Mövlanə orijinaldan tərcümə edildi
24.11.14

Avanqard.net yazıçı Sayman Aruzun orjinaldan tərcüməsində Mövlanənin "Məsnəvi"sinin "Ney namə"sindən hissələri təqdim edir.

Uşaqlığımdan bəri Mövlanənin məsnəviləriylə böyümüşəm.Mövlanə və irfanın varlığını həm atamın  sözlərində, həm anamın gözlərində, həm də  biraz böyüyüəndən sonra ətrafımdakı dünyanın gözüm önünə sərgilədiyi düyün və duyumlarında hiss edirdim. İrfanla böyüyürdüm. Təbriz “Xanigah”larının daimi müştərisi idim. Saçım və saqqalım sinəmdən aşağıda bir yerlərdə birləşirdilər. Cins  şalvar belə geyinməzdim ki, “sufi də bəyəm cins geyinər”! o gündən uzun illər keçsə də, mən cins şalvarlar geyinsəm də, məndə bir şey dəyişmədi. O da Mövlanə və Şəmsə olan sevgimdir. Yenə də Məsnəvi oxumamış yatmıram, “ney”ə çevrilməmiş ağlamıram, həyatımla “namə” yazmağa çalışıram başa düşənlərə…

Məsnəvini tərcümə etmək qərarına gəldim, Azərbaycan ədəbi mühitinə irfan və Mövlanə dolu yazılar arzu edirəm!

Sayman Aruz



Ney namə

 
Dinlə neydən çün hekayət eyləyir
Ayrılıqlardan şikayət eyləyir.

Neyistandan ta məni kəsdirdilər
Ahu-zarimdən cəhan əsdirdilər.

Sinəm olsun parça-parça hicrdən
Söyləyim mən ayrılıqdan, zəcrdən.

Kimsə şayəd üsyan etsə nəslinə
Gün gələr mütləq qovuşar əslinə.

Mən bütün insanların dərdin dedim
Qussəsin həm mərdo namərdin dedim!

Hər kəs öz zənnilə oldu yoldaşım
Qoymadı əsarı onla paylaşım.
 
Mən neyəm, əsrar, naləmdir mənim
Göz- qulaqda mən deyən nur yox, bəyim!

Cism canın, canda cismin nurudur.
Cismi görmək bizlərə dəsturdur.

Oddu bu ney püşgürür, tufan deyil
Bu odu dərk etməyən insan deyil!

Sevginin imanıdır ney andırır
Qaynayır eşqilə ki, mey yandırır!
 
Hicr dərdin anlayanla birgədir
Pərdəsilə pərdələr yırıtır gedir!

Kim görübdür ney kimi dərmani dərd?
Kim görübdür ney kimi müştaqi mərd!
 
Qanlı yollardan hekayət eyləyir
Məcnunun eşqin rəvayət eyləyir.

Arif ancaq arifi dərk eyləyər.
Dil sözün ancaq qulaq idrak edər.
 
Günləri satdıq və keçdi ömrümüz
Nalə və nifrinlə keçdi ömrümüz…
 
Keçsə ömrüm söylə ki, “keç, qorxmuram”!
Sən qal ey pak, ey misilsiz, ey müdam!
 
Tək balıqdır ki, sudan doymaz , bilin!
Qarnı ac olsan günün keçməz yəqin!
 
Dərk etməz püxtəni insanı xam,
Burda mən xətm eyləyirəm vəssəlam!
 
Zinciri qır, azad ol, azad, oğul!
Dünya qalmaz hər zaman abad, oğul!
 
Bir dəniz bir kuzədə yerləşsə də,
Kuzə öz həcmindən artıq içsə də,

Təmmaın göz küzəsi dolmur, qərəz,
qane olmazsa sədəf dür bəsləməz.

Eşqdən pirahənin yırtsan əgər,
Eşq ruhun eyblərdən pak edər!
 
Xürrəm ol, ey eşq, ey ünvanımız!
Ey həkim, ey dərd, ey dərmanımız!
 
Dərman et, möhtacdır namusumuz
Sən Aristotel və Calinusumuz*!
 
Cismimiz meraca uçdu eşqilə,
Rəqsan oldu, dağ da qaçdı eşqilə!

Eşq Turun canı oldu, aşiq ol!
İldırımdan Musa öldü, aşiq ol!
 
Mən dodağımla yaratdım laməkan
İfşa etdim ney kimi sirri nəhan!

Kimsə gər öz dildaşından ayrıla
Dilsiz oldu, olsa min fəryadı da.

Gül solarsa qəm basar gülxanəni
Kimsə duymaz bülbüli divanəni.
 
Dünya məşuqdur və aşiq pərdədir.
Tanrı məşuqdur və aşiq bəndədir.
 
Olmasa gər eşq də həmrəy ona,
O, qanadsız bir quş oldu, vay ona!

Əql bilməzdi yolun mənzurunu
Səpməsəydi dünyaya yar nurunu.

Eşq istər ki, xitam versin sözə
Güzgü mütləqdir ki, göz versin gözə.

Dərdini gər güzgün etmirsə əyan
Bil ki, tozdur sürəti sirri nəhan!

Get birinci sən tozu sil güzgüdən,
Sonra gəl dərk et bu nuru, güzgülən!

Ədəbiyyat qəzeti” – №44 (4949)   

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.