Əhməd Qəşəmoğlu - Nəsrəddin Tusi irsinin potensialı
15.10.14


AMEA, Fəlsəfə və Hüquq İnstitutu

BEA-nın professoru, fəlsəfə doktoru

tel: +994 50 311 17 98; e-mail:- [email protected]

 

Açar sözlər: “Nəsrəddin Tusi”, “əxlaq”, “nəfs”, “şərq mədəniyyəti”, “ahəngyol”, “qloballaşma”.

Xülasə: 

Məqlədə, yer üzündə sürətlə qlobollaşma prosesi getdiyi indiki dövrdə, yer üzündə baş verməkdə olan sosial gərginliklərin qarşısını almaq üçün Orta əsr İslam fəlsəfəsindən istifadənin vacib olduğu ətraflı izah edilir. Konkret misal olaraq bu işdə Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri”  əsərinin olduqca faydalı olması göstərilir. Kitabda o dövrdə ilk dəfə “fərd-ailə-ölkə”  sxemi üzrə layiqli, əxlaqı saflaşmış insanın yetişdirlməsi üçün  konkret elmi metodlar teklif olunur. Məqalədə əsaslandırılır ki, bu kitab indiki zamanda da öz aktuallığını saxlayır və ondan əməli surətdə istifadə etmək lazımdır. 

 

Müasir dövrün  ciddi mənəvi-psixoloji problemlərinin həllində  Nəsrəddin  Tusi irsinin potensialı

Qloballaşma prosesinin sürətlə getdiyi indiki dövrdə yer üzünün hər tərəfində mənəvi-psixoloji problemlər günü- gündən daha da artmaqdadır. Bu problemlərin artması isə bir başa siyasi, iqtisadi, demoqrafik və bu k. məsələlərə ciddi təsir edir.  Cəmiyyətdəki proseslər get- gedə daha da mürəkkəbləşir və ortaya əvvəllər ağıla gəlməyən yeni problemlər çıxır.  Bir çox ölkələrdə insanlar arasında münasibətlərdə amansızlıq, insanların, xalqların haqqların tapdanması halları adi hala çevrilməkdədir. XX  əsrdə həyat tərzi ilə nümunəvi ölkələr kimi tanınan qərb ölkələrinin özündə belə artıq istər iqtisadi, istərsə də demoqrafik, mənəvi cəhətdən ciddi gərginliklər yaşanmaqdadır. Müharibələr, bunların da nəticəsində səfalət, cəhalət, yoxsulluq tüğyan edən Afrikadan və başqa ölkələrdən gələn miqrantlar bütün qərb ölkələrinin demoqrafik mənzərəsini və mənəvi-psixoloji mühitini sürətlə dəyişməkdədir.  Yer üzünün maddi sərvətlərindən gələn gəlirlər az bir adamların əlində toplanmaqda, qalan insanların iqtisadi cətinlik içində yaşaması artıq müasir yaşam tərzinə çevrilməkdədir.  İndi yer üzündə cəmiyyətin, tərəqqinin  ən mühüm tərkib hissəsi olan ailə institutunda ciddi problemlər yaşanmaqda, aşınma getməkdədir. Ailə zəminində qətl, zorakılıq, təcavuz və s. kimi qorxunc hallar yayılmaqdadır.  Ailələrdə gərginlik artmaqda davam edir.  Dünyanın ən aparıcı ölkə başçılarından, siyasətcilərindən, elm, mədəniyyət xadimlərindən, KİV- lərdən tutmuş sıravi insanlara qədər belə bir vəziyyətdən çıxış yolu axtarmağın zəruri olduğundan danışır.   Ötən əsrlərdə əksər insanlar düşünürdü ki, yer üzündə elmin, texnikanın inkişafı ilə hər tip problemlərin həlli baş verəcəkdir. İyirminci əsrin əvvəllərində  ağıllı elm, siyasət adamları dərk etdilər ki, əksinə, elmi kəşflərin artması ilə yanaşı, mənəvi səviyyə lazımınca təmin edilmədiyindən cəmiyyətdə gərginlik nəinki azalır, əksinə, daha sürətlə artır. İndi son yüz ilə yaxın bir dövrdə  elm, siyasət adamları yer üzündə  nə baş verdiyini, hansı vacib addımlar atılmasının zəruri olduğunu muəyyənləşdirmək sahəsində yollar axtarılmaqdadır. Bu yolları isə qədim şərqin müdrikliyindən bəhrələnərək ortaya qoyulmuş elmi-fəlsəfi, psixoloji, sosioloji yönümlü əsərlərə lazımınca diqqət vermədən tapmaq mümkün deyil.   Bu baxımdan Nəsrəddin Tusinin XIII  əsrin otuzuncu illərində yazdığı “Əxlaqi - Nasiri” kitabı (1)  da xeyli faydalıdır.

Təəsüf ki, müasir qərb mədəniyyəti, qərb siyasəti  şərq fəlsəfəsinin, şərq elmi düşüncəsinin potesialından lazımi qədər istifadə edə bilmir. Bunun da öz konkret səbəbləri vardır. Çünki, bir zamanlar daha düzgün elmi fəaliyyət istiqamətində olan şərq elminin nəaliyyətlərinin öz zamanlarında cəmiyyətə ötürülmə, tətbiq olunma mexanizmi zəif olduğundan bu nəaliyyətlər sanki istifadə edilməyən ləl- cəvahirət kimi boxçalara yığılıb bağlanmışdır. Şərq elmi ona görə daha doğru yolda idi ki, o zamanin alimləri əqlin, intellektin gücü ilə yanaşı həm də bəsirətin, dini kitabların elmi potensialının gücündən istifadə edirdilər. Bəsirət dedikdə hər hansı bir insanda daxil olduğumuz kainat nizamına uyğun müəyyən doğru məlumatları sezmə, duyma qabiliyyətini nəzərdə tuturuq(2, 112). Şərq alimi özündə bu qabiliyyəti xüsusi olaraq inkişaf etdirirdi. Bunun üçün müxtəlif dövrlərdə müxtəlif ölkələrdə müxtəlif yaşam tərzi, metodlar, ayinlər olmuşdur. Misal üçün, şumerlərin öz metodları, Babilistanın, Misirin öz metodları, cinlilərin, yaponların, hindlilərinsə öz metodları olmuşdur. Orta əsr islam elmində də təsəvvüf fəlsəfəsi öz konkret metodlarını ortaya qoymuşdu. Amma bütün bu metodları birləşdirən ümumi cəhət mənəvi amillərin önə çıxarılması, maddiyyatın mənəvi inkişaf etdirmək vasitəsi olaraq seçilməsi prinsipi olmuşdur.  Kainat nizamına uyğun məlumatları daha müfəssəl, dəqiq olaraq duyma qabiliyyət vəhydir. Belə qabiliyyəti olan insanları peyğəmbər adlandırmışlar(2, 114). Bütün dini kitablar daha əfsəl(böyük, kainat miqyaslı)  peyğəmbərlər tərəfindən yaradılmışdır. Bu kitablardakı təlimlər peyğəmbərin vəhy vasitəsi ilə kainatın, cəmiyyətin nizamı, mövcudluq və fəaliyyət prinsipləri barədə müəyyən kodlarla duyduqlarını obrazlarla, dövrünün əhalisinin başa düşəcəyi dildə ifadə olunmasıdır. Hər bir ciddi alim həmin ifadələrin arxasındakı vəhyin kodlaşmış məlumatlarından bəhrələnə bilər. Şərq alimləri məhz bu yolda olmuşlar. Onlar müəyyən olunmuş həyat tərzi sürərək müxtəlif məktəblərdə elmlər barəsində zəruri biliklər əldə etməklə öz intelləktlərini sistemləşdirmiş – bununla ciddi tədqiqat vasitəsi əldə etmiş və dini kitabların potensialından bəhrələnərək öz bəsirətlərini də hərəkətə gətirərək tədqiqat işləri aparmışlar. Şərq alimi hər bir varlıq, hadisə barədə əhatəli, hər tərəfli bilgilərdən istifadə etməklə müəyyən bir istiqamətdə tədqiqatları dərinləşdirmişlər. Həmin əhatəli məlumatı əldə etmək, ondan istifadə edə bilmək üçün şərq alimi eyni zamanda bir çox elm sahələri barədə zəruri bilgiyə malik olmuşdur. Yəni onlar eyni zamanda fəlsəfə, riyaziyyat, təbabət, biologiya, coğrafiya, iqtisadiyyat, astronomiya, estetika, əxlaq, musiqi və s. elmlərin hər biri barədə müəyyən biliyə malik olmuşlar ki, bu da onlara öz tədqiqatlarını əhatəli şəkildə aparmağa kömək etmişdir.  Qərb alimləri isə dünyəvi elmləri şərqdən bir qədər mexaniki şəkildə götürmüşlər. Yəni həqiqi elmin qaynaqlandığı dini kitabların potensialına, bəsirət amilinə, elmi tətqiqat obyektinə əhatəli yanaşma zərurətinə əhəmiyyət verməmişlər. Dünyəvi elmlərlə məşğul olmaq üçün ən əsas komponentin yalnız intellekt olduğunu qəbul etmişlər. Qərb alimlərinin elmdə qazandığı böyük nəaliyyətləri təqdir edərək, təəsüflə qeyd etmək istərdim ki, əgər onlar öz tədqiqatları zamanı çərq alimlərinin metodikasından, tədqiqat tərzindən istifadə etsəydilər, indi ortada olan elm daha əhatəli daha güclü, insanlar üçün daha faydalı ola bilərdi. Dini kitablara fəlsəfi yöndən yanaşmanın, bəsirətin- mənəvi saflaşmaqla dünya nizamı barədə elmi ideyalar almanın, bir tərəfə qoyulması elmin arzu olunan istiqamətdə inkişaf etməsinə ciddi zərbə vurdu.

Tarixi, mənəvi prosesləri dərindən  təhlil etsək, belə bir həqiqətin şahidi olacağıq. Bunu lap tək-tək adamların misalında da göstərərk, ümuiləşdirmək olar.  Hər hansı insanda, ya toplumda həyatın tənzimlənməsi üçün iki amil mühüm rol oynayır: iman və idrak. İman hansısa bir ideyaya iman gətirməkdir. Misal üçün hər hansı bir rejimdə, müəyyən bir sektada hansısa ideyaya  necə deyərlər, gözüyumulu iman gətirmək olar. Amma həqiqi mənada imanlı adam dedikdə biz Allahın olmasına şəkk etməyən, dini bir sistemə iman gətirmiş insanı, toplumu nəzərdə tuturuq. İman gətirmiş adam artıq ona deyilənləri müzakirə etmədən inanaraq icra edir. Həyat göstərir ki, o zaman ki, həqiqi  imanla idrak yanaşı olur, o zaman cəmiyyətdə müəyyən bir ahəng yaranır. İdrak imanın yanından çəkildikdə cəhalət başlayır. İman idrakın yanından geri çəkildikdə isə vəhşilik başlayır. Burada imanlı dedikdə dərhal  din, Allah yolunda cəhalət dolu ideyalar irəli sürüb terrorizmlə məşğul olanlar nəzərdə tutulmur. Sözün həqiqi mənasında mədəni, mənəvi zəngin imanlı adamlar nəzərdə tutulur. Şərq alimləri məhz imanla idraki bir yerdə tutaraq axtarışlar aparmağa üstünlük vermişlər. Şərq dini liderləri, hökmdarları  XII – XIV əsrlrdə idrakı imanın yanından  çəkməklə şərqin suqutuna səbəb oldular. Qərb alimləri isə iman faktoruna elə də əhəmiyyət verməmişlər. Avropa cəmiyyətindəki insanlar etik cəhətdən daha mədəni davransalar da belə indi yer üzündə baş verələr onu sübut edir ki, ümumilikdə qərb elmi insanların, cəmiyyətin  daha da vəhşiləşməsinə şərait yaradır(3; 22, 118).

XIV əsrdən başlayaraq dünyəvi elmlər yer üzündə əsasən qərb alimlərinin düşüncəsi, prinsipləri, diktəsi altında getmişdir. Yalnız intelləktə əsaslanan qərb elmi rasional, praqmatik düşüncəni mütləqləşdirməyə başlamışdır. XVII əsrdə elmlərin parçalanmağa, biri birindən təcrid olmağa başlamışdır. Biri birindən təcrid olunmuş bu elm sahələri ümumilikdə kainatın, yer üzünün, insanın, cəmiyyətin ümumi tələblərini əhatəli şəkildə nəzərə almadan özləri üçün müəyyənləşdirdikləri obyekt çərçivəsində araşdırmalar aparmışlar.  Bu isə bütün bəşəriyyət üçün ciddi faciəvi nəticələr vermişdir. Misal üçün, Adam Smitdən başlayaraq  bütün iqtisadi nəzəriyyələr məhz bu iki prinsip üzərində qurulur: 1) yer üzünün madii ehtiyyatları, resursları məhduddur və 2) insanın təlabatı qeyri məhduddur. Əgər bu iki prinsip doğrudursa elə yer üzü qan çanağına, burulğanına çevrilməyə məhkumdur. Çünki bu prinsiplərə inana istənilən güclü tərəf bu məhdud olandan ehtiyat üçün özünə daha çox götürməyə çalışacaq. Təlabatın qeyri- məhdud olduğu düşüncəsi ilə isə o istədikcə yenə də istəyəcək. Təssüf ki, indiki dövr bu mənzərə ilə xarakterizə olunur. Amma əslində, elm doğru yolda olsaydı, yer üzünün resurslarının potensialının daha çox açılması istiqamətində  araşdırmalar aparardı- küləyin, suyun, yerin tıkinin, mikrohissəciklərin və s. enerjisindən daha optimal istifadə  metodlarını tapar, insanın təlabatının nəfsi tərbiyə metodları ilə yönləndirər, əhali artımının optimal tənzimlənməsi metodlarını ortaya qoyardı (4, 55). Təəsüf ki, bu baş verməyib. İndi yer üzünün iqtisadiyyatı bir yaşlı üşağın ixtiyarına verilmiş bir tabaq xörəyin vəziyyətidədir. O uşaq həmin xörəyi yemek əvəzinə oradan buradan göturərek, qalanını  ətrafına dağıdır. Başqa sahələr də elə o vəziyyətdədir. Fizika elmi insanları nüvə təhlükəsi ilə, biologiya genləri dəyişmiş yemeklerlə, kimya ekologiyanı çirkləndirməklə, estetika mənəvi aşınmalalarla və s. məşğuldur. Qərb elmi düşüncə sistemi fəlsəfə elmində də böhran yaradıb. Indi çoxları fəlsəfənin lazım olub olmaması barədə müzakirə aparır. Hansı ki, əgər hər hansı ailənin belə yaşam fəlsəfəsi doğru deyilsə o ailə böhranlar yaşayır. Elm doğru yolda olanda fəlsəfə elminə ehtiyac daha çox artır.

Beləliklə, yer üzünü indi düşdüyü böhranlı vəziyyətdən yalnız və yalnız döğru prinsiplər əsasında formalaşan elm xilas edə bilər. Amma doğru  prinsiplər əsaında formalşan elm dedikdə biz ancaq şərq elmini nəzərdə tutmuruq. Şərq elmi öz zəmanəsi üçün formalaşmışdı və tam yekunlaşmamışdı. Dünyəvi elmin doğru yolda olmasını yalnız bir meyarla yoxlamaq olar. Bu elm sahəsi inkişaf etdikcə yer üzündə ahəngin artmasına daha çox kömək edir, yoxsa gərginliyin artmasınamı? Ahəngyol elminin (2)  əsaslandırdığı kimi yalnız bu ahəng prinsipləri ayrılıqda və ümumilikdə dünyəvi elmlər sahəsində doğru düzəlişlər, korrektələr etməyə imkan verir. Ahəngə xidmət etməyən elm sahələrinin inkişaf etdirilməsi doğru deyildir.   İndiki vaxtda elm yalnız o zaman faydalı, daha effektli nəticələr verə bilər ki,  son yeddi əsrdə qərb elmi tərəfindən əldə edilmiş nəticələr şərq elminin inkişaf prinsipləri, ahəng meyarları ilə bir daha nəzərdən, süzgəcdən keçirilsin. Hər bir elmi sistemdə ahəngə xidmət edən nəzəriyyələr, metodlar dərhal, daha geniş şəkildə istifadə edilməlidir.  Başqa sahələrdə təkmilləşdirmələr aparılmalıdır. Qeyd etmək lazımdır ki, indi yer üzünü bu burulğandan çıxarmaq üçün azərbaycan elminin, ümumiyyətlə Orta əsr şərq fəlsəfəsinin olduqca böyük potensialı vardır. Bir vaxt təsəvvüf fəlsəfəsinin, ədəbiyyat sahəsində yaranan əsərlərin ortaya qoyduğu işıqlı ideyalar indi qərb elminin  təkmilləşdirilmiş metodları ilə həyata keçirilməlidir. İndiki dövrdə belə mənbələrdən ən önəmli olanlardan biri dahi Nəsrəddin Tusinin yuxarıda adını çəkdiyimiz “Əxlaqi-Nasiri” əsəridir. Çünki indiki dövrün ən bəlalı, ən ciddi problemi yəqin ki ilk növbədə insanlarda təlabat sisteminin düzgün formalaşmaması, dəyərlər yönümünün arzu olunmayan şəkildə istiqamətlənməsi problemidir. Başqa sözlə desək indiki dövrdə yer üzünü bu cur burulğana salan əsas məsələlərdən biri nəfs məsələsidir. İnsanın nəfsi artıqca hərisliyi, qəddarlığı, zülmkarlığı da artır. Min illərdir bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar, folklor haray çəkib insanlığa deyir ki, o cəmiyyətdə ki, maddi təlabat, maddi dəyərlər ön plana keçdi, orada günü gündən fitnə, fəsad artacaqdır. Əksinə o yerdə ki, maddiyyat günü- gündən artmaqla mənəviyyatın inkişafı üçün vasitə oldu orada cəmiyyətdəki proseslər özü-özünə tənzimlənəcəkdir. Belə olduqda cəmiyyətdə bir ahəg effekti yaranır. Amma təəsüf ki, müasir qərb elmi, qərb fəlsəfi düşüncəsi insanın, cəmiyyətin mahiyyətinə yalnız rasional baxımdan yanaşaraq “insanın təlabatə qeyri-məhduddur” ideyasını həqiqət kimi qəbul edərək bütün iqtisadiyyatı, siyasəti, şəxsi həyat tərzini bu prinsip üzərində qururlar. Doğrudur, qərb elmində mənəviyyatdan, əxlaqdan geniş-geniş bəhs edilir. Amma, əsasən rasional yöndən. Nəticədə, mənəvi amillərin formalaşmasında mühüm rol oynayan rasionallıq çərçivəsindən kənar amillər bir tərəfdə qalır. İnsanın duyğu orqanları ilə duyula bilməyən müxtəlif  təlabatları, istəkləri- nəfsi bu günkü qərb elmində lazımi qədər elmi araşdırma obyektinə çevrilə bilməyib. Bu sahədə boşluqların ortadan götürülməsinə sağlam düçşüncə ilə orta əsr islam fəlsəfəsindən istifaə kömək edə bilər. Haqqında danışdığımız kitab bu baxımdan nəfsin tərbiyə olunması, mənəviyyatın öndə olma mexanizmi  sahəsində ən qiymətli tarixi mənbələrin başında gəlir.

 

Bu məqalənin əsas məqsədi  “Əxlaqı-Nasiri”  kitabını ətraflı olaraq təhlil etmək deyildir. Məqsədimiz,  bu kitabın ümumi prinsipləri əsasında ,  şərq mədəniyyətinin süqutu ərəfəsində  insanla, cəmiyyətlə bağlı elmin hansı səviyyədə olduğunu və ondan indiki vaxtda  istifadə edilməsinin nə dərəcədə zəruri olduğunu göstərməkdir. “Əxlaqı-Nasiri”  kitabına sadəcə Tusinin bir uğuru kimi baxmaq düzgün deyildir. Kitab sadəcə N. Tusinin təxəyyülünün nəticəsi deyildir. O, bu kitabı  o zamana qədərki bu səpkili əsərləri ümumiləşdirərək, özünün elmi idrakının süzgəcindən keçirərək ortaya qoymuşdur.  Bu kitab, orta əsr islam fəlsəfəsinin, islam mədəniyyətinin bir mühüm göstəricisidir. Müəllifin özünün də qeyd etdiyi kimi, kitabın yazılmasına ilk növbədə  böyük ərəb mütəfəkkiri  Əbu İbn Misgərvehin “Ət – Təharə”kitabının təsiri ilə yazılmışdır. Amma, həmin kitabın ideyasından yaradıcı şəkildə istifadə edən Tusi, o zamana qədər bu sahədə movcud olan əsərləri, fəlsəfi baxışları da ümumiləşdirərək kitaba daha iki hissə əlavə etmişdir. Beləki, əgər Misgərvehin kitabı əsasən əxlaqın saflaşdırılmasına həsr edilmişdisə,  “Əxlaqı - Nasiri”  fərdin əxlaqi saflaşmasını – arzu olunan fərdi yetişdirməyin məsələnin bir tərəfi olduğunu hiss edərək, kitaba  ailənin və cəmiyyətin də formalaşması, fəaliyyəti prinsiplərini əks etdirən hissələr əlavə etmişdir. Doğrudur,  tədqiqatçıların  dediyi kimi, o “Evdarlıq qaydaları” adlanan ikinci hissədə İbn Sinanın “Mənzil(ailə) dolandırmaq qaydaları haqqında risalə” məqaləsindən, “Ölkədarlıq” adlanan üçüncü hissədə isə Fərabinin “Fazilə icmaları haqqında mülahizələr” kitabından bəhrələnmişdir. Kitabın yazılmasında Platonun, Aristotelin, Qəzalinin, Biruninin, Nizamülmülkün və digər şərq müdriklərinin, “Kəlilə və Diminə”, “Ərdəşir Babəkan”, “Ənuşrəvanın vəsiyyətlıəri” kimi folklor numunələrindən,  digər mənbələrdən də istifadə edilmişdir.  Xüsusi ilə mən Qəzalinin “Kimyeyi səadət”  kitabını(5, 384) qeyd edərdim. Beləliklə, “ “Əxlaqi-Nasiri” demək olar ki, özündən əvvəlki Yaxın və Orta Şərqdə  hökm sürən əxlaqi-fəlsəfi  fikirlərə yekun vurmuşdur(1, 21)”.  Nəticədə,  ortaya “Əxlaqi Nasiri”  kimi dünya elmləri baxımından da olduqca mükəmməl bir kitab çıxmışdır. Bu kitab özünə oxşar digər mənbələrdən həm də dünyəvi elmlərin, müasir elmin tələbləri baxımından daha uyğun olması ilə fərlənir.Məhz bunun hesabınadır ki, səkkiz əsrə yaxındır kitab bütün şərqdə əxlaqi tərbiyə sahəsində ən mükəmməl kitab sayılır və ondan tədris, təlim prosesində istifadə olunur. Bu dövr ərzində “”Əxlaqi-Nasiri” kimi ikinci bir orijinal əsərin yaranamsına hələ təsadüf edilmir”(1, 21). Əvvala,  kitabın  ortaya cıxması Tusinin hələ gənc yaşlarından necə böyük, əhatəli bir mütailəyə malik olduğunu, dərin təhlil qabiliyyətini, sistemli yanaşmaq təfəkkürünün dərinliyini göstərir.

“Əxlaqi-Nasiri”  kitabının ən mühüm məziyyətlərindən biri, birincisi odur ki, kitabın yazıldığı dövrdə, indi yayılmaqda olan sistem nəzəriyyəsi, sistemli yanaşma metodları olmadığı bir zamanda o məsələyə olduqca ciddi sistemli düşüncə tərzi ilə yanaşmışdır. Yəni, bu kitabın əsas qayələrindən biri odur ki, o dövrün əksər mütəfəkkirlərindən fərqli olaraq, Tusi bu müddəanı irəli sürürdü ki, yalnız fərdin əxlaqını saflaşdırmaqla iş bitmir. O fərdi əhatə edən mühit yuksək əxlaq normalarına uyğun olaraq  mövcud deyilsə, fəaliyyətdə deyilsə o zaman arzu olunan məqsədə çatmaq mümkün deyil. Eyni zamanda o fərdin yetişdiyi, idarə etdiyi ailəni də, fərdin yaşadığı cəmiyyəti də, ümumiyyətlə bütün yer üzünün  yüksək əxlaq normalarına uyğun olaraq  fəaliyyətinə çalışmaq lazımdır. O, həm məsələni belə qoymuş, həm də öz konsepsiyasının, yanaşmasının həyata keçməsi üçün konkret, səlist, olduqca ciddi elmi tələblərə uyğun bir mexanizmi ortaya qoymuşdur. Bu mexanizmi yaratmaqda isə o qədim yunan alimlərindən öz dövrünə kimi  mövcud olan mühüm mənbələrin hamısından istifadə etmiş, özünün məxsusi yanaşmasını ortaya qoymuşur. Kitabın yazılmasında Tusinin ən böyük uğuru budur.   Yalnız elə bu kitabın yazılması ilə Nəsrəddin Tusi, müasir sistem nəzəriyyəsi, sosiologiya, sosial psixologiya, sosial idarəetmə, pedoqogika kimi elmlər üçün olduqca mühüm olan fundamental işlər görmüşdür.  Təəsüf ki, mövcud elmi ədəbiyyatda Tusinin bu fəaliyyət demək olar ki, araşdırılmamışdır.  Bu keyfiyyətlərin bir yerdə olması onu bütün şərq alimlərinin fövqünə çıxarır, fərqləndirir.  Məhz bu sistemli düşünmə qabiliyyəti hesabana idi ki, o yalnız fərdin əxlaqının saflaşdırılması ilə iş bitmədiyini dərindən hiss edirdi. Məsələyə daha əhatəli baxaraq son məqsədi- insanların özlərini səadət içində hiss edə biləcəkləri ədalətli cəmiyyətin qurulması, yer üzündə əmin amanlıq  ideyasını daha mühüm hesab edib ön plana çəkmişdir. Yalnız bu kontekstdən fərdin və ailənin necə formalaşdırılmalı olduğunu elmi şəkildə əsaslandırır və bunun konkret metodlarını göstərirdi. O, yer üzünün ahəng içində yaşaması, insanların özlərini xoşbəxt hiss etməsi üçün hansısa bir utopik aləmdən danışmırdı, bunun konkret yollarını göstərirdi. 

Doğrudur, kitabdakı bütün mülahizələri mütləqləşdirmək, onlara doqmatik yanaşmaq olmaz. İndiki vaxtda bir sıra elmi müddəaları dəyişmək, dəqiqləşdirmək lazımdır. Amma kitab ümumilikdə sosial sistemlərin ahəngdar, məqsədyönlü şəkildə idarə olunması üçün əvəzsiz metodoloji, nəzəri-praktik bir vasitədir. Bu kitabdab səmərəli istifadə müasir dövrdə bir sıra elmlərin daha uğurla, daha düzgün yolda inkişafına, mühüm nəticələr əldə etməsinə mühüm kömək edə bilər.

            Çox təəsüf ki, müasir qərb elmi özü yanlış yolda olduğundan “Əxlaqi Nasiri” əsərinin layiqli qiymətini verə bilmir. XIII əsrdə yaranmış bu kitaba indinin özündə- XXI əsrdə də çox böyük ehtiyac vardır. İndiki vaxtda Azərbaycanın özündə bu kitabdan stolustu kitab kimi istifadə etməyə ehtiyac vardır.  Milli müstəqil dövlətin ən birinci vəzifələrindən biri keyfiyyətli əhali yetişməsinin qayğısına qalmaqdır. İndi gənclərimizin milli-əxlaqi baxımdan formalaşması üçün kitabda olduqca mühüm tövsiyyələr vardır. Bu gün, Azərbaycan ailəsində olduqca gərgin bir vəziyyət yaranmışdır. Bunun da nəticəsində indi cəmiyyətimizdə ailə zəminində kriminal halların çoxalması, cəmiyyətdə gərginliyin artması müşahidə olunur. Belə  bir zamanda cəmiyyətimizdə ahəngin yaranması, artması üçün hazırlanmalı olan ciddi elmi Fəaliyyət Proqramlarının yaranmasında ciddi elmi “Əxlaqi Nasiri”  olduqca mühüm köməkci vasitə olmalıdır.

Mərhum Rəhim Sultanovun qeyd etdiyi kimi, “nəfs”  anlayışı Tusidə geniş mənada işlənmişdir. O ontoloji noqteyi nəzərdən çox dərin baxaraq nəfsi hər bir varlığın mahiyyətini təşkil edən bir kateqoriya kimi götürmüşdür.  Amma, insan nəfsini “nitqi nəfs” deyərək ayırmışdır. Tusi nəfsin “”varlığını, “cövhəriliyini”, “sadə və bəsitliyini”, “cismi və cismani olmadığını”, “özünün yalnız özü vasitəsi ilə dərk edilə bilməsini”, “hər şeyə vasitə olub heç bir hiss orqanı ilə dərk edilə bilməyəcəyini” izah etmişdir”(1, 6; 23). Kitabda müəllifin nəfsin mahiyyətini izah edərək irəli sürdüyü əsas müddəalar bunlardır: 1) nəfs idarə oluna biləndir- yəni, arzu olunan sahəyə yönləndirilə biləndir; 2) nəfsi idarə etmək, yönləndirmək vacibdir. Burada söhbət hər bir fərdin istinasız olaraq tərbiyə oluna bilməsindən, əxlaqının saflaşdıla bilməsindən söhbət getmir. Kitabda göstərildiyi kimi, müəyyən insanlar var ki, onlarda artıq həya elə səviyyədədir ki, sırtıqlıq, utanmazlıq yaranmışdır. Belə adamların tərbiyə olunması mümkün deyildir. Ona görə də cəmiyyət, mühit, ailə institutları elə fəaliyyətdə olmalıdır ki, belə insanların formalaşmasının qarşısı alınsın. Mənfi xislətli insanlar belə cəmiyyətin tələbləri qarşısında özlərini daha ədəbli aparmağa məcbur olsunlar. Bu onların davranışlarında öz əksini tapsın.

Müəllif ən əvvəl hikmət anlyışına aydınlıq gətirmişdir.  O, öz sələflərinə istinad edərək hikmət anlayışını belə izah etmişdir: “hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımi kimi yerinə yetirməyə hikmət dyilir.” Hikmət isə iki yerə bölünür: 1) elm və 2) əməl(iş)(1, 51). Elm mahiyyəti doğru, düzgün dərk etməyə, əməl isə  dərk edilənləri həyata keçirmək qaydasıdır. Bununla da o nəfs anlayışına da hikmət prinsipləri ilə yanaşmağı- onu olduğu kimi, mahiyyəti üzrə araşdırmağın, formalaşdırmağın zəruri olduğunu bildirmişdir. Bununla Tusi nəfsin formalaşdırılmasında elmin köməkliyinin zəruri olduğunu bildirir. Yəni yalnız elmin köməyi ilə nəfsi düzgün tərbiyə etmək olar. Bu müddəadan çıxış edərək demək olar ki, yalnız o cəmiyyətlərdə nəfs düzgün tərbiyə oluna bilər ki, orada nəfsin mahiyyəti, onun formalaşdırılması sahəsindəki elmlər inkişaf etmiş olsun. Buradan isə bir başa indiki dövrün siyasətinə bir ciddi mesaj var: hər hansı bir cəmiyyətdə nadanlığın, cəhalətin, terrorizmin və b. k. naqisliklərin qarşısını almaq üçün ən effektli, düzgün yol həmin cəmiyyətlərdə elmin bu sahələrini inkişaf etdirmək, ondan səmərəli istifadə etmək lazımdır. O, dərk etmə ilə əməlin qarşılıqlı vəhdətdə olmasını zəruri sayır, bunu kamillik ücün mühüm şərt olduğunu deyir. İman gətirdim deyə mövhumatçılıq edib, yalnız ibadətlə məşğul olmağı zərəli hesab edir.  “O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanları ”, az verib çox qazanmaq istəyən alverçilərə bənzədir.

 

Kitabın olduqca qiymətli cəhətlərindən biri o zamanki şərq üçün, elə indi də olduqca mühüm olan belə bir fikirdir ki, insanın özü, özünü tərbiyə etməklə öz taleyinə təsir edə bilər və o buna borcludur. Uzun müddət, elə indinin özündə də tənbəl, nadan insanların bir çoxu cəhalət içərisində deyirlər ki “hər şey Allahın əlindədir!”. Əslində isə bu fikrin tərəfdarları özləri özlərini nə qədər dindar adlandırsalar da Qurani- Kərimin mahiyyətini başa düşməyən insanlardır. Axı islamın müqəddəs kitabi elə ikinci- Əl Bəqarə surəsindən başlayaraq axıra qədər hər zaman insanları haqq, ədalət yolunda fəaliyyətə, əmələ səsləyir. Amma dini kitablar bunu ümumi olaraq, prinsip olaraq edir. Nəsrəddin Tusi kimi alimlər isə bu çağrışa əməl etmək üçün hansı praktik işlərin görülməsinin vacib olduğunu və bunu necə etməyi öyrədir. “Əxlaqi Nasiri”  inin elə ən böyük dəyəri dini kitabın hökmünü, tələbini həyata keçirməyin hansı yollarla mümkün olması mexanizmini göstərməkdir. Yoxsa, uzun müddət dini kitablar avazla, hansı şəkildə oxunsa da, səhərdan axşama namaz qılınıb, ibadətlər edilsə də, cəmiyyəti arzu olunan hala gətirmək olmaz. Bu mümkün olsaydı hər bir peyğəmbər, yaxud müdrik insanlar çox böyük nəticəyə nail olardı. Bu ona bənzəyir ki, həkim insanlara sağlam olmaq üçün idmanla məşğul olmağın nə dərəcədə gözəl bir şey olduğunu danışır. Ümumi prinsipləri deyir. Bundan sonra bu idmanın necə edilməli olduğu barədə tövsiyyələrlə tanış olmayan adam lazımi nəticə ala bilməz. “Əxlaqi Nasiri” də əslində Quranı- Kərimin ümumi şəkildə, obrazlarla, kodlarla dediyindən artıq heç nə demir ki. Sadəcə olaraq o deyilənləri həyata keçirmək üçün nələrin edilməsinin zəruri olduğunu deyir. Başqa sözlə desək, insanlar Allah yolunda yaşamağın mexanizmini göstərir. Bu mənada bu kitab həm də islamın potensialını açır. “Bütün əsər boyu əmək, fəaliyyət, hərəkət, işgüzarlıq təbliğ edən Tusi “səadətin” yalnız şüurlu zəhmət nəticəsində mümkün olacağını elmi dəlillərlə əsaslandırır”.    

Göründüyü kimi Tusi “fərd-ailə-cəmiyyət” sxemi üzrə hər bir fərdin ayrı ayrılıqda arzu olunan şəkildə formalaşması üçün nələri etməyin vacib olduğunu göstərməklə, onun ailədə, cəmiyyətdə də nələri etməyə məsul, borclu olduğunu öyrədir. Fərd, vətəndaş bu sxem üzrə ,Tusi tövsiyyələri ilə yetişərsə o zaman hər bir cəmiyyət, hər bir ailə daha maraqlı, qalma-qalsız olar. Fərdin özü daha məsud bir həyat yaşayaraq həyatdan daha məmnun olar. Çox maraqlıdır ki, müasir Ordubad mədəniyyətinin kökündə, orada yaşayan Tusi tayfasanın təsiri ilə  həmin bu model mühüm rol oynamışdır.  Məhz elə bunun hesabınadır ki, son illərə qədər Ordubad əhalisi öz fərdi xüsusiyyətləri, ailədə, cəməyyətdəki davranışları ilə məxsusi olaraq fərqlənmiş, yaxşı mənada seçilmişlər. Elə bunu özü “Əxlaqi - Nasirinin”  əməli tətbiqinin nəticəsi olaraq da qəbul edilə bilər.


İstifadə olunmuş ədəbiyyat:

1.       1. Nəsrəddin Tusi, Əxlaqi- Nasiri, İİR, “Kişe mehr”, 2002, 356 s.Xacə Nəsirəddin Tusi, “Əxlaqi-Nasiri”, Bakı, “Lider” , 2005, 280 səh.;

2. Əhməd Qəşəmoğlu. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri Ahəngyol elminə giriş. Bakı, Səda, 2008

3. M.A. Enqelqardt. Tərəqqi qəddarlığın təkamülü kimi. Bakı, “Zəkioğlu”, 2008,

4.      H. Baş. Milli iqtisadi model. Bakı, BDU, 2005

5. İmam Gazali, Kimya-yi saadet, TC, Bədr yayınları, 1990 

6.  R. Sultanov. Nəsrəddin Tusi və onun Əxlaqi-Nasiri əsəri. N. Tusinin “Əxlaqi-Nasiri” kitabına ön söz

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.