Şərif Ağayar: "Salama dəyib gic olar bu uşaqlar" - MÜSAHİBƏ
27.10.14

Avanqard.net yazıçı Şərif Ağayarla müsahibəni təqdim edir.


"Orxan Pamuk "Nobel" alandan hamı eynək taxır"



- Şərif əmi, sizə hansı kitabınız - şeirlər, yoxsa roman doğmadır?

- "Kərpickəsən kişi" haqda yazdıqlarım doğmadır.

- Deyəsən, publisistika, nəsr sizi kövrək olmaqdan uzaq tutub. Təzə şeirləriniz var?

- Ciddi yox. Mənim şairim Alikdir. Onu çox sevirəm. Bimiqyas istedadı var.

- Bəs, Sizdən sonrakı nəsildə kimlərsə görünür?

- Ayxan Ayvaz. Daha istedadlı onu bilirəm. Sonra uşaqlar var... Tanıyırsız. Uzatmayaq...

- Son dövrlər yazılan əsərlərdən hansını oxumusunuz? Hansını bəyənmisiniz?

- Cəlil Cavanşrin əsərini oxudum. Bir-iki təklifim oldu. Yəni, kitabdan qabaq. Az camaata sataşsın, kitabı göndərsin görək neyləyib. Söz verib, ona görə deyirəm. Mirmehdinin maraqlı povesti gəlir. Kitab kimi görərsiz. Qan Turalının da nəsə xüsusi olaraq məndən gizlədiyi bir əsəri var: Mehdi Bayazid haqqında. Sürpriz olacaq, yəqin. Mehdini tanıyan və nəsrdən az-çox başı çıxan biri kimi, çox amansız olacam. İşə on beş dəqiqə gecikəndə, üzümə vurur. Mətndə saniyəsini tutacam. Qismət parlaq zəka sahibidir. Qızların sevməsi üçün demirəm. Orxan Pamuk "Nobel" alandan hamı eynək taxır. Amma inan, Qismətdə eynək Pamukun "Nobel"indən çox əvvəl idi. Səmimi deyim: "kulis"də özümün "OK" elədiyim iki əsər xoşuma gəlib: Əkrəm Əylislinin povesti və Mübariz Örənin hekayələri. Bizdə xeyli xanım müəlliflər də var. Aytən Cavanşir, Sahilə İbahimova... Çox yekə müsahibələr verirdilər. Nəsə Şərq-Qərb, lokal-qlobal... Yaza bilmirlər. Qısa... Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı onlara Azərbaycan dilini öyrətməlidir. Bilirsiniz, məsələn, Aytən Cavanşirin Azərbaycan dili bilgiləri onun bildiyi və ya elan elədiyi dillərə şübhə toxumu səpir. Dil cehiz deyil. Az və səlist öyrənsin, məncə. Xüsusilə öz dilini. Bu fikrim Sahilə haqda da keçərlidi. Sahilənin nəsə bir kitabı vardı, gətirdilər baxdım, cümlələri çox bərbad idi. Müsahibə vermək asandı. Xüsusən, uzun saçların və iri gözlərin varsa... Başqa nə deyim. Sevda Sultanovanın, Aliyənin köşələrini oxusunlar. Sənə də aiddi, aa Tural! Şellənmə və bu fikrimi də yaddan çıxartma.

- Uşaqlara öz şeirlərinizi oxumusunuz heç?

"Aqşin həyata yox eee.. itə-qurda uduzdu"


- Biz maraqlı nəsil idik: Zahir, Seymur, Aqşin, Sevinc, Nərmin, Günel, nə bilim... şənbədi... Pivə içirəm. Adamı divara dirəmə də! Səni atana görə qəbul etmişik. Amma tərbiyəsizlik eləmisən – Emin Pirinin fikirlərini deyirəm. Sabah hərənin bir əsəri qalacaq. Yaxşı bir yazar haqda kimsə təhqiramiz danışa bilər, sən gərək nəzərə alaydın. Eminin özünə də iradımı çatdırdım. Məni başa düşər. Bilirsən, məsələn, mən ömrümü təmənnasız nəyəsə həsr edirəm, birdən qəfldən qalxıb onu insafsızcasına danırsan. Olmaz axı. Halbuki Salama dəyib gic olar bu uşaqlar. Deyəsən, Fikrət Qoca kimi danışdım.

Bizim nəsildə ən yaxşı şeiri Aqşin yazdı. O, şübhəsiz ki, maraqlı qələm sahibidir. Amma bu texnikum qızları, deyəsən, Aqşinə təsir elədi. İstedadın üç amansız düşməni var: qumar, qadın, içki. Aqşin qumar oynamadı, amma qadın və içki konusunda həyata yox eee.. itə-qurda uduzdu. Allah canını sağ eləsin... Ölə bilmədi... Tale onu reabilitasiya olunmuş şəkildə qaytardı... Nəbi Xəzri ladına yenməsə, söyərsiz məni. Bilirsən, Nəbi Xəzri də çox alovlu gəlmişdi. Aqşin yox ee.. Salamdan da, hətta Həmiddən də... Denən noxud versinlər...

Noxudu sifariş verməyə ehtiyac olmur. Stola baxan oğlan bir nimçə noxud gətirib: - Təmiz Cəlilabad noxududur, - deyir. Şərif əmi isə davam edir:

- Seymur Tiflisdə oturub elə zənn edir ki, qucaq açıblar ona... Azərbaycan nadanlığıyla Seymura kömək edir, çörək verir. Məni tənqid et, səni Tiflisdə yaşadım deyir... Ya Günel Mövlud. Almaniya-filan. Ailə quran rəfiqələrinə ironiya edirdi. Amma özü Almaniyada belə deyingən, qeybətcil müsəlman qadını olaraq qaldı. Nərmin Kamal daha ciddi işlər görə bilər. Onun da tematikası Azərbaycan gerizəkalılığıdır. Yenə də... Nərmin Nərmindi!

- Əmi, incimə müdrik-müdrik danışırsan, heç Kamran Həsənliyə belə təmkinli cavab vermədiniz...


- Kamran yazıq adamdı... Toylarla yaşayan adamın fəlakəti böyükdü. Danışmıyım də... Amma bir şey deyim: məni oxuyan dostlar – Kamranı təhqir eləməyin! Olmaz. Tamada adam deyil?

- Çoxlu romanlar yazılır indi. Sizcə, bu, mənfi haldır, yoxsa müsbət?

- Sözün böyük mənasında roman yoxdur. Amma maraqlı imzalar var. Məsələn, elə Seymur Baycan. Azərbaycanda ömrünü mütaliəyə və yazmağa həsr edən yeganə adamdır, bəlkə də. Amma kaş onun publisistikasının oxucuları ədəbiyyata gələydi. Oxucular bicləşib, əyləncə axtarır.

- Kamran Həsənli haqda roman yazsaydınız- adı və məzmunu necə olardı?

- Kamran məni "Facebook"da aşağılamaq istəyən adamlardan daha səmimidir. Bilirsən, səhəri onun əlində efir vardı, bizi aşağılayan bir jest belə eləmədi. Biz də gərək yüngüllük eləməyək. Hadisədi də, oldu – yaşandı, bitdi. Kamrana uğurlar arzu edirəm. Gerçəkdən... Kamranla problemim yoxdur. İradə Tuncay – sağ olsun - elə ANS-in öz efirindəcə bizi müdafiə elədi, Kamran haqqında peşəkarlıq baxımından sərt tənqidlər səsləndirdi. Biz də fikirlərimizi yazdıq və dedik. Yetərlidir. Məncə, bitsin!

Müsahibəni bitirdik. Şərif əminin pivə məclisi isə hələ də davam etməkdəydi…

/Tural Balabəyli, aktual.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.