“Qarabağ: folklor da bir tarixdir” kitabının VIII cildi çap olunub
12.11.14

Folklor İnstitutunun əməkdaşlarının başladıqları Qarabağ layihəsi çərçivəsində “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin VIII cildi işıq üzü görüb. “Zərdabi” nəşriyyatında çapdan çıxmış kitabda Bakı və Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə və Xızı rayonlarında məskunlaşan Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer alıb.

İnstitutdan  bildiriblər ki, kitabda nəsil-tayfa, əcdadlar, eləcə də ayrı-ayrı kəndlərin təməlini qoyan şəxslər haqqında maraqlı nümunələr verilib.

Kitabda yer alan “Qulf haqqında” təsəvvür, “Yeddi qardaş ilan” haqqında rəvayət, “Üç qardaş” nağılı, “Səməd Vurğunun Kəlbəcər səfəri” ilk dəfə çap olunan nümunələrdir. Bundan əlavə, “Lövhi-məhfuz”, “Adam şeytan”, “Musa peyğəmbər və Qara qul”, “Aşıq Alının Türkiyə səfəri” kimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları da yazıya alınıb.

Bölgədən yeni süjetlərlə yanaşı, Şıx Səyad kimi yeni personaj da qeydə alınıbr. Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk dəfə bu bölgədə rast gəlinir.

Toplanmış bəzi nümunələr həm də bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Əsrik kəndindən qeydə alınan “Əsl dost” nağılı belə nümunələrdən biridir. Mətn ənənəvi nağıl süjeti əsasında qurulsa da, məlum nağıllardan xeyli fərqlənir. Ənənəvi epik məkanlar burada real məkanla əvəz olunur (Yəmən, Misir kimi coğrafi adlar əvəzinə, Azərbaycan, Amerika kimi müasir coğrafi məkanlar işlədilir), hadisələr yaxın keçmişdə cərəyan etdiyindən müasir məişət elementləri, müasir dövrlə səsləşən bir çox sənət və peşə adlarına burada tez-tez rast gəlinir. Arxaik nağıllarda qəhrəmanın milliyyəti olmadığı halda, burada onun milli mənsubiyyəti önə çıxarılır.

“Əsl dost” nağılında müşahidə olunan bu cür dəyişikliklər, yəni nağılın fantastik donunu çıxararaq real məzmun kəsb etməsi, əslində, onu müasir dövrlə əlaqələndirmək ehtiyacından irəli gəlir.

Layihənin rəhbəri filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir. /AzərTAc/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.