Nigar Nazim - Hər kəsin bir qəmbərqulusu var
30.09.14
Esse
Bu yağışlı havadan mən də təsirlənib yazmaq istədim. Amma bu dəfə bir az kobud danışacam…
Deyirlər dünyada daha saflıq qalmayıb, məncə hələ də saf insanlar var. Saflıq gözəl hissdi, gözəl duyğudu, amma nə yazıq ki, bu zəmanədə saf olasan, onda qara buludlar başının üstündə olar. Sən isə saflığınnan o buludun rəngini görə bilməzsən, sənin bu saflığın o buludu sənə şəffaf, aydın göstərir. Yazıq sənə, vallah, nə deyim!
Tamam anladım, sən yaxşı insan olmaq istəyirsən, seçilmək istəyirsən, sən insanların yaxsılığını, xoşbəxtliyini istəyirsən, hər kəsi özün kimi qəbul edirsən, bəs sənin xoşbəxtliyin?! Bəs sənin həyatın?! Sən düşünürsən ki, xöştbəxtsən və hər şey həyatında idealdı. Ay avam, bəs bu illər ərzində eşitməmisən ki, ideal insan yoxdu! Hər kəsin bir qəmbərqulusu var? Sən həqiqətən də safmışsan, mən səni ağıllı bir adam bilirdim, sən lap kütbeyinsənki?! Ətrafında olanları, səni aldatdıqlarını, səni gic yerinə qoyduqlarını görmürsənsə, mən nə deyim sənə, sənin kimi çox saflar var.
O gün biri bilirsən nə danışır? Danışır ki: “Mənim arvadımnan yoxdu, elə surprizler eləyir mənəki gəl görəsən, həyatımı ona borcluyam, arvad dediyin bax bizim arvad kimi olmalıdı”. Day demir ki, arvad gündə bir maşından düşür, bu bədbəxt də inanır. Gör hələ üç uşaq anası nə deyir: “Mənim ərim kimi sədaqətli insan yoxdu, bütün günü işləyib çalışıb vuruşur ki, balalarını oxutsun, böyütsün, gələcəklərini qursun, gecəyə kimi işdiyib əldən düşür, hamısı nəyə görə təbi ki, balalarımıza görə, bu gedişlə dördüncümüz olacaq”. Ay bədbəxtin qızı, sənin ərin işləməkdən əldən düşməyib e… Eh, sən yat fil qulağında, hələ bir dördüncüdən danışırsan. Nə dördüncü, kənarda on dördüncü uşağı var, sənin dünyadan xəbərin yoxdu. O qazandığı pulları gətirib balasına verməkdənsə, başqalarına verir, balaların yemədiyini başqaları yeyir, sən gəzmədiyin yerlərdə başqaları gəzir, sən isə dördüncüdən dəm vurursan, ərinin sədaqətindən danışırsan.
Mən demirəm sevməyin, evlənməyin, səhv başa düşməyin, əsla! Sevin də sevilin də, evlənin də, ərə də gedin hətta usaq da doğun, amma biraz saflığınızı qoruyun, arada ətrafınıza baxın, yanlış insanı seçməyin, qoy o pislər elə özləri kimi pislərə rast gəlsin, aldadıb aldatsınlar. Vallah sən başını qaldırıb ətrafına baxsan yaxşını görəcəksən, yetərki başını qaldır və bax. Adam sevəndə nə olar ki, gərək gözü kor ola? Bir öyrənin görün nə eləyir, nə işlə məşğuldu, kimlərlə oturub durur, kişi ya qadın fərq eləməz, bu ikisinə də şamildi.
İçinə sübhə düşdü?! Lap əcəb oldu, bəsdi, bu qədar sözü kimə desən dəyişər, durub hərəkət eləyər, axır ki, nəsə eləyər başa düşürsən dovşan belə çevrilib şir olar. Əcəb sözdü, xoşuma gəldi lap…..
|