Rövşən Yerfi - Tofiq Bayram haqqında

19.12.14

Avanqard.net yazıçı Rövşən Yerfinin şair Tofiq Bayram haqqında məqaləsini təqdim edir.     

           Sevimli şairimiz Tofiq Bayramın dünyaya gəlməsindən 80 il ötdü...

           Söz vaxtına çəkər. 1988-ci ilin payız ayları idi. Bakıda Dağlıq Qarabağ separatçılarının başıpozuq hərəkətlərinə qarşı mitinqlər dalğası başlanmışdı. Etirazını mitinqlərlə ifadə etməyə çalışan xalq kütlələri meydanlardan çəkilmək bilmirdi. Belə günlərdə xalqın sevilib seçilən ziyalıları da xalqla birlikdə idilər. Onlar mitinqlərdə iştirakı və çıxışları ilə xalqın daha da əzmini, iradəsini artırırdılar. Hər kəsin xatirində qalan bu sayaq ziyalılardan biri də sevimli şairimiz Tofiq Bayram idi. Tofiq Bayramın yüz səsin içindən seçilən, özünəməxsus qalın səsi vardı. O, nitqi zamanı mütləq vətənlə, torpaqla bağlı şeirlərindən birini öz ahəng və tərzində, xüsusi intonasiya, pafosla oxuyardı. İnsanlarda belə təsəvvür yaranardı ki, əsl şair şeirini məhz belə oxumalıdır. Ürəkdən, cani-dildən, coşa-coşa, sel kimi kükrəyə-kükrəyə... Yorulmazdı şeirlərini oxumaqdan. “Daha bunu tribunadan düşürə bilmərik”, - gülümsəyirdilər şair dostları...
         Çıxışlarındakı od-alov səbəbsiz deyildi, vətənə olan aşıb-daşan sonsuz məhəbbətindən yaranırdı. O günlərdə şairin “Qarabağı vermərəm” şeiri meydanlardakı kütlələrin ən çox sevdiyi şeirlərdən idi: 

                              Mən heç zamn dönmərəm
                              Fikrimdən, niyyətimdən.
                              Lazım gəlsə gözümün
                              Qarasını verərəm,
                              Qarabağı vermərəm...

Bakıda doğulan Tofiq Bayram Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.
Şairin “Çiçək” adlı ilk şeiri 1953-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. “Ana təbəssümü” adlanan ilk kitabı isə 1961-ci ildə çap edilib. “Şairin şikayəti” mənzum pyesi, “Təbrik çiçəkləri” və “Yaralı nəğmə” poemaları iri həcmli əsərləri arasında ən uğurluları sayılır. Şeir və poemalar yazmaqla yanaşı uzun illər tərcümə işi ilə də məşğul olmuş, bir çox görkəmli yazıçıların, o cümlədən Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini də tərcümə etmişdir. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə isə 1988-ci ildə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.
Tofiq Bayramın şeirlərinin əsas mövzusu insan və xalq sevgisidir. Əsərlərində güclü lirizm və romantika üstünlük təşkil edir. Şairin onlarla şeirini Azərbaycan poeziyasının parlaq nümunələri hesab etmək olar. “Qadın ürəyi” adlı şeiri də bu qəbildəndir:

                      Necə rəhmlidir, necə amansız,
                      Necə mehribandır, qadın ürəyi!
                      Sən onu sındırsan, bil ki, a qansız,
                      Ağlayan kamandır qadın ürəyi!


O, dövrünün tanınmış sevgi şairlərindən biri olmuşdur. Onun “Görüş” şeiri də dillər əzbəri olan şeirlərdəndir:

                              Biz ki unutmusduq ilk məhəbbəti,
                              Ah, bu qəfil görus kas olmayaydı!
                              Mənim gozlərimdə esqin həsrəti,
                              Sənin gözlərində yas olmayaydı!


        Digər bir şeiri – “Ay gecikən məhəbbətim” bu gün də gənclər arasında sevilən, dəyərini saxlayan şeirdir:
                             Bir xəstəyəm, əlacım sən,
                             Bir koram, əl agacım sən,
                             dilənciyəm əl acım, sən, -
                             Sən ol mənim son qismətim,
                             Ay gecikən məhəbbətim!


        Tofiq Bayram haqqında danışılarkən onun həm də böyük vətənpərvər, millətçi şair olduğu qeyd edilir. Şairin bu misraları mənim də məktəb illərində yazdığım onlarla inşanın bəzəyi idi:
                     Qalxıb Şahdağına söz istəyirəm,
                     Çatsın hay- harayım dinləyənlərə.
                     Mən nankor deyirəm, nacins deyirəm
                     Öz ana dilini bilməyənlərə!


Sağlığında müəllifi olduğu on iki kitabı və dörd tərcümə kitabı çap olunub. Xalqının sevgisindən qeyri heç bir vəzifəyə, mənsəbə iddiası olmayan şairin ədəbiyyat sahəsindəki gərgin əməyi 1984-ci ildə qiymətləndirilərək ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Ölkəsinin azad, firavan yaşamasını arzulayan şairə təəssüf ki, onun müstəqilliyini görmək qismət olmadı. Əlli altı il, dörd ay ömür sürən, 1991-ci ilin aprel ayında zamanının təbədüllatlarına ürəyi davam gətirməyən Tofiq Bayram əbədiyyətə qovuşdu.
Bu il dekabr ayın;n 16-da böyük şairin anadan olmasının səksən ili tamam olur. İnanıram ki, həmin gün onun poeziyasının dəyərini bilənlər sevimli şairin yubileyini adına layiq sevgi ilə qeyd edəcəklər.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.