Anar AYB-nin XII Qurultayından yazdı
13.06.14

2014-cü il  iyunun 17-də  Azərbaycan Yazıçılarının XII Qurultayı başlanır. Son Qurultayımızdan on il ötüb. Nizamnaməmizə görə qurultaylarımız hər beş ildən bir keçirilməlidir. Amma  təəssüf ki, obyektiv  səbəblərdən Nizamnamənin bu bəndinə bəzən riayət edilməyib. Üçüncü  Qurultayla Dördüncü Qurultaylar arasından yeddi il, Doqquzuncu  Qurultayla Onuncu  Qurultay arasından altı il keçib. 1934-cü ildə çağrılmış Birinci Qurultayımızla 1954-cü ildəki İkinci Qurultayımız arasında  isə tam iyirmi il  ara var.

On ikinci Qurultayımızın beş il yubanmasının da  obyektiv səbəbləri var. Bu arada Birliyimizin binası uzun müddət ərzində  əsaslı təmirə dayandı.

 2009-cu ildə təşkilatımızın 75 illiyi çoxlu xarici qonaqların iştirakıyla  qeyd edildi. Həmin günlərdə Bakıda  "Sərhədsiz söz" Beynəlxalq Yazıçılar Təşkilatının da toplantısını keçirdik  və bu təşkilata sədarət növbəylə Azərbaycana həvalə olundu. Bu illər ərzində  Birliyimizin fəal iştirakıyla bir sıra   Beynəlxalq səviyyəli tədbirlər, o cümlədən geniş miqyaslı ədəbi tədbirlər  keçirildi, klassiklərimizin yubileyləri təntənəli şəkildə qeyd olundu. Birliyimizin təmsilçiləri müxtəlif ölkələrdə ədəbi-ictimai toplantılarda, kitab sərgilərində iştirak etdilər. Bu il Türkdilli  ölkələrin yeni yaranmış Yazarlar Birliyinin sədri də Azərbaycandan seçildi.

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də yaranıb. Yubiley tədbirlərimizdə xeyli sayda   qonaqların  iştirakını nəzərə alaraq  XII qurultayımızı da həmin tarixə - yəni təşkilatımızın 80 illiyinə - uyğunlaşdırdıq və iyunun 18-də bu yubiley də təntənəli şəkildə qeyd ediləcək. Bu tədbirlərin yüksək səviyyədə, müstəqil ölkəmizin adına layiq şəkildə keçirilməsi üçün hörmətli Prezidentimiz İlham Əliyevə  hərtərəfli dəstəyinə görə dərin minnətdarlığımızı bildiririk.

Bir çox  cəhətləriylə əvvəlki Qurultaylardan fərqlənən  bu  Qurultya təbii ki, daha uzun müddətdə hazırlaşmalı olduq. Əvvəlki qurultaylarda  təşkilatımızın bütün üzvləri iştirak edirdisə,  üzvlərimizin xeyli artmasıyla bağlı bu  Qurultaya nümayəndələr seçməli olduq.

XI Qurultayımızda qəbul olunmuş Nizamnaməmizə uyğun olaraq nümayəndələrin sırasına Birliyin rəhbərliyi, Ağsaqqallar Şurasının, İdarə Heyətinin, Gənclər Şurasının, Təftiş Komissiyasının üzvləriylə bir sırada bölmələrimizdən və janrlar üzrə seksiyalarımızdan - on nəfərdən biri nümayəndə seçildi. Qurultay nümayəndələrinin ümumi sayı 439 nəfərdir. Bu isə Birlik üzvlərimizin təxminən üçdə birini təşkil edir. Tam demokrtik şəraitdə keçirilmiş bu seçkilərə hazırlıq işləri də müəyyən vaxt apardı.

XI və XII qurultalar arasında keçən bu illərin bir böyük əhəmiyyəti də var. Bu on il ərzində ədəbiyyatımıza yeni yazıçılar  nəsli gəldi və bir qədər  əvvəl gələn gənclər nəslinin təmsilçiləri püxtələşdi. Birliyin strukturlarında və mətbuat orqanlarında aparıcı vəzifələr gənclərə tapşırıldı.

Əvvəlki qurultaylardan fərqli olaraq, məruzələrin vaxt aparmaması, Qurultay nümayəndələrinin və xeyli sayda xarici qonaqların çıxışlarına  daha artıq  müddət verilməsi üçün son bir il ərzində müxtəlif janrlar üzrə məruzələr sifariş edildi, bu məruzələr Natəvan klubunda səsləndi və   toplanaraq   Qurultay nümayəndələrinə müzakirə üçün  kitab şəklində təqdim olunur. Göründüyü  kimi, məruzəçilərin hamısı gənclərdir - bu son on  ildə ədəbiyyatda  imzasını təsdiq etmiş  və ad qazanmış istedadlı  gənclər...

Bu iki cəhətdən vacib idi. Gənclərə məsuliyyətli bir iş - keçən dövrün ədəbi məhsulu haqqında məruzə tapşırmaqla onları bu cəhətdən də yetişdirməyə çalışdıq. Həm də cari ədəbi prosesə məhz yeni nəslin gözləriylə baxmaq, bu prosesi onların nəzəriylə qiymətləndirmək xüsusi önəm daşıyırdı. Məlum həqiqətdir ki, ədəbiyyatımızın gələcəyi  gəncliklə bağlıdır, amma bu gəncliyi qayğı və tələbkarlıqla yetişdirmək, qarşıdakı  daha məsul işlərə hazırlamaq da bizim - yaşlı nəslin borcu və vəzifəsidir. "Halva-halva deməklə ağız şirin olmur", gənclərə "can-can" deyən, "quru-quru qurban olanlar" az deyil, ara-sıra onları yaşlı nəslə qarşı qoymağa, ya qaldırmağa  cəhdlər də edilir. Amma  bu heç kəsin xeyrinə deyil - nə gənclərin, nə yaşlıların. Gəncliyin yaradıcı enerjisi, yazıb yaratmaq həvəsi ədəbiyyatımıza nə qədər lazımdırsa, yaşlıların da halal  nüfuzu, illərlə qazanılmış təcrübəsi o qədər lazımdır. Yalnız bütün nəsillərin bir-birinə qarşılıqlı hörməti, səmimi, etibarlı münasibəti sağlam ədəbi mühit təmin edə bilər.

İnanıram  ki, növbəti qurultayamız da məhz belə bir işgüzarlıq şəraitində, qarayaxalıqdan, ədəbiyyata dəxli olmayan dedi-qodulardan uzaq şəraitdə, bütün nəsillərə mənsub olan yazıçılarımızın birgə əməkdaşlığı, qarşılıqlı hörməti şəraitində  keçəcək. Qonaqlarımız bir daha Birliyimizin bütövlüyünə və bölünməzliyinə  şahid olacaq. Azərbaycan Yazıçılar Birliyi həmişəki  kimi milli maraqlarımıza, müstəqil dövlətimizin mənafeyinə xidmət edəcək, xalqımızın mənəvi dəyərlərinin keşeyində duracaq, ədəbiyyatımızın keçmişinə və gələcəyinə daima  sadiq qalacaq. Qurultayda işimizin yeniləşməsi və daha da səmərəli aparılması istiqamətində irəli sürülən konkret təkliflər, alınan  qərarlar Birliyin bundan sonrakı fəaliyyəti üçün zəmin  yaradacaq.

Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yarat mamaqçün qərarımı Qurultay ərəfəsində verəcəm - deyirdim. İndi Qurultay ərəfəsində bildirirəm ki, Qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə   daşımağa hazıram. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.