Yazıçı Nəriman Əbdülrəhmanlının yeni kitabı nəşr olunub.Repressiya qurbanı olan kitablar da var.
Qurban Səid imzasıyla çap olunmuş, dünya bestsellerinə çevrilmiş “Əli və Nino” romanı neçə illərdir ki, bitib-tükənməyən mübahisələrin mövzusudur.
Əsəri kim qələmə alıb? Lev Nussimbaum, Muhamməd Əsəd bəy, Elfrida fon Ehrenfels, yoxsa Yusif Vəzir Çəmənzəminli?
Nəriman Əbdülrəhmanlının qələmə aldığı Yusif Vəzir Çəmənzəminlinin zəngin və faciəli həyatı, Lev Nussimbaum və Muhamməd Əsədin (Muhamməd Əsəd bəyin deyil) ömür yolu, “Əli və Nino” romanının keşməkeşlı taleyi haqqında roman-xronikası bu sirri ortaya çıxarmaq yolunda daha bir maraqlı cəhddir.
Bütün günahsız qurbanların xarirəsinə həsr olunmuş romanın yazılmasında Yusif Vəzir Çəmənzəminlinin, Lev Nussimbaum-Əsəd bəyin, Muhamməd Əsədin həyat və yaradıcılığından, xanım Betti Bleyerin tədqiqatlarından, eləcə də “Əli və Nino”romanının taleyinə həsr olunmuş digər araşdırmalardan istifadə edilib.
“Qurban” romanı “Qanun” Nəşrlər Evində çap olunub və gələn həftədən nəşriyyatın satış şəbəkəsində oxuculara təqdim olunacaq. /persona.az/