Qəşəm Nəcəfzadə - Elçin İsgəndərzadənin 50 yaşına sağlıq...
15.09.14

...Sonra isə aramız dəydi.

Elçin İsgəndərzadənin 20 il bundan qabaq bir maşını vardı, qırmızı rəngdə. Elçin də qrmızı zolaqlı köynəkdə, özü də Gəncədə.
Tez-tez görüşürdük. Minirdik qırmızı maşına, düşürdük şəhərin canına. Gənc, bir az da dəcəl oğlan təsiri bağışlayan Elçinin içində ağıllı, ağsaqqal, müdrik bir insan vardı. Onda Elçinin vaxtı bol idi. Vaxtı bol olanlar həmişə gözəl insan olurlar.

Sonra mən kənddə yaşadım. Məktubların müqəddəs vaxtıydı. Elçinlə həftədə iki dəfə məktublaşırdıq. Əsasən, bir-birimizə təzə şeirlər göndərirdik, fikirlər söyləyirdik, nəzirələr yazırdıq. O vaxt Elçin mənim “Şairin bəxti” şeirimə nəzirə yazmışdı,
əlyazması indi arxivimdədir. Mən o şeiri sonralar kitabımda nəşr etdirdim.
 Sonra aramız yenə dəydi...

Elçinin Gəncə həyatı dəqiqliyi ilə yadımdadı. Şəhid şairimiz Nizami Aydın dostumuz idi. Onunla demək olar ki, hər həftə görüşürdük. O vaxt Bakıda, mənim xahişlərimə baxmayaraq, Nizami Aydını çap etməyənlər indi ona şeir həsr eləyirlər. Elçin də bunu bilirdi. Amma Elçin Nizaminin xatirəsinə çox böyük işlər gördü. Gözəl şair dostumuz, millət vəkili Musa Urud, Qərib Mehdi nəinki Nizami Aydına, bütünlüklə Gəncə ədəbi mühitinə dayaq durdular.

Elçin xeyirxah bir insandı. Nə qədər şair və yazıçılarımızın kitablarını öz hesabına çap eləyib. Gənclərə hər il Şahmar Əkbərzadə mükafatı verir. Özü də mükafatın pulu da var.
Elçinlə danışmaq, ünsiyyətdə olmaq hər gün mütaliə etmək deməkdir. Çünki Elçin başdan-ayağa kitabdır.
Sonra yenə aramız dəydi...

Dünyanın az ölkəsi olar ki, Elçin orada olmasın, ədəbiyyat tədbirlərində iştirak eləməsin. Və bu tədbirlər Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaqdır.

Lap əvvəllər onun iki sevdiyi şair vardı Azərbaycan ədəbiyyatında. Biri rəhmətlik Adil Mirseyid, biri də mən. Sonra məni pozmaq istədilər yaddaşından. Bir az da nail oldular. İndi bilmirəm yaddaşında varam, ya yox. Amma Elçin hər kəsin qiymətini bilən  adamdır. Bilirəm ki, məni ona hər gün pisləyirlər.

İki şeir yazmışam Elçin İsgəndərzadəyə. Biri “Qarabağ şikəstəsi”dir. Elçinə deyirlər ki, Qəşəm niyə sənə belə mənasız şeir həsr eləyib? Elçin də gülüb. Gör, bədbəxtlər nəyə əl atırlar.

Sonra yenə aramız dəydi...

Ailəlikcə Elçingildə çox olmuşuq. Onlar da bizə gəlib. Xeyli söhbətlər etmişik, xeyli də gülmüşük.

Elçin tanınmış alimdir. Amma bu, bəzən onun şairliyini unutdurur. Bu hal bəlkə, dostlarının çoxunun vecinə deyil, amma mən şair dostuma qıymıram. Elçin bizim çox dəyəli şairimizdir, ziyalımızdır. Elçində həyat eşqi çox güclüdür. Əli Kərim demiş, o, daim səfərdədir.

Elçin koloritli adamdır. Süfrəsi daim dost üzünə açıqdır. Əməyini itirənlər də var. Ona yarınıb işini keçirdənlər çoxdur. Elçin bunların fərqində deyil. Onun yaxşılığı təmmənasızdır.

Sonra yenə aramız dəydi.
Yenə aramızdan adamlar keçdi.
Bakıda ayrıldıq, Gəncədə birləşdik. Hər ikisində ayrılanda Şuşada barışdıq. Bizim ailə dostluğumuza bir  “Əli” adı da əlavə olundu. İndi aramızda bir and yeri  var: “Əlinin, Kəramətin canı üçün”.

Aramız yenə dəydi, aramızı “dəydirən” içimizdəki bütövlükdür. Aranın dəyməyi həm də dostluğun keyfiyyətli olmağına işarədir.  Kimsə dişini dişinə sıxıb heç vaxt, heç kəslə aranı pozmaz, elə beləcə dolanar, Elçinin, Qəşəmin gözünün işığı olar. Amma bizdə belə olmadı. Həmişə aramız dəydi. Axırda 50 yaşımızda özümüz dəydik və nə yaxşı ki, dəydik!


Qarabağ şikəstəsi

           
                       Şair dostum  Elçin İsgəndərzadəyə

Bakı şəhərində
Yazıçılar Birliyində,
Vətənimin yanında
Vətənimin önündə,
Ayə, ölürəm mən.
Özü də yaman ölürəm
Sevgili canan ölürəm.

Əzizinəm restoran, Şuşa
Qayası smentle qayrılan, Şuşa
Smentin köhnəymiş nəymiş,
Daşından bir parça qırılan, Şuşa
Adın olan  yerə  şuşa deməzlər,
Havan olan yerə şuşa deyərlər.
Ayə, ölürəm mən,
Dağda duman  ölürəm
Qardaş, yaman ölürəm



Əzizinəm məktəb Şuşa, abtek Şuşa, salon Şuşa
Kitab ,Şuşa, şeir Şuşa roman Şuşa
Ayə,mənim Şuşamı hər şeyə bənzətməyin
Mənim Şuşamı bu qədər kişiltməyin, ayə.
Qoyun Şuşam qalsın Şuşalığında
Qoyun Şuşam qalsın şüşəliyində,
Ayə, ölürəm mən
Sənə qurban ölürəm,
Dəli çeyran ölürəm.

Əzizinəm tar çalan pulu gözlər
Pul pulu gətirər, pul pulu gözlər
Gözlərin şahı diz çökdürərdi,
Gözlərin  bu axşam borc pulu gözlər.
Ayə ölürəm
Sonam ölürəm
Anam ölürəm
Sənə qurban ölürəm.

Heç demirsiziniz niyə ölürəm?
Tüfəngim pas atıb ona gorə ölürəm,
Buna görə ölürəm
Ona görə ölürəm
Sənə görə ölürəm
Cəhənnəmə ölürəm
Qara yola ölürəm
Kimin nə vecinə ölürəm.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.