətin qəbul edildiyini bildirən Kamal Abdulla səfərin gerçəkləşəcəyi təqdirdə bunun Azərbaycanda bir ədəbi hadisəyə dönəcəyini bildirib.

Fürsət edib, Azərbaycan ədəbiyyatı, Dədə Qorqud, Şah İsmayıl, mədəniyyətimiz, bugünkü Azərbaycanın tolerant, saf mənəvi iqlimi, Azərbaycan Ermənistan münasibətləri və Qarabağ problemi barədə də Umberto Ekoya məlumat verdiyini bildirən Kamal Abdullanın görüş təəssüratları alimlərin, jurnalistlərin sualları ilə davam edib./axar.az/

Yenililklər
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.