Seyid Nasır Sacedi – Qurdların oturacaq örüşü
17.09.14

“İncəsənətin bütün çalışqan insanlarına ithaf”

Neyin həzin səsi örüşü bürüyüb ondan çox da uzaq olmayan dağın ətəyindəki qurdları ulaşdırdı. Çoban qurdların ulaşma səsinə qulaq verib neyin çalmasına son verdi. Qaranquda çuxasın dartıb  neyi arasına basıb yerin dümsüklədi. Qoca köpəyi ağılın yan-dövründə bəlli olmayan bir şeyi iyimsiləyib axtarırdı. Çoban yerində uzanıb göyün saysız-hesabsız ulduzlarını seyr etməyə başladı. Ulduzlara diqqət etdikcə saylari artıb yeni  şəkilləri qurmağa cəhd etdilər. Çoban bu sonsuzluğa baxa-baxa vurnuxub dərin bir yuxuya daldı.

Səhər günəşi sonuncu örüşün yaşıl canına dəyib şeh basmış ot-butaları oyandırmağa çalışırdı. Çoban səhər yeməyindən sonra qayalığa yaxın sal daş üstdə oturub neyin kökləyib əldəki çayın başına çəkdi. Qoca köpəyi yayılan keçi-qoyunlardan o tayda hardansa tapdığı bir sümüklə məşğul idi. Bəlli olmayan ya nə isə görmüş-duymuş olan bu köpək birdən yerindən qopub sümüyü buraxıb örüşü üz aşağı hürə-hürə hücum çəkdi. Çoban boylanıb aşağı təpədə dörd atlını gördü. Köpək atlılara yetirib hürə-hürə dövrlərinə dolaşdı. Atçıların biri köpəyə nə isə bir şey tullayıb “- İtil qoca kaftar.” – dedi. Atlılar irəliləyib çobanın qənşərinə çıxdılar. Çoban onları görmək həmin tanıdı; Özgə deyildilər bunlar, aşağı örüşlərin çobanları idilər. Atdan düşüb neyçi çoban ilə salamlaşıb sürsünün nə durumda olduğunu yoxladılar. Aşağı örüş çobanlarından biri dedi:
-    Yaman bu qoyunları becərmisən. Biz deyirdik bəlkə belə indi qurdlar qoyunların yarıya yetirmiş ola! Axı belə bu günlər qurdların əlindən lap bezmişik. Sən bu qoca itinlə necə tək-tənha bu dağın ətəyində dayanmısan. – Çoban bu sözü deyib əlində nə idisə qoca köpəyin qabağına tulladı.
-    Bilirəm bu örüş məndən əvvəl burda olan çobanların gözündə necə belə uğursuz-məşum bir yerdi. Mənə tapşırılmış davarların sayı sizinkilərin üçdən biri də deyil. Amma ancaq mən gecələr qurdların ulaşmalarından başqa bir şey onlardan görmürəm. İtimdə belə hürməyib indiyə kimi. – Neyçi çoban bu sözü deyib qonaqlarına çay dəmnəməyə məşğul oldu.

Aşağı örüş çobanları bu əhvalatı görüb çaşıb qaldılar. Ötən ayın içində onların hər biri heçi on ya on beş qoyun qurda vermişdilər. Qurlarda gün bə gün çoxalıb saydan çıxmışdılar. Neyçi çoban otaran örüşün adı qurdlar oturacaq örüşü idi.
-    Necə qurdlar sənən işləri yoxdu, ay kişi? – Çobanların biri soruşdu.
-    Mən ney çalmağınan onları özümdən uzaq eləyirəm. – Neyçi çoban dedi.
Çobanlar birdən pıqıldayib güldülər. “- biz də elə lap yaxşı ney çalırıq.” - dedilər.
-    Onu ki mən bilirəm siz bilməzsiniz.
Çobanlar yenə də gülüb sərxoş-sərxoş neyçi çobanla vidalaşdılar.
Çobanlar yolda yenə əldən verdikləri davarların xatırlayıb kədər içinə daldılar. Biri başın tovlaya-tovlaya dedi: “- Necə deyirsiniz gizlənib alaqaranlıqda bir baş gələk bura?” Digər çobanlar bu sözə razılıq verib axşam necə gözə görüşməzdən gəlmələrinin qurğusun qurdular.

Günəş dağların arxasında daldalanmaqdaydı. Dağların kölgəsisə uzanıb-uzanıb  qurdlar oturacaq örüşün mənimsənirdi.  Neyçı çoban üst təpələrdən sürünü ağıla döndərib özünə axşam yeməyi hazırlamağa başladı. Gecə yeməyindən sonra əlin atıb çuxasının arasından neyini götürdü. Bu zaman o biri çobanlar qayalığın arxasında gizlənib neyçi çobanı güdürdülər. Neyin həzin səsi çobanları necə çaşdırıb qoydu, özləri də belə qaldılar. Neyçi çoban neyi çaldıqca qurdlar yavaş yavaş onunla bərabər ulamağa başladılar. getdikcə qurlarin səsi yaxınlaşıb ulaşmaların sayı çoxalanda  çobanlar dəhşətə gəlib gördülər ki bir neçə qurd üst təpədə ay ışığında göründü. Neyçi Çoban qurdların ulaşma səsinə qulaq verib neyin çalmasına son verdi. Digər çobanlar bu əhvalatı görüb nə edib nə etməyəcəkləri barədə danışmaq üçün geri döndülər. Çobanlar elə yoldaca birlikdə neyin oğurlamaq qərarına gəlib dərhal bu işi yerinə yetirmək üçün qurdlar oturacaq örüşünə yenə döndülər.  Neyçi çoban uzanandan bir xeyli sonra aşağı örüş çobanlarından biri  qayalıqdan çıxıb ağıla sarıldı. Neyçi çobanın qoca köpəyi bu qəribəni görüb mırıldamağa başlayıb ona yönəlib onu iyimsiliyəndən sonra geri çəkildi. Qəribə adam paltosunun altından nə isə çıxarıb köpəyin qabağına tulladı. Həmin adam ağılın içinə girib səs salmadan neyçi çobanın  yatağının qırağındakı çuxanın arasından neyi tapib götürüb dərhal ağıldan çıxdı.

Neyçi çoban səhər yuxudan durub gördü neyi yox olub. Bir az yan-dövrəni axtarıb tapa bilməyəndən sonra bildi neyin oğurlayıblar. Sanki bu işin olacağını zənn etmiş kim idi. Gülümsünüb sürüsünü hər günə sayaq üst təpəyə yönəltdi.

Günəşin hər günə sayaq talesinə yazılmış  bu isti-işıq şüaların dağlar söndürüb qaranqu köçdürdü. Neyçi çoban hər gecəyə sayaq qurduğu sısqa ocaq alovunun işığında güdülülürdü. Onu güdən çobanlar dişlərin bir birinə qıcırdıb neyçi çoban necə neysiz qurdların qarşısında dayanacağını düşünürdülər. Vaxt gəlib keçib neyçi çoban axşam yeməyindən sonra yenə də o sal daş üstə oturdu. Çobanlar düşündülər olmaya ayrı bir neyi olmuş ola! Amma neyçi çobanın ayrı bir neyi yox idi. O yavaşca mızıldaya-mızıldaya oxumağa başlayıb səsin yüksətəndə qurdlar ulaşmaya başladılar. Çobanlar üst təpənin başında ayın saldığı işıqa qarşı qurdların sayın artmaqda gördülər. Neyçi çobanın həzin səsi digər çobanların tüklərin biz-biz eləyib çaşmış canların qaranqu basdırmışdı. Əgər bu həzin səs sona gəməsəydi, bitməsəydi qurdlarin orkestr simfoniyasi, necə bu canavarların əlindən qurtarmaq olardı? Çobanlar düşünüb son edəcəyi  layihələrinə qətl nöqtəsi qoydular.

Gecə saysız ulduzları göy üzərinə sərib sakin-sakin durub qalmışdı. Qoca köpək yenə o tanış qoxunu duyub qəribə şəxsi başı üstə görüb nə isə bəlli olmayan bir şey qənşərinə tullananda onu dişə çəkdi. Amma bu qəribə adamın paltosunun altındaki bıçağı görmədi. Həmin adam ağılın içinə girib paltosunun altında gizlətdiyi bıçaqla neyçi çobanin qırtlaq-boğazın kəsdi. Ölum halında bir an da olsa neyçi çoban gözlərin açıb saysız ulduzların içində bir quyruqlu olduz gördü.

Günəş çıxdı, şeh basmış ot-butalar əsim-əsim əsdilər, dağlar kölgələrin çəkdi və hər nə qaydasındaki talesinə boyun əydi. Yenə zaman keçib axşam örüşə kölgə saldı. Qurdlar üst təpədən axıb ağıl-örüşü çobansız, köpəyini zəhərlənmiş görüb keçi-davarı didib yarıqlamağa başladılar. Gahdan da neyçi çobanın ölü cəndəyin iyimsədilər...

Zaman keçib insanlar qurdların oturacaq örüşü adda hekayəni rəvayət edəndə bir örüşdən söz açdılar ki qudlar heç çobanına da belə rəhm etməmişdi.

2007
 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.