Sübhan Talıblı - Cənubi Azərbaycan poeziyasının tərənnümçüsü
06.11.14

AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı filologiya elmləri doktoru, professor Vüqar Əhmədin "Cənubi Azərbaycan poeziyasına baxış" kitabı haqqında fikirlərini yazıb.

"Poeziya tarixin bizə göstərə bilmədiyi qaranlıq və dumanlı dövrlərdə doğulmuş, zaman-zaman inkişaf etmiş, müxtəlif şəkillərdə, müxtəlif tərzlərdə inkişaf edə-edə bizim dövrə gəlib çatmışdır. Millətlərin ictimai həyatı, əhval-ruhiyyəsində iz buraxan böyük tarixi hadisələr heç zaman poeziyaya təsirsiz qalmamışdır. İslahat, tənzimat və inqilablar ictimayyətin həyatında bir sıra dəyişikliklər etdiyi kimi, ədəbiyyatda da yeni ədəbi hərəkatlar, yeni üsul və şəkillər vücuda gətirmişdir. Odur ki, hər millətin müxtəlif dövrlərdəki həyatını, inkişafını, mədəniyyətini ədəbiyyatdan öyrənmək ən sadə üsuldur. Ədəbiyyat, o cümlədən poeziya hər kəsin üzünə açıq, çiçəkli, bağçalı möhtəşəm bir məktəbdir, hər kəs orada hər çiçəkdən bir ətir, hər güldən bir ziya, bir rəng almaqla çox şeylər öyrənə bilər ki, bu da ədəbiyyatın bəşəriyyət üçün nə qədər önəmli və vacib olduğunu subuta yetirir. Ədəbiyyatın ürəyi sayılan poeziyanın ən böyük əhəmiyyəti isə insanların qəlbində humanist duyğular, nəcib hisslər doğurmasından ibarətdir. Əsrlərdən bəri dühaların bədii fəhmin işığında yaratdığı əsərlər insanlarda yüksək mənəvi keyfiyyətlər yaradaraq, onları yüksək ideala, ülvi bir həqiqətə sövq etmişdir.

Prof. V.Əhəmd qeyd edir ki, Azərbaycan xalqının mənəvi həyatında böyük tərbiyəvi əhəmiyyətə malik olan bədii söz xəzinəsi, “el sözü”, “xalq yaradıcılığı”, “el ədəbiyyatı”, “ağız ədəbiyyatı”, “şifahi ədəbiyyat” kimi müxtəlif adlarla yaşamışdır. Bir sıra xalqlarda olduğu kimi, bizdə də bu, iyirminci əsrin əvvəllərindən folklor adını daşımaqdadır. Folklor qədim dövrlərdən bəri xalqın qida mənbəyi, “xalq kitabı” olmuşdur. Azərbaycan xalq yaradıcılığı zəngin sənət inciləri xəzinəsidir. Xalq yaradıcılığı, xalqın əqli birliyinin təntənəsi, parlaq təzahürüdür. Xalqın zehni inkişaf səviyyəsini, istedadını, estetik duyumundakı zərifliyi biruzə verən əsl amildir. Hər bir nümunə neçə-neçə yüzilliklər arasından bu günümüzə uzanan incə tellər kimi gərilmişdir, ani titrəyişdən, xəfif bir təmasdan mənsub olduğu xalqın taleyi, maddi-mənəvi güzəranı barədə saysız-hesabsı hekayətlər söyləməyə qadirdir. Kitabın İ fəslində Cənubi Azərbaycan poeziyası və folklor ənənələri(1950-1980-ci illər) araşdırılır. Məlumdur ki, ümumiyyətlə Azərbaycan şeirinin tarixi milli zəmində inkaşıfının bünövrəsi folklordan, folklorun təkanı, minilliklərdən keçərək günümüzə ötürülməsində şifahi poeziyanın danışan dili olan aşıq poeziyası önəmli yer tutmuşdur. V.Əhməd yazır ki, əgər Azərbaycan şeirinin bir qanadını klassik poeziya təşkil etmişdirsə, o biri qanadını bilavasitə folklorumuzu saz və söz ilə XXI əsrə kimi eşq, məhəbbət, sevgi, halallıq, əməli-salehlik, gözəllik, iman, vətən, torpaqsevərlik səmalarında uçurdan aşıq poeziyası olmuşdur. O taylı, bu taylı Azərbaycanda aşıq poeziyasının xalqın estetik tərbiyəsində nə qədər böyük bir rol oynadığını və ümumiyyətlə siyasi-ictimai, əxlaqi və fəlsəfi vəzifələri yerinə yetirdiyi bizə tarixdən çox yaxşı məlumdur. O taylı, bu taylı Azərbaycanda XII əsrdə Xəqani, Nizami, XIII-XVII əsrlərdə Nəsir Bakuvi, Həsənoğlu, Qazi Bürhanəddin, Qazi Zərir, Nəsimi, Şeyx Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Həbibi, Şah İsmayıl Xətai, Xəlili, Haşimi, Kişvəri, Matəmi, Süruri, Hamidi, Bəsiri, Füzuli, Sadiqi Əfşar, Saib Təbrizi, Məhəmməd Əmani, Şah Abbas Sani, Mövci, Tərzi Əfşar, Dəruni, Təsir, Məlik bəy Ovəci, Vahidi Təbrizi, Murtuzqulu xan Zəfər, XVIII əsrdə Nizaməddin Tufarqanlı, Seyyid Fəttah Marağayi, Hacı Xudaverdi, Topçi, Nəşət Təbrizi, Lütfəli bəy Azər, Elçin Nami, xalq şeirlərinin inkişafında Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Hüseyn xan Müştaqi, Ağa Məsih Şirvani, Şakir Şirvani, Fətəli xan Müştəri, Ağa Hüseyn Arif, Əbdülrəhman Dilbazoğlu, Arif Mustafa ağa, Kazım ağa Salik, Mirzə Məhəmməd Fədai, XIX əsrdə Dəxli Marağayi, Raci, Dilsuz, Qumri, Sərraf, Nəbati, Tuti, Mirzə Əli Ləli, Heyran xanım, Bağır Xalxali, Əsrar Təbrizi, Şukuhi Marağayi, Abbasqulu ağa Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, satirik şeirdə Mirzə Baxış Nadim, Məhəmməd Cəfər Miskin, Qasım bəy Zakir, aşiqanə xalq şeirində Əndəbil Qaracadaği, Baba Zikri, Aşıq Valeh, Aşıq Pəri, Mirzəcan Mədədov, Canıoğlu Abdulla, Məhəmməd bəy Cavanşir Aşiq, XIX əsrin ikinci yarısında Mirzə əfəndi Seyid Nəvari, Sağəri, Molla Qasım Zakir, Mustafa ağa Nasir, Asi, Nakam, Hacı Seyyid Əzim Şirvani, Xurşudbanu Natəvan və başqa digər sənətkarlar Azərbaycan poeziyasının yükünü ləyaqətlə və şərəflə çiyinlərində daşıyaraq bizlərə miras qoydular. Lakin bu sənətkarlar təkcə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfələr bəxş etmirdilər. Bunlardan bəziləri mütərəqqi baxışları ilə dünya ədəbiyyatına daxil oldu, bəzilərnin yaradıcılığı bütün müsəlman Şərqini əhatə elədi, bəziləri isə oklean sularına qədər tanındı. Ən çox isə Azərbaycan poeziyası həm ümumtürk poeziyası xəzinəsinə misilsiz töhfələr verdi, həm də olduqca qədim tarixə və mədəniyyətə malik olan İranın ədəbi hərəkatında müstəsna rol oynadı. Əsərdə müəllif vurğulayır ki, Lakin Azərbaycanda ədəbi hərəkatın istiqamətini şərtləndirən geniş ictimai fon, obyektiv tarixi kontekst bütünlüklə Yaxın Şərq idi və şübhəsiz ki, ədəbi inkişafın tarixi funksiyası qarşılıqlı mədəniyyətin təşəkkülü ilə şərtlənirdi. Bu baxımdan Azərbaycan klassik poeziyasını yaradanlar bəzi hallarda üç dildə, ən azı isə iki dildə incilər yaradır, obraz seçimində heç bir zaman millətçiliyə aludə olmur, nəinki milli ayrı seçkiklik, hətta dini ayrı seçkiklik qoymadan öz qəhrəmanlarını sadəcə olaraq süjetli əsərlərində yüksək mənəvi keyfiyyətlərə malik bir obraz kimi nümayiş etdirirdilər. Bəlkə də Azərbaycdan xalqının bu qədər tolerant, bu qədər sülhsevər olması, başqa millətlərə yuxarıdan aşağı baxmaması, imkan daxilində hörmət göstərməsi və rəğbət bəsləməsi bununla əlaqədardır. XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı, vətənin ikiyə bölünməsi və Ana yurdun yarımüstəmləkəyə çevrilməsi sənətkarların yaradıcılığında hökmən öz əksini tapırdı. XX əsrin əvvəllərindən etibarən isə neofaşist daşnak-bolşevik ordu birləşmələrinin azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımlar, müsəlman əhaliyə qarşı ifrat dərəcədə ayrı-seçkiklik, milli azadlıq hərəkatları, Sərdari-milli Səttarxan hərəkatı, Şimalda Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin, Cənubda isə Xiyabaninin rəhbərliyi ilə Azərstan cumhuruyyətinin yaranması, daha sonra hər ikisinin qana boyanması, Şimalda qəddar rus, Cənubda qəddar fars rejiminin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi də söz sərraflarının bədii irsində müstəsna yer tutdu. 1950-1980-ci illərdə Cənubi Azərbaycanda da Şimali Azərbaycanda olduğu kimi poeziyamızın ağır yükünü çəkən şairlər onun dil və üslubca yeni istiqamətlərdə inkişafına səy göstərirdilər. Cənubi Azərbaycan şeirinin ən yaxşı nümunələrində bu yeniləşmə məziyyəti aydın nəzərə çarpır və buna 1950-ci illərdən sonra poeziya aləminə qədəm qoyan ədəbi qüvvələrin yaradıcılıq təcrübəsində sıx-sıx müraciət olunurdu.. Şairlər gerçəkliyi fəal estetik mövqedən işıqlandırarkən, sənət dilinin orijinallığına xüsusi diqqət yetirirdilər. Odur ki, 1950-1980-ci illər poeziyamızda sənətkarlıq yetkinliyi, forma və məzmun birliyinin yeni mərhələsi kimi dəyər qazanır. Cənubi Azərbaycan poeziyası heç zaman şeir qıtlığından əziyyət çəkməmişdir, istər Təbriz, istər Ərdəbil, istərsə də başqa azərbaycanlılar yaşayan bölgələrdə ədəbi mühit bütün dövrlərdə ümumi Azərbaycan poeziya xəzinəsinə töhfələr verməkdə öz səxavətini əsirgəməmişdir. Lakin poetik yaddaşda ancaq keyfiyyət dəyişmələrinə məruz qalan nümunələr qalmışdır.. Bu mənada 1950-1980-cı illər də istisna deyil. Zamana uyğun poetik ovqat dəyişdikcə onun üslubi funksiyasında müəyyən təbəddülatlar özünü biruzə vermişdir və bu keyfiyyət əlamətləri ən çox M.H.Şəhriyar, Səhənd, Sahir və s. kimi orijinal qələm sahiblərinin yazı tərzində özünü olduqca qabarıq şəkildə hiss etdirmişdir. 1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində isə bu daha parlaq şəkildə özünü nümayiş etdirməyə başlamışdı, belə ki, bu sənətkar hələ də bar-bar bağıran şah rejiminin bütün təzyiqlərinə baxmayaraq azərbaycançılıq ideyaları ilə çıxış etməklə yanaşı, məhz Azərbaycan xalqına aid olan adət-ənənələri özlərinin olduqca dəyərli əsərlərində bədii mənzərələrlə, canlı lövhələrlə, estetik poeziya görüntülərilə əks etdirmişlər. Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şavuşinin, Haşım Tərlanın, bütün türk dünyasının nəhəng şairi Şəhriyarın, Yəhya Şeydanın, Müzəffər Dirəfşinin, Sönməzin, Savalanın, Səhəndin, Firudun Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin və başqalarının yaradıcılığının ən parlaq dövrüdür. Məhz bu dövrdə lirik, liro-epık şeirlər, bədii nida və bədii suallarla son dərəcə zəngin olan poeziya nümunələri meydana gəlmişdir. Cənubi Azərbaycanda milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii üslubuna təsir etmişdi.. Ədəbi dilin inkişafı üçün isə əsas mənbə şübhəsiz ki, folklor dili idi.. Cənubi Azərbaycanda ədəbi dilin bədii üslubunda canlanma məhz 1950-ci ildən etibarən folklor təfəkkür tərzinin bilavasitə təsiri ilə müşahidə edilirdi.. Ustad Şəhriyar folklorun dilində danışaraq yeni folklor nümunələri yaradırdı.. 50-ci ildən etibarən Cənubi Azərbaycanda ədəbi-bədii dil folklor ənənələrinə əsaslanaraq elə bir tərzdə inkişaf eləməyə başladı ki, təkcə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə Şimali Azərbaycanda da folklora qayıdış, folklor ifadə tərzinə maraq güclənməyə başladı.. Şübhəsiz ki, Cənubi Azərbaycanda klassik ənənələrə malik dil, qəzəl ifadə tərzi də mövcud idi, lakin folklor ifadə tərzinin aparıcı imkanı 50-ci ildən etibarən bütün gücü ilə reallaşmağa başladı və bəzən elə nümunələr əmələ gəldi ki, bunları folklor nümunələrindən seçmək mümkün olmadı.. Ustad Şəhriyar ədəbi-bədii dilin inkişafı üçün eksprementlər eləməyə başladı və bədii sözün ibtidai ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun və zəngin ifadə vasitələri ilə bitkin formalar yaratmağa başladı: Qarı nənə uzadanda işini, Gün bulutda əyirərdi teşini. Qurd qocalıb çəkdirəndə dişini Sürü qalxıb dolayıdan aşardı, Badyaların südü aşıb daşardı.. II Fəsildə “1950-1980-ci illərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksi” tədqiq və təhli edilir. Cənubi Azərbaycan poeziyasında xalq adət-ənənələrinin bədii əksi daima aparıcı mövqedə olmuşdur və indinin özündə də belədir. Zaman-zaman Cənubi Azərbaycan şeirinin mündəricəsi dəyişsə də, forması, obrazlı dili, bədii üsulları şəkildən şəklə düşsə də, xalq adət-ənənələri heç vaxt bu poeziyadan kənarda qalmamışdır: Bu bağçada aş təpəsi dərərdik, Hey su açıb gərdiyə göz dikərdik. Çıxmaq həmin dərib aşa tökərdik, Fınqılışlar qaşıqlardan aslanı, Yağlı desəm, quru ağzın islanı. Bu döşlərdə quzuları yayardıq, Axmasınlar ulduz təkin, sayardıq, Quşqqovanı çəkib daşa dayardıq, Quqovan da elə bil ki, qabandı. Qurd uzaqdan deyər bəs ki, çobandı. 1950-1980-ci illərdə Cənubi Azərbaycan şeirinin yalnız məzmunu, yalnız mündəricəsi dəyişmədi, onun forması da, bədii üsulları da, obrazlı dili də böyük təbədüllata uğradı, şeirin vəzni əsasən klassik ölçüləri saxlasa da, daxilən daha oynaq, daha dinamik şəkil aldı. Bunu dahi şair Şəhriyarın şeirlərində aydın şəkildə görmək olur. Yeni mövzu mündəricəsi bu illərdə Cənubi Azərbaycan poeziyasına vüsət verməli, dilinin və obrazlı ifadələrinin məhəlləçilik ünsürlərindən daha artıq təmizlənməsinə, ümumxalq ədəbi dili normalarıəna daha artıq yaxınlaşmasına kömək etməli idi. Yeni mündəricə, yeni məzmun artıq yalnız tərənnümçülük şəklində əks olunmurdu və oluna da bilməzdi. Belə olsaydı, ritorikadan, quru sözçülükdən yaxa qurtarmaq mümkün olmayacaqdı. Bu səbəbdən o dövrün şairləri neqativ halları, xalqa yuxarıdan aşağı baxanları, vətən xainlərini əvvəlkilərdən daha çox ifşa etməyə, tənqid atəşinə tutmağa başladılar. Əlbəttə, hər şey ənənə çərçivəsində idi. Onlar yeni mündəricə seçsələr də, xalq yaradıcılığı ənənələrini saxlamışdılar və sadəcə olaraq ona yeni formalar vermişdilər. Belə ki, bu daim poeziyanın zamanın nəbzini tutmaq, xalqın istəklərini dəqiq və dürüst açıb göstərmək, xalqa olan təzyiqi poeziya dili ilə bəyan eləmək baxımından çox vacib idi. Prof. V.Əhməd Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksini şeiriyyata çevirən cənublu yazarlardan Adsızı (Əli Şərif Dilcuyi), Abbas Barizi, İsmayıl Cəfərpuru,Həmid Nitqini, Aşıq Qəşəmi həyat və yaradıcılğını araşdırır. Müasir Cənubi Azərbaycanı şeirinin mövzu, ideya və janr xüsusiyyətləri (1990-cı illər) adlı bölmədə 90-cı illərdə Cənubi Azərbaycanda ictimai-siyasi şərait və ədəbi mühiti araşdıran V.Əhməd qeyd edir ki, Son onilliklərdə beynəlxalq aləmdə ictimai-siyasi dəyişikliklər baş vermiş, ədəbiyyat tariximizin bir sıra məsələlərinə məlum ideoloji qadağalar aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyasının süqutundan sonra dünya xəritəsində siyasi mənzərə dəyişmiş, xalqlar doğma ana dillərini, milli adət-ənənələrini, mənəvi-mədəni dəyərlərini daha ətraflı, geniş miqyaslı yeni baxışla öyrənib tədqiq etməyə, təkmilləşdirib, zənginləşdirməyə başlamışlar. Təəssüf ki, ideoloji qadağalar və uzun illər boyu mədəni əlaqələrin zəif inkişafı səbəbindən Güney Azərbaycan ədəbiyyatı kifayət qədər araşdırılıb nəşr edilməmişdir. Bu sahədə ədəbiyyatşünaslarımızdan boşluğu doldurmaq üçün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi yaradılmış, burada çalışan elmi ədəbiyyatşünas heyətinin qüvvəsi ilə güneyli yazıçı, şairlərin həyat və yaradıcılığı ilə bağlı müxtəlif tipli yazılar dərc olunmuş, dissertasiyalar müdafiə edilmiş, monoqrafiyalar və cənublu ədiblərin əsərlərindən ibarət müntəxabatlar çap olunmuşdur. Son illər dünya siyasi xəritəsində meydana gələn dəyişikliklər, 72 ildən sonra Şimali Azərbaycanın müstəqilliyə qədəm qoyması, milli kökə daha əsaslı qayıdışın başlanması Azərbaycan ədəbiyyatının cənub qolunun geniş miqyasda araşdırılmasını zəruriləşdirmişdir. Bu zərurətin ifadəsi kimi orta və ali məktəblərin ədəbiyyat dərsləri proqramında tarixilik prinsipi zəminində bütövlükdə Azərbaycan ədəbiyyatının təmsil olunması tələbinə bu və ya digər dərəcədə əməl edilmişdir. Məhz İslam İnqilabından sonra ədəbi renesansın səviyyəsi yüksəldi. Fars şovenizminin inqilab xaosundan irəli gələn “unudulduğu” bir dövrdə doğma dilimizdə bir çox qəzet və jurnallar meydana gəldi. “Ulduz”, “Koroğlu”, “İşıq”, “Yoldaş”, “Çənlibel”, “Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar yurdu”, “Birlik”, “Azərbaycan”, “Muştuluq”, “Yozmaca”, “Azərbaycanın səsi”, “Xalq sözü”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda” və s. Bu mətbu orqanların bir çoxunun ömrü Pişəvəri yaradıcılığının Cənubi Azərbaycan Respupublikası kimi çox qısa oldu. Ancaq əsas bu anadilli dövrü mətbuatımızı yaradan tarixi, siyasi-ictimai və ədəbi-bədii şəraitin yeniliyi idi. Sosial həyata yaxından bağlılıq, xalqın, müasir insanın dünya görüşü, məişətini əks etdirmək, vətənpərvərlik və inqilabi, demokratik ideyalar yaranır və çap olunursa, deməli, ən yaxşı əsərlərdən sayılır. M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar, öz əsərləri ilə 80-cı illər ədəbi prosesinin əsasını qoymuş Ə.Habdil, S.Behrəngi, Səhənd kimi ədiblərin irsini davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu, İldırımi, Savalan, Alov, Sönməz milli, demokratik ideyaların, inqilabi poeziyanın müəllifləri sırasına aiddirlər. Cənubi Azərbaycan poeziyasında yeni mərhələ (2001-2010-cu illər) adlı fəsildə Azərbaycan Dövlətçilik tarixində mühüm yer tutan Səvəvilər dövrü haqqında yazır ki, Səfəvilər dövləti mahiyyəti etibarilə Azərbaycan Türk dövləti olaraq qalırdı-hər şeydən əvvəl ona görə ki, o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bilavasitə varisi idi. İkinci tərəfdən həmin dövlətin yaradıcısı olan Şah İsmayıl özü yazmışdı: Şirvan xəlayeqi qamu Təbrizə daşına, Mülki –Əcəm sorar kim, qiyamət haçan qopar? Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək sahəsində bu cür aydın məramı olan görkəmli hökmdar tarixi mənbələrin verdiyi məlumata görə, hər yerdən istedadlı Azərbaycan türklərini yıgmış, şəhəri nəhəng mədəniyyət mərkəzinə çevirmişdir. Şah İsmayılın sarayında həm klassik, həm də folklor mədəniyyətinin nümayəndələrinə eyni dərəcədə qayğı və hörmət bəslənirdi. Səfəvilər dövründə Azərbaycan dili dövlət dili statusu qazanmışdı. Şübhəsiz ki, bunun əsas səbəbkarı dövlətin başçısı Şah İsmayıl Xətai idi. Prof. Səvilər dövründə ana dilmiz dövlət dili olması, o dövrdə ədəbi və bədii mühiti araşdıraraq qeyd edir ki, Onun ana dilində gözəl şeirlər yazması,bu dildə fərmanlar verməsi hökmdarlığın etnik-mədəni stixiyasının bilavasitə təzahürü idi. XVI əsrdə, bir neçə əsr daha əvvəldən etibarən Azərbaycan mədəniyyətinin əsas dəyişilməz mərkəzi olmuş Təbriz şəhəri Azərbaycan ədəbiyyatının inkişafında sosialmədəni baza idi. XVI əsrin əvvəllərindən başlayaraq Təbrizdə kitab sənəti kitabdarlıq sürətlə inkişaf etmişdi. Ş.İ.Xətainin bilavasitə himayəsi sayəsində saray kitabxanaları böyüyür, zənginləşir, məşhur sənətkarların əsərləri burada toplanır, xəttatlar onların üzünü və eyni zamanda Səfəvi ideologiyası ilə səsləşən bir çox dini, əxlaqi və s. əsərlər fars və ərəb dillərindən ana dilinə tərcümə olunurdu. Məhz Şah İsmayıl Xətainin olduqca əlamətdar, layiqli və nizamlı əməli sayəsində fars və ərəb dillərindən gözəl nümunələr yaradan azərbaycanlı sənətkarlar, doğma Azərbaycan dilində incilər yaratmaq üçün həvəsə düşərək,bir-birindən qiymətli, samballı və lazımlı əsərlər yazmağa başladılar. Azərbaycan –Türk dili bu sənətkarların doğma dili olduğu üçün, onlar ərəb və fars dillərində yazdığı əsərlərdən daha mükəmməl əsərlər meydana gətirdilər. Onların bədii irsi olduqca zəngin olsa da, onlar Azərbaycan dilinin sadəliyindən, tez yadda qalan olmağından, rəvan və həzin olduğundan, eyni zamanda olduqca əhatəli bir dil olduğundan istifadə edərək bu dildə möhtəşəm əsərlər meydana gətirdilər. XV-XVI əsrlərin ən mühüm yazılı abidələri bunlardan ibarətdir; Cahan şah Həqiqinin “Divanı”,Nemətullah Kişvərinin “Divanı”, Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisi, Həbibinin “Divanı”, Əbri Xacə ibn Adilin “İxtiyarati qəvaidi –külliyyə” traktatı,Şah İsmayıl Xətainin “Divanı” və məsnəviləri və nəsr əsərləri(xüsusilə “Şikayətnamə”), Qurbaninin qoşmaları, müxtəlif mövzulu risalələr, məktublar, tərcümə əsərləri (“Əsrarnamə”, “Şühədənamə”, “Şeyx Səfi” və s.), nəhayət, Məhəmməd Əmaninin “Divanı”. Daha bir sıra söz ustalarının (Həmidi, Xəlili, Xələfi, Tüfeyli, Əsai, Süruri, Şahi, Zəmiri, Ziyayi, Bəşiri, Şah Qasım Ənvar,Şəmi Təbrizi, Süsəni bəy, Pəri Peynər...) azərbaycanca əsərləri mövcud olmuşdur. Azərbaycan dili istər Şimalda olsun, istər Cənubda həmişə Azərbaycan ədəbiyyatının əsas aparıcı qüvvəsi, cövhəri olmuşdur. Təsadüfi deyil ki, əsrlərdir dövlət dili fars dili olan Cənubi Azərbaycanda doğma ana dilimizdə yazıb yaradan yüzlərcə şairlərimiz, ədiblərimiz olmuşdur və hal –hazırda da artıq əsrlərdir ara vermədən əlaçı tələbələr yetişdirən Güney ədəbi məktəblərinin yetişdirmələri, müdavimləri və şagirdləri olduqca samballı və qiymətli incilər yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinin zənginləşdirirlər. Qeyd edək ki, kitabın redaktoru akademik Teymur Kərimli, rəyçiləri filologiya üzrə elmlər doktrları İslam Qəribli, Rəhim Əliyev, fəlsəfə doktoru Esmira Fuaddır. Əsərdə 1950-1980-ci illərdə Cənubi Azərbaycan poeziyası və folklor ənənələri, 1950-1980-cı illərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinin bədii əksi, Cənubi Azərbaycan şeiri və xalq yaradıcılıq ənənələrinin forma xüsusiyyətləri, Müasir Cənubi Azərbaycan şerinin mövzu, ideya və janr xüsusiyyətləri öyrənilir. /moderator.az/                                

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.