Sayman Aruz: “Anarın təhqir olunmasına necə dözə bilərəm?” - MÜSAHİBƏ
07.07.14

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri, şair Sayman Aruzla müsahibə

 

– “Yüz ilin inqilabı” kitabından sonra yaradıcılığınızda durğunluq hiss olunur. Siz daha çox Yazıçılar Birliyinin katibi kimi nəzərə çarpırsınız, bunun səbəbi nədir?

  Başım işə qarışıb. Qurultaya hazırlıq da xeyli vaxtımızı aldı.  “A hərfinə uduzmaq” adlı şeirlər kitabımı altı aydır ki, nəşriyyata vermişəm.  Ancaq hələ də gedib götürməyə imkanım yoxdur. Təşkilati işlər yaradıcılığa kölgə salır. İnsan  psixoloji baxımdan o qədər yorulur ki, şeir, ədəbiyyat ümumiyyətlə,  yada düşmür.

“Yüz ilin inqilabı” kitabının ikinci hissəsi olan “Bizi öldürməyə gəlirlər” romanını yazmışam, ancaq imkan edib  çap etdirə bilmirəm. Vaxtım yoxdur ki, oturum yenidən oxuyum, düzəlişlər edim. Gələn ay məzuniyyət götürmək və yarımçıq işlərimi tamamlamaq istəyirəm.

– Yeni romanınızın əsas mövzusu yenə Güney Azərbaycan olacaq?

 Mənim yaradıcılığımda əsas yeri insan mövzusu tutur. Güney Azərbaycan da təbii ki, yaralı yerimdir. Ancaq mənim əsas motivim  insandır. Dünyada yaşayan hər kəs mənim gözümdə eynidir. Avropa Birliyi yarananda bir şüar var idi ki, biz böyük bir kəndik. Onlar dini-milli baxımdan  bütövləşə bilmişdilər. Ona görə də sərhədləri götürdülər, hərbi-iqtisadi müstəvidə birləşdilər. Ancaq bizdə o yoxdur. Mən də üstünlüyü millətimin problemlərini bədiiləşdirməyə verirəm.

Ədəbiyyatın  müxtəlif vaxtlarda fərqli-fərqli rolu olub. Vaxt olub  jurnalistika səviyyəsinə düşüb, vaxt olub inqilabçı olub. Bizim ədəbiyyatımız isə dirçəliş və dirəniş ədəbiyyatıdır. Xüsusilə də cənubdan gələnlərin ədəbiyyatı belədir. Necə ki, Söhrab Tahir bu yaşında o hisslərlə yaşayır.

 Güney Azərbaycan ədəbiyyatı şimalda necə təbliğ olunur? Hansı problemlər var?

– Çox yaralı yerimə toxundun. Bu, elə bir sualdır ki, mən istəyirəm həmişə gündəmdə olsun.  Biz ayrılmış xalqıq. Dünyada bir çox xalqlar birləşdi. İndi Koreya ilə biz qalmışıq. Biz ən azından mədəni və virtual baxımdan birləşməliyik. Bundan sonra torpaqlarımızın birləşməsindən danışa bilərik. Bu yolda irəliləmək üçün güclü maddi imkanlara sahib olmaq lazımdır. Mən Güney Azərbaycan ədəbiyyatı şöbəsində təkəm. Buranın tərcüməçisi, saytı, jurnalı olmalıdır. 40 milyon insanı tək əhatə etmək olmaz. Mənim kimi adamlar nə qədər əziyyət çəksə də, xeyri olmayacaq. Amma yenə də əziyyəti keçən hər kəsə təşəkkür edirəm ki, ən azından Güney Azərbaycan ədəbiyyatı şöbəsini yaratmaqda kömək etdilər. Ancaq bu, hələ tam deyil. Hər baxımdan dəstəyə ehtiyacımız var. Bu yaxınlarda güneydən bir şair gəlmişdi. Rəsul Rza mükafatı alıb geri qayıtdı. Onun bütün xərclərini şəxsən özüm ödədim. Bunları mən etməməliyim. Hansısa himayə olmalıdır.

 Həmid Herişçi belə bir fikir səsləndirmişdi ki, Güney Azərbaycan ədəbiyyatı şimala nisbətən çox inkişaf edib. Onun şimalda təbliğinə elə də böyük ehtiyac yoxdur. Bu fikirlə razısınızmı?

– Cənubi Azərbaycan ədəbiyyatının üzü həmişə Avropaya tərəf olub. Orada tərcümə ədəbiyyatı çox güclüdür. Dünyada çıxan kitablar bir həftə sonra orada çap olunur. Bizim uşaqların postmodernist şeirləri olub. Şəhər və kənd ədəbiyyatı mövzusunda polemika gedirdi. Qətiyyətlə deyə bilərəm ki, şəhər ədəbiyyatı Cənubi Azərbaycanda var, ancaq şimalda yoxdur.

Bizim ortaq ədəbi dilimiz olmalıdır. Buranın  ədəbi dili çox quru təsir bağışlayır. Fars, ərəb sözlərindən təmizlənməyib. Mənə çox deyirlər ki, şimaldakıların yazıları rəsmi çıxışlara oxşayır, sünidir, ərəb-fars sözlərindən təmizlənməyib. Buna görə də bütöv ədəbi dil yaranmalıdır. Ədəbiyyatımızın parçalanmasının qabağını almalıyıq.

– Yazıçılar Birliyinin qurultayında siz də Anar müəllimə səs verdiniz. Sizcə, Anar müəllim güneyli yazarlar üçün ideal namizəddir?

– Mən bu məsələlərə Təbriz gözü ilə baxıram. Şimali Azərbaycanda Anar müəllim göz qabağındadır deyə, onun qədrini bilmirlər. Bu sözü sizə dörd il ərzində bir dəfə də olsun onun otağına hansısa xahişlə girməyən bir adam deyir. Ona həmişə böyük yazıçı olduğuna görə hörmət etmişəm. Fəxr edirəm ki, onun kimi birinin yanındayam, onun işçisiyəm. Başqaları necə düşünür-düşünsün, özü bilər. Güney Azərbaycan ədəbiyyatı şöbəsi illər əvvəl böyük şantajlara məruz qalırdı. Onda Anar müəllim bizi dəstəklədi. Komissiyanı şöbə səviyyəsinə qaldırdı. Buna görə də düşünürəm ki, o, müqqəddəs insandır.

– Sayman bəy, sizə Şimali Azərbaycandakıların bəziləri  İran casusu cənubdakılar isə mübarizəni qoyub qaçmış adam kimi baxır. Bu cür fikirlərin arasında yaşamaq, yaradıcılıqla məşğul olmaq çətin deyil ki?

– Bu təbiidir. Söhrab Tahir deyir, 60 ildir burada yaşayıram, hələ də mənə iranlı şair deyirlər. Biz bu düşüncəni insanların beynindən çıxarmaq istəyirik. Sayman Aruzun fəaliyyəti Cənubi Azərbaycana xeyir edir. Axı niyə, kimsə onun arxasınca danışır? Deməli, bunların hamısı yanlışdır. Cənubda da mənim burda olmağımı istəməyənlər var. Çünki Saymanın otağının qapısına Cənubi Azərbaycan ədəbiyyatı sözləri yazılır. Azərbaycanın birliyini istəməyənlər bu cür fikirlər deyə bilərlər. Vaxt gəlib qələm götürmüşük, vaxt da gəlib küçələrdə on minlərlə adamın qarşısında şüarlar səsləndirmişik. “Nə sağçıyıq, nə solçuyuq, biz ölməyə hazırıq”, “Biz ölməyə hazırıq, Babəkin sərpazıyıq” şüarları hamısı mənim şeirlərimdi. Alın yazısı yapışdı qulağımdan, gətirdi məni buralara. Buradaki şərə, şantaja mən idim ki, dözdüm. İndi bütün bu söz-söhbətlər səngiyib. Baxın, Allahın düşməni çoxdur, ya mənim? Bu boyda kaniatı yaradanı qəbul etmirlər, mən kiməm? Mən də böyümək yolundayam, ona görə də daş atırlar.

 Bir vaxtlar Azad Yazarlar Ocağına yaxın idiniz. Daha sonra birdən-birə Yazıçılar Birliyinə üzv oldunuz. Bu addımınız AYO-ya xəyanət idi, yoxsa mübarizəni AYB-də aparmaq istəyi?

– İnsan dünyanın harasında olursa olsun, azad olmalıdır. Mən cənubdan bura gələndə hamı ilə, o cümlədən, Rasim Qaraca ilə dost idim. İndi də dostam. Yazıçılar Birliyində olmağım o demək deyil ki, kiməsə qarşıyam, kimisə satmışam. Ancaq mən bir şeylə razılaşmıram. O da ağsaqqallarımıza olan təhqirdir. Axı Fikrət Qocaya, Anara olan təhqirə necə dözə bilərəm? Bəs əxlaq, tərbiyə hara getdi?  Sən Azərbaycan ədəbiyyatına xidmət etmək istəyirsənsə, qollarını çırmala, gəl kömək et. Sayman Aruz cənubdan gəlib, burada şöbə müdiri ola bilirsə, sən də nələrsə edə bilərsən.

 Atanız hazırda İranda yaşayır. Sizin fəaliyyətinizə görə ona narahatlıq yaratmırlar ki?

– Bir ara müəyyən narahatlıqlar var idi. Ancaq son zamanlar vəziyyət səngiyib. Əvvəllər psixoloji baxımdan təsir edirdilər. Bələdiyyə incidirdi. Mağazasının qabağına beş tonluq daşlar qoyurdular ki, mağazanı aça bilməsin. Bu barədə çox danışmaq istəməzdim.

– AYB-nin son qurultayında Cənubi Azərbaycan ədəbiyyatına yer verilmədi. Heç sizin çıxışınız da olmadı.

– Doğrusu, mənə söz veriləcəyini gözləyirdim. İdarə Heyətində bir nəfər də olsa cənublu yoxdur. Ən azından mən ora düşə bilərdim. Görünür, məsləhət görməyiblər. Mən Azərbaycanın səsini çatdırmaq üçün burdayam. Ona görə də bu məsələlər barədə böyük narazılığım yoxdur. Ancaq istərdim ki, çıxışım olsun.

– İranda Ruhani prezident seçildikdən sonra bir çoxları düşünür ki, burada müsbətə doğru dəyişiklik baş verdi. Siz bu barədə necə düşünürsünüz?

– Urmiya gölü yenə də quruyur. Bizim orada nə qədər dostumuz hələ də cəza çəkir. Günü-gündən bahalaşma gedir. Biz elə də böyük dəyişiklik görmürük. Ana dilində məktəb açmağa yenə də icazə vermirlər. Sadəcə olaraq, dövlət özünü qorumaq üçün Amerika və Avropa ilə münasibətlərdə yumşalmalara gedə bilər. Ancaq millətin həyatında heç bir təsir hiss edilmir.

/1937.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.