"Qanun" nəşrlər evindən yeni kitablar: "Muncuq oyunu" "Oblamov", "Dahi", "Beriya" və s.

27.10.14

"Qanun" nəşrlər evi yeni kitablar çap edib. Aşağıda həmin kitablar haqqında məlumatları təqdim edirik.


HERMAN HESSE - MUNCUQ OYUNU


Nobel mükafatı laureatı Herman Hessenin “Muncuq oyunu” romanı planetimizin bütün oxucuları üçün böyük bir kəşf sayıla bilər. Yazıçının bu əsərdə yaratdığı ölkəyə yalnız ən istedadlı alimlər və məqsədyönlü insanlar düşmək iqtidarındadır. Bu məmləkətin bütün institutları insan təfəkkürünün ən mükəmməl yaradıcı məhsullarını vahid bir külliyyata yığan Oyuna tabedir.
Lakin burda da insan ruhu özünə yer tapa bilmir...

Bakı, Qanun Nəşriyyatı, 2014., 512 səh., 1000 tiraj
Ruscadan tərcümə:       Kifayət Haqverdiyeva
Redaktor:                       Seymur Şahbazov





LÖ KLEZİO - SƏHRA

Səhra   və    Şəhər. Səhra azad nəfəs alır,  Şəhər – nəm və çirkli kloaka.
Səhrada Göy Adamlar qəbiləsi yaşayır. Onlar azad insanlardır, lakin daim daha yaxşı həyat üçün köçürlər, yəni, köçəri həyat sürürlər. Onlar heç kimə lazım deyillər, öz talelərinə tərk edilmişlər. Xristianlar bu azad insanları barbarlar hesab edir və kolonial tabeçiliyə salmaq istəyirlər. Burada ingilis və fransız bankirlərin marağı vardır.

Gənc Lalla – Saxara səhrasının mifik döyüşçüləri Göy Adamların nəslindəndir. Marokkonun şimalında dilənçi bir şəhərcikdən Marselə düşən Lalla, ona yad və düşmən bir mühitdə gözlənilmədən məşhurlaşır, ulduza çevrilir, lakin heç tərəddüd etmədən və heyfslənmədən Avropanı tərk edərək, doğma səhraya qayıdır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 428 səh., 1000 tiraj
Fransızcadan tərcümə:     Sabir Sadıqov
Redaktor:                          Tahir Kazımlı





 

Əsəd Bəy - QAFQAZIN ON İKİ SİRRİ


Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər...
Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 308 səh., 1000 tiraj
Alman dilindən ingilis dilinə tərcümə edən: Corc Uoterston
İngiliscədən tərcümə:  Firidun Ağazadə
Redaktor:  Cavid Cabbaroğlu (İsmayıl)


 





CON  APDAYK  - TERRORÇU

Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir?
On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?
On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?
Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı?
On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ­çəkindirmək?
Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu?
“Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir?
Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün?
Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri?
Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki?
“Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər; bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir?
Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir...

Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?
Bakı, Qanun Nəşriyyatı, 2014, 436 səh. 1000 tiraj
İngiliscədən tərcümə:       Azər Əhmədov
Nəşriyyat redaktoru:        Müqəddəs Şahbazov
Korrektor:                           Ceyran Abbasova
                                      

 



İ. A. QONÇAROV  - OBLOMOV

BakRomanın baş qəhrəmanı Rus əsilli Oblomovdur. Oblomov çox dürüst, insanların yaxşılığını istəyən, saf və sadiq bir insandır. Lakin tənbəlliyi onun həyatını günü-gündən geri salır, səhhətinin pisləşməsinə gətirib çıxarır. Hətta Olqayla olan sevgi münasibətləri də Oblomovun dəyişməsinə səbəb ola bilmir.
 Əsərdə Oblomovun yaxın dostu Ştoltz öz sədaqəti, dostsevərliyi və çalışqanlığı ilə oxucunun diqqətini cəlb edir.

Qanun Nəşriyyatı, 2014, 704 səhifə. 1000 tiraj
Tərcümə edən:                    H.Şərifov


 








TEODOR  DRAYZER - CENNİ HERHART

Amerikan ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim Teodor Drayzerin «Cenni Herhardt» romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzi, inhisarçı kapitalizm tənqid edilir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasında dolğun boyalarla əks olunur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 400 səh. 1000 tiraj
Tərcümə edəni:          Cəfər Bağır



 




 



TEODOR  DRAYZER - DAHİ

Əsər Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edir. Sənətdə düzgün bir yol tutmuş Yucin Vitla öz həqiqi realist mühitindən uzaqlaşaraq pul, dollar hakimiyyəti ilə barışığa girir, həyatı olduğu kimi göstərməyə çalışan bir rəssamdan Uoll-strit maqnatlarının zövqünü oxşayan bir “dühaya” çevrilir. Yucin Vitlanın faciəsi də buradan başlayır. Drayzer realist bir sənətkar kimi göstərir ki, dollar hakimiyyəti ilə əsl sənətkarlıq heç bir zaman bir araya sığa bilməz. Kapitalizm şəraitində incəsənət satılır və sənətkar eybəcər şəklə düşür. İstedadlı insanlar bu aləmdə öz təbii həyat yolundan ayrılaraq miskin bir varlığa çevrilir. Yucin Vitla simasında ümumiləşdirilən bu hal müəllifin göstərdiyi kimi dollar ölkəsində nadir və təsadüfi hadisə deyildir. Bu, kapitalizm cəmiyyətində ümumi və labüd bir haldır. Sənətlə dolların barışdığı yerdə ancaq fəlakət baş verir. Çünki sənətin təbiəti dollar təbiətinə uyğundur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 808 səhifə. 1000 tiraj
Tərcümə edən:  Cəfər Bağır








Əsli E.Perker - SUFLE

Əsli E. Perkerin "Sufle" romanı təhkiyə tərzinə görə novator bir əsərdir. Romanda hadisələr üç ayrı-ayrı ölkədə – Fransada, Amerikada, Türkiyədə cərəyan edir. Əsərin qəhrəmanlarını ümumi bir cəhət birləşdirir – onların hamısı depressiya girdabına yuvarlanıb. Hərəsinin öz həyat hekayəti var. Oxucuya elə gəlir ki, qəhrəmanlar əvvəl-axır rastlaşacaq, görüşəcəklər və final onların hamısını əhatə edən ümumi sonluqdan ibarət olacaq. Ancaq belə olmur, qəhrəmanlar görüşmür və onların hamısı düşdükləri durumdan bacardıqları kimi çıxmağa çalışırlar.
Müəllif obrazını yaratdığı insanların simasında insanların bütün çətinliklərə sinə gərməsini, ən ağır depressiv durumdan çıxmaq üçün həyatda çox sadə tutarqaları olmasından bəhs edir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 344 səh., 1000 tiraj

Türkcədən tərcümə: Arzu Həsənli
Redaktor:            Xalid Kazımlı


 








Robert T. Kiyosaki və  Şaron Leçter - PUL  AXINI  KVADRANTI

Bu kitab maliyyə bilikləri haqqındadır. İmkanlı adamlar bir çox illər bundan əvvəl bir sıra əsas prinsipləri mənimsəyiblər ki, bu da onların azad və müstəqil həyat tərzi sürməyini təmin edir, başqaları isə həmin vaxt əziyyət çəkir, bazar tələblərinə uyğunlaşmağa səy göstərirlər. Bu kitabdan, sizin pula yox, pulun sizə xidmət etməsinə necə nail olmağı öyrənəcəksiniz, hansı ki, bu, maliyyə vəziyyətinizi tənzimləməkdə sizə kömək edəcəkdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, Qanun Nəşriyyatı, 2014, 376 səhifə, 1000 tiraj
Ruscadan tərcümə edən : Rafiq Şalbuzov
Redaktor : Xeybər Göyyallı










AMİN MAALOUF - LEON AFRİKALI

Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyabrın 24-ü). – əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr – Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasında imiş. Və bu iflasın nə qədər istəsəniz səbəblərini sadalaya bilərsiniz. Amma “heç bir sivilizasiyanı kənardan işğal etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur” – tanınmış filosof Uilyam Dürant belə deyirdi. Amin Maaloufun “Leon Afrikalı”sı da məhz bu fikrin bədii həllidir.
“Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış, amma hələ də Qranadanın bakirliyini və məsumluğunu arayan” Leon Afrikalının  dolanbacları andıran həyatını anladan bu roman da eyni mövzudadır. 
Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni zamanda böyük imzası olan Amin Maaloufun tarixi romanları, kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var – dünyanın özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri.

Bakı, Qanun Nəşriyyatı, 2014, 492 səh., 1000 tiraj
Ərəb dilindən tərcümə: Cəmaləddin Quliyev
Redaktor:  Xeybər Goyallı






 

Devid Hollovey, Donald Reyfild, Qrover Ferr - BERİYA

Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Lavrenti Beriya olmalı idi, lakin Xruşşovun sui-qəsdi nəticəsində o devrildi və qətl edildi.
Tarixi nöqteyi-nəzərdən Beriyanın şəxsiyyəti o vaxtdan müxtəlif cür qiymətləndirilir.  Sovet siyasi və ideoloji savaşlarından uzaq Qərb tədqiqatçıları bu məsələyə daha obyektiv yanaşırdılar.
Diqqətinizə çatdırılan bu kitabda aparıcı Qərb sovetoloqları – ingilis professorları D.Hollovey və D.Reyfild və Amerika professoru Q.Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinin nəticələrinə öz düşündükləri kimi yanaşırlar. Onların tədqiqatları təkçə çoxlu sayda sənədli mənbələrə yox, həm də Lavrenti Beriyanı şəxsən tanıyan insanların xatirələrinə əsaslanır. Başlıca diqqət onun rəhbərliyi altında yaradılmış BAŞDİ – QULAQ imperiyasına yetirilir.
Bakı, Qanun Nəşriyyatı, 2014, 324 səh., 1000 tiraj

Ruscadan tərcümə:   SƏRKAROĞLU   
Redaktor: Rövşən Ağayev

 




 
Ümumi hüqüq və dövlət nəzəriyyəsi: Dərslik / V.V.Lazarevin redaktorluğu ilə. - 3-cü əlavə və dəyişikliklər edilmiş nəşr


Dərslik ali məktəblərin hüquq profilli mütəxəssislərinin hazırlanması tələblərinə uyğun olaraq müasir elmi mövqeləri nəzərə almaqla yazılmışdır. O, hüquq və dövlət nəzəriyyəsinin həm ənənəvi , həm də yeni problemlərini əhatə edir. Yeni problemlər sırasına dövlət və hüqüq haqqında əsas anlayışlara, dövlət və hüququn nisbətinə, dövlət və hüququn nisbi müstəqilliyinə, sosial sülh və barışığın, sosial təhlükəsizliyin, iqtisadi inkişafm və sairin təmin edilməsində hüquq və dövlətin roluna həsr edilmiş mövzuları aid etmək olar. Hazırki 3-cü nəşr oxucuların arzularını nəzərə almaqla yenidən işlənilmiş, kursun əsas problemlərini ilyüstarasiya edən yeni tədris materialları və sxemləri ilə xeyli təkminləşdirilmişdir. Dərslik materialların orjinal verilmə üsulu ilə fərqlənir.
Kitab Universitetlərin hüquq fakultələrinin bakalavrları, magistrləri və müəllimləri üçün nəzərdə tutulmuşdur.

Bakı-Qanun - 2014, 492 s.
Tərcüməçi: Əziz Rzabəyli
Tərcümə redaktoru: Ataxan Əbilov

 



 

Mark Levi - Bəlkə də bu, həqiqətdir...

Mark Levi Fransanın məşhur yazıçılarından biridir. Onun əsərləri 30-dan çox xarici dilə tərcümə olunmuşdur və yüksək tiraj­larla satılır. Onun ilk romanı olan “Bəlkə də bu həqiqətdir” (film adı: “Yer ilə göy arasında”) əsəri öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır.
Bir axşam yalnız yaşayan  memarın evində gənc, gö­zəl bir qız peyda olur. Və o… ruhdur. Yalnız gənc me­mar ona yardım edə bilər. Ancaq onları bir-biri­nə bağlayan sevgi hissləri olmasaydı, o da ölüm qarşısında aciz qalacaqdı.

Bakı, Qanun Nəşriyyatı, 2013, 216 səhifə. 1000 tiraj
Fransızcadan tərcümə:      Minə Candan Raufqızı
Nəşriyyat redaktoru:          Xalid Kazımlı

 



 


Ağalar MƏMMƏDOV - AŞMA

Kitab filosof Ağalar Məmmədovun dövri mətbuatda çap olunmuş məqalələr və müsahibələr toplusudur.

Fəlsəfi məqalələr və müsahibələr
Bakı, Qanun Nəşriyyatı, 2014 372 səh., 300 tiraj
Koordinator: Pərviz Əzimov

 















Dr. JOHN COLEMAN  - THE COMMITTEE OF 300


 Bu kitab – dəhşətli həqiqəti görməsi üçün bəşəriyyətin gözünü açmağa cəhddir. “Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi hə¬mişə gö-zəgörünməz hökumət – “Üçyüzlər komitəsi” idarə edib”, – kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmə-tinin keçmiş zabiti Con Koleman yazır.
Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçi-rilərək sərt nəzarət altına alınıb. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılıb.
Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində oldu-ğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli “Üçyüzlər komitəsi” təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir.
    
Bakı, Qanun Nəşriyyatı, 2014, 416 səhifə, 1000 tiraj
Tərcümə edən :  Yaşar Əsədov
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.