“Hadisələr göz qırpımında baş verir” – Orxan Fikrətoğlu
15.12.14

“Fəna”nın premyerasından reportaj

Azərbaycan Dövlət Yuğ Teatrında növbəti tamaşanın premyerası keçirildi. “Fəna” adlanan tamaşa yazıçı-publisist Orxan Fikrətoğlunun “İtki”  hekayəsi əsasında hazırlanıb. “Bir nəfəslik mərifət oyunu”  adlandırılan tamaşanın quruluşçu rejissoru Mir Sahibdir. “Fəna”nın quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerifə, musiqi tərtibatı Amid Qasımov və İffət Əsgərova məxsusdur.  Rejissor assistenti isə Qasım Nağıdır. Qeyd edək ki, Qasım Nağı həm də tamaşanın baş rol oyunçularındandır. Tamaşada həmçinin Natəvan Qeybani, Oktay Mehdiyev və Fikrət Novruzlu iştirak etdilər.

Tamaşa zalında, teatrın auditoriyasında bir çox məşhur simaları gördük. Yazıçı-dramaturq Əli Əmirli, müğənni Akif İslamzadə, “Qulp” telelayihəsinin rəhbəri və telejurnalist Mübariz Əsgərov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov tamaşanı izləyənlər sırasında idilər. Elə aktyorların özləri də. Necə?

Aktyorlar tamaşaçıların arasından oturmuşdular. Hər biri öz rolunu ifa etmək üçün bir-bir  auditoriyadan çıxıb səhnəyə gəlirdilər. Tamaşada sehri ilə insanları ovsunlayan, nəinki Türkiyədə, eləcə də, dünyada tanınan məşhur DJ Akın Allenin, yəni “Mərcan Dədə”nin musiqilərindən istifadə olunmuşdu. İsrafil müəllimin təbirincə desək, “tamaşa həm dini ayin, həm də oyun xarakteri daşıyırdı”. İşıq effektləri, qeyri-adi musiqilər, eləcə də, aktyorların hərəkətləri insanlarda böyük maraq yaratmışdı.

Tamaşanın ssenari müəllifi Orxan Fikrətoğlu öz hekayəsi haqda bunları dedi: “Bu əsər əvvəllər hekayə formasında yazılmışdı. Sonra onu pyes halına saldım. Bu əsər insanın özü gedəndən sonra dünyada qalan izinin özü tərəfindən başa düşülməsi və qavranılmasıdır. Yəni “mən nələr etdim?” sualı ilə üz-üzə durmaq. Absurd janrda olan bir əsərdir. Aktyor sayı üç nəfərdir. Onlar arasında yaşanan konfliktdən bəhs olunur. Bir gün qadın öz həyat yoldaşına onun özünü itirməsini deyir və hadisə elə burdan başlayır. Aktyor nə zaman özünü itirdiyini anlamağa çalışır, amma alınmır. Bütün süjet elə bunun ətrafında baş verir. “Bir nəfəslik tamaşa” ona görə deyilir ki, hadisələr bir göz qırpımında baş verir. Tamaşa nikbin sonluqla bitmir. Aktyor məğlub kimi yaşayır. Sonda yoldaşına deyir ki, “mən qorxuram, yorğanı çək üstümə, mənə layla de”. Bu vəziyyəti yaratdım, hər kəs özü baxıb özlüyündə qərar çıxarsın”.

Tamaşanın rejissoru Mir Sahib tamaşa haqda bunları dedi: “Bu tamaşa, təxminən,  iki ilə başa gəldi. Tamaşanın mistik tərəfləri var. Vaqif İbrahimoğlunun dünyasını dəyişən vaxta təsadüf edib.  Əsərin adı buna görə də “İtki” adlanır. Çalışmışıq, bu itkini daha çox insanın özünü itirməsinə yönləndirək. Biz hekayənin ideyasını bir az da genişləndirməyə cəhd etmişik. Hekayədə bir nəfər özünü itirir, tamaşada isə biz o bir nəfəri üç nəfərlə əvəz etmişik. Fəlsəfi yanaşsaq, insanların özlərini itirdikdən sonra öz mənləri ilə qovuşub və yenidən özlərinə qayıtma anını təsvir etməyə çalışdıq. Bu teatrda obraz yoxdur. Hər bir sənətçinin oyun məkanında sərbəst yaradıcılığı var. Bu oyun üsulunu Vaqif İbrahimoğlu yaratmışdı. Əsas ideya isə odur ki, istənilən təbəqəyə və istənilən təfəkkürə malik olan insan bu situasiyaya düşə bilər. Bu mövzu hər kəs üçün aktualdır. Bu, bir növ özünəqayıdışdır”.

“YUĞ” teatrının aktrisası Natəvan Qeybani : “Bu tamaşada görüntüdən başqa, aktyora aid olan bir qat da var. Paradiqmatik tamaşadır. Ruhi proseslərlə mübarizə şəklindədir. Bu teatrın əsas məqsədi aktyorla tamaşaçı arasında ruhi əlaqə yaratmaqdan ibarətdir. Deyirlər, teatr öyrədir, mən bununla razı deyiləm. Əslində, bizdə belə başa düşürlər ki, fəna “pis” deməkdir. Amma “fəna”, əslində, müvəqqəti yox olmaqdır. Yəni özündə yox olub ruhunu Allahda tapmaq mənasındadır. Vaqif müəllimin bizə qoyub getdiyi poetikanın özəlliyi ondadır ki, biz çox vaxt imitasiya etsək də, burda imitasiya çox rol oynamır. Tamaşa mistik xarakter daşıyır, amma mistika özü də bir növ həqiqətdir. Bəlkə də, elə həqiqət ölümün özüdür, heç reallıq deyil?”

İfaları ilə ruhu sakitləşdirən, tamaşadakı qaval musiqi alətinə yaxın olan bəndirlə səhnəyə çıxan “Savalan” qrupunun rəhbəri, həmçinin xanəndə və dəf ifaçısı Novruz Novruzlu tamaşa və tamaşadakı rolu haqda danışdı: “Hər bir insanın qurtuluş yolu var. Məsəl var, “axtardığını bilməyən, tapdığını anlamaz”. Biz, əslində, axtardığımızı tapmaq üçün bu dünyaya gəlmişik. Bu həyatın özündə uduzmamaq, mübarizə aparmaq çox vacibdir. Artıq bir neçə tamaşadır ki, “YUĞ” teatrında işlədik. Hətta düşünürəm ki, musiqini atıb aktyorluğa keçim. (gülür) İxtisasca həm də aktyorluğu bitirmişəm. Bizim ruhumuz, hardasa, təmizə yaxındır. Oxuma anında səmimiyik. Musiqidə elə bir böyük qüdrət var ki, elə bir insan olmaz ki, ona təsir etməsin”.

Aktyor Qasım Nağının fikirləri belə oldu: “İzlədiyiniz “Bir nəfəslik mərifət oyunu”nda teatr dili ilə desək, hansısa bir obraz anlayışı yoxdur. Biz oyundan imtina edərək oyun oynadıq. İzləyicilərə xoş ovqat bəxş etməyə çalışdıq. İtki fenomeni bu tamaşada “yox olma” mənasındadır. Gələn hörmətli qonaqların tamaşa haqda dəyərli fikirləri oldu. Bu da, təbii ki, bizi sevindirir”.

Tamaşanın sonu bir növ novella xarakteri daşıdı. Sonda aktyorlar qonaqları çay süfrəsinə dəvət etdilər. Tamaşa sonrası dəyirmi masa təşkil olundu. Onlar tamaşa haqda fikirlərini bildirdilər. Hər kəs bu tamaşadan özünə məxsus nəyisə götürdü. Götürməli idi, çünki bəlkə də, hər birimizin ən az hər gün rastlaşdığımız bu məqam həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər birimizin bu tamaşanı izləməsi vacibdir. Əminəm ki, hər kəs də bu tamaşanı öz düşüncəsinə uyğun şəkildə qəbul edəcək. 55 dəqiqəlik “Fəna” tamaşasını izləməyə dəyər. Əmin olun ki, tamaşanın sehrindən ayılandan sonra özünüzə bu sualı mütləq verəcəksiniz – “Mən kiməm...?” /kult.az/

“Fəna”nın premyerasından reportaj

Azərbaycan Dövlət Yuğ Teatrında növbəti tamaşanın premyerası keçirildi. “Fəna” adlanan tamaşa yazıçı-publisist Orxan Fikrətoğlunun “İtki”  hekayəsi əsasında hazırlanıb. “Bir nəfəslik mərifət oyunu”  adlandırılan tamaşanın quruluşçu rejissoru Mir Sahibdir. “Fəna”nın quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerifə, musiqi tərtibatı Amid Qasımov və İffət Əsgərova məxsusdur.  Rejissor assistenti isə Qasım Nağıdır. Qeyd edək ki, Qasım Nağı həm də tamaşanın baş rol oyunçularındandır. Tamaşada həmçinin Natəvan Qeybani, Oktay Mehdiyev və Fikrət Novruzlu iştirak etdilər.

Tamaşa zalında, teatrın auditoriyasında bir çox məşhur simaları gördük. Yazıçı-dramaturq Əli Əmirli, müğənni Akif İslamzadə, “Qulp” telelayihəsinin rəhbəri və telejurnalist Mübariz Əsgərov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov tamaşanı izləyənlər sırasında idilər. Elə aktyorların özləri də. Necə?

Aktyorlar tamaşaçıların arasından oturmuşdular. Hər biri öz rolunu ifa etmək üçün bir-bir  auditoriyadan çıxıb səhnəyə gəlirdilər. Tamaşada sehri ilə insanları ovsunlayan, nəinki Türkiyədə, eləcə də, dünyada tanınan məşhur DJ Akın Allenin, yəni “Mərcan Dədə”nin musiqilərindən istifadə olunmuşdu. İsrafil müəllimin təbirincə desək, “tamaşa həm dini ayin, həm də oyun xarakteri daşıyırdı”. İşıq effektləri, qeyri-adi musiqilər, eləcə də, aktyorların hərəkətləri insanlarda böyük maraq yaratmışdı.

Tamaşanın ssenari müəllifi Orxan Fikrətoğlu öz hekayəsi haqda bunları dedi: “Bu əsər əvvəllər hekayə formasında yazılmışdı. Sonra onu pyes halına saldım. Bu əsər insanın özü gedəndən sonra dünyada qalan izinin özü tərəfindən başa düşülməsi və qavranılmasıdır. Yəni “mən nələr etdim?” sualı ilə üz-üzə durmaq. Absurd janrda olan bir əsərdir. Aktyor sayı üç nəfərdir. Onlar arasında yaşanan konfliktdən bəhs olunur. Bir gün qadın öz həyat yoldaşına onun özünü itirməsini deyir və hadisə elə burdan başlayır. Aktyor nə zaman özünü itirdiyini anlamağa çalışır, amma alınmır. Bütün süjet elə bunun ətrafında baş verir. “Bir nəfəslik tamaşa” ona görə deyilir ki, hadisələr bir göz qırpımında baş verir. Tamaşa nikbin sonluqla bitmir. Aktyor məğlub kimi yaşayır. Sonda yoldaşına deyir ki, “mən qorxuram, yorğanı çək üstümə, mənə layla de”. Bu vəziyyəti yaratdım, hər kəs özü baxıb özlüyündə qərar çıxarsın”.

Tamaşanın rejissoru Mir Sahib tamaşa haqda bunları dedi: “Bu tamaşa, təxminən,  iki ilə başa gəldi. Tamaşanın mistik tərəfləri var. Vaqif İbrahimoğlunun dünyasını dəyişən vaxta təsadüf edib.  Əsərin adı buna görə də “İtki” adlanır. Çalışmışıq, bu itkini daha çox insanın özünü itirməsinə yönləndirək. Biz hekayənin ideyasını bir az da genişləndirməyə cəhd etmişik. Hekayədə bir nəfər özünü itirir, tamaşada isə biz o bir nəfəri üç nəfərlə əvəz etmişik. Fəlsəfi yanaşsaq, insanların özlərini itirdikdən sonra öz mənləri ilə qovuşub və yenidən özlərinə qayıtma anını təsvir etməyə çalışdıq. Bu teatrda obraz yoxdur. Hər bir sənətçinin oyun məkanında sərbəst yaradıcılığı var. Bu oyun üsulunu Vaqif İbrahimoğlu yaratmışdı. Əsas ideya isə odur ki, istənilən təbəqəyə və istənilən təfəkkürə malik olan insan bu situasiyaya düşə bilər. Bu mövzu hər kəs üçün aktualdır. Bu, bir növ özünəqayıdışdır”.

“YUĞ” teatrının aktrisası Natəvan Qeybani : “Bu tamaşada görüntüdən başqa, aktyora aid olan bir qat da var. Paradiqmatik tamaşadır. Ruhi proseslərlə mübarizə şəklindədir. Bu teatrın əsas məqsədi aktyorla tamaşaçı arasında ruhi əlaqə yaratmaqdan ibarətdir. Deyirlər, teatr öyrədir, mən bununla razı deyiləm. Əslində, bizdə belə başa düşürlər ki, fəna “pis” deməkdir. Amma “fəna”, əslində, müvəqqəti yox olmaqdır. Yəni özündə yox olub ruhunu Allahda tapmaq mənasındadır. Vaqif müəllimin bizə qoyub getdiyi poetikanın özəlliyi ondadır ki, biz çox vaxt imitasiya etsək də, burda imitasiya çox rol oynamır. Tamaşa mistik xarakter daşıyır, amma mistika özü də bir növ həqiqətdir. Bəlkə də, elə həqiqət ölümün özüdür, heç reallıq deyil?”

İfaları ilə ruhu sakitləşdirən, tamaşadakı qaval musiqi alətinə yaxın olan bəndirlə səhnəyə çıxan “Savalan” qrupunun rəhbəri, həmçinin xanəndə və dəf ifaçısı Novruz Novruzlu tamaşa və tamaşadakı rolu haqda danışdı: “Hər bir insanın qurtuluş yolu var. Məsəl var, “axtardığını bilməyən, tapdığını anlamaz”. Biz, əslində, axtardığımızı tapmaq üçün bu dünyaya gəlmişik. Bu həyatın özündə uduzmamaq, mübarizə aparmaq çox vacibdir. Artıq bir neçə tamaşadır ki, “YUĞ” teatrında işlədik. Hətta düşünürəm ki, musiqini atıb aktyorluğa keçim. (gülür) İxtisasca həm də aktyorluğu bitirmişəm. Bizim ruhumuz, hardasa, təmizə yaxındır. Oxuma anında səmimiyik. Musiqidə elə bir böyük qüdrət var ki, elə bir insan olmaz ki, ona təsir etməsin”.

Aktyor Qasım Nağının fikirləri belə oldu: “İzlədiyiniz “Bir nəfəslik mərifət oyunu”nda teatr dili ilə desək, hansısa bir obraz anlayışı yoxdur. Biz oyundan imtina edərək oyun oynadıq. İzləyicilərə xoş ovqat bəxş etməyə çalışdıq. İtki fenomeni bu tamaşada “yox olma” mənasındadır. Gələn hörmətli qonaqların tamaşa haqda dəyərli fikirləri oldu. Bu da, təbii ki, bizi sevindirir”.

Tamaşanın sonu bir növ novella xarakteri daşıdı. Sonda aktyorlar qonaqları çay süfrəsinə dəvət etdilər. Tamaşa sonrası dəyirmi masa təşkil olundu. Onlar tamaşa haqda fikirlərini bildirdilər. Hər kəs bu tamaşadan özünə məxsus nəyisə götürdü. Götürməli idi, çünki bəlkə də, hər birimizin ən az hər gün rastlaşdığımız bu məqam həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər birimizin bu tamaşanı izləməsi vacibdir. Əminəm ki, hər kəs də bu tamaşanı öz düşüncəsinə uyğun şəkildə qəbul edəcək. 55 dəqiqəlik “Fəna” tamaşasını izləməyə dəyər. Əmin olun ki, tamaşanın sehrindən ayılandan sonra özünüzə bu sualı mütləq verəcəksiniz – “Mən kiməm...?” 

- See more at: http://kult.az/yeni/view/5599#sthash.GcFaJ80t.dpuf

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.