Cavanşir Yusifli - "Müşfiq - yuxuda yazılan şeirlər"
09.09.14

Bir şeirin dedikləri

    Mikayıl Müşfiq fərqli bir şairdir – yaşadığı, yaradıcılıqla məşul olduğu dövrdə və qətlindən keçən illər ərzində. İnanıram ki, bundan sonra da belə olacaq. Fərqlilik, türfəlik, xəyalının qəribəliyi, şair kimi onu hamıdan fərqləndirməsi... fikrimcə, Müşfiq poeziyasını bu aspektlərdən araşdırmaq daha faydalı və perspektivli ola bilər. Şairin üslubunu, yazı tərzini, dünyaya gətirdiyi mətləbləri dərindən-dərinə öyrənmək üçün şairin xəyal aləmini, bu “məmləkətin” ərazisini (gözün tuta bildiyi qədər-!) öyrənmək şərtdir. Bizdə bu incə məsələnin araşdırılmasına rast gəlməmişəm, biri istisnadır: Məsiağa Məhəmmədi, “Qəribə xəyallı şair”. Adı çəkilən məqalədə Saib Təbrizi haqqında deyilir ki, onun adı tez bir zamanda bütün dünyaya yayıldı, şeirləri uzaq Hindistandan vətəni Azərbaycana qədər əl-əl gəzdi, bütün şeir məclislərində onun qəzəlləri oxunur, təhlil edilir, bu mətnlərə cavablar yazılırdı. Onun qeyri-adi obrazları hamını heyrətə gətirirdi. Müşfiq də, fikir vermisinizsə, ilk növbədə məhz qeyri-adi obrazları ilə dillər əzbəri olmuş, onda poetik mətndəki mətləbi özünəməxsus şəkildə - qırçın suların, quş kimi civildəşən yarpaqların səsinə bürüyərək çatdırmaq istedadı vardı. Və ya əksinə: Müşfiq  illər boyu ruhunda hasil olan qənaəti intonasiya qəlibinə salıb ucu-bucağı görünməyən şeir şəklinə sala bilirdi və sonradan bu əraziyə səpilən toxumlar onun libasında nə qədər gözəl parçalar yaratdı. (...mən dönsəm də, sən dönməzsən / yaşa könül, yaşa könül!). Adicə sevgi şeirində (“Sənin gülüşlərin”) onun xəyalı – təhlil etmək istədiyimiz nəsnə bir anlıq özünü görsədir, sonra ipək tül kimi misralara bürünərək yox olur, bu mənada fikrimcə Müşfiqin şeirlərinin qəribə xassəsi (bədii obrazın batıb-çıxması, görünüb yox olması, başqa sözlə, bədii fəhmin sözün”dibinə” qədər nüfuz etməsi-!) gerçəklikdə aşıb-daşan materiyanı xatıladır. Səhəngin, adicə su qabının  günün hələ öləzimədiyi çağlarda aşıb daşması kənardan baxanda ətrafdakı yarpaqların yaşılını da dəyişdirir. Adi bir detalın gücünüə təbiətin rəngləri dəyişir. Bu mənada Müşfiq adicə bir detalla poetik palitrada rəngləri bir-birinə qatışdırıb görünməmiş ecaz yarada bilirdi. Nə mənada? Şeirdə belə misralar var:
...Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?

Başqa sözlə (yəni, səbəb olaraq söyləyim), bu obrazlar gerçəkliyə yuxudan gəlirdi. Bu obrazlar real gerçəkliklə utopik gerçəkliyin (yuxunun) sərhəddində yaranır, özündə hər iki tərəfin iqlimini birləşdirdiyi üçün gerçəklikdə gördüyümüz ən adi şeylər bu ərazidə xüsusi görkəmi, fərqli mənaları ilə diqqəti cəlb edirdi. Belə deyək, gün altında su qabının daima aşıb-daşması da əslində yuxu fraqmentidir, bu obraz və detallar yuxu aləmindən çəkilib gətirilir, yazan adam, təsvirçi ancaq ona məsafədən tamaşa edə bilir. bax bu, cıdırda sənin həm tamaşaçı, həm də yarış iştirakçısı olmağın kimidir (at belində-!). Ümumiyyətlə bədii obrazın təhlilində bu cəhət – onun iki aləımin yolayrıcında, sərhəd situasiyalarında yaranıb meydana gəlməsi nəzərə alınmalıdır. Bəzən Müşfiqdə bu sərhəd situasiyaları kor bucaq altında son dərəcə şərtiləşirdi, mətndə cilvələnən, pərvəriş tapan xəyalı qədimdən itən, itkin düşən şeylərin tapılması anlamına gəlirdi. Elə bu səbəbdən “Küləklər” sadəcə yazılmırdı, Müşfiq üslubunda kəşf edilirdi. Qiblə yellərinə bənzəyirdi. Fikir verin: Gözləri qibləyə açılan hasarlı binalar /Dinləmiş əzəldən səsini/Papaqlı atalar, çadralı analar /Ötürmüş köksünü sayəndə /..Damağdan düşənlər/ Ürəyi şişənlər /İlk bahar seyrinə çıxmayan/ Özünü dağların döşünə yıxmayan /Sinəsi dağlılar /Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar dəxilin olmuşlar... Məlum mülahizəyə görə poeziyada bütün cəhdlərin sonunda belə bir niyyət dayanır ki, burada hər şey mahiyyətin özünə qədər sıxılsın! Bizim tənqid və ədəbiyyatşünaslıqda çox zaman məna ilə məzmun qarışdırılır. Unudulur ki, “dil həmişə formalar sistemidir, məna isə formaların növ müxtəlifliyidir, variasiyalardır” (R.Bart).  Ən kiçik “məna vahidi”ndən başlayıb əşyanın özünə qədər sıxılan, onun özünü bir məna kimi tapmaq ehtirası “Küləklər” şeirini – şeirin hüceyrələrində “oturan” hərəkəti dirildir və oxuda fasilə imkanı istisna edilir: Diqqət edin:
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman o səyyah küləklər bixəbər
Bir yaxın eş kimi qapımı döyərlər
Küləklər, küləklər
Hayqıran küləklər
Dünyanı dolaşan
Qışqıran küləklər!

Yaxud:

.... Ey çılğın küləklər, nəşəniz daşrkən,
Könlünüz sirrini aləmə açrkən,
Məni də alınız
Uçayım dağlara,
Qəlbimdə nə varsa,
Açayım dağlara!

Müşfiq ənənəvi formalarda yeni məzmunun, yeni mənaların ifadə edilməsində demək olar yeni cəbhə açdı.
Müşfiqin həyat yoldaşının da xatırlatdığı kimi, birdən olurdu ki, gecələr hövlnak yerindən durur, yuxuda gördüyü şeirləri varaqlara köçürürdü. Xarakterindəki çılğınlıq, xəyalının çevrələdiyi səmanın sonsuz, geniş olması, ruhunun yazıda çox incə, həssas məqamlara tuş gəlməsi... bütün bunlar onun poetik mətnləri haqqında xüsusi modusda bəhs etməyi şərtləndirir. Rəzul Rzanın Müşfiqə həsr etdiyi poemanın adı da təsadüfi deyildi: qızılgül olmayaydı. Bu xəyalın, incə ruhun özəlliyi onun ürək yandıran gözəlliyində idi. Yenə Saib Təbrizi demişkən: ....könül pərdələrində eşqi pünhan eyləmək olmaz. Yaxud elə Müşfiqin özü demişkən: Mehribanım, baği-eşqin ey müəttər süsəni/ Qoyma öpsün gizlicə hər bülbülü-bədxa səni... Elə bir şahanə gözəllik ki, bədbəxtlik həmişə yanını kəsdirir, bir addım belə ondan aralanmırdı. Müşfiqin şeirlərində bu damar, bu keyfiyyət həmişə hiss edilir, onları oxucunun qəlbinə yaxınlaşdıran xüsusiyyətlərdən ən ümdəsi zənnimizcə, elə bu olmalıdır. Bu kateqoriya (“şair xəyalı”) klassik poeziya havasında cilvələnərək klassik aşıq poeziyasından incə bir xətt kimi keçən və fikrimizcə aşıq yaradıcılığının tədqiqatçılarının bütün təsadüflərdə nəzərindən qaçan “könül” obrazı ilə birləşir və dünyaya təkrarsız bir şair gətirir. Onun bu məqalənin mətləbini təşkil edən məşhur “Küləklər” şeiri adı keçən təkrarsız şairin naturasını bəlirləmək mənasında xarakterikdir. Elə bu məqsədlə bayaq yada saldığımız könül obrazına qayıdaq. “Könül” aşıq poeziyasında bəlkə də anadillərin çağırdığı, bulmaq istədikləri nəsnədir, elə bir nəsnə ki, aşiqin, aqilin... eşq dəryasına batan hər bir kəsin özündən qabaqda gedir, əlac ona qalır ki, əl atıb tuta bilmədiyi könlünə başına gələnləri danışsın. Dərdin danışıldığı bu nəsnə bir də görürsən şikayət obyektinə də çevrilir. Bu hər şeyin fəna pisləşdiyi, qəliz vəziyyət yarandığı anda hər şeyi könlünün, dəli könlünün üstünə yıxması aşıq poeziyasında xüsusi ortam yaradır. Nəvaidə işlənən “telba könül” (dəli könül), Abbas Tufarqanlıda “dəli könlüm” (dəli könlüm nə divanə gəzirsən...) sırası müasir poeziyada, XX əsr ədəbiyyatında ilkin sifətini qoruyub saxlayır. Hətta “könül” sözünün işlənmədiyi qoşmalarda belə onun yeri, damğası, daha doğrusu qarsıdığı yer apaydın görünür. Bu çərxi-fələyin nərdivanı var / düşən ağlayarmış, qalxan gülərmiş...
Müşfiqin ritm sistemində iki şeyin baş-başa gəlib sonra haçalanması və nəhayətdə qovuşması hadisəsi baş verir. Klassik poeziyanın yaddaşında yaratdığı son dərəcə orijinal anımlar, obraz və detallar yaddaşın elə bil dünən yaşanan, dolan hissəsinə keçid edir, folklorun ondan kəskin fərqli işarələri ilə yüklənir, bu iki sistem onun poetik ladında elə qovuşur ki, şeirin hansısa boşluğu labələb doldurması təəssüratı yaranır: Şairləri qanadında bəsləyən/ İnsanların həyatını süsləyən / İncə ruhlu mələklərə and olsun/ Boynundakı dalğa-dalğa tellərə/ Qaşlarının altındakı sellərə/ Qəlbindəki istəklərə and olsun!
Müşfiqdə bu müraciətlərini “ürək sarsıntıları” şkalası üzrə izləsək, çox qəribə bir mənzərə yaranar:  
Beləliklə:
Şimşək kimi buludları qovaraq,
Verdim parlaq çiçəklərə könlümü....
Sonra:
Mənim könlüm deyir ki,
Hələ bunlar nəıdir ki...
Ay işığı, dolu ürək, yaşıl bağ
Qızğın günəş, sərin çeşmə, qarlı dağ...

Yaxud:
Ah, bu uzun sevda yolu
Vurulurmu başa könül!
Nişan aldım, kaman tutdum
Dəydi oxun daşa könül!
Bir od düşdü buluduna
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şüşə könlüm!

Və nəhayət “Küləklər” – bu şeirdə könlün özü var, şair bir işarə kimi yoxa çıxıb, gerçəkliyin əngəllərindən qurtulub. Şair mətndə son damlasına qədər əriyib yoxa çıxıb. Belə bir deyim var: o uzun bir ömür yaşadı, qırx dördündə öldü... Belə bir deyim də var: Müstəbidlər başa düşmür şairləri, o zaman ki, başa düşür, fərman verir ölümünə... Hegel yazırdı ki: «mənim nitqimdə elə bir xəbərdarlıq ehtiva edilir ki, bax, elə bu dəqiqə dünyaya ölüm göndərilib, o, qəfildən mənimlə, danışan şəxslə mənim müraciət etdiyim adam arasında peyda olub; bu ölüm bizi ayırır, aramızda elə bir məsafə yaradır ki, həm də ayrıla bilməyək». Ölüm yazanın həm nişahgahı, həm də bəraətidir. Başqa bir müəllifdən: “...ölüm dilə yiyələnir, onu bir məmləkət kimi ələ keçirir və o, total dematerializasiyanın, mortal karnavalın növbəti qurbanına çevrilir; o artıq özünün əsas funksiyalarını icra edə bilmir: təsvir etmək, göstərmək, müəyyənləşdirmək: ancaq dil – ölüm,-deyə səslənə bilər. Və burada partlayış baş verir – məkan dışına açılan pəncərə, qara xronotop deşiyi, bu məkanda ölüm dəqiq təsəvvürün sərhədlərindən kənarda, sərhəddən o taydakı şizoid diskurs ilğımında necə olmasa da dəf edilən və yaşanan işarəvi hadisəyə çevrilir”.
    Yuxuda olacaq şeylər gerçəklik qatına çıxarılana qədər mətn yuxunu, yuxu isə gerçəkliyi əvəz edir və bu «gizlənpaç» oyununda əsas ağırlıq mərkəzi mətndənkənar əlaqələrin üzərinə düşür, çünki «yuxudan oyanmaq» sadəcə sürəkli silkinməni tələb edir. Mətndənkənar əlaqələrə güclü və sürəkli meyl janrın hərəkt ritmini dəyişdirir, şərtilik işarələri ilə gerçək işarələr arasında əvəzlənmə oyunu sıxlaşır. Bədii mətndə elə şeylər danışılır ki, az qalır ki,  «bu lap yuxuda ola bilərdi!» deyəsən. Müşfiqin şeirləri və ölümü də belədir: bu lap yuxuda ola bilərdi... Ancaq yenə də:
Yaşa könül, yaşa könül!

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.