"Mütərcim” nəşriyyatında yazıçı Kamran Nəzirlinin iki kitabı çapdan çıxıb.Ədəbiyyat.Biz xəbər verir ki, "Miras” adlanan kitabda yazıçının son illər qələmə aldığı 18 hekayəsi, habelə "Miras”, "Narkoman” və "Şeytan işığı” pyesləri toplanıb.
"19+1” adlı ikinci kitab isə rusdilli oxucular üçün nəzərdə tutulub. Bu kitaba 19 hekayə və bir pyesi daxil edilib. Kitabın tərcüməçisi və redaktoru Cavid Abbasovdur.
İctimai mahiyyət, əxlaq dünyagörüşü, yüksək mənəviyyat təlqin edən hər iki kitab nəfis tərtibatla, 500 nüsxə tirajla çap olunub.
Kitabları Bakı Kitab Klubundan və şəhərimizin kitab mağazalarından əldə etmək mümkündür. /eуdebiyyat.biz/