Hədiyyə Şəfaqət - Gedək torpaqdan o yana
20.10.14

Avanqard.net Hədiyyə Şəfaqətin şeirlərini təqdim edir.















BU  GECƏNİN  YUXUSUNUN...

Bu gecənin yuxusunun
İçindən bir yol keçəcək
Yam-yaşıl bir kənd bağçası
Sonu sonsuz çöl keçəcək
Bu gecənin yuxusunun
İçinə qurbət hopacaq
Çolunə həsrət havası
Bitəcək
Vaxt da birtəhər...
Gülümsəyəcəm yuxumda
Gözümün yaşının üstə
Bir öpüş ümüd qonacaq
Göylərdən bir ruh enəcək
Pəncərəmin qabağında
Dayanacaq
Düşünəcək
Sonra yuxuma dolacaq
Uzaqdakı qərib şəhər...
...Bu gecənin yuxusunun
Nə əvvəli
Nə sonu var
Nə gizlisi, nə aşkarı
Nə çadrası nə donu var
Kədəri var
Tanrı biçən
Geyinəcək gecə-gecə
Soyunacaq səhər-səhər...


SƏNSİZ

Sənsiz bir an keçər, sənsiz bir saat
Səsimi duymaya bilərsən yəqin,
Çağırıb duraram səssizliyimlə,
Elə qırıq-qırıq,
Eləcə həzin...
Bağlayıb gedərsən qəlb otağını,
Üzumə çırpılar qapıların da
Bir gün ayrılarıq,
O gündən sonra,
Qalaram göylərin qapılarında...
Gözlərəm,
Gözlərəm,
Gözlərəm yenə,
Nə gəl söyləyərəm, nə get deyərəm,
Çəkib hopduraram səni içimə,
Sonra  özünə  də  geri  vermərəm...
Yoxsan...
Yoxluğunun hüzünü qərib,
Bir az da qəribə gözəllikdədir...
Hardasa uzaqda bir ağac bitib,
Hardasa bir yolçu gözləməkdədir...


HARDAYAM?


Ana,
Mən hardan gəlmişəm,
Hara getmişəm, bilmirəm
Harda azmışam, bilmirəm
Harda itmişəm bilmirəm...
Bu gün səhər adımı
Axşam yaşımı unutdum
İndi də evimi axtarıram...
Hardan keçirdi küçəmiz,
Hansı şəhər idi bura
Dünən bu günküydümü ki?
Lap birtəhər idi bura...
...Ana,
Ömür-gün qarışıb,
Bütün iplərim dolaşıb
Yadımda qalan nə idi
Yadımdan çıxan nə olub
Son dəfə məni güldürən,
Qəlbimi sıxan nə olub?
Dünən kimdim,
Bu gün kiməm,
Xəstəmiyəm, dəlimiyəm?
Ana, məzarın nə deyir-
Mən sağmıyam,
Ölümüyəm?


BURALAR  HARADIR..

Dostum,
Buralar haradır?
Niyə başımın üstündə bunca sıxlaşmış buludlar,
Və niyə yağışlar yağmır?
Niyə ağacların kölgəsi
Düşmür cığırların üstünə?
Niyə quş yuvaları bunca səssizdir,
Niyə torpağın ətri gəlmir havadan,
Niyə buralar bir belə kimsəsizdir?
Dostum,
Buralar haradır?...
Hanı üfüq,
Hanı buludların arasından közərən günəş,
Niyə üşümürəm bəs?
Niyə nə dayanmır,
Nə yol getmirəm,
Niyə almıram nəfəs
Və niyə boğulmuram?...
Əlimi altına tutub durduğum bulağın
Suyu niyə islatmır barmaqlarımı?
Doldurmur ovcumu,
Niyə dostum, niyə?
Buralar haradır?
Niyə yox olmuş kimiyəm,
Və niyə ölmürəm?
Buralar haradır belə?...
Bilmirəm dostum,
Bilmirəm..


UNUDUN

Bir ovuc torpaq gətirin
Anamın məzarından
Səpələyin sulara...
Ehsanım çörək olsun
Didikləyib atın qağayılara...
Gözünüzün yaşını görməyim ha, görməyim!
İnanmayın mənimçün mənsiz ağlayanlara
Gülümsəyin eləcə
Adamlar sevinməli
Dəniz ağlayanlara...
Gedin.....
Və sahildəki
Gitar çalan öğlanın topalanın başına
Nəğməsinə qoşulun-
Hardansa bir həyatın yola çıxıb
Gəlməsinə qoşulun...
Unudun gedişləri...
Məni elə
Öldüyüm gün unudun
Suları xatırlayın...
Gitarı xatırlayın...


YOL  GÖRÜNDÜSƏ…


Yol göründü
Haydı, gedək,
Gedək torpaqdan o yana
Gedək işıqdan o yana
Gedək çıraqdan o yana...
Gedək
Göylərin altıyla
Gedək
Dənizin üstüylə
Gedək...
Dumanlarla gedək
Ümüdləri qoyub gedək
Arzuları aparmayaq
Elə...
Gümanlarla gedək...
Çəmənlərin güllüsünü
Meşələrin yaşılını
Bulaqların sərinini...
Kədərlərin gözəlini
Sevgilərin dərinini
Gözümüzün od yerini
İçimizin dib yerini
Adamlara verək gedək...
Gedək
Günəş çıxan yerə
İldırımlar çaxan yerə
Tanrı bizi görən yerə,
Tanrı bizə baxan yerə
Yol göründüsə, gözləməz
Gedək dostum,
Gərək gedək...


ALLAH,  NECƏ  GÖRÜNÜRƏM?...

Allah,
Necə görünürəm
Sənin dayandığln yerdən?
Durub-oturduğun yerdən,
Yatıb-oyandığın yerdən...
Çiynimdəki mələklərin
Ağırdır hansının yükü?
Başımdan yuxarı dərdim
Ayağım altına çöküb...
Necə görünürəm ordan,
Mən-mən ola bilirəmmi
Adam ola bilirəmmi,
Bəndən ola bilirəmmi?...
Biçdiyin ömür əynimə
Olurmu Allah, olurmu?
Göz yaşlarım ovucuna
Dolurmu Allah, dolurmu?
Çırpırsanmı əllərini
Bir dizinə,
Bir başına?
Hər gün ölüb-dirilməyim
Gələ bilirmi xoşuna...
...Allah,
Umacağın nədir
Gedib-qayıtdığın yerdən?
Gəl gör necə görünürsən
Məni unutduğun yerdən


ATAMA

Olur da...
Dolarsan adsız, səbəbsiz,
Sığışa bilməzsən gen kainata
Gözlərin zillənər bir boş nöqtəyə
Eləcə qalarsan,
Eləcə,
Ata....
Olur da...
Əllərin əsər eləcə
Yapışa bilməzsən heç öz yaxandan
Hamı
Uzaqlara çəkilər, gedər,
Ürəyin boylanar dördgöz,
Yaxandan...
Olur da...
Nə o yan, nə bu yan qalar
Nə ölüm,
Nə həyat,
Nə həyəcanı
Səsləyər uzaqda bir koma səni
Yuxuda gəzərsən həyət-bacanı...
Olur da...
Qoy olsun!
Nə olacaq ki?
Nə ki, olasıydı, olub, ay Ata
Bir sən etdiyindi olmayacaq iş
Onu da etmisən,
Keçib day, Ata...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.