Nigar Bilalova - Uşaqlarınıza telefon nömrənizi öyrədin
09.07.14

Mən yazar filan-deyiləm. Sadəcə bir neçə gün əvvəl gördüyüm hadisəni yazıb sizinlə bölüşmək istədim. Facebook dostluğumda olan yazar dostlarımdan bu yazıma görə üzr istiyirəm (xoşunuza gəlsə deyin).


Bir neçə gün bundan əvvəl dəniz kənarı bulvarda ailəvi gəzintidə idik. Qarşıma velosiped sürən bir qız çıxdı. Bu balaca qızın əynində güllü, arxası düyməli don vardı. Xəbəri yox idi, lakin donunun düymələri açılmışdı. “Çərxi fələk” deyilən əyləncə qurğusunun qarşısındakı geniş ərazidə dayananda düymələrini bağlamaq məqsədi ilə yaxınlaşdım, əyilib düymələrini bağlamağa başladım. Ağlamağını və hıcqırıqlarını eşidib, üzünü özümə tərəf çevirdim. O məsum gözlərini mənə zilləyib:
-Anam itib, mən də itmişəm, anamı tap” - dedi.
Onun ağlamağına bəzi adamlar  ayaq saxlayıb baxırdılar, amma nədənsə heç kim yaxın durmurdu. İçin - için ağlayan bu qız birdən nömrə dedi. Kimin telefon nömrəsidir? - deyə soruşdum.
-Anamın nömyəsidi, zənc elə?!
-Ağlama balaca ananı tapacam”, - deyib, onu qucaqladım. Və dəfələrlə təkrarladığı nömrəyə zəng vurdum. Telefona bir kişi cavab verdi:
-Buyurun kimdi? – dedi.  Mən də qızdan adını soruşdum. Şirin uşaq ləhcəsi ilə ”Qumyaldı, adım Qumyaldı”, - dedi.
-Sizin Qumral adında qızınız var?
-Var, hardadı, - dedi.  
-Narahat olmayın, buradadı, - dedim.
Bu zaman bizə tərəf bir qadın gəlirdi. Ondan:
-Bu sizin qızınızdı? - deyə soruşdum.
-Hə mənim qızımdı, bayaqdan axtarırıq.
-O da sizi axtarır, - dedim və təşəkkür eləyib, sağollaşıb getdim.

İndi deyəcəksiniz ki, bu qədər niyə uzun-uzadı yazdı? Səsim hər kəsə çatmasa da, amma deyəcəm, burdan üzümü uşağına, dili ana-ata deməyə alışmamış söyüş öyrədənlərədir. Uşağa ağıllı nəsə öyrətməkdənsə, söyüş öyrədənlərədir. Uşağınıza şeir, nağıl və ən əsas da nömrənizi öyrədin. Yoxsa kı, babanı söy, əmini, dayını söy, sonra da fəxr olmuş bir iş kimi axırda əl çalıb, uşağı göyə atıb tuturlar.

O balacanın valideynlərinə isə halal olsun deyirəm ki, uşağa söyüş əvəzinə nömrə öyrədiblər. Bizim də ailədə körpə böyüyür, bacımın oğludur. İnşallah, danışmağa başladığında ilk işim ona telefon nömrəsi öyrətmək olacaq.

Bu yaxınlarda tanıdığım iki uşaq da itmişdi, əgər nömrənizi öyrətsəydiz tez tapardız və o həyacanı o qədər də yaşamazdız.

Mənlik bu qadər, sona kimi oxudunuzsa türklər demişkən “ne mutlu bana.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.