Niyazi Mehdi - Darlıqdan çıxmaq həsrəti
11.09.14

Artur Şopenhauer XIX yüzilin görkəmli filosofudur. Sağlığında ona elə də fikir verən olmamışdı. Çünki Hegel vardı və diqqət ona cəmlənmişdi. Sonra Şo­penhauer öldü və birdən-birə anladılar ki, o da böyük filosofmuş.

Bir az filosof adlarının mistikasından

Azərbaycanda bir az kitab oxuyanların, bir az qiyamçı olanların dilində Şopenhauerin, Nitsşenin, Freydin adı ayrıca bir əda ilə səslənir. Bu üç kişi Avropanın düşüncə yönümünü başqa səmtə yönəldib, başqalaşdırıb, ona görə də bu adlar başqalaşdırmaqla məşğul olan qiyamçı adamlara doğmadır. Bu üç kişi Avropa əxlaqının dəyərlərini də xeyli dəyiş-düyüşə salıb. Ona görə də əxlaqda dikbaş olanlara doğmadırlar. Ancaq Azərbaycanın qiyamsevər gəncləri, adətən, fəlsəfəylə əməllicə məşğul olmadıqları üçün dadlana-dadlana Artur Şopenhauerin, Nitsşenin, Freydin yalnız adını çəkirlər və sanki bu adların söylənməsi bütün enerji ilə yeni Doğruları açır.

Bir nəsnəyə fikir vermişəm. Həmin filosoflardan düşüncə söyləmək istəyəndə bizim özgün, orijinal düşünmək istəyənlərimiz fikri elə açırlar ki, mat qalırsan: budu onları vəcdə gətirən?! Burda nə var ki, onları belə tutub?!

Bu günlərdə ağlıma gəldi ki, mən də o üç filosofun hansındansa istifadə edim. İndi Artur Şopenhauerin bir ideyası əsasında dünyamızı düşünmək, dünyamızdan axan bəzi bilinmələri tutmaq istərdim. Hərçənd qorxuram ki, qınadığım gənclərin halına düşəm, ancaq yenə də yoxlayım. Əgər Şopenhauer əsasında maraqlı yozumlara, açımlara çıxa bilsəm, kimlərəsə filosoflardan isti­fadə etməyin yolunu göstərə bilərəm (deyəsən, bizlərdə özünü "yolgöstərən" adlandırmaq ədabazlıq sayılır, ancaq bilmirəm, hansı üslub fəndgirliyindən istifadə edim ki, belə görünməyim).

Artur Şopenhauerdən düşüncələr (doğrudan da, adı yaman səslənir)

Bu filosof söyləyir ki, istedadlı adamlar hövsələ ilə, səbrlə, ləzzətlə dünyanı, nəsnələri, olayları təmiz qavrayışda seyr etməyi bacarırlar. Bəs, təmiz qavrayış nə­dir?

Gözünüzün qabağına gətirin ki, dağlara, çəmənliklərə baxırsız və bu zaman cizgilər, boyalar sizdə çoxlu düşüncələr oyadır. Sərbəst düşüncə axını başlayır. Daha doğrusu qavrayışın "qapıları" landşaftdan dalğalanan bilinmələrə açılır. Bir qayanın görünüşü əzələlərini şişirtmiş kişini andırır, sonra həmin görünüş sizdə çıxığı-çöküntüsu ilə dəniz ləpələri haqqında düşüncələr oyadır, sonra bütün bunları, yəni bu görü­nüşü, bu çıxıntıları, çökəkləri min illər ərzində oyub düzəltmiş küləklər haqqında düşüncələrə buraxırsınız və belə-belə bir qayaya baxa-baxa düşüncələrinizlə dünyanı gəzib sonra yenidən qayaya qayıdırsınız.

Belə düşüncə gəzintiləri avaraçılıq deyil, bolluqdur və onun sonucunda bir nəsnəni, yəni bir qayanı min açımda duyursan, yaşayırsan. Artur Şopenhauer bu cür tamaşa edib düşünməyə "təmiz qavrayış" deyir, çünki belə qavrayış durğunlaşmış bir fikrin çərçivəsində qalıb bulantı vermir, tez-tez havasını dəyişir. Belə qavrayışda sonsuzluğun təmizliyi, seyrək yayğınlığı var.

Şopenhauerə görə, adi adamların təmiz seyrə, çox tamaşa etməyə hövsələləri çatmır. Adi adam neyləyir?

Adi adamların xasiyyəti

Belə kəslər bir az təmiz qavrayışla seyrə dalandan sonra tıncıxır, seyr etdiyi nəsnəni, olayı anladan anlayışa üz  tutur ki, onları həmin anlayışın altına qoyub, işığına tutub anlasın. Məsələn, anlayış deyir ki, "yaramaz bir çox əxlaq qaydalarına yaramayandır". Adi adam yaramaz adamı bu "yaramaz" anlayışının çərçivəsində düşünəndə rahatlıq tapır. Adi insanın dəqiqədəbir anlayış axtarıb, ona söykənməsi Şopenhauerin dediyinə görə  tənbəl adamın bir az ayaq üstə durandan sonra kətil axtarmasına bənzəyir.

Anlayış nədir? Anlayış aid olduğu olayların ən xarakterik özəlliklərini anladan sözlər və onların anlamlarıdır. Tutalım, su anlayışı “duru, adi halında şəffaf olan, göydən yağan, dənizdə olan, çayla axan” bilinmələrini verir, beləliklə, anlayış öz nəsnələri haqqında bir neçə xarakterik cizgiləri bildirir, ona görə də Şopenhauerin fikrincə, anlayışlarla işləməyə öyrəşmiş şüur hər şeyi çox tez tükənmiş sayır. Rast gəldiyi nəsnəyə marağı çox tez sönür, çünki həmin nəsnə onun üçün çox tez tükənir, axı anlayış söyləyir ki, bunda bir-iki cəhət var.

Bax, ona görə də adi adam­lar təbiətin qoynunda çox qala bilmir. Onlar təbiətdə darıxırlar.

/kult.az/

- See more at: http://kult.az/yeni/view/4314#sthash.Ii1d3jOT.dpuf

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.