Buludxan Xəlilov - Bədii ədəbiyyat oxumaq barədə vahid tələblər qoyulmalıdı
02.10.14

Avanqrad.net filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun məqaləsini təqdim edir.

Bədii əsər oxumayan şagird mənəvi cəhətdən kamil ola bilməz. Vaxtilə oxumaq ənənəsi, daha doğrusu, bədii əsər oxumaq ənənəsi olubdur. Bədii əsər oxumayan şagird olmayıbdır. Hətta proqramda olan, dərslikdə özünə yer alan bədii əsərlər deyil, həm də proqramdan, dərslikdən kənar olan bədii əsərlər də şagirdlər tərəfindən oxunurdu. Bu istiqamətdə yaxşı mənada bir rəqabət vardı. Şagirdlər oxuduqları bədii əsərlər  barədə bir-birinə məlumat verir, həmin əsərlərin oxunmasını tövsiyə edirdilər. Nəticədə hər bir bədii əsəri şagirdlər oxuyur və müzakirə edirdilər. Çox da uzaqda olmayan bu tarixi ənənə uşaqların bədii təfəkkürünü və bədii zövqünü inkişaf etdirirdi. Bədii cəhətdən zövqlü olan şagird gələcəkdə vətəndaş kimi də yüksək intellektual səviyyəyə malik olurdu. Hətta səviyyəsindən asılı olmayaraq hər bir şagird bədii əsərləri oxumağı özünə mənəvi borc bilir və daxili tələbat hesab edirdi. İndi isə şagirdlərin böyük əksəriyyəti bədii əsər oxumaq tələbatından və ehtiyacından çox-çox uzaqdırlar. Onlar nəinki çap olunan yeni bədii əsərləri, heç dərslikdə olanları da oxumurlar. Bunun bir neçə obyektiv və subyektiv səbəbi vardır. Obyektiv səbəbi onunla bağlıdır ki, mövcud test sistemi imkan vermir ki, şagirdlər dərslikdə olan bədii əsərlərin məzmununu, təhlilini, ideyasını öyrənsinlər və mənimsəsinlər. Başqa bir tərəfdən isə informasiya kommunikasiya texnologiyaları vasitələrinin məişətimizə daxil olması şagirdlərin böyük əksəriyyətinin vaxtını əlindən alır. O mənada əlindən alır ki, şagirdlər informasiya kommunikasiya texnologiyaları vasitələrinin əsirinə çevrilir, onun imkanlarından istifadə qaydalarını xeyirlərinə istifadə edə bilmirlər. Şagirdlərin böyük əksəriyyəti informasiya kommunikasiya texnologiyaları vasitələrindən bilgi əldə etmək əvəzinə, daha çox vaxt itirmək, gününü ötürmək, oyun oynamaq və s. məqsədi ilə istifadə edirlər. Bu da nəticə etibarilə şagirdlərin vaxtını alır, onların bədii əsər oxumaq imkanını məhdudlaşdırır. Ona görə də yaxşı olar ki, orta məktəbdə oxuyan şagirdlər üçün bədii ədəbiyyat oxumaq barədə vahid tələblər qoyulsun. Həmin tələblərə görə, proqramda olan bədii əsərləri oxumayan, şeir parçalarını əzbərdən bilməyən şagirdlərə qiymət vermək olmaz. Necə ki, keçmişdə ən zəif şagird belə Nizamidən, Nəsimidən, Füzulidən, Xətaidən, Səməd Vurğundan və digərlərindən müvafiq şeir parçalarını əzbərdən bilirdilər. Həm də proqramda olan nəsr əsərlərini oxuyur, məzmununu bilir və ideyasını anlayırdılar. İndi isə ən güclü hesab olunan, yüksək qiymət alan şagird hər hansı bir şairin istənilən bir şeirini başdan ayağa qədər əzbər bilmir. İstənilən bir yazıçının hər hansı bir əsərini başdan ayağa qədər oxumur. Necə ki biz oxu mədəniyyətini bərpa etməmişik, oxu vərdişini yaratmamışıq, onda bədii zövqü və intellektual səviyyəsi olan şagirdlərdən, gələcəyin bədii təfəkkürə  malik vətəndaşlarından danışmaqda ehtiyatlı olmalıyıq. Biz robort yox, vətəndaş hazırlayırıq. Həmin vətəndaş isə bədii əsər oxumasa, onda quru, humanistlikdən uzaq, dünyagörüş baxımından zəif, insani hisslərdən məhrum olar. Bu haqda hər bir kəs, xüsusilə mütəxəssislər, ziyalılar fikirləşməli və çıxış yolu istiqamətində əlindən gələni əsirgəməməlidir. Bir daha qeyd edirəm ki, orta məktəb proqramında olan bədii əsərləri oxumayan şagirdə orta məktəb attestatının verilib verilməməsi barədə düşünmək lazımdır. Orta məktəbdə işi elə qurmalıyıq ki, şagird heç olmazsa, proqramda olan bədii əsərləri oxusun və mənimsəsin. Ona görə də hazırda orta məktəbdə dil-ədəbiyyat müəllimlərinin öhdəsinə düşən vəzifələr birə-beş qat artır. Onlar indi şagirdlərə bədii əsərlər oxutmaq yolunda müxtəlif vasitələrə əl atmalıdırlar. Disputlar, diskusiyalar, müzakirələr təşkil etməlidirlər. Yaxşı olar ki, orta mktəblərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərinə geniş meydan verilsin. Ədəbiyyat dərnəklərinə ən fəal, bacarıqlı, işgüzar ədəbiyyat müəllimləri rəhbərlik etməlidir. Eyni zamanda yaxşı nəticə əldə etmək üçün onların əməyi lazımi səviyyədə stimullaşmalıdır.

Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müstəqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona görə ki, bədii əsər oxumayan şagirdin lüğət tərkibi də kasad olur. O, danışanda çətinlik çəkir, fikrini ifadə etmək üçün sözlər tapa bilmir. Bir sözlə, şagirdin şifahi nitqi qüsurlu olur. Bədii əsər oxumayan şagirdin bədii zövqü zəif olduğundan o, yazı mədəniyyətində də qüsurlu olar. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii zövq olmadan şagird fikrini bədii şəkildə ifadə edə bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz. Ümumiyyətlə, bədii zövqü bədii əsərlər formalaşdırır. Bədii əsərləri oxumayan şagirdlərin isə şifahi və yazılı nitqi qüsurlu olur. Məhz bu ciddi qüsurları aradan qaldrmaq istiqamətində görüləcək bəzi işləri vacib sayırıq.
Birincisi, ibtidai siniflərdə tədris olunan bədii əsərlərin standartları elə asan və sadə olmalıdır ki, onu hər bir ibtidai sinif şagirdi mənimsəmiş olsun.

İkincisi, ibtidai siniflərdən yuxarıda, yəni yuxarı siniflərdə ən vacib bədii əsərlər dərsliklərə salınmalıdır.

Üçüncüsü, dərsliklərə salınmış bədii əsərlərin şagirdə milli ruhda, vətəndaş kimi, dünyagörüş əldə etməsi istiqamətində nə verəcəyini nəzərə almaq lazımdır. Mövzu dairəsi üzrə ən vacib ədiblər və onların əsərləri dərsliklərdə özünə yer almalıdır.

Dördüncüsü, həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə şagirdlərin bədii ədəbiyyata marağını artırmaq üçün bədii qiraətlər keçirilməlidir. Bu gün bədii qiraət müsabiqələrinə çox böyük ehtiyac var.

Beşincisi, vaxtilə orta məktəblərdə fəaliyyət göstərən dərnəklərdən biri də özfəaliyyət dərnəkləri idi. Bu dərnəklərdə səhnəciklər hazırlanır və şagirdlərin ifasında təqdim olunurdu. Məhz bu özfəaliyyət dərnəklərinin işini gücləndirmək lazımdır.

Altıncısı, yaradıcılıq fəaliyyəti olan şagirdlərin (şeir, hekayə və s. yazan) həvəsini artırmaq üçün divar qəzetlərinin işini fəallaşdırmaq olduqca vacibdir.

Yeddincisi, respublikada uşaqlar üçün çap olunan qəzet və jurnalların sayının və tirajının çoxalması işin xeyrinə olar.

Səkkizincisi, orta məktəb uşaqları üçün çap olunan kitablara – bədii əsərlərə xüsusi yer ayrılmalıdır. Doqquzuncusu, şair və yazıçılarla görüşlərə xüsusi fikir verilməlidir. Bu görüşlərin sayı artırılmalıdır.

Onuncusu, ali məktəblərin filologiya fakültələrində oxunması məcburi olan bədii əsərlərin siyahısı tərtib olunmalı və tələbələrin həmin bədii əsərləri oxuması məcburi sayılmalıdır və s. /modern.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.