Mübariz Örən: "Bizdə “adi insandan yazıçıya” çevrilmək olmur"
01.12.14

"Sual yağışı"nın çoxsaylı, mehriban, sevimli, istedadlı, savadlı, həmçinin qalmaqallı oxucuları, yarızarafat, yarı; Ramilə Qardaşxanqızı olan bu müsahibəni də istədiyiniz qədər tənqid edə bilərsiniz. Bizim üçün xoşdur. Yazılarınızda şeirlərimdən sistat gətirdiyinizi gördükcə əmin oluram ki, sizdən yoxdur. Beləliklə, layihəmizin ikinci qonağı Beyləqan rayonunda dünyaya xoş gəlmişəm deyən, BSU Yaradıcılıq fakültəsinin uğurlu dinləyicisi Mübariz Örəndir. Mübariz bəy qısa bir vaxt ərzində oxucu və tənqidçilərin diqqətini cəlb edə bildi. Beləliklə də ədəbiyyat aləminə möhkəm addımlarla qədəm basdı. Bu gün onu nə ədəbi, nə də elmi suallarla yormayacağıq. Heç tənqid də etməyəcəyik. Layihəmizin qaydalarına uyğun olaraq onu sual yağışında islatmaq fikrindəyik. Hərçən ona da Örən deyərlər.

Qeyd edək ki, sonra Mübariz bəyə xoş gələn bir sual seçiləcək və növbəti iştirakçının adı açıqlanacaq. Layihəmizin qaydalarına görə, qalib, Mübariz bəydən istəniləm müəllifin kitabını tələb etmək haqqına malikdir.

- Elşad Barat sizi geriyə, uşaqlıq illərinə qaytarmaq istəyir - Mübariz bəy, bəzi nağılların sonunda həqiqətən də göydən üç alma düşsəydi, təzədən uşaq olmaq istəyərdiniz?

-Mübariz Ö: - Elşad, qardaşım, indi bazarda almanın üç kilosu bir manatdır, otuz qəpikdən ötəri uşaqlıq eləməyə dəyərmi? Dəyməz! (gülür)

-İntiqam Hikmət İsmayıl soruşur - Mübariz bəy, sizcə "onu oxumadan ölmək olmaz" dediyiniz üç kitab hansılardır?


-Mübariz Ö: - Səmavi kitabları nəzərə almasaq, məncə, həmin əsərlər bunlardır: “Don Kixot”, “Səfillər” “Cinayət və caza”.

-Tərənə Şahmuradova  dava qatmaq istəyir - Bəyəndiyiniz , öndə olan üç gənc yazar desəm – ani olaraq kimlərin adını çəkə bilərsiniz?


-Mübariz Ö: - Təranə xanım, üç ad çəkib, özümə daha artıq düşmən qazanmaq istəmirəm.

-Vəli suala qədər bir esse tamamlayıb -  Mübariz bəy, sualım belədir: “Vətənimiz, cinsiyyətimiz, valideynlərimiz, bacı-qardaşlarımız bizim seçimimiz deyil. Bunlarla heç bir bağlılığı olmayan, sizin olan seçiminiz varmı? Nələri seçə bilmisiz?

-Mübariz Ö: - Vəli, qardaş, həyatda üç-dörd yaxşı dostum var, əgər bunu mənim seçimim adlandırmaq olarsa, demək ki, nəsə seçə bilmişəm.

-Hədiyyə xanım kitab istəmir, sual verir – Deyir, Mübariz bəy üçün sual cavablandırmaq nədir?


-Mübariz Ö: - Suallara cavab vermək.

-Ramilə Q - Sizdə lap kökündən vurdunuz haa... (gülürük)

-Balaca Gültən böyük sual verib - Mübariz Örən, sualım budur ki, ədəbiyyat aləminə gəldin və tez bir zamanda tanındın. Bu həyatında nə dəyişlik etdi?

-Mübariz Ö: - Gültən xanım, bu əsl “ulduz” sualıdır, səhfən mənə düşüb. Ədəbiyyatda tanındığım qədər də tanımışam, bu isə, o deməkdir ki, yeni-yeni dostlar qazanmışam.

-"Nanay-ninay" adlı şeirinə görə AYB-ya üzv olan Rauf Alagözov soruşur - Mübariz Örən, sizcə ədəbiyyat yazarı doyurmalıdır, yazar ədəbiyyatı?

-Mübariz Ö - Bu, həmin o məhşur suala oxşadı ki, yumurta birincidir, yoxsa toyuq? Yazıçı olmaq üçün ən azı yazmaq lazımdır, bədii mətni “doğmaq” lazımdır. Yalnız bu baş verdikdən sonra ədəbiyyatdan nəsə gözləməyə dəyər.

-Seyran Xoca yad tale yaşadığınıza işarə edib - Mübariz bəy, başqalarının taleyin yaşamaq, xəyalən olsa belə, sizi agrıdırmı?

-Mübariz Ö: - Seyran, həmişəki kimi sualın “mistik” sualdır, bu sualı başa düşüb cavablandırmağa fantaziyam çatmadı. (gülür)

-Elşad Barat bir sualla yetinməyib - Budur, ikinci sual gəldi; insan doğulanda ölür, yoxsa öləndə doğulur?


-Mübariz Ö: - K. Abdullanın əsərlərini oxuyan adamda belə təsəvvür yaranır ki, o, heç vaxt ölməyəcək, başqa zamanlarda, paralel dünyalarda əbədi yaşayacaq və təkrar-təkrar indiki dünyamıza dönəcək. İnsan ölmür.

-Ramilə Q - Orfoqrafik səhvlərinə görə onu bağışlamaq olarmı?

-Mübariz Ö: - Olar. (gülür)

-Ramilə Q - Olmaz, məhkəməyə verəjəm! (gülürük)

-Ulduz xanım deyir bəstirin də, elə hey Beyləqandan yazırsız - Bəy, bildiyimə görə çox illər Rusiyada yaşamısan amma yazılarında həmişə nədənsə böyüyüb başa çatdığın yerləri təsvir edirsən. Səbəb?

-Mübariz Ö: - Ulduz xanım, mənim “Şpaqat vəziyyəti” hekayəm rusiya həyatımla, daha doğrusu rusiyada rast gəldiyim bir insanın düşdüyü çıxılmaz vəziyyətlə bağlıdır. Bir də, istəyirsən dünyanın harasına gedirsən get, insanın böyüyüb boya-başa çatdığı, formalaşdığı mühit, o mühitin adamları səni tərk edmir, daima özünə çəkir.

-Gülnarə xanım deyəsən bu dəfə də kitab qazanmaqda israrlıdır - Mübariz Örən  bu günə qədər yaşadığı ömrün vərəqlənməmiş səhifəsinə qayıtmaq istərdimi və əgər qayıda bilsəydi vərəqlənəcək səhifə ömrünün hansı illərini əhatə edərdi?

-Mübariz Ö: - Fürsət düşsəydi, cavanlığımı başqa cür yaşayardım; əvvəldə qazandığım səriştə, təcrübə bu işdə mənə kömək olardı.

-Dostumuz öz adını yazmır amma Satiranın Son Beşiyi olduğunu qeyd edir - Nöqtə boyda mənfəətçün vergül qədər əyilənlərin əhatəsində vuqarlı olmaq sıxıcı gəlmirmi?


-Mübariz Ö: - Vüqarlı olmaq sıxıcı deyilmi yox, həmin şəraitdə Vüqarı qoruyub saxlamaq məncə çox çətindir. Amma mükündür!

-Səxavət Sahilə İsa özü kömək olsun - Mubariz Örəninin hekayələrində nəyə görə zaman fərqləri var? Zamansız vəziyyət oxucu ücün amansız ola bilər...


-Mübariz Ö - Sahilsiz olmaq üçün – hekayələrdən gedir söhbət – zamanı “ləğv” etməyə çalışıram. Gələcək planlarımda məkanı da “yığışdırmaq” fikrim var; daha dərin, sahilsiz görünmək üçün. (gülür)

-Kəramət Böyükçöl yenə nəsə "böyük" danışmaq istəyib - Mübarizin fikrincə "istedadı ölçən cihaz" nə hesab oluna bilər?

-Mübariz Ö: - Əsas odur ki, istedad özü olsun. Onu gözəyarı da ölçmək olar.

-Arzu Murad nəqarətdən başqa mahnı oxumayan muğənillər kimi tutub bu "yoldan" - Mübariz bəy, siz dünyaya bir daha gəlsəydiniz, yenidən "bu yolu" seçərdinizmi?

-Mübariz Ö: - Arzu, hərif deyiləm ki, bu dünyadan gedəm.

-Ülkər Piriyeva dindarlıq edir - Dəyərli Mübariz bəy, Allahı zikr etmək neçə qismdir və hansılardır?


-Mübariz Ö: - Ülkər, Allah haqqı bu sualı başa düşmədim. (gülür)

-Kanan Hacı - Mübariz  bəy, siz kifayət qədər həyat təcrübəsi olan insansınız. Bu həyat təcrübəsindən yararlanıb nə vaxtsa roman yazmaq haqqında düşünürsünüz?

-Mübariz Ö: - Usta, həyat təcrübəsindən savayı, gərək sizin kimi sənətkar  romançıların da təcrübəsindən yararlanaq. Yalnız bundan sonra o haqda nəsə düşünmək olar.

-Xanım Aydını çevrilmə əməliyyatına baş vuraraq - Mübariz, Mübariz Örən olmaq - adi insandan yazıçıya çevrilmək çətin olmadı kı? Hisslərinin hansını kölgədə qoydun, hansını günəşə bəxş etdin?

-Mübariz Ö - Məsələ də burasındadır ki, bizdə “adi insandan yazıçıya” çevrilmək olmur; məişət və gündəlik qayğılar buna imkan vermir. Təəssüf ki, bu belədir.

-Bizim Yetim deyir ki - Yəni bu quzunun taleyi ilə maraqlanan olmayacaq? (Manaf bəy narahat olmayın, kimin dediyini demədim.) Gülümsəyin...


-Mübariz Ö: - Ramilə xanım, o, adama deyin ki, quzu istədiyiniz vaxt sizin qulluğunuzda “fırrey-mırrey”. (gülür)

-Şəfa Piriyeva müsahibə psixoloji təsir edir - DƏYƏRLİ MÜBARİZ BƏY, xoşbəxtlik mübarizədir fikrini necə başa düşürsünüz?

-Mübariz Ö: - Xoşbəxtlik hər yerdə ola bilər, sadəcə onu görmək, hiss və dərk etmək lazımdır. Bax, sənin xoşbəxtlik haqqında verdiyin bu suala cavab axtarmaq özü bir xoşbəxtlikdir.

-Ülkər Piriyeva ilk sualına cavab ala bilməyəcəyini hiss edib və ikinci sualını yağdırıb - Gözəl insan, sizcə cəmiyyətdən kənarda şəxsi səadət ola bilər?

-Mübariz Ö: - Qətiyyən! Hərçənd bizim ölkədə hələ də buna ciddi-cəhd edənlər var.

-Yaxşı qəzəllər yazır amma heç yaxşı sual yağdırmayan Gülbala Dadaş da cavab istəyir - Mübariz Örən  üçün ədəbiyyat hardan və ya kimdən başlayır?


-Mübariz Ö: - Ədəbiyyatın hardan başladığını  tapıb göstərərmək... Mənim üçün ədəbiyyat, məsələn, Gülbala Dadaşdan başlayır. Təpədən dınağa ədəbiyyatdı bu adam, hətta sifətindəki xalından da ədəbiyyat damır. (gülür)

-"Bir damcı ürək" Əfsanə yağışda da qan-qan eləyir - Mübariz bəy, bu zamana kimi harada idiniz? Niyə yaza-yaza bəlli zamana kimi ədəbiyyatı kənardan izlədiniz?


-Mübariz Ö: - Əfsanə Laçın, necə ki, iyirmi üç ildir sən torpağından, yer-yurdundan aralı düşmüsən, mən də elə. Amma nə qədər aralı olsan da, yenə fikrin, hissin, qəlbin oradadır; Laçın adını öz adınla yanaşı yazırsan.

-Ramilə Q - İcazə verin Əfsanəni təmsil edərək deyim ki; booy, bəs necə, belə də olmalıdır! (təbəssüm öz yerində)

-Elşad Can Şamil də bilmir psixoloqluq edə yoxsa şairanə sual verə - Bəy, səncə ədəbiyyatın şərtləri daha çox vacibdir ya sənin ədəbiyyat üçün qoyduğun öz şərtlərin?

-Mübariz Ö: - Elşad, qardaş, mənə elə gəlir ki, öz qoyduğumuz şərtlər ağır olmalıdır.

-Ramilə Q - Qaydalarımıza uyğun olaraq qalibin və növbəti iştirakçın adını çəkin.

-Mübariz Ö: - Ən yaxşı sual sahibi Şəfa Piriyeva. Növbəti sual yağışında islanacaq, Hədiyyə Şəfaqət.

Yarı zarafat, yarı: Ramilə Qardaşxanqızı

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.