Qismət: "Uzun müddətdir bir roman üzərində işləyirəm." - MÜSAHİBƏ
12.09.14
– İstərdim bir az keçmişə qayıdaq. Kitablarını yandırdığın vaxta. İndi o dövrə baxanda hərəkətinə haqq qazandırırsanmı? Yoxsa bu sənə marjinal bir addım kimi görünür?
– Mən kitablarımı kütləvi aksiyaya çevirib, nümayişkaranə şəkildə camaatın gözü qarşısında yandırmadım. Bu öz daxilimdə, laboratoriyamda baş verən bir proses idi. Hadisənin üstündən bir müddət keçəndən sonra mətbuata dedim ki, mən yazdıqlarımdan imtina edirəm. Bunun üçün də kitablarımı yandırmışam. Dünyada bunun təcrübəsi çoxdur. Hətta ən məşhuru Frans Kafka ilə bağlıdır. O, dostu Maks Broda demişdi ki, əsərlərinin hamısını yandırsın. Məşhur əhvalatdır, Maks Brod ona xəyanət edir. Bu xəyanətin nəticəsidir ki, biz bu gün həmin əsərləri oxuyuruq. Təbii ki, Kafkada vəziyyət başqadır. Mənimki Kafkavari vəziyyət deyildi. Başqa nümunələr də olub, yazıçılar, şairlər erkən dövr yaradıcılıqlarından imtina ediblər. Müəyyən müddət keçəndən sonra erkən dövrdəki qələm məşqlərindən, oturuşmamış ədəbi qənaətlərdən imtina etmək mümkündür, bir az da irəli gedib deyim ki, hətta vacibdir. Əgər davamlı özünütəhsillə məşğulsansa, zaman ötür, fikirlərin cilalanır və istəmirsən ki, əvvəl yazdıqların sənin ədəbi bioqrafiyanın içində olsun. Amma bu o demək deyil ki, yazıçı hər dəfə yeni mərhələyə keçəndə ondan əvvəlki körpüləri yandırmalıdır. Bu daha çox tələbəlik, yeniyetməlik dövrünün yazıları üçün xarakterikdir. Vay o gündən ki, bir gün Bartlbi sindromuna tutulasan. Yazmaqdan könüllü imtina etməyə Bartlbi sindromu deyirlər. Bu haqda çağdaş ispan yazıçısı Enrike Vila Matasın “Bartlbi və kompaniyası” adlı romanı var. Romandan müəyyən hissələri şair-tərcüməçi Nicat Məmmədov, qalanını isə mən çevirmişəm, yəqin yaxın aylarda çap olunacaq. Hamıya məsləhər görürəm, bənzərsiz romandır.
– Yazıçı kitablarını yandırsa da, imtina da etsə, hər halda, bunları o yazıb.
– Yandırmaq fiziki mənada deyil ki, nəşriyyatdan kitabın bütün nüxsələrini götürüb yandırasan. Bu, həm də bir növ simvolik xarakter daşıyır. Yəni yazıçı bu yolla deyir ki, yaradıcılığımı qiymətləndirəndə, həmin o imtina etdiyim yazılarımı nəzərə almayın, həmin yazıları mən professional fəalliyətim saymıram. Yazıçı bunu dedi-demədi, onsuz da kitab çıxıbsa, artıq bu ictimaiyyətin malıdır. Mənim sevib-sevməməyimdən asılı olmayaraq, adamlar onsuz da həmin mətnləri oxuyacaqlar. Amma yenə deyirəm bu mənim öz qiymətləndirməmdir. Bir də təkrar edirəm ki, bu ayrı-ayrı müəlliflərin təcrübəsində var. İlk ağlıma gələnlərdən birini deyim, tutalım, türk şairi Behçet Necatigil sağlığında bütün yazdıqlarından seçib bir seçmə şeirlər toplusu dərc etdirmişdi. Bir növ, cild-cild dərc olunan, hər nə gəldi içinə doldurulan seçilmiş əsərlərin qarşısını almaq üçün.
– Bundan sonra İkinci Qismət adını götürdün. Ancaq bir müddət sonra “İkinci” dən də imtina etdin. Tək fərq o olduki bu proses birinci kimi səs-küylü olmadı.
– Bu təxəllüsü mənə dostumuz Salam Sarvan təklif etmişdi. Bu da yaradıcılığımdakı birinci mərhələ ilə ikinci arasındakı fərqi göstərməyə xidmət edəcəkdi. Bir müddət bu təxəllüsü istifadə edirdim. Ancaq sonradan düşündüm ki, təxəllüsə ehtiyac yoxdur. Nümayişkaranə bir şey etmədən onu yığışdırdım. Mənə elə gəlir ki, daha sadə, birbaşa daha yaxşıdır. Onsuz kitabların üstündə, yazıların əvvəlində öz adımızla mətnlərin önünə keçirik, ikinci bir ad artırıb həmin ərazini böyütməyin mənası yoxdur.
– Bəs İkinci Qismət imzası ilə yazdığın yazılarla yenidən Qismətlə yazdığın arasında da fərqlər var idimi?
Əlbəttə, keyfiyyət fərqi vardı deyə bu ayrıcı təxəllüs fikri doğulmuşdu. Ötəri yox, peşakar, sistemli fəalliyyətdə olanda, hər gün mütləq mütaliə edəndə, çağdaş nəzəriyyələri, kinomatoqrafiyanı izləyəndə, adamın içində get-gedə bilmədiyi hansısa sahələr işıqlanır və təbii dəyişiklər baş verir. Fikirlər cilalanır, formaya düşür, yeni məzmun qazanır. Mənim əvvəlki ədəbiyyat haqqında düşüncələrimlə indiki düşüncələrim, demək olmaz ki, daban-dabana zidddir. Nüvə eynidir, ancaq təbii ki, qaranlıq, çiy olan şeylər zamanla öz axarı ilə təmizləndi və indiki formasına düşdü. Gələcəkdə radikal dəyişikliklər olacağını düşünmürəm. Yalnız üzərinə əlavələr gələ bilər.
– Azərbaycanda hazırda tənqidin tənqidi gedir. Bir çox hallarda deyirlər ki, tənqidçilərin dili çox intellektualdır. Sadə oxucu bunu başa düşə bilmir. Necə düşünürsən, tənqidçinin əsəri kütləyə hesablanmalıdır, yoxsa akademik çevrələrə?
– Mənə çox deyiblər ki, bəzən həddindən artıq akademik yazırsan. Amma məsələ burasındadır ki, həmin yazılar kütləyə hesablanmayıb. Əgər istəsəm daha çox pop dillə yazaram, necə ki, bəzən yazıram. Amma həmişə belə olmur.
Umberto Eko deyir ki, mən pop ədəbiyyatşünasam. Yəni akademik, fəlsəfi ciddi mətləbləri daha əyləncəli dillə, hamının anlayacağı dillə yazıram. Bu, əlbəttə ki, yeni çağın təzahürüdür və məncə, çox yaxşıdır. Bizdə tənqidin problematik cəhəti odur ki, yaradıcı ola bilmir. Yəni tənqid köhnədən qalma klişelərlə, modellərlə işləyir. Halbuki, dünya ədəbi tənqidi gəlib ona çıxıb ki, tənqid özü yazıçının yazdığı əsər kimi yaradıcı olmalıdır. Elə təəsürat yaranmamalıdır ki, müəllif həmişə yazıçının quyruğunda gedir. İndiki çağda tənqidçinin yazdığı mətn bədii mətn qədər kreativ olmalıdır. Sən bir mətn götürürsən, içində bir xətti müəyyənləşdirib, öz müstəqil mətnini qurursan.
Mən tənqidin modelləri ilə bağlı yazmışam. Tənqid modellərini şərti olaraq dörd yerə bölmək olar. Tutaq ki, cəmiyyət mərkəzli tənqid var. Bu metodda başlanğıc nöqtəsi hər şey əvvəldən əsərin xarici aləmlə, cəmiyyətlə əlaqəsidir. Bu metodu özlüyündə üç qrupda ümumiləşdirmək olar: tarixi, sosioloji və marksist tənqid. Mən bu metodu çox da sevmirəm. Sonra var müəllif mərkəzli tənqid. Burda müəllifin bioqrafiyası və məqsədi əsas götürülür. Bu metodun tərəfdarı olanlar hesab edirlər ki, əsərin həqiqi mənası, anlamı müəllifin beynində düşündüyü, planlaşdırdığı, ifadə etmək istədiyidir. Sonra gəlir mətn mərkəzli tənqid. Bu xəttə aid tənqidçilər düşünür ki, ali təhsil ocaqlarındakı ədəbiyyat dərsləri əsərlərin özünəməxsus tərəflərini qavramağa, estetik tərəflərini təsbit etməyə, onlardan zövq almağa yardımçı olmur, tələbələr əsərləri sosioloji sənəd, ya da əxlaq dərsi, yaxud tarixi əsər kimi dərk edirlər və bu ziyanlıdır. Onların fikrincə tənqidin məqsədi əsərin özünü analiz etmək olmalıdır. Müəllif mərkəzli tənqiddə əsərin uğur ölçüsü səmimilik idi. Bizdə tez-tez bu sözü eşidirəm, məni gülmək tutur. Bu yanaşmaya cavab amerikan “Yeni tənqid”lərindən gəlib. Onlar deyirdilər, səmimilik ədəbi əsər üçün ölçü ola bilməz, çünki müəllifin səmimi olub-olmadığını bilmək qeyri-mümkündür. Həm də ki, müəllifin səmimi olması, pis əsər yazmasına əngəl deyil. Kitab dünyası doludu səmimi olan, amma bir qara qəpik də ədəbiyyat olmayan mətnlərlə doludur. Dalınca gəlir, oxucu mərkəzli tənqid. İndiki dövr oxucu mərkəzli tənqidin dövrüdür. Mən bu metod barəsində danışanda, həmişə deyirəm ki, elə bil, “sənət sənət üçündür” ifadəsini dəyişdirib edirik “tənqid tənqid üçündür.” Məşhur yazıçı Anatol Frans bir sözünü çox sevirəm, tez-tez sitat çəkirəm. Anatol Frans deyir ki, yaxşı tənqidçi şedevrlərdən yazarkən, öz ruhunun macərasını ifadə etməlidir. obyektiv sənət olmadığı kimi, obyektiv tənqid də yoxdur.
Əvvəllər həmişə yazıçılar ilə tənqidçilər arasında bu barədə mübahisə olurdu. Yazıçılar eqoistcəsinə deyirdilər ki, biz olmasaq siz olmazdınız. Yəni mən yazmalıyam ki, sən də onu tənqid edəsən. Amma artıq indi elə deyil. Düşünürəm ki, tənqiddə vaxtilə məşhur olan icmal tipindəki janrlar da öz funksionallığını itirib. İndi dünyada tənqidçilər özünü esse janrında ifadə edirlər. Çünki esse, akademizmlə yaradıcılığın ortasında dayanır. Universitetdə dərs deyəndə tələbələrimə esseni həmişə ilkin mərhələdə belə izah edirdim. Lövhəyə pen sözünü yazırdım, deyirdim ki, pen həm ingiliscə qələm deməkdir, həm də pen klublar filan var. Pen sözündəki p hərfini poeziya kimi düşünün, yəni duyğuya aid tərəf, n hərfini isə nəsr kimi düşünün, yəni rasionalizmə aid tərəf. E hərfi, yəni esse bu ikisinin tən ortasında dayanır.
– Yəni necə ki, yazıçının öz oxucu kütləsi var, eləcə də tənqidçinin öz oxucu kütləsi olmalıdır. Tənqidçinin oxucunu yönləndirmək qabiliyyəti olmalıdır.
– Buna oxucunu yönləndirmək deməyək, ancaq ona müəyyən impulslar verməlidir. Yönləndirmək sovet düşüncəsində idi, ideoloji xarakterlidir. Elə bil bir tənqidçi hansısa əsər barəsində məqalə yazır, həmin məqaləni oxuyan bütün adamlar o saat ağıllanır, düz yola gəlir, mətni anlayır və hamı bir cür düşünür və s. Biz bayaq dedik ki, oxucu mərkəzli dünyadır. Sosial şəbəkələrə ötəri baxmaq kifayətdir ki, bunu görək.
Bəli, tənqidçinin bədii mətni yazıçının əsəri qədər oxunmalıdır. Çağdaş türk tənqidində Semih Gümüş var. O, son 15-20 il ərzində yazdığı kitablarla sübut etdi ki, tənqidi əsərlər roman qədər oxuna bilir. Çünki Semih Gümüş akademizlə yumşaqlığın qızıl ortasını tapmış bir dillə, öz mətnini yazan biridir.
Akademik yazılara gəldikdə isə, məncə bəzi məsələlər var ki, onun vektoru yalnız bu məsələlərlə maraqlanan adamlara hesablanır. Bu müəyyən bir dairənin müzakirəsi üçün yazılır. Çağdaş dünya pop dünyası, Gi De Bor diliylə desək, tamaşa cəmiyyətidir, ama belədir deyə, dəbə uyub hər şeyi poplaşdırmaq da olmaz. Ədəbiyyat bütün hallarda öz sanbalı qorumalıdır.
Kalvinonun “Xəyali kitab rəfi” adlı essesi var. O, deyir ki, çox və yaxud az satılmağından asılı olmayaraq, müəllif əsər yazmağa başlayarkən xəyali bir kitab rəfini gözünün qabağına gətirir. Bu rəfin içində müxtəlif növ kitablar var. Dostoyevski, Tolstoy, müxtəlif növ detektiv əsərlər var. Sən kitab yazarkən, özünü kimin yanında görmək istəyirsən? Əgər sən özünü zamanın sınağından keçmiş ədəbiyyatın yanında görmək istəyirsənsə, deməli sən yazanda kütlə zövqündən yuxarını düşünürsən. Amma yüngül ədəbiyyata maraq göstərənlər də bu kitabı alırlarsa, bu da pis deyil. Hamı istəyir ki, onun kitabını daha çox oxusun. Ən gözəli isə həmişə olduğu kimi qızıl ortadır. Çox akademizm eqoizmə, çox pop isə manıslığa gətirib çıxara bilər.
– Bəs sənin oxucu kütlən nə qədərdir? Yəni səncə, kifayət qədər oxunursanmı?
– Mən bilmirəm oxucu kütləm nə qədərdir. Saytlarda və sosial şəbəkələrdə yazdıqlarıma gələn reaksiyalardan deyə bilərəm ki, müəyyən bir kütlə var. O kütlənin çoxunu şəxsən tanımıram. Onların mənə olan münasibətini isə yalnız virtuallığa əsasən bilirəm. Bu səbəbdən konkret statistika deyə bilmirəm. Altı ilə yaxın müxtəlif universitetlərdə mühazirələr oxumuşam. Həmin mühazirələrə əsasən deyə bilərəm ki, müəyyən adamlara, deyəsən az-maz da olsa fikirlərim təsir edib. Cəmi bir kitab çap etdirmişəm, buna görə oxucu ilə bağlı nəsə böyük iddialarda bulunmağım düzgün olmaz. İndi planımda var ki, esselərimi ayrıca nəşr etdirim, sonra isə bəlkə seçmə şeirlər toplusu.
– İstərdim, söhbətimizin gedişatını bir az dəyişək. Gənc yazarlarımız deyirlər ki, əsər yazanda qəhrəmanlara ad qoymaqda çətinlik çəkirik. Ceyms Bondun etdiyi hərəkətləri Əhməd adında bir adama etdirməyimiz qeyri-səmimi çıxır. Ən azından, oxucu bunu qəbul etmir. Səncə, bu problemdən çıxış yolu nədir?
– Mən onu problem kimi görmürəm. Biz daim Qərb ədəbiyyatı və Qərb filmlərinə pərəstişlə yanaşmışıq. Ona görə bizim beynimizdə belə bir klişe formalaşıb ki, İzabella adlı qadın Fatma adlı qadından daha gözəldir. Yaxud da qəhrəmanlığı Silvester edə bilər, amma Əhməd edə bilməz. Bu, kütləvi kompleksdir. Pərəstişdən analiz mərhələsinə keçmək lazımdır.
Bütün bu paradoksal, əcaib, qəraib fikirlər, avropaya, qabaqcıl mədəniyyətlərə ancaq üzdən inteqrasiya etməyin yaratdığı komplekslərdir. Necə ki, bəzi adamlar var, onların beynində, ürəyində hələ SSRi dağılmayıb, eləcə də adamlar var ki, onlar inteqrasiyası düşüncə qatında yox, məsələn, “kartoşka fri” səviyyəsində baş verib.
– Səhv etmirəmsə, Murat Menteşin kitabı haqqında sən də yazmışdın. Elə Murat Menteş də “Ruhi Mücerret” romanında bu problemlə üzləşdiyini deyirdi. Hətta o, çıxış yolu olaraq obraza ad və soyadı ilə birgə xitab etməyin doğru olduğunu deyir. Məsələn, Polat Alemdar kimi.
– Əslində, Polad Alemdar adının heç bir ağırlığı yoxdur. O ada ağırlığı yükləyən həmin filmin şöhrətidir. Polad Alemdar adı Türkiyədə olan adi adlardan biridir. Ancaq şöhrətdən sonra bu ad bizə parıltılı, sanballı gələ bilir. Dərinə getsək, Polad Alemdar adı çox banal addır.
Menteş öz romanının adını “Ruhi Mücerret” qoyub. Bir növ, adı simvollikləşdirib. Ruhi Mücerret “İstiklal Marşı”ndan misradır. Obrazına bu adı qoymaqla bir neçə qatlı dil oyunlarına gedir. Bir qəhrəmanının adı Fuji Fijerdi. Bu da fotoaparat firmasının adıdır. Sanki o, bu üsulla demək istəyir ki, brendlərin adları insanların önünə keçir.
Yetərincə populyar Azərbaycan romanları var. Bu romanların qəhrəmanlarının adı Ceyms, Uilyam deyil. Standart azəri adlarıdır. Deməli, əsas əsərdi. Əgər əsərdə adlar nəsə xüsusi sistemin tərkibi deyilsə, yəni adlara simvolik məna daşımırsa, onda mətn yaxşı olsun, personajın adını lap playstation da qoymaq olar.
– “Kitabçı” jurnalı ilə də əməkdaşlıq edirsən. İstərdim bir az da bu barədə danışaq.
– “Kitabçı”da Səlim Babullaoğlunun başçılığında maraqlı kollektiv formalaşdı. Bəlkə də, Azərbaycanda ilk dəfədir ki, jurnalın hər sayında xaricdən yazıçılar bizə yazırlar. Bu ədəbi əlaqələrin formalaşması yolunda çox unikal bir addımdır. “Kitabçı”da çalışırıq ki, qarşıdurmadan, şou-biznes abu-havasından daha çox, kitabların reklamına çalışaq. Amma həm də bunu çağdaş dilnən reallaşdıraq. Bir səhifə boyunca kitabın şəkli və yanında həmin kitab haqqında rezensiya, tanıtım yazıları veririk. Qərbdəki indi də işlək olan bu model, məncə, çox uğurludur. Hər sayımızda bir ana temamız olur. Bunun əhəmiyyəti odur ki, jurnalın daxili, vahid, davamlı bir sistemi görünür. İstinad nöqtəsi bizə yardımçı olur ki, bəlli səviyyəni saxlayaq.
Bizim 5-6 nömrəmiz çıxıb və maraq var. Düzdür, hələlik geniş maraq dairəsinə çıxmamışıq. Ancaq mənə elə gəlir ki, jurnalın arealı genişləndikcə, tirajı artıqdca effektivliyi daha çox olacaq. Düşünürəm ki, “Kitabçı” artıq Azərbaycan ədəbiyyat tarixinin çox ciddi faktlardan biridir.
– “Kitabçı” jurnalı bütün ədəbi cameənin arzuladığı bir jurnaldır. Hətta “Ulduz”u, “Azərbaycan”ı tənqid edəndə də, onlardan təxmini bu estetikada bir jurnal çap etməklərini istəyirdik. Ancaq indi “Kitabçı” sanki yazıçıların jurnalı deyil. Yəni “Alatoran” daha çox yazıçıların jurnalı idi, nəinki, “Kitabçı”.
– O jurnalın tipindən də asılıdır. “Alatoran” jurnalının tipologiyası bir az daha polemik idi. Polemikanın içərisində oldu-olmadı yazıçılar bu jurnala maraq göstərirdilər. “Alatoran” ədəbiyyat üçün çox ciddi işlər gördü. Mən özüm də “Alatoran”ı çox diqqətlə izləmişəm. “Kitabçı”nın yolu isə ayrıdır. Yaxın zamanda “Kitabçı”nın kitabxanası seriyasından dünya ədəbiyyatından kitablar çap olunacaq. Düşünürəm ki, maraq doğuracaq və öz auditoriyasını tapacaq. Qaldı yazıçıların jurnalı olmaq məsələsində, məncə, jurnal sırf yazıçıların olmasa, yaxşıdır. O məcaradan çıxmalıyıq. Bizdə yazıçı kafe açır, ancaq yazıçılar gəlir. Kitab buraxırıq, eyni vəziyyət olur. İmza günləri, kitab təqdimatları xeyir-şər məclislərinə oxşayır, tanış-biliş yığışır. Bu onun təqdimatına gedir ki, o da mənim imza günümə gəlmişdi və bu beləcə davam edir. Bu mənada “Kitabçı”nın tutduğu istiqamət fərqlidir.
Jurnalın müəyyən sanbalını qorumalıyıq. Akademik səviyyəni itirmək olmaz. Biz həmişə deyirik ki, Nadir Qafarzadələr daha məşhurdur. Ancaq polemikaların səviyyəsinə baxanda görürük ki, elə mübahisələr də Nadir Qafarzadə səviyyəsindədir.
– Yəqin ki, dünyaya çıxmaq barəsində fikirləşirsən. Hansı metodlarla dünya bazarına çıxmağı düşünürsən?
– Bunun bir neçə yolu var. Nüfuzlu mükafatlar olur, ora əsərini göndərirsən. Ya qalib olub tanınırsan, ya da, ən azı, maraq doğurursan. Başqa bir yol da budur ki, öz hesabına xarici nəşriyyatlarda çap olunursan. Ancaq gərək çalışasan ciddi nəşriyyatlar üzərində seçim edəsən. Yaxud da məşhur dərgilərdə sənin mətnin çap olunsun. Hər iki halda da gərək aparıcı xarici dillərə tərcümə olunasan. Bizim gənc yazıçılar bunu öz hesablarına cəhd edirlər. Məncə, artıq biz növbəti mərhələr keçməyin ərəfəsindəyik, yaxın on il ərzində nələrsə olacaq, hələlik “ümid edirəm” deyək.
– Bəs dünyaya çıxmaq üçün yeni nəsə yazmalısan, yoxsa elə bu günə qədər yazdıqlarınla dünya oxucusu səni qəbul edəcək?
– Daim yeni əsərlər üzərində fikirləşirəm. Uzun müddətdir bir roman üzərində işləyirəm. Həcmi çox deyil, ifadə tərzi də sadədir. Sadəcə, həm vaxta görə, həm də bəzi şeylər ürəyim istəyən kimi alınmadığı üçün proses uzanır. İndiyə qədər yazdıqlarımdan seçmələr edib, xaricə çap etdirə bilərəm. Demirəm ki, bütün yazdıqlarımın hamısını çap edərəm və dünyanı dağıdaram. Amma esselərimdən və şeirlərimdən seçmələr şəklində, ingilis dilində bir kitab fikrim var.
Hesab edirəm ki, çağdaş poeziyamız normal tərcümə olunsa, antologiya şəklində çap olunsa, dünyanın istənilən yerində reaksiya doğura bilər. Fransızların məsəli var ki, qonşunun otu həmişə daha yaşıldır. Qorxmaq, kompleksə düşmək lazım deyil. Sadəcə, dünyanın dilində danışmağı öyrənməliyik.
/kult.az/ – İstərdim
bir az keçmişə qayıdaq. Kitablarını yandırdığın vaxta. İndi o dövrə
baxanda hərəkətinə haqq qazandırırsanmı? Yoxsa bu sənə marjinal bir
addım kimi görünür?
– Mən kitablarımı kütləvi aksiyaya çevirib, nümayişkaranə şəkildə
camaatın gözü qarşısında yandırmadım. Bu öz daxilimdə, laboratoriyamda
baş verən bir proses idi. Hadisənin üstündən bir müddət keçəndən sonra
mətbuata dedim ki, mən yazdıqlarımdan imtina edirəm. Bunun üçün də
kitablarımı yandırmışam. Dünyada bunun təcrübəsi çoxdur. Hətta ən
məşhuru Frans Kafka ilə bağlıdır. O, dostu Maks Broda demişdi ki,
əsərlərinin hamısını yandırsın. Məşhur əhvalatdır, Maks Brod ona xəyanət
edir. Bu xəyanətin nəticəsidir ki, biz bu gün həmin əsərləri oxuyuruq.
Təbii ki, Kafkada vəziyyət başqadır. Mənimki Kafkavari vəziyyət deyildi.
Başqa nümunələr də olub, yazıçılar, şairlər erkən dövr
yaradıcılıqlarından imtina ediblər. Müəyyən müddət keçəndən sonra erkən
dövrdəki qələm məşqlərindən, oturuşmamış ədəbi qənaətlərdən imtina
etmək mümkündür, bir az da irəli gedib deyim ki, hətta vacibdir. Əgər
davamlı özünütəhsillə məşğulsansa, zaman ötür, fikirlərin cilalanır və
istəmirsən ki, əvvəl yazdıqların sənin ədəbi bioqrafiyanın içində
olsun. Amma bu o demək deyil ki, yazıçı hər dəfə yeni mərhələyə keçəndə
ondan əvvəlki körpüləri yandırmalıdır. Bu daha çox tələbəlik,
yeniyetməlik dövrünün yazıları üçün xarakterikdir. Vay o gündən ki, bir
gün Bartlbi sindromuna tutulasan. Yazmaqdan könüllü imtina etməyə
Bartlbi sindromu deyirlər. Bu haqda çağdaş ispan yazıçısı Enrike Vila
Matasın “Bartlbi və kompaniyası” adlı romanı var. Romandan müəyyən
hissələri şair-tərcüməçi Nicat Məmmədov, qalanını isə mən çevirmişəm,
yəqin yaxın aylarda çap olunacaq. Hamıya məsləhər görürəm, bənzərsiz
romandır.
– Yazıçı kitablarını yandırsa da, imtina da etsə, hər halda, bunları o yazıb.
– Yandırmaq fiziki mənada deyil ki, nəşriyyatdan kitabın bütün
nüxsələrini götürüb yandırasan. Bu, həm də bir növ simvolik xarakter
daşıyır. Yəni yazıçı bu yolla deyir ki, yaradıcılığımı qiymətləndirəndə,
həmin o imtina etdiyim yazılarımı nəzərə almayın, həmin yazıları mən
professional fəalliyətim saymıram. Yazıçı bunu dedi-demədi, onsuz da
kitab çıxıbsa, artıq bu ictimaiyyətin malıdır. Mənim sevib-sevməməyimdən
asılı olmayaraq, adamlar onsuz da həmin mətnləri oxuyacaqlar. Amma yenə
deyirəm bu mənim öz qiymətləndirməmdir. Bir də təkrar edirəm ki, bu
ayrı-ayrı müəlliflərin təcrübəsində var. İlk ağlıma gələnlərdən birini
deyim, tutalım, türk şairi Behçet Necatigil sağlığında bütün
yazdıqlarından seçib bir seçmə şeirlər toplusu dərc etdirmişdi. Bir növ,
cild-cild dərc olunan, hər nə gəldi içinə doldurulan seçilmiş əsərlərin
qarşısını almaq üçün.
– Bundan sonra İkinci Qismət adını götürdün. Ancaq bir müddət
sonra “İkinci” dən də imtina etdin. Tək fərq o olduki bu proses birinci
kimi səs-küylü olmadı.
– Bu təxəllüsü mənə dostumuz Salam Sarvan təklif etmişdi. Bu da
yaradıcılığımdakı birinci mərhələ ilə ikinci arasındakı fərqi göstərməyə
xidmət edəcəkdi. Bir müddət bu təxəllüsü istifadə edirdim. Ancaq
sonradan düşündüm ki, təxəllüsə ehtiyac yoxdur. Nümayişkaranə bir şey
etmədən onu yığışdırdım. Mənə elə gəlir ki, daha sadə, birbaşa daha
yaxşıdır. Onsuz kitabların üstündə, yazıların əvvəlində öz adımızla
mətnlərin önünə keçirik, ikinci bir ad artırıb həmin ərazini böyütməyin
mənası yoxdur.
– Bəs İkinci Qismət imzası ilə yazdığın yazılarla yenidən Qismətlə yazdığın arasında da fərqlər var idimi?
Əlbəttə, keyfiyyət fərqi vardı deyə bu ayrıcı təxəllüs fikri
doğulmuşdu. Ötəri yox, peşakar, sistemli fəalliyyətdə olanda, hər gün
mütləq mütaliə edəndə, çağdaş nəzəriyyələri, kinomatoqrafiyanı
izləyəndə, adamın içində get-gedə bilmədiyi hansısa sahələr işıqlanır və
təbii dəyişiklər baş verir. Fikirlər cilalanır, formaya düşür, yeni
məzmun qazanır. Mənim əvvəlki ədəbiyyat haqqında düşüncələrimlə indiki
düşüncələrim, demək olmaz ki, daban-dabana zidddir. Nüvə eynidir, ancaq
təbii ki, qaranlıq, çiy olan şeylər zamanla öz axarı ilə təmizləndi və indiki formasına düşdü. Gələcəkdə radikal dəyişikliklər olacağını düşünmürəm. Yalnız üzərinə əlavələr gələ bilər.
– Azərbaycanda hazırda tənqidin tənqidi gedir. Bir çox
hallarda deyirlər ki, tənqidçilərin dili çox intellektualdır. Sadə oxucu
bunu başa düşə bilmir. Necə düşünürsən, tənqidçinin əsəri kütləyə
hesablanmalıdır, yoxsa akademik çevrələrə?
– Mənə çox deyiblər ki, bəzən həddindən artıq akademik yazırsan. Amma
məsələ burasındadır ki, həmin yazılar kütləyə hesablanmayıb. Əgər
istəsəm daha çox pop dillə yazaram, necə ki, bəzən yazıram. Amma həmişə
belə olmur.
Umberto Eko deyir ki, mən pop ədəbiyyatşünasam. Yəni akademik,
fəlsəfi ciddi mətləbləri daha əyləncəli dillə, hamının anlayacağı dillə
yazıram. Bu, əlbəttə ki, yeni çağın təzahürüdür və məncə, çox yaxşıdır.
Bizdə tənqidin problematik cəhəti odur ki, yaradıcı ola bilmir. Yəni
tənqid köhnədən qalma klişelərlə, modellərlə işləyir. Halbuki, dünya
ədəbi tənqidi gəlib ona çıxıb ki, tənqid özü yazıçının yazdığı əsər kimi
yaradıcı olmalıdır. Elə təəsürat yaranmamalıdır ki, müəllif həmişə
yazıçının quyruğunda gedir. İndiki çağda tənqidçinin yazdığı mətn bədii
mətn qədər kreativ olmalıdır. Sən bir mətn götürürsən, içində bir xətti
müəyyənləşdirib, öz müstəqil mətnini qurursan.
Mən tənqidin modelləri ilə bağlı yazmışam. Tənqid modellərini şərti
olaraq dörd yerə bölmək olar. Tutaq ki, cəmiyyət mərkəzli tənqid var. Bu
metodda başlanğıc nöqtəsi hər şey əvvəldən əsərin xarici aləmlə,
cəmiyyətlə əlaqəsidir. Bu metodu özlüyündə üç qrupda ümumiləşdirmək
olar: tarixi, sosioloji və marksist tənqid. Mən bu metodu çox da
sevmirəm. Sonra var müəllif mərkəzli tənqid. Burda müəllifin
bioqrafiyası və məqsədi əsas götürülür. Bu metodun tərəfdarı olanlar
hesab edirlər ki, əsərin həqiqi mənası, anlamı müəllifin beynində
düşündüyü, planlaşdırdığı, ifadə etmək istədiyidir. Sonra gəlir mətn
mərkəzli tənqid. Bu xəttə aid tənqidçilər düşünür ki, ali təhsil
ocaqlarındakı ədəbiyyat dərsləri əsərlərin özünəməxsus tərəflərini
qavramağa, estetik tərəflərini təsbit etməyə, onlardan zövq almağa
yardımçı olmur, tələbələr əsərləri sosioloji sənəd, ya da əxlaq dərsi,
yaxud tarixi əsər kimi dərk edirlər və bu ziyanlıdır. Onların fikrincə
tənqidin məqsədi əsərin özünü analiz etmək olmalıdır. Müəllif mərkəzli
tənqiddə əsərin uğur ölçüsü səmimilik idi. Bizdə tez-tez bu sözü
eşidirəm, məni gülmək tutur. Bu yanaşmaya cavab amerikan “Yeni
tənqid”lərindən gəlib. Onlar deyirdilər, səmimilik ədəbi əsər üçün ölçü
ola bilməz, çünki müəllifin səmimi olub-olmadığını bilmək
qeyri-mümkündür. Həm də ki, müəllifin səmimi olması, pis əsər yazmasına
əngəl deyil. Kitab dünyası doludu səmimi olan, amma bir qara qəpik də
ədəbiyyat olmayan mətnlərlə doludur. Dalınca gəlir, oxucu mərkəzli
tənqin. İndiki dövr oxucu mərkəzli tənqidin dövrüdür. Mən bu metod
barəsində danışanda, həmişə deyirəm ki, elə bil, “sənət sənət üçündür”
ifadəsini dəyişdirib edirik “tənqid tənqid üçündür.” Məşhur yazıçı
Anatol Frans bir sözünü çox sevirəm, tez-tez sitat çəkirəm. Anatol Frans
deyir ki, yaxşı tənqidçi şedevrlərdən yazarkən, öz ruhunun macərasını
ifadə etməlidir. obyektiv sənət olmadığı kimi, obyektiv tənqid də
yoxdur.
Əvvəllər həmişə yazıçılar ilə tənqidçilər arasında bu barədə mübahisə
olurdu. Yazıçılar eqoistcəsinə deyirdilər ki, biz olmasaq siz
olmazdınız. Yəni mən yazmalıyam ki, sən də onu tənqid edəsən. Amma artıq
indi elə deyil. Düşünürəm ki, tənqiddə vaxtilə məşhur olan icmal
tipindəki janrlar da öz funksionallığını itirib. İndi dünyada
tənqidçilər özünü esse janrında ifadə edirlər. Çünki esse, akademizmlə
yaradıcılığın ortasında dayanır. Universitetdə
dərs deyəndə tələbələrimə esseni həmişə ilkin mərhələdə belə izah
edirdim. Lövhəyə pen sözünü yazırdım, deyirdim ki, pen həm ingiliscə
qələm deməkdir, həm də pen klublar filan var. Pen sözündəki p hərfini
poeziya kimi düşünün, yəni duyğuya aid tərəf, n hərfini isə nəsr kimi
düşünün, yəni rasionalizmə aid tərəf. E hərfi, yəni esse bu ikisinin tən
ortasında dayanır.
– Yəni necə ki, yazıçının öz oxucu kütləsi var, eləcə də
tənqidçinin öz oxucu kütləsi olmalıdır. Tənqidçinin oxucunu yönləndirmək
qabiliyyəti olmalıdır.
– Buna oxucunu yönləndirmək deməyək, ancaq ona müəyyən impulslar
verməlidir. Yönləndirmək sovet düşüncəsində idi, ideoloji xarakterlidir.
Elə bil bir tənqidçi hansısa əsər barəsində məqalə yazır, həmin
məqaləni oxuyan bütün adamlar o saat ağıllanır, düz yola gəlir, mətni
anlayır və hamı bir cür düşünür və s. Biz bayaq dedik ki, oxucu
mərkəzli dünyadır. Sosial şəbəkələrə ötəri baxmaq kifayətdir ki, bunu
görək.
Bəli, tənqidçinin bədii mətni yazıçının əsəri qədər oxunmalıdır.
Çağdaş türk tənqidində Semih Gümüş var. O, son 15-20 il ərzində yazdığı
kitablarla sübut etdi ki, tənqidi əsərlər roman qədər oxuna bilir. Çünki
Semih Gümüş akademizlə yumşaqlığın qızıl ortasını tapmış bir dillə, öz
mətnini yazan biridir.
Akademik yazılara gəldikdə isə, məncə bəzi məsələlər var ki, onun
vektoru yalnız bu məsələlərlə maraqlanan adamlara hesablanır. Bu müəyyən
bir dairənin müzakirəsi üçün yazılır. Çağdaş dünya pop dünyası, Gi De
Bor diliylə desək, tamaşa cəmiyyətidir, ama belədir deyə, dəbə uyub hər
şeyi poplaşdırmaq da olmaz. Ədəbiyyat bütün hallarda öz sanbalı
qorumalıdır.
Kalvinonun “Xəyali kitab rəfi” adlı essesi var. O, deyir ki, çox və
yaxud az satılmağından asılı olmayaraq, müəllif əsər yazmağa
başlayarkən xəyali bir kitab rəfini gözünün qabağına gətirir. Bu rəfin
içində müxtəlif növ kitablar var. Dostoyevski, Tolstoy, müxtəlif növ
detektiv əsərlər var. Sən kitab yazarkən, özünü kimin yanında görmək
istəyirsən? Əgər sən özünü zamanın sınağından keçmiş ədəbiyyatın yanında
görmək istəyirsənsə, deməli sən yazanda kütlə zövqündən yuxarını
düşünürsən. Amma yüngül ədəbiyyata maraq göstərənlər də bu kitabı
alırlarsa, bu da pis deyil. Hamı istəyir ki, onun kitabını daha çox
oxusun. Ən gözəli isə həmişə olduğu kimi qızıl ortadır. Çox akademizm
eqoizmə, çox pop isə manıslığa gətirib çıxara bilər.
– Bəs sənin oxucu kütlən nə qədərdir? Yəni səncə, kifayət qədər oxunursanmı?
– Mən bilmirəm oxucu kütləm nə qədərdir. Saytlarda və sosial
şəbəkələrdə yazdıqlarıma gələn reaksiyalardan deyə bilərəm ki, müəyyən
bir kütlə var. O kütlənin çoxunu şəxsən tanımıram. Onların mənə olan
münasibətini isə yalnız virtuallığa əsasən bilirəm. Bu səbəbdən konkret
statistika deyə bilmirəm. Altı ilə yaxın müxtəlif universitetlərdə
mühazirələr oxumuşam. Həmin mühazirələrə əsasən deyə bilərəm ki, müəyyən
adamlara, deyəsən az-maz da olsa fikirlərim təsir edib. Cəmi bir kitab
çap etdirmişəm, buna görə oxucu ilə bağlı nəsə böyük iddialarda
bulunmağım düzgün olmaz. İndi planımda var ki, esselərimi ayrıca nəşr
etdirim, sonra isə bəlkə seçmə şeirlər toplusu.
– İstərdim, söhbətimizin gedişatını bir az dəyişək. Gənc
yazarlarımız deyirlər ki, əsər yazanda qəhrəmanlara ad qoymaqda çətinlik
çəkirik. Ceyms Bondun etdiyi hərəkətləri Əhməd adında bir adama
etdirməyimiz qeyri-səmimi çıxır. Ən azından, oxucu bunu qəbul etmir.
Səncə, bu problemdən çıxış yolu nədir?
– Mən onu problem kimi görmürəm. Biz daim Qərb ədəbiyyatı və Qərb
filmlərinə pərəstişlə yanaşmışıq. Ona görə bizim beynimizdə belə bir
klişe formalaşıb ki, İzabella adlı qadın Fatma adlı qadından daha
gözəldir. Yaxud da qəhrəmanlığı Silvester edə bilər, amma Əhməd edə
bilməz. Bu, kütləvi kompleksdir. Pərəstişdən analiz mərhələsinə keçmək
lazımdır.
Bütün bu paradoksal, əcaib, qəraib fikirlər, avropaya, qabaqcıl
mədəniyyətlərə ancaq üzdən inteqrasiya etməyin yaratdığı komplekslərdir.
Necə ki, bəzi adamlar var, onların beynində, ürəyində hələ SSRi
dağılmayıb, eləcə də adamlar var ki, onlar inteqrasiyası düşüncə qatında
yox, məsələn, “kartoşka fri” səviyyəsində baş verib.
– Səhv etmirəmsə, Murat Menteşin kitabı haqqında sən də
yazmışdın. Elə Murat Menteş də “Ruhi Mücerret” romanında bu problemlə
üzləşdiyini deyirdi. Hətta o, çıxış yolu olaraq obraza ad və soyadı ilə
birgə xitab etməyin doğru olduğunu deyir. Məsələn, Polat Alemdar kimi.
–
Əslində, Polad Alemdar adının heç bir ağırlığı yoxdur. O ada ağırlığı
yükləyən həmin filmin şöhrətidir. Polad Alemdar adı Türkiyədə olan adi
adlardan biridir. Ancaq şöhrətdən sonra bu ad bizə parıltılı, sanballı
gələ bilir. Dərinə getsək, Polad Alemdar adı çox banal addır.
Menteş öz romanının adını “Ruhi Mücerret” qoyub. Bir növ, adı
simvollikləşdirib. Ruhi Mücerret “İstiklal Marşı”ndan misradır.
Obrazına bu adı qoymaqla bir neçə qatlı dil oyunlarına gedir. Bir
qəhrəmanının adı Fuji Fijerdi. Bu da fotoaparat firmasının adıdır. Sanki
o, bu üsulla demək istəyir ki, brendlərin adları insanların önünə
keçir.
Yetərincə populyar Azərbaycan romanları var. Bu romanların
qəhrəmanlarının adı Ceyms, Uilyam deyil. Standart azəri adlarıdır.
Deməli, əsas əsərdi. Əgər əsərdə adlar nəsə xüsusi sistemin tərkibi
deyilsə, yəni adlara simvolik məna daşımırsa, onda mətn yaxşı olsun,
personajın adını lap playstation da qoymaq olar.
– “Kitabçı” jurnalı ilə də əməkdaşlıq edirsən. İstərdim bir az da bu barədə danışaq.
– “Kitabçı”da Səlim Babullaoğlunun başçılığında maraqlı kollektiv
formalaşdı. Bəlkə də, Azərbaycanda ilk dəfədir ki, jurnalın hər sayında
xaricdən yazıçılar bizə yazırlar. Bu ədəbi əlaqələrin formalaşması
yolunda çox unikal bir addımdır. “Kitabçı”da çalışırıq ki,
qarşıdurmadan, şou-biznes abu-havasından daha çox, kitabların reklamına
çalışaq. Amma həm də bunu çağdaş dilnən reallaşdıraq. Bir səhifə boyunca
kitabın şəkli və yanında həmin kitab haqqında rezensiya, tanıtım
yazıları veririk. Qərbdəki indi də işlək olan bu model, məncə, çox
uğurludur. Hər sayımızda bir ana temamız olur. Bunun əhəmiyyəti odur ki,
jurnalın daxili, vahid, davamlı bir sistemi görünür. İstinad nöqtəsi
bizə yardımçı olur ki, bəlli səviyyəni saxlayaq.
Bizim 5-6 nömrəmiz çıxıb və maraq var. Düzdür, hələlik geniş maraq
dairəsinə çıxmamışıq. Ancaq mənə elə gəlir ki, jurnalın arealı
genişləndikcə, tirajı artıqdca effektivliyi daha çox olacaq. Düşünürəm
ki, “Kitabçı” artıq Azərbaycan ədəbiyyat tarixinin çox ciddi faktlardan
biridir.
– “Kitabçı” jurnalı bütün ədəbi cameənin arzuladığı bir
jurnaldır. Hətta “Ulduz”u, “Azərbaycan”ı tənqid edəndə də, onlardan
təxmini bu estetikada bir jurnal çap etməklərini istəyirdik. Ancaq indi
“Kitabçı” sanki yazıçıların jurnalı deyil. Yəni “Alatoran” daha çox
yazıçıların jurnalı idi, nəinki, “Kitabçı”.
–
O jurnalın tipindən də asılıdır. “Alatoran” jurnalının tipologiyası bir
az daha polemik idi. Polemikanın içərisində oldu-olmadı yazıçılar bu
jurnala maraq göstərirdilər. “Alatoran” ədəbiyyat üçün çox ciddi işlər
gördü. Mən özüm də “Alatoran”ı çox diqqətlə izləmişəm. “Kitabçı”nın yolu
isə ayrıdır. Yaxın zamanda “Kitabçı”nın kitabxanası seriyasından dünya
ədəbiyyatından kitablar çap olunacaq. Düşünürəm ki, maraq doğuracaq və
öz auditoriyasını tapacaq. Qaldı yazıçıların jurnalı olmaq məsələsində,
məncə, jurnal sırf yazıçıların olmasa, yaxşıdır. O məcaradan çıxmalıyıq.
Bizdə yazıçı kafe açır, ancaq yazıçılar gəlir. Kitab buraxırıq, eyni
vəziyyət olur. İmza günləri, kitab təqdimatları xeyir-şər məclislərinə
oxşayır, tanış-biliş yığışır. Bu onun təqdimatına gedir ki, o da mənim
imza günümə gəlmişdi və bu beləcə davam edir. Bu mənada “Kitabçı”nın
tutduğu istiqamət fərqlidir.
Jurnalın müəyyən sanbalını qorumalıyıq. Akademik səviyyəni itirmək
olmaz. Biz həmişə deyirik ki, Nadir Qafarzadələr daha məşhurdur. Ancaq
polemikaların səviyyəsinə baxanda görürük ki, elə mübahisələr də Nadir
Qafarzadə səviyyəsindədir.
– Yəqin ki, dünyaya çıxmaq barəsində fikirləşirsən. Hansı metodlarla dünya bazarına çıxmağı düşünürsən?
– Bunun bir neçə yolu var. Nüfuzlu mükafatlar olur, ora əsərini
göndərirsən. Ya qalib olub tanınırsan, ya da, ən azı, maraq doğurursan.
Başqa bir yol da budur ki, öz hesabına xarici nəşriyyatlarda çap
olunursan. Ancaq gərək çalışasan ciddi nəşriyyatlar üzərində seçim
edəsən. Yaxud da məşhur dərgilərdə sənin mətnin çap olunsun. Hər iki
halda da gərək aparıcı xarici dillərə tərcümə olunasan. Bizim gənc
yazıçılar bunu öz hesablarına cəhd edirlər. Məncə, artıq biz növbəti
mərhələr keçməyin ərəfəsindəyik, yaxın on il ərzində nələrsə olacaq,
hələlik “ümid edirəm” deyək.
– Bəs dünyaya çıxmaq üçün yeni nəsə yazmalısan, yoxsa elə bu günə qədər yazdıqlarınla dünya oxucusu səni qəbul edəcək?
– Daim yeni əsərlər üzərində fikirləşirəm. Uzun müddətdir bir roman
üzərində işləyirəm. Həcmi çox deyil, ifadə tərzi də sadədir. Sadəcə, həm
vaxta görə, həm də bəzi şeylər ürəyim istəyən kimi alınmadığı üçün
proses uzanır. İndiyə qədər yazdıqlarımdan seçmələr edib, xaricə çap
etdirə bilərəm. Demirəm ki, bütün yazdıqlarımın hamısını çap edərəm və
dünyanı dağıdaram. Amma esselərimdən və şeirlərimdən seçmələr şəklində,
ingilis dilində bir kitab fikrim var.
Hesab edirəm ki, çağdaş poeziyamız normal tərcümə olunsa, antologiya
şəklində çap olunsa, dünyanın istənilən yerində reaksiya doğura bilər.
Fransızların məsəli var ki, qonşunun otu həmişə daha yaşıldır. Qorxmaq,
kompleksə düşmək lazım deyil. Sadəcə, dünyanın dilində danışmağı
öyrənməliyik. - See more at: http://kult.az/yeni/view/4359#sthash.y9Y9Wsl5.dpuf – İstərdim

öyrənməliyik. - See more at: http://kult.az/yeni/view/4359#sthash.y9Y9Wsl5.dpuf
|