Müsahibimiz həkim-dermatoloq, kosmetoloq Könül Məmmədovadır. Qeyd edək ki, Könül xanım 2012ci il “Əsrin Ziyalıları” ictimai-siyasi jurnalında Əsrin Ziyalısı seçilmiş, eyni zamanda, "lin Kosmetoloqu" adına layiq görülüb.- Könül xanım peşənizin sizi özünə çəkən keyfiyyətləri hansılardır?- Qadınlardakı zahiri qüsurları yox etmək istəyi mənə bu peşəni seçməyə ruhlandırdı. Bu peşədə ”Çirkin qadın yoxdur, baxımsız qadın var” fikirləri öz təsdiqini tapır. Ümumiyyətlə peşə mənim ruhuma uyğundur. Düzdür, qadınları gçzəlləşdirmək eşqi məni bu peşəyə yönəltdisə də, hal-hazırda kosmetoloji,dermotoloji əməliyyatlarda kişilərin də zahiri görkəmindəki qüsurları yox edirəm.
- İnsan simasında zədələməkdən qorxduğunuz ən həssas hissə hansıdır?- Mən həkiməm, mənim insanların simasındakı eləcə də, bədənindəki hissələri fərqləndirməyə haqqım yoxdur. Yəni, hər birinə eyni dərəcədə həssaslıq ilə yanaşıram. Mənim tək bir yanlışım insanın üz sinirlərini zədələyə bilər, buna zərgər dəqiqliyi lazımdır.
- Bildiyim qədəri ilə xarici kosmetoloqlarla müəyyən qədər əlaqələriniz var, bu münasibətlərin peşənizə nə kimi faydası var?- Dünya durmadan dəyişir, inkişaf edir. Təbii ki, bu yeniliklərdə istifadə etdiyimiz preparatlar, ləvazimatlar da təkmilləşir. Məhz elə Rusiyadan, Türkiyədən, İsraildən və başqa ölkələrdən kosmetoloq-dermatoloqlarla olan əlaqələrim yeniliklərdən məni xəbərdar edir. Biz internet əlaqələri ilə ölkələrimizdə baş verən yenilikləri bölüşürük, məsləhətləşirik. Bütün bu kosmotoloji irəlləyişlər Azərbaycan səhiyyəsinin uğurlarıdır.
- Qadınların daim cavan və təravətli qalmaları üçün etməli olduqları gigeyenik qaydalar hansılardır?-Qeyd edim ki, 30 yaşa kimi təbiətin bizə bəxş etdiyi gözəllik ilə kifayətlənə bilmərik, ancaq qadınlar 30 yaşından başlayaraq mütəmadi olaraq müxtəlif üsullarla dərilərinə qulluq edib cavan qala bilərlər. Məsələn müxtəlif üz maskalarından, bitki tərkibli preparatlardan istifadə etməklə cavan qalmaq mümkündür.
- Kosmetoloq-dermotoloq mütəxəssiz olaraq necə düşünürsünüz, xanımlarımız neçə yaşa kimi cavan hesab olunur?- Hər yaşın öz gözəlliyi var, ancaq qadın yaşının çoxluğunu bəhanə edib, baxımsız qalmamalıdır. Mən bu suala konkret olaraq qadın hansısa yaşda qocalır deyə cavab vermək istəmirəm. Hər yaşda cavan qalmağı bacarmalıyıq.Yaşına baxmayaraq, baxımlı olan qadın hır zaman cavan qalacaq deməkdir. Onu da qeyd edim ki, əsas insanın daxilindəki ruhu cavan olsun, ruhu qocalmış insan elə cisməndə qoca görünür.
- Hansı xəstəlikləri olan insanlar estetik əməliyyat tövsiyyə olunmur?- Ümumiyyətlə, ilk öncə onu qeyd edim ki, pasent əməliyyat üçün müraciət etdikdə, onunla birinci mərhələdə psixoloji söhbətlər aparırıq, pasentin bu əməliyyata hazır olub-oladığı yoxlanılır. Daha sonra sağlamlıq haqqında lazımı sənədlər tələb olunur. Məsələn hepatit, şəkər, sarılıq kimi xəstəliklərdən əziyyət çəkən pasentlər estetik əməliyyat arzuolunmazdır, həmin pasentlərimiz belə əməliyyatlarda səhhətlərində ciddi zərərlərlər ilə, hətta həyatı bahası ilə nəticələnə bilər. Bundan əlavə spirtli içki qəbul edən xanımlarda bu kimi əməliyyatlar az effek verir.
- Gələcəkdə xarici ölkələrin klinikalarındaniş təklifi gələrsə, bu təklifi necə qiymətləndirərsiniz?- Xarici ölkələrdə bu peşə yüksək səviyyədə inkişaf edib. Məhz mən də həmin ölkələrdəki klinikalarda çalışmaq istəyirəm ve bu kimi inkişaf etmiş ölkələrdə müəyyən müddətdə işlədikdən sonra, vətənə qayıtdıqda öyrəndiyim bilgilər ilə peşəmin inkişaf etdirərəm.
- Sizcə insan yarandığı müəyyən zahiri qüsurlarla qalmalı yoxsa, bu nöqsanı yox etməlidir?-Heç kəs zahiri qüsurları ilə yaşamağa məhkum edilə bilməz. Əgər insanın həmin nöqsanına görə narahat olursa, sıxılırsa,hətta aynaya baxmaqdan imtina edirsə, niyə də estetik əməliyyat etdirib, həyatını bu sıxıntıdan xilas etməsin. Bəzən bu kimi qüsurlar, komplekslər insanda psixoloji gərginlik yaradır və nəticədə sinir sisteminə mənfi təsirlər göstərir.
- Kariyeranızla bağlı gələcək planlarınızdan danışardınız.-İrəliləyən zamanda estetik əməliyyatlarının sayını artırmağı nəzərdə tuturam. Elə bu səbəbdən bir çox təlimlərə qatılıram. İstəyim budur ki, insanlarımız hansısa estetik əməliyyata görə xarici ölkələrə üz tutmsınlar. Hər bir pasentin zahiri qüsurlarını aradan qaldırmaqda, onun simasında yaranan xoşbəxtlik təbəssümü, düşünürəm ki, mənə və bütün həmkarlarıma ən xoş hədiyyədir, belə desək, zəhmətimizin şirin bəhrəsidir.
Firayə Allahverdiyeva